Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

Yaxşı olardı ki, dinləyəydiniz, 
Çünki o, bədniyyət, bədxah kəslərdə 
Qorxulu fıkirlər yarada bilər.  
K r a 1 i ç a. 
Qoy gəlsin içəri (Zadəgan gedir). 
(kənara)  
Hər şey günahkartək xəstə qəlbimi 
Sıxır vahiməylə məngənə kimi. 
Dolur şübhələrlə ləkəli vicdan, 
Açır taqsrını öz qorxusundan. 
Zadəgan Ofeliya ilə qayıdır. 
O f e l i y   a. 
Hardadır, hardadır Danimarkanın 
Gözəl, əzəmətli kraliçası?  
K r a 1 i ç a. Nə var, Ofeliya, bu nədir, qızım?  
O f e 1 i y a (oxuyur). 
Necə tapım onu mən? 
Hanı o eşq məşəli? 
Əlində var çəliyi, 
Ayağında səndəli. 
K r a 1 i ç a. Quzum, bu nəğmənin mənası nədir?  
O f e 1 i y a. Deyim? Yox, lütf edin, bir qulaq asın (oxuyur). 
Öldü, getdi məzara, 
Yuxudadır həmişə. 
Ayağında daş durur, 
Başı üstdə bənövşə. 
O, oy! 
Kraliça. 
Ofeliya, fəqət... 
Ofeliya. 
Dinləyin. 
Кral  gəlir.  
Kraliça. 
Dəhşətdir, əzizim, bir ona baxın. 
 Ofeliya (oxuyur).  
Dağ qarıtək kəfən ağ,  


Əlvan güllər naxışı. 
O gülləri yuyaraq  
Tökəmmədim göz yaşı. 
Kr al. Əhvalın necədir, qəşəng 
göyərçin?  
Ofeliya. 
Yaxşıdır! Yaradan yar olsun sizə.  
                   Çörəkçi qızıymış, deyirlər, bayquş... 
Hökmdar, bilirik indi nəyik biz, 
Lakin bilmirik ki, nə olacağıq. 
Allah süfrənizi artıq eləsin.  
K r a 1. Xəyalən danışır öz 
atasıyla. 
O f e l i y a .   Təvəqqe edirəm, bu haqda bir kəlmə də 
kəsməyək.  
Fəqət sizdən soruşsalar ki, bunun mənası nədir, belə 
deyin (oxuyur): 
Valentina günündə
1
 
Tezdən qanad çalaram
Pəncərənin önündə , 
Valentinan olaram. 
Oğlan açdı qapım, 
İlk bəxtini atmadı. 
Qız geriyə qayıtdı, 
Ancaq qız qayıtmadı. 
Kral. Gözəl Ofeliya!  
Ofeliya. 
Həqiqətən də, 
Pis söz lazım deyil, qurtarıram mən. 
(Oxuyur). 
And olsun İsaya, müqəddəs dinə, 
Bu çirkin bədnamlıq artıq agahdır. 
Oğlanlar deşirlər almaz tapantək, 
And olsun Allaha bu iş günahdır. 
Qız deyir: söz verdin mənə dəyməmiş, 
Üzük taxacaqsan barmağıma sen. 


Oğlan cavab verir: sənə dəyməzdim, 
Əgər gəlməsəydin yatağıma sən. 
1
 Bu müqəddəs gündə (14 fevralda), qədim adətə görə, 
oğlanın gördüyü birinci 
qız onun sevgilisi olur. 
 
 
K r a l. O nə vaxtdan bəri düşüb bu hala? 
O f e l i y a. İnanıram ki, hər şey yaxşı olacaq. Biz səbir 
etməliyik. Ancaq düşünəndə ki, onu soyuq torpağa basdırdılar, 
mən isti göz yaşlarımı saxlaya bilmirəm. Bunu qardaşıma 
deyəcəyəm. Yaxşı  məsləhətinizə görə sizə  təşəkkür edirəm. 
Tərpən, mənim karetam! Gecəniz xeyre qalsın, xanımlar; 
gecəniz xeyrə qalsın,  əziz xanımlar. Gecəniz xeyirə qalsın, 
gecəniz xeyrə qalsın (Gedir). 
 
K r a l. Gedin arxasınca, gözdən qoymayın. 
 (Horatsio ilə zadəgan gedirlər).  
Atasının müdhiş ölümü onun  
Ağlını zəhərtək zəhərləmişdir.  
Aman, Gertruda, ah, Gertruda,  
Fəlakət gəlməyir cəsustək bir-bir,  
Gəlir qoşun kimi hey yığın-yığın.  
Əvvəl öldürüldü qoca Poloni, 
 Sonra sürgün oldu oğlumuz Hamlet, 
 Özü günahkardır bu işə yalnız.  
Bulanlıq bir çaya dönübdür bu xalq,  
Yazıq Poloninin ölümü haqda  
Qorxunc şayiələr pıçıldayırlar.  
Yaman təcrübəsiz hərəkət etdik:  
Nahaq dəfn elədik onu gizlicə.  
Sonra Ofeliya - o biçarə qız 
 İtirdi ağlını - gözəlliyini.  
Ağılsız biz nəyik?  
Yalnız bir şəkil  
Və yaxud həqiqi, adicə heyvan.  
Hamısından pisi, nəhsi budur ki,  
Laert Fransadan gəlib xəlvətcə.  
Ağır dərd içində, kədər içində  
Tənha bir guşəyə çəkilib durur,  


Dinləyir qəribə şayiələri.  
Onun atasının ölümü haqda  
Onun dəng edirlər qulaqlarmı.  
Qatili bilməyib azğın əbləhlər  
Tək bizdə görürlər bütün günahı.  
Ağızdan-ağıza gəzir bu söhbət 
 
Əziz Gertruda, bu müdhiş sözlər  
Qırma doldurulmuş top gülləsitək  
Deşik-deşik edir mənim qəlbimi. 
 
Səhnə arxasından səs-küy eşidilir. 
K r a 1 i ç a. Bu nədir?  
Kral. 
Hardadır gözətçilərim?! 
Deyin, qapıları bərk qorusunlar. 
(Başqa zadəgan daxil olur). 
Nə olub?  
Zadəgan. 
Qoruyun özünüzü siz. 
Hökmdar, gənc Laert keçib hücuma, 
Birləşib silahlı qiyamçılarla, 
Tərk-silah edir keşikçiləri. 
Tufanlı dənizin coşqun suları 
Belə bir sürətlə sahili aşıb, 
Geniş düzənləri zəbt edə bilməz. 
Ona arxa durur qara camaat 
Sanki unudulub qədim zamanlar, 
Ölkəmizdə həyat başlanır indi, 
Adət-ənənələr yox imiş guya, 
Təzə təsdiq olur qayda-qanunlar. 
Deyirlər: "Laerti kral seçmişik. 
Laert hökmdardır, yaşasm Laert!" 
Göyə tullayaraq papaqlarını, 
Əl Çalıb beləcə bağırır hamı. 
 K r a l i ç a .  
Havayı sevinib hürüyür onlar! 
Ey Danimarkanın satqın itləri, 


Qayıdın, siz izi itiribsiniz! 
Səhnə arxasında hay-küy. 
 K r a 1. Qapını qırdılar. 
Silahlı Laert, onun dalınca danimarkalılar gəlirlər. 
L a e r t. 
Hanı bu kral? - 
Cənablar, hamınız durun bayırda. 
D a n i ma r k a l ı l a r .  Xeyr, girməliyik içəri biz də.  
L a e r t. Xahiş eyləyirəm, mənə yol verin!  
D a n i m a r k a l ı l a r .  Buyurun, buyurun. 
Onlar qapıdan kənara çəkilirlər. 
L a e r t. 
Minnətdaram mən. 
Bərk tutun qapını. - Ah, rəzil kral, 
Ver mənim atamı! 
K r a 1 i ç a. Sakit ol, Laert. 
Laert. 
Qanımda bir damcı sakitlik olsa,  
Deməli, anadan bic doğulmuşam.  
Atam qurumsaqdır, pak anamınsa  
Alnında qəhbəlik damğası vardır,  
İtibdir şərəfim, qeyrətim mənim. 
Kral. 
Səbəb nədir, Laert, üsyan edirsən  
Tanrıya ağ olan nəhənglər kimi? 
 -Burax, Gertruda, qorxma, qoy gəlsin.  
Kralı hifz edir ulu qüvvələr.  
Xəyanət nə qədər əl uzatsa da,  
Ona dəyə bilməz.  
- Bir söylə, Laert,  
Nə üçün sən belə qəzəblənmisən?  
-Burax, Gertruda. - Hə, danış, kişi. 
L a e r t. Hanı mənim atam? 
K r a 1. Atan ölübdür. 
K r a 1 i ç a. Ancaq kral buna müqəssir deyil. 
K r a 1. Qoy nə istəyirsə, özü soruşsun. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə