Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

Yeyir qəlbimizi. O hara getdi?  
Kraliça. 
Harasa ölünü çəkib apardı. 
Mədəndə yöndəmsiz daşlar içində 
Qızıl zərrələri parıldayantək,  
Dəlilikdən coşub sayıqladıqca 
Onun da ağıllı, gözəl sözləri 
Adamın qəlbinə şəfəq saçırdı. 
Göz yaşı tökürdü öz əməliyçün.  
Kral. 
Gedək, Gertruda. Günəş nurunu 
Dağların başına hələ saçmamış, 
O yola düşəcək səhər gəmiylə. 
Bu mənfur qətlə ustalıqla biz 
Gərək səbəb tapaq. Ey! Qildenstern? 
(Rozenkrants və Qildenstern qayıdırlar). 
Köməkçi götürün, tez gedin, dostlar. 
Dəliliyi tutub çılğınlaşaraq, 
 Yataq 
otağında kraliçanın 
             Fağır Polonini öldürüb Hamlet, 
Harasa sürüyüb cənazəsini. 
Gəzin, tapın onu, ancaq prinslə  
Mehriban danışın, mülayim 
olun,  
Gətirin kilsəyə cəsədi dərhal.  
Rica eyləyirəm sizdən, tələsin!  
(Rozenkrants və Qildenstern 
gedirlər). 
Gedək, Gertrada, yığaq dostları,  
Onlara bildirək həm bu ölümü,  
Həm də ki gələcək 
məqsədimizi.  
Beləliklə, birbaş hedəfə uçan  
Qorxunc, zəhərli top gülləsi 
kimi,  
Dünyanın bağrını yaran 
böhtanlar,  


Bəlkə, toxunmadı, dəymədi 
bizə.  
Ah, gedək birlikdə, mənim 
mələyim,  
Təşvişlə, qorxuyla dolub 
ürəyim. 
Gedirlər. 
İKİNCİ SƏHNƏ 
Qəsrdə başqa bir otaq. Hamlet daxil olur. 
H a m 1 e t.  
Çatdı təhlükesiz mənzilinə o. 
Rozenkrants və Qildenstern (səhnə arxasından). 
 
  
Hamlet! Prins Hamlet!  
Hamlet. 
Sus, bu nə səsdir? 
Kim məni çağırır? Budur, gəlirlər. 
(Rozenkrants və Qildenstern gəlirlər). 
 R o z e n k r a n t s .  Milord, neylədiniz o 
cənazəni?  
H a m 1 e t. Tapşırdım torpağa - öz anasına.  
R o z e n k r a n t s. 
Deyiniz, hardadır, biz gedib ordan 
Götürək, aparaq onu 
kilsəyə.  
H a m 1 e t. Buna inanmayın.  
R o z e n k r a n t s .   Nəyə 
inanmayaq? 
H a m 1 e t. Buna ki, mən sizin sirrinizi saxlaya bilərəm, 
ancaq öz sirrimi yox. Bir de axı gənə özü nədir ki, onun sual-
sorğusu da nə olsun. Bir kral oğlu ona nə cavab verməlidir? 
R o z e n k r a n t s .   Siz məni gənə sayırsınız, milord? 
H a m 1 e t. Bəli, ser, kral mərhəmətinin, səxavətinin, 


hakimiyyətinin bütün şirəsini soran bir gənə. Fəqət belə 
qarınqulular krala daha yaxşı qulluq göstərirlər. Kral onları, 
meymun ağzının bir küncündə dadlı tikə saxladığı kimi, 
saxlayır. Ağzına birinci alıb axırda udur. Şirəniz ona lazım 
gəldikdə o sizi sıxır. Siz, gənələr yenidən quru qalırsınız. 
R o z e n k r a n t s .   Mən sizi başa düşmürəm, milord. 
H a m 1 e t. Mən buna sevinirəm. Ağıllı sözü axmaq qulaq 
eşitməz. 
R o z e n k r a n t s .   Milord,  siz  cənazənin yerini deməli və 
bizimle kralın hüzuruna getməlisiniz. 
H a m 1 e t. Cənazə kralın yanındadır, ancaq kral cənazənin 
yanında deyil. Kral elə şeydir ki... 
Q i l d e n s t e r n .   "Elə şeydir ki", milord? 
H a m 1 e t. Heç şeydir. Aparın məni onun hüzuruna. Gizlə, 
tülkü, cüssəni, hamı axtarır səni. 
Gedirlər. 
ÜÇÜNCÜ SƏHNƏ 
Qəsrdə başqa bir otaq. 
Kral əyanların müşayiəti 
ilə daxil olur. 
Kral. 
Mən əmr etmişəm, gəzsinlər 
onu,  
Axtarıb tapsınlar cənazəni də.  
Bu adamın azad, sərbəst 
qalması  
Necə də dəhşətli, 
təhlükəlidir!  
Onunla sərt olmaq bizə 
yaramaz,  
Onu çox istəyir qara camaat.  
Avam xalqın ağlı gözlərindədir.  
Verilən cəzanı görürlər ancaq,  
Heç vaxt düşünmürlər cinayət 


haqda.  
Hər şey ehtiyatla düzəlsin 
gərək.  
Onun bu səfəri təcili, vacib  
Dövlət işi kimi görünməlidir.  
Qorxulu dərdləri dünyada bəşər  
Qorxulu dermanla sağalda 
bilər, 
Ya da əlac 
tapmaz.  
(Rozenkrants daxil 
olur). 
    
Nə var! Nə 
oldu?  
R o z e n k r a n t s .  
Meyiti harada gizlətdiyini,  
Nə qədər çalışdıq, öyrənəmmədik.  
K r a 1. 
 Bəs özü hardadır?  
R o z e n k r a n t s .  
Özü bayırda, 
Nəzarət altında durur, 
hökmdar.  
Sizin əmrinizi gözləyirik 
biz.  
K r a 1. Prinsi gətirin!  
R o z e n k r a n t s. 
Ey, Qildenstern!  
Prinsi gətirin tez içəriyə.  
(Hamlet və Qildenstern daxil olurlar).  
K r a 1. Hə, Hamlet, bir danış, hanı Poloni?  
H a m 1 e t. Axşam yeməyində.  
K r a 1. Axşam yeməyində? 
H a m 1 e t. Beli, lakin o yemir, onu yeyirlər. Siyasi 
qurdların ona həsr olunmuş ümumi yığıncağı yenicə başlanıb. 
Məzar qurdu yeməyinin  əlvanlığına görə yer üzünün bütün 
imperatorlarından üstündür. Biz dünyada olan, əti yeyilən hər 


bir canlını saxlayıb kökəldirik ki, özümüz yeyib kökələk, 
özümüzü isə qurdlar üçün bəsləyirik.  İstər piy basmış kral 
olsun, istərsə arıq dilənçi, qurdlar üçün fərq eləməz.  İkisi 
də bir süfrədə eynidir, iki cürə, müxtəlif yeməkdir. Budur 
həyatın sonu.  
 
Kral. Əfsus, əfsus! 
H a m 1 e t. İnsan, kralı yemiş qurdla balıq tutur, sonra da 
həmin qurdu yeyən balığı özü yeyir. 
K r a 1. Bununla sən nə demək istəyirsən? 
H a m 1 e t. Heç nə, mən sizə yalnız onu göstərmək istəyirəm 
ki, bir kral bir dilənçinin bağırsaqlarında necə təntənə ilə 
səyahətə çıxa bilər.  
Kr a 1. Poloni hardadır? 
H a m 1 e t. Göylərdə, adam göndərin baxsın. Hərgah orada 
tapma-sa, onda cəhənnəmdə onu özünüz axtarın. Əgər heç 
yerdə tapılmasa, bir aydan sonra şüşəbəndin pillekəni ilə 
yuxarı qalxanda burnunuz onun yerini sizə deyər. 
K r a 1 (bəzi xidmətçilərs). Gedin, tez oranı axtarın! 
H a m 1 e t. Tələsməyin, siz gələnədək o heç yana 
getməyəcək. 
Xidmətçilər gedirlər. 
Kral. 
Hamlet, törətdiyin ağır cinayət 
Bizi həddən artıq kədərləndirir. 
Sənin sağ-salamat qalmağın üçün 
Təklif edirik ki, təcili, dərhal 
Burdan, bu ölkədən çıxıb gedəsən. 
Odur ki, ləngimə, yola hazırlaş. 
Əsir səmt küləyi, hazırdı gəmi. 
Yoldaşlar gözləyir, açın yelkəni 
Düz 
İngiltərəyə.  
H a m 1 e t. İngiltərəyə?  
K r a 1. Bəli, tələs, 
Hamlet.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə