Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

Onunla sərt olun, xahiş edirəm 
. H a m 1 e t (səhnə arxasından). Ana, ana, ana! 
 K r a 1 i ç a. 
Arxayın olun. 
Bir yana çəkilin, odur, o gəlir. 
Poloni xalçanın arxasında gizlənir. Hamlet gəlir. 
H a m 1 e t. Hə, ana, buyurun, arzunuz nədir? 
K r a 1 i ç a. Niyə təhqir etdin atanı, Hamlet? 
H a m 1 e t. Niyə təhqir etdiz atamı, ana? 
K r a 1 i ç a. Sən bir nadan kimi cavab verirsən. 
H a m 1 e t. Siz bir riyakartək soruşursunuz. 
K r a 1 i ç a. Nə deyirsən, oğlum! 
H a m 1 e t. Nə olub, ana? 
K r a 1 i ç a. Sən məni unutdun? 
Hamlet. 
Yox, yox, xaç haqqı! Kraliçasınız, öz ərinizin  
Doğma qardaşının arvadısınız.  
Həm də, təəssüf ki, siz anamsınız. 
Kraliça. 
Seninlə heç cürə bacarmıram mən,  
Səninlə danışsın qoy başqaları. 
Hamlet. 
 
Dayanın, dayanın, əyləşin hələ, 
Heç yana, heç yerə tərpənməyiniz.     
İndi elə güzgü düzəldim ki mən, 
O sizə göstərsin iç üzünüzü.  
K r a 1 i ç a. 
Fikrin nədir? Məni öldürəcəksən? 
Kömək edin, kömək! 
P o 1 o n i (xalça arxasından). Haray, ay haray! 
H a m 1 e t (qılıncı sıyıraraq). 
 
Bu nədir, burada siçovulmu var! 
 
Yoxdur, mərc gəlirəm, gəbərdi artıq!     
Qılıncı xalçaya sancır. 
P o 1 o n i (xalça arxasından). Oh, oh, mən ölürəm! {Yıxılıb 
ölür). 


K r a 1 i ç a. Ah, sən neylədin? 
H a m 1 e t. Heç özüm bilmirəm, kraldır məgər?  
K r a 1 i ç a. Bu necə dəhşətli, qanlı bir işdir!  
Hamlet. 
Bu qanlı bir işdir! Bu, əziz anam, 
Bir kral öldürüb, sonra da onun 
Doğma qardaşına ərə getməkdən 
Məgər daha qorxunc, daha müdhişdir?!  
K r a 1 i ç a. Bir kral öldürüb?  
H a m 1 e t. Hə, miledi, hə. 
Xalçanı yuxarı qaldırır və Poloninin cəsədini görür 
Bağışla, yelbeyin, zavallı axmaq! 
 
Mən elə bildim ki, vacib adamsan......             
Günah qismətində, taleyindədir.  
Gördün, təhlükəli olur yaltaqlıq.  
Siz sakit eyləsin, qəmə qərq olub,  
Əlinizi hədər ovuşdurmayın. 
 
Əgər qəlbinizdə zəriflik varsa,          
Əgər pis əməllər, fitnə-fəsadlar                     
Bərkidərək daşa döndərməyibsə,        
Qəlbinizi özüm ovuşduraram.       
 
K r a 1 i ç a. 
Mən nə etmişəm ki, mənimlə belə Kobud, nəzakətsiz 
rəftar edirsən? 
H a m 1 e t. 
Siz elə hərəkət etmisiniz ki, Həya həyasından xəcalət 
çəkir. Bu bəla namusa lekədir, ləkə; Saflığı, paklığı 
riyakar edib, Məsum məhəbbətin gözəl alnına Qara 
damğa vurub silinməz, getməz. Bakir izdivacın əhd-
peymanmı Çevirib andına qumarbazların. Siz elə 
hərəkət etmisiniz ki, Qəlbsiz bədən olub müqəddəs 
nikah, Boş sözə çevrilib dini ayinlər. Yanır abrından 
göylərin üzü, Qalıb dünya mülkü kədər içində, Sanki 
qopacaqdır qiyamət günü. 


K r a 1 i ç a. 
Belə dəhşət ilə, belə ucadan, Axı, danışmağın 
mənası nədir? 
Hamlet. 
Baxın diqqət ilə bu şəkillərə, 
Bunlar surətidir iki qardaşın. 
Görün, nə qəşəngdir bunun siması, 
Sanki başındakı qıvrım saçları 
Gözəllik tanrısı Appolonundur. 
Elə bil, nur yağan şəfqətli üzü 
Allahlar atası Yupiterindir. 
Ürəyi titrədən qartal gözləri 
Ona hərb Allahı Mars bağışlayıb. 
Allahlar carçısı Merkuri kimi, 
 
Necə də ucadır boyu-qaməti. 
Göylərin üzündən busələr alan 
Pənbə buludların zərif qoynunda 
Yerlərə enibdir guya indicə. 
Bəşər övladına bütün dünyada 
Əsl kişiliyi sübut etməkçün 
Onun hər xəttində, hər cizgisində 
Qadir Allahların möhürü vardır. 
Əvvəllər bu sizin əriniz idi. 
İndisə əriniz, baxın, budur, bu. 
Bu qardaş qatili, sağlam sünbülü 
Məhv edən zədəli sünbüldür sanki. 
Sizin gözünüz var? Çiçəkli dağdan 
Çirkin bataqlığa yuvarlandınız? 
Sizin gözünüz var? Hə, deyin görüm? 
Mənə məhəbbətdən söhbət açmayın. 
Sizin yaşınızda insan qanında 
Alov dalğaları səngiyib sönür, 
Əqlə tabe olur coşqun duyğular. 
Bu işi tutdunuz hansı ağılla? 
Sizin hissiniz var, bu şübhəsizdir, 
Yoxsa siz tərpənə bilməzdiniz ki. 
Ancaq iflic olub hissiniz tamam. 


Dəli də bu təhər səhv eyləməzdi. 
Hətta huşsuzlar da, bayılmışlar da 
Belə itirməzdi hissiyyatım, 
Görə bilərdilər bu cüre fərqi. 
Hansı mənfür iblis gözübağlıca 
Oynunda bu sayaq aldatdı sizi? 
Gözləri görməyən, qulaqları kar, 
Bütün duyğulardan məhrum olan da 
Belə yanılmazdı. 
 
Ey həya, hardasan, hardadır abrın? 
Cəhənnəmtək yanan ehtiras odu 
Odlara yaxırsa yaşlı ananı, 
Ağlı şəhvətinə vasitəçisə, 
Bəs onda şövqündən yanan gənc qızlar 
Mumtək əriməzmi bu od içində?! 
Onlardan biz necə həya gözləyək?  
 
K r a 1 i ç a. 
Ah, Hamlet, ah, oğlum, bəsdir, danışma. 
Sən mənə göstərdin bütün qəlbimi. 
 
Orda heç nə ilə silinməyəcək  
Qapqara, qan saçan ləkələr vardır. 
H a m 1 e t. 
Murdar tər içində çirkin yataqda  
Çevirmək müqəddəs eşq dünyasını  
Donuz tövləsinə... 
K r a 1 i ç a. 
Ah, yetər, sus, sus! 
Sözlerin xəncərtək dəlir köksümü. 
Mənə rəhmin gəlsin, mehriban Hamlet. 
Hamlet. 
Atamın kəsilmiş bir dırnağına  
Dəyməyən rəzil qul, miskin oyunbaz, 
 Qatil, haramzada, cib kəsən alçaq,  
Ən qiymətli tacı oğurlayaraq  
Cibində gizlədən... 
K r a 1 i ç a. Danışma, oğlum! 


Hamlet. 
Belə bir cır-cındır kralına siz -(Kölgə gəlir). 
Ey ulu göylərin pak məlekləri,  
Qanadınız altda qoruyun məni!  
-Siz əlahəzrətə nə lazımdır, nə? 
K r a 1 i ç a. Aman, dəliliyi başladı onun! 
H a m 1 e t. 
Yoxsa gəlmisiniz ləng oğlunuzu  
Vaxtı hədər yerə keçirdiyimçün  
Məzəmmət etməyə, qınamağa siz.  
Qorxunc hökmünüzə əməl eyləmək  
Vaxtıdır, eləmi? 
Kölgə. 
Unutma. Hamlet. Korşalıb kütləşən qətiyyətini  
Gəlmişəm mən yalnız itiləməkçün.  
Sən bir anana bax, donub dəhşətdən,  
Onu işgəncədən, əzabdan qurtar.  
Zəiflər daha çox əziyyət çəkir.  
Ona xoş bir söz de. 
H a m 1 e t. Nə olub, ledi? 
K r a 1 i ç a. 
Yox, sənə nə olub? Neçin gözlərin 
 Zillənib, dikilib o boşluqlara?  
Danışırsan cansız hava ilə sən? ' 
 Qorxunc gözlərində çırpmır qəlbin.  
Dəhşətlə oyanmış əsgərlər kimi,  
Saçların başında dayanıb dümdüz.  
Xəstəlik odunu soyuq səbirlə  
Söndürmək lazımdır, mehriban oğlum.  
Sən belə diqqətlə nəyə baxırsan? 
H a m 1 e t. 
Ona, ona! Baxın, necə solğundur!  
O qəmli görkəmi, qəmin səbəbi  
Həyəcana salar daşları hətta.  
-Siz elə baxmayın, parçalayır, ah,  
Məhzun baxışınız məhzun könlümü.  
Möhkəm qətiyyətim yumşalar birdən,  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə