Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

H a m 1 e t. Mən tabe, ser, buyurun. 
Q i l d e n s t e r n .  Kraliça, sizin ananız, yaman məyus 
halda məni sizin yanınıza göndərdi. 
H a m 1 e t. Xoş gəlmisiniz! 
Q i l d e n s t e r n .  Xeyr, mehriban prins, bu nəvazişin 
indi yeri deyil. Əgər mənə lazımi cavabı versəniz, ananızın 
əmrini sizə yetirəcəyəm. Yoxsa sizdən icazə alıb 
gedəcəyəm, bununla da vəzifəm bitmiş olacaqdır. 
H a m 1 e t. Ser, bacarmıram. 
Q i l d e n s t e r n .   Nəyi, milord? 
H a m 1 e t. Sizə lazımi cavabı verməyi. Mənim ağlım 
xarab olub. Lakin, ser, bacardığım cavablar sizin, yaxud 
daha doğrusu, siz dediyiniz kimi, anamın qulluğunda 
həmişə hazırdır. Odur ki, artıq danışmayaq, birbaş mətləbə 
keçək. Deyirsiniz ki, mənim anam... 
R o z e n k r a n s .   İndiki belə oldu, qulaq asın, ananız 
dedi ki, sizin rəftarınız onu bərk təəccübləndirmiş  və 
olduqca heyrətə salmışdır. 
H a m l e t .  O... hə... Öz anasını belə təəccübləndirməyi 
bacaran oğul, doğrudan da, təəccüblüdür! Yaxşı, anamı 
heyrətə salan başqa bir şey olmamışdır ki? Hə, bunu deyin! 
R o z e n k r a n s .   Ananız öz otağında sizinlə danışmaq 
istəyir. Bu-yurdu ki, yatmamışdan qabaq onun yanına 
gedəsiniz. 
H a m 1 e t. Mən anama bütün həyatımla itaət edərəm. Elə 
fərz edərəm ki, o məni on dəfə doğub. Mənimlə başqa bir 
haqq-hesabınız varmı? 
R o z e n k r a n s .   Milord,  siz  əvvəllər mənim xatirimi 
istəyirdiniz! 
H a m 1 e t (əllərini göstərərəK). Bu oğurluq vasitələrinə 
and olsun ki, mən yenə də sizin xətrinizi istəyirəm. 
R o z e n k r a n s .  Mehriban prins, sizin 
pərişanlığınızın səbəbi nədir? Siz dərdinizi dostunuzdan 
gizlətməklə şəfa qapılarını öz üzünüzə bağlayırsınız. 
H a m 1 e t. Ser, işlərim irəli getmir. 
R o z e n k r a n s .   Bu  necə ola bilər? Kral özü sizi 


Danimarka taxt-tacının vəliəhdi teyin etdi ki! 
H a m 1 e t. Elədir, ser, fəqət "ölmə, eşşəyim, ölmə, yaz 
gələr, yonca bitər". Bu zərbi-məsəl bir az köhnəlib. 
Fleytaçılar geri qayıdırlar.     
Aha, fleytaçılar! O fleytanın birini mənə verin görüm. 
(Qildensternə)  Mənim sizə gizli bir sözüm var. Nə üçün 
məndən  əl çəkmirsiniz? Elə bil, məni qova-qova qəfildən 
tələyə salmaq istəyirsiniz. 
Q i l d e n s t e r n .  Ah, milord, əgər mən sizi həddən artıq 
təngə  gətirirəmsə, bu mənim sizə  bəslədiyim məhəbbətin 
həddən artıq olmasından irəli gəlir. 
H a m 1 e t. Bunu yaxşı başa düşmədim. Zərər yoxdur. 
Bir bu fleytanı çalın! 
Q i l d e n s t e r i n .  Bacarmıram, milord. 
H a m 1 e t. Xahiş edirəm. 
Q i l d e n s t e r n .  İnanın, bacarmıram. 
H a m 1 e t. Siz Allah, çalın! 
Q i l d e n s t e r n .   Mən heç onu əlimdə tutmağı da 
bilmirəm. 
H a m 1 e t. Bu yalan danışmaq kimi asan bir şeydir. 
Barmaqlarınızı bu klapanların üstünə qoyun, dodaqlarınızı 
buraya yapışdırıb üfürün, gözəl bir musiqi çıxacaq. Baxın, 
bu da klapanlar. 
Q i l d e n s t e r n .  Yox, yox, heç nə çıxmaz. Mən fleyta 
çalmağı bacarmıram. Axı, heç vaxt onu çalmağı 
öyrənməmişəm. 
H a m 1 e t. İndi özünüz baxın, görün siz məni necə 
dəyərsiz bir şey sanırsınız. Bu adi fleytam çala bilmirsiniz, 
amma mənim könlümü çal-maq istəyirsiniz. Siz elə  zənn 
edirsiniz ki, mənim qəlbimin səs tellərini dilə gətirəcəksiniz. 
İnanırsınız ki, sirlərimi danışdıracaqsınız.  Əminsiniz ki, 
həyatının bütün notlarını bilirsiniz. Bu balaca alət ancaq 
çalmaq üçün yaradılıb, onun çoxlu gözəl musiqisi, məlahətli 
səsi vardır. Onu səsləndirməyi bacarmırsınız. Lənət sənə kor 
şeytan, siz nə düşünürsünüz, məni çalmaq fleytam 
çalmaqdan asandır? Məni hansı çalğı aləti adlandırırsınız 


adlandırın, siz mənə işgəncə verə bilərsiniz, lakin məni çala 
bilməzsiniz. 
Poloni qayıdır. 
Allah nə yaxşı sizi rast saldı, ser! 
P o 1 o n i. Milord, kraliça sizinlə danışmaq istəyir, özü 
də bu saat. 
H a m 1 e t. Siz o tərəfdəki dəvəyə oxşayan buludu 
görürsünüzmü? 
P o 1 o n i. Sübh ibadətinə and olsun ki, görürəm. 
Doğrudan da, elə bilirsən dəvədir, orada dayanıb. 
H a m 1 e t. Məncə, o, dələyə oxşayır. 
P o 1 o n i. Vay sənin, bir ona bax a, beli eynən 
dələ belidir. 
H a m 1 e t. Yox, o, balinaya oxşayır.  
P o 1 o n i. Elədir, elədir lap balinanın özüdür ki var.  
H a m 1 e t. Anama de ki, mən bu saat gəlirəm (Kənara). 
Onlar məni həqiqətən dəli edəcəklər- " Mən bu saat 
gəlirəm- 
P o 1 o n i. Belə də deyəcəyəm. 
Gedir. 
Hamlet. 
"Bu saat" söyləmək  dildə asandır. 
 
Yaxşı, siz də gedin , sağ olun, dostlar. 
(Hamletdən başqa hа mı gedir). 
Gecənin sehrli vaxtıdır indi, 
Ölülər çıxırlar məzarlarından, 
Dərd illət püiskürür qorxunc cəhənnəm. 
İndi qan içərdim, isti-isti qan, 
 Mən  elə dəhşətlər törədərdim ki, 
Cürətim çatmazdı gündüz baxmağa. 
Ah, yanar ürəyim, sakit ol, sakit! 
Unutma öz gözəl təbiətini. 
Anamın yanına getməliyəm mən. 
O ana qatili Neronun qəlbi 


Qoyma qərar tutsun polad köksümdə. 
Qoy amansız (olum, cəllad olmayım: 
Sözlərim adamı  kəssin xəncərtək, 
Xəncərim qınından çıxmasın fəqət. 
Tənə oxlarım yağdırsın dilim, 
Anamın üstünə qalxmasın əlim. 
 
Gedir. 
ÜÇÜNCÜ SƏHNƏ 
 
Qəsrdə bir otaq.  
Kral Rozenkrants və 
Qildenstern daxil olurlar. 
Kral. 
Ondan xoşum gəlmir, həm də bizimçün 
Onun dəliliyi təhlükəlidir. 
Bu işə heç cürə göz  yummаq olmaz. 
 
Yola hazırlaşın, onu sizinlə  
Gərək tez göndərim İngiltərəyə. 
 Dövlət asayişi buna dözməz ki,  
İlanı bəsləyək qoynumuzda biz. 
Q i l d e n s t e r n .  
Hökmdar, hazırıq hər əmrinizə.  
Siz əlahəzrətin himayəsində  
Yaşayan, dolanan bu qədər xalqın  
Qayğısına qalmaq, fikrini çəkmək  
Ən çətin, müqəddəs işdir dünyada. 
Rozenkrants. 
Həyatın hökmüdür: hər adi insan  
Bütün qüvvəsiylə, bütün ağlıyla  
Özünü bəladan qorumalıdır.  
Fəqət elə böyük şəxsiyyət var ki,  
Onun sağlığından, səadətindən  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə