Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

gözləyin. Hiss və həyəcanınızın ən daşqın, ən coşqun vaxtında, 
mən deyərdim ki, fırtınalı, qasırğalı məqamında təmkinli olun. 
Bu sizin nitqinizə rəvanlıq və gözəllik verər. Ah, başına parik 
qoymuş bir nataraz heyvərə hiss və  həyəcanlarını sağa-sola 
səpələyərək, anlaşılmaz lal səhnələrdən və hay-küydən başqa
heç nə bilməyən tamaşaçıların qulaqlarmı kar edəndə necə 
əsəbiləşməyəsən! Mən qəzəb dolu gurultulu nitq söyləməkdə 
Termaqantı keçən belə  kələkbazları  nə kötəklərdim! Bu, 
dəhşətlə 
ağız-burnunu 
əyib, 
ədəbsiz hərəkətlərlə 
tamaşaçıları qorxuya salan İrodun özünü belə keçmək 
deməkdir. Xahiş edirəm, belə şeylərdən uzaq olasınız. 
B i r i n c i   aktyor. Arxayın olun, prins. 
H a m 1 e t. Qətiyyən sıxılmaym, öz qəlbinizin səsini dinləyin, 
qoy hissiniz-duyğunuz öz məsləhətçiniz olsun. Hərəkətiniz 
sözlərinizə, sözləriniz də  hərəkətinizə yaraşsın. Təbiiliyə 
xüsusi diqqət yetirin. Çünki qeyri-təbiilik teatr sənətinə 
ziddir. Teatrın məqsədi, bütün za-manlarda olduğu kimi, indi də 
həyatın güzgüsü olmaqdır. Teatr ləyaqət-li adamlara öz simasını, 
nifrətə layiqlərə isə öz iç üzünü açıb göstərməli, hər dövrün 
həqiqi tarixini, əsl mahiyyətini  əks etməlidir. Həddən artıq 
qızışmaq və ya həddən artıq ləng tərpənmək nadanları güldürsə 
de, arif-ləri kədərləndirməyə bilməz. Ağıllı adamların fıkri 
sizin üçün teatrın bütün başqa tamaşaçılarının rəyindən 
qiymətli olmalıdır. Oh, mən elə aktyorlarm oynunu gönnüşəm 
ki, onların təriflərini göylərə qaldırıblar. Allaha acıq getməsin, 
bu məşhur oyunbazlar damşığı, hərəkətləri ilə tanrı bəndəsinə 
oxşamırdılar. Elə  qəribə  hərəkətlər edir, elə böyürürdü-lər ki, 
istər-istəməz düşünürdüm: yəqin, onları təbiətin muzdurları 
yaradıb, özü də yaxşı yarada bilməyib, bəşər övladlarını çox pis 
şəkildə yamsılayıblar. 
B i r i n c i   a k t y o r .   Mənə elə  gəlir ki, ser, biz bu 
qüsurların çoxunu aradan qaldırmışıq. 
H a m 1 e t. Oh, tamamilə aradan qaldırın. Qoy sizin təlxək 
rolunu aparanlar özlərindən söz uydurmasınlar, onlar üçün nə 
yazılıbsa, ancaq onu desinlər. Elə təlxəklər var ki, pyesin ciddi 
yerində qəhqəhə çəkib gülür və bir para avam tamaşaçıları da 
güldürürlər. Belə  iş yaramaz. Bu, həmin oyunbazların 


mənliyinin necə də kasıb olduğunu göstərir. Gedin, hazırlaşın. 
Aktyorlar gedirlər. Poloni, Rozenkrans və Qildenstern 
gəlirlər. 
Nə oldu, milord, kral pyesə baxmaq istəyirmi? 
P o 1 o n i. Bəli, kral da, kraliça da. Özü də indicə 
gəlirlər.  
Hamlet. 
Elə isə aktyorlara deyin, 
tələssinlər. (Poloni gedir). 
Siz ikiniz də gedib onları tələsdirə 
bilməzsiniz?! Rozenkrans və Qildenstern. Bu saat, 
milord. 
Rozenkransla 
Qildenstern gedirlər.  
H a m 1 e t. Ey, ey, Horatsio! 
Horatsio daxil olur. 
Horatisio. 
Burdayam, milord, 
Həmişə hazıram xidmətinizdə. 
Hatnlet. 
Mənim tamdığım bəşər nəslinin, Horatsio, sənsən 
ən vəfalısı. 
Horatsio. Ah, nə deyirsiniz, mehribanmilord! 
H a m 1 e t. 
Yox, yox, düşünmə ki, yaltaqlanıram.  
Yaltaqlıq eyləyim mən nəyə görə?  
Sənin bu dünyada bütün dövlətin,  
Yeganə sərvətin təmiz könlündür.  
Kim quyruq bulayar kasıb önündə?     
 
 
Varlı qarşısında dördqat bükülüb  
Dil açır, dil tökür yalnız yaltaqlar.       
 
Qoy yaltaqlıq qazanc gətirən yerdə  
Vurnuxsun, şırvansın qarıngüdənlər.  
Sən mənə qulaq as, sən məni dinlə,  
Ürəyim özünə hakim olandan  


İnsanlar içindən səni tac seçib.  
Çünki əvəzsizsən bu qəm mülkündə,  
Bütün əzablara sinə gərirkən  
Üzündə görünmür nə dərd, nə əzab.  
Ən ağır gündə də, ən şad gündə də,  
Birdir qətiyyətin, birdir məramın.  
Narazı deyilsən öz taleyindən.  
Xoşbəxt o kəsdir ki, hissiylə ağlı  
Belə gözəl olub, gözəl qovuşub.  
Taleyin əlində tütək deyil ki,  
Tale istədiyi havam çalsın.  
Elə adam göstər mənə həyatda  
Ehtirasın qulu olmasın, dostum,  
Onu sənin kimi ölən günədək          
Daim ürəyimin başında tutub, 
Qəlbimin qəlbində gəzdirim hər vaxt. 
 Bu haqda danışmaq kifayət edər. 
 İndi bir tamaşa göstərəcəklər
Onun bir yerində mənim atamın 
Ölümünə bənzər bir səhnə vardır.         
Atamın qətlini demişəm senə. 
 
Təşrif gətirəcək kral bu saat. 
 
Rica eyləyirəm, həmin səhnəyə          
Əmim baxan vaxtı ona diqqət ver.       
Əgər o sözüylə, herəkətiylə 
 
Büruzə verməsə gizli suçunu, 
 
Demək, gördüyümüz o qorxunc kölgə 
Cəhənnəmdən gələn bir iblis imiş.         
O menim beynimi, təsəvvürümü 
 
Vulkanın dəmirçixanası kimi, 
Tamam, başdan-başa hise qərq edib.  
Dostum, sən kralı qoyma gözündən,   
Ona baxacağam dördgözlə mən də.       
Sonra ikimiz də gördüyümüzü 
 
Birgə yoxlayarıq. 
 
Horatsio. 
Lap yaxşı, milord. 


Oğrutək o məndən bir şey aparsa, 
Özüm verəcəyəm cəriməsini. 
Hamlet.  
Gəlirlər, mən çılğın görünməliyəm,    
 
                        
Sən isə get əyləş. 
Danimarka marşı. Şeypurlar çalınır. Kral, kraliça, Poloni, 
Ofeliya, Rozenkrans, 
Qildenstern və başqa yüksək vəzifəli əyanlar əllərində məşəl 
tutmuş keşikçilərin 
müşayiətiylə daxil olurlar. 
K r a 1. Bizim vəliəhdimiz Hamletin kefı necədir? 
H a m 1 e t. Əladır, vicdanıma and olsun, lap buqələmun 
kimi dolanıram, hava yeyirəm. Bol-bol vədlərlə yaşayıram. 
Heç axta xoruzu belə bəsləməzlər. 
Kral. Mən bu cavabdan heç nə anlamıram, Hamlet. Bu 
mənim sözlərim deyil. 
H a m 1 e t. Xeyr, indi mənim də deyil (Poloniyə). Milord, 
siz nə vaxtsa universitetdə  səhnədə  çıxış eləmisıniz, elə 
deyilmi? 
P o 1 o n i. Bəli, prins. Mən yaxşı aktyor sayılırdım. 
H a m 1 e t. Kimin rolunu oynamısınız? 
P o 1 o n i. Yuli Sezarın rolunu oynamışam. Kapitol 
təpəsində məni öldürüblər. Brut məni öldürüb. 
H a m 1 e t. Əhsən! Bir qurd belə gönü bol dananı 
öldürüb. - Aktyorlar hazırdırmı? 
R o z e n k r a n s .   Bəli, milord, sizin əmrinizi 
gözləyirlər. 
K r a 1 i ç a. Yaxına gəl, Hamlet, mənim əziz oğlum, 
yanımda əyləş. 
H a m 1 e t. Yox, mehriban anacığım, buradakı maqnit 
məni daha çox cəzb edir. 
P o 1 o n i (krala). Oho, fikir verdinizmi? 
H a m 1 e t. Sizin dizlərinizə toxunmaq olarmı, xanım? 
Ofeliyanın ayaqları altında uzanır. 
O f e 1 i y a. Xeyr, milord. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə