Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

Şəkildə dayanmış bir cani kimi
Durur hərəkətsiz. 
Tez-tez görürsən ki, tufandan qabaq 
Göylər sakit olur, getmir buludlar. 
Dəlisov küləklər at oynatmayır, 
Yer üzü ölütək durur lal, dinməz. 
Bir azdan qəfıldən od tökür şimşək, 
Dəhşətlə torpağın yarır köksünü. 
Beləcə bir müddət sükutdan sonra 
Qəzəblə ayılıb qanlar içən Pirr, 
Qanlı qılıncmı ildırım kimi, 
Endirir Priamın köksünün üstə. 
Təpəgöz nəhənglər heç vaxt, heç vədə 
Marsın - o amansız hərb Allahının 
Polad libasmı düzəldən zaman 
Belə ağır gürzü belə zərb ilə 
Endirməmişlər. 
Utan, utan, qəhbə, bəxt ilahəsi! 
Ey bütün Allahlar, birgə hökm edin, 
Alın təkərini bu əxlaqsızın, 
Qırın millərini, çənbərini siz, 
Boş təkər topunu uca göylərdən 
Atın cəhənnəmə".  
P o 1 o n i. Bu çox  
uzundur. 
H a m 1 e t. Onu sizin saqqalmızla bir yerdə göndərərik 
bərbərxanaya, bir az kəsib gödəldərlər. Təvəqqe edirəm, 
davam eləyin. Bu qocaya ancaq rəqqasələrin oyunu, ya da 
şit lətifələr xoş gəlir. Başqa şey olanda o saat mürgü vurur. 
Davam eləyin. Keçin Hequbaya.  
1 -c i  a k t y o r. "O bədnam, yarımlüt kraliçanın...". 
H a m 1 e t. "Yarımlüt kraliçanın?". 
P o l o n i .   Bəh, bəh, əladır. "Yarımlüt kraliçanın"... 
Doğrudan, gözəldir. 
B i r i n c i    aktyor. 
"Ayaqları yalın, görkəmi müdhiş, 
Vurnuxur, çırpmır dəhşət içində, 


Odlu göz yaşları söndürür odu. 
Qızıl tac qoyardı başına bir vaxt, - 
O bədbəxt bir əski bağlamış indi. 
Şahanə libasdan yoxdur bir nişan, 
Bədəni quruyub dərddən, əzabdan. 
İncəlib üzülmüş tüktək belinə 
Bir köhnə, bir nimdaş örtük dolamış. 
Kim görsə bu qəmi, bu müsibəti 
Üsyan qaldırardı taleyə qarşı, 
Amansız fələyi lənətləyərdi. 
Allahların özü görsəydi əgər 
Talesiz, uğursuz, yazıq qadını, 
O qudurmuş Pirrin ələ salaraq, 
Gözləri önündə onun ərinin 
Qanlı cəsədini öz qılıncıyla 
Necə qıyma-qıyma doğradığını 
İnsan ah-naləsi, insan göz yaşı  
Təsir etməsə də o Allahlara  
-Bu dərddən qəlbləri matəmə batar,  
Gözlərindən daim sellər axardı".  
Po  l o n   i. 
Baxın üzü necə saralıb, gözlərindən yaş necə 
axır! Bəsdir, Allah xatirinə bəsdir! 
H a m 1 e t. Yaxşı, qalanını sonra mənə söyləyərsən. 
Hörmətli milord, gözdə-qulaqda olun, aktyorlara yaxşı 
xidmət etsinlər. Eşidirsiniz, qoy onlara yaxşı qulluq 
göstərsinlər, çünki aktyorlar zəmanəmizin güzgüsü
əsrimizin qısa salnaməsidirlər. Onların haqqımızda dediyi 
yaman sözlər biz öləndən sonra başdaşımıza həkk olunacaq 
pis yazı-lardan daha pisdir. 
P o 1 o n i. Prins, mən onlara öz ləyaqətlərinə görə hörmət 
edəcəyəm.  
H a m 1 e t. Lənət sənə kor şeytan! Kişi, daha diqqətli olun! 
Əgər hər adama öz ləyaqətinə görə hörmət edilsə, onda 
dünyada kötəkdən heç kim yaxa qurtara bilməz. Siz öz 
şərəfınizə və alicənablığınıza görə hörmət edin. Onların 
ləyaqəti nə qədər az olsa, sizin səxavətiniz bir o qədər çox 


olsun. Aparın onları. 
P o 1 o n i. Gəlin, cənablar. 
H a m 1 e t. Onunla gedin, dostlar. Unutmayın, sabah 
tamaşa verəcəksiniz. 
Birinci aktyordan başqa, bütün aktyorlar Poloni 
ilə gedirlər. 
De görüm, köhnə dost, siz "Qonzaqonun qətl"ini 
oynaya bilərsinizmi? 
B i r i n c i   a k t y o r .   Bəli, milord. 
H a m 1 e t. Yaxşı, sabah axşam oynayarsınız.  Əgər 
lazım gəlsə, mən on iki-on altı misra şer yazıb ona əlavə 
eləsəm, öyrənib deyə bilərsinizmi? 
B i r i n c i  a k t y or. Bəli, milord. 
H a m 1 e t. Çox gözəl. Bu cənabla gedin. Ancaq ona 
sataşmayın ha! (Birinci aktyor gedir). Mənim  əziz 
dostlarım, axşama qədər sizdən ayrılmalı olacağam.Yenə 
deyirəm, siz Elsinora xoş gəlmişsiniz. 
R o z e n k r a n s .  Mehriban milord, sağ olun. 
H a m 1 e t. Allah amanında! 
Rozenkrans və Qildenstern gedirlər 
 
İndi mən təkəm. 
Of, necə yaramaz, aciz qulam mən! 
Dəhşətli deyilmi, diyarbədiyar 
Gəzən o aktyor saxta hissləri
Saxta duyğuları əks etmək üçün 
Ürəyini elə məcbur etdi ki, 
Rəngi avazıdı, halı dəyişdi, 
Yaş tutdu gözünü, qırıldı səsi, 
Əzabdan titrədi bütün varlığı. 
Axı, nəyə görə, nədən ötəri? 
Hequba üçün? 
Yaxşı, bəs nəyidir o, Hequbanm? 
Və yaxud Hequba onun nəyidir? 
Niyə ağlayırdı hıçqırtılarla? 
Mənim sonsuz dərdim, ağır kədərim 


Əgər onun olsa, nə eyləyərdi? 
Sel kimi çağlayıb acı göz yaşı 
Alardı qoynuna bütün səhnəni. 
Çəkdiyi heybetli ahdan-amandan 
Tamam kar olardı tamaşaçılar. 
Bütün günahkarlar dəli olardı, 
Dəhşətə gələrdi qəlbi təmizlər
Cahillər qalardı təşviş içində, 
Heyrətə gələrdi ağıllı kəslər. 
Fəqət mən, 
Başıküt, ölüvay, rəzil bir məxluq, 
Daim yuxulutek veyllənərək 
Bir kəlmə, bircə söz deyə bilmirəm. 
Atamın, şöhrətli bir hökmdarı 
Taxt-tacı, həyatı alçaqcasına 
Bu cür məhv edildi. Mən qorxağammı? 
Kim mənə sataşır, rişxənd eyləyir, 
Ağzımın üstünə vurur yumruqla, 
Çəkir qulağımdan, dartır bumumdan, 
Mənə alçaq deyir, yalançı deyir, 
Baxır gözlərimə? Varmı elə kəs? 
Hə! 
Lənət kor şeytana, dözərdim buna?!  
Heç vədə, heç vədə bu ola bilməz! 
Göyərçin qəlbidir üreyim fəqət,  
Kin, qəzəb coşdurmur büllur qanımı.  
Yoxsa bu cəlladın bağırsağını  
Çoxdan qarğalara yem eləmişdim.  
Of, qəddar, qaniçən, vicdansız əclaf!  
Xain, haramzadə, əxlaqsız oğraş!  
Ah, ey intiqam! 
Gör necə eşşəyəm!  
Artıq nə deyim?!  
Qətl olan atamın bir övladıtek  
Göylər intiqama səsləyir məni,  
Mənsə bir xəlvətdə fahişə kimi,  
Təsəlli tapıram hərzə sözlərlə.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə