Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

bilsəydim, özümü sonsuz fəzaların kralı sanardım. Kaş, bu 
sərsəm yuxularım olma-yaydı. 
Q i l d e n s t e r n .  Bu yuxular şöhrətpərəstlikdən  əmələ 
gəlir.  Şöhrətpərəstlər  əsli olmayan xəyallarla yaşayırlar. 
Onlar sadəcə olaraq öz yuxularının kölgəsidirlər. 
H a m 1 e t. Yuxunun özü kölgədən başqa bir şey deyil. 
R o z e n k r a n s .   Doğrudan da, belədir. Görünür ki
şöhrətpərəstlik əsassız, mənasız, boş bir şeydir. O, əşyanın 
kölgəsi ola bilməz, yalnız kölgənin kölgəsidir. 
H a m 1 e t. Onda dilənçilər həqiqi varlıq, hökmdarlar və 
şişirdilmiş qəhrəmanlarsa dilənçilərin kölgəsidirlər. Saraya 
gedəkmi? Vicdan haqqı, düşünə bilmirəm. Bu gün ağlım 
hədərən-pədərən çalır. 
R o z e n k r a n s   və  Q i l d e n s t e r n .   Biz  sizi  müşayiət 
etməyə hazırıq. 
H a m 1 e t. Yox, bu nəyə lazımdır. Onsuz da 
xidmətçilərim məni çox yaxşı müşayiyət edirlər. Bura baxm, 
mən sizinlə namuslu bir adam kimi danışıram. Bir dost kimi, 
açıq deyin, Elsinorda nə gəzirsiniz? 
R o z e n k r a n s .   Sizi  görməyə  gəlmişik, milord. 
Başqa işimiz yoxdur. 
H a m l e t .   Mənim özüm kimi təşəkkürlərim də 
kasıbdır. Buna baxmayaraq sizə təşəkkür edirəm. İnanıram 
ki, əziz dostlar, təşəkkürlərim yarıma quruşdan çox-çox 
qiymətlidir. Yaxşı, sizi göndərməyiblər? Öz arzunla 
gəlmisiniz? Ürəyiniz belə istəyib? Gəlin, mənə düzünü 
söyləyin. Hə, hə, danışın. 
Q i l d e n s t e r n .   Biz  nə deyə bilərik, milord? 
H a m l e t .   Həqiqətdən başqa hər şey. Ancaq mətləb 
üstə gəlin Sizi buraya göndəriblər. Sizin gözlərinizdə elə bir 
etiraf var ki, təmkininiz onun üstünə pərdə çəkə bilməz. 
Bilirəm ki, sizi mərhəmətlı kralla kraliça göndərib. 
R o z e n k r a n s .   Nə məqsədlə, milord? 
H a m l e t .  Bunu siz mənə deməlisiniz. Sizi and 
verirəm səmimı dostluğumuza, saf gəncliyimizə, doğru və 
əbədi məhəbbətimizə, dünyada sizə  ən  əziz və müqəddəs 
olan hər  şeyə  mənimlə açıq və düz danışın. Sizi buraya 
göndəriblər, ya yox? 


R o z e n k r a n s  (Qildensternə). Nə deyəcəksən? 
H a m 1 e t (kənara). Deyəsən, quşu gözündən vurmuşam 
(Ucadan).Əgər məni sevirsinizsə, həqiqəti gizlətməyin. 
Q i l d e n s t e r n .  Milord, bizi sizin yanınıza göndəriblər. 
H a m 1 e t. Mən deyərəm nə üçün? Bununla da sizi 
xəbərçi olmaq təhlükəsindən qurtararam. Kral və kraliçaya 
bu sirri açmamaq barədə sizin içdiyiniz and öz 
qorxusundan bir tük belə salmaz. Son vaxtları bilmirəm 
nədənsə bütün şadlığımı itirmişəm. Bütün əyləncələrə olan 
həvəsim qeyb olub. Ürəyim həqiqətən elə darıxır ki, bu 
gözəl dünya mülkü, yer üzü mənə  çılpaq qayalıq kimi 
görünür. Bu əsrarəngiz təxti-rəvan, bax, bu möhtəşəm göy 
qübbəsi, qızıl məşəllərlə  bəzənmiş  əzəmətli səma mənim 
üçün üfunətli, zəhərli buxar yığınından başqa bir  şey deyil. 
Varlığı möcüzə olan təbiətin şah əsəri insan! Ah, onun ağlı 
necə  də xeyirxahdır! Qabiliyyəti necə  də  hədsiz-
hüdudsuzdur! Bədən quruluşu, hərəkəti necə  də 
mütənasibdir, valehedicidir! Rəftarı ilə mələklərə, kamalı ilə 
Allaha bənzəyən insan! Kainatm yaraşığı! Bütün canlıların 
tacı! Bununla belə o mənim üçün bir ovuc məzar tozundan 
başqa nədir, axı? İnsanlar mənim ürəyimi açmır, kişilər də, 
qadınlar da könlümü oxşamırlar. Təbəssümünüz göstərir 
ki, siz mənə inanmırsı-nız, ancaq inanın. 
R o z e n k r a n s .   Milord,  mənim fıkrimə heç belə şey 
gəlməyib. 
H a m 1 e t. Bəs mən deyəndə ki, "insanlar mənim 
ürəyimi açmır" siz niyə gülümsədiniz? 
R o z e n k r a n s .   Siz  elə deyəndə, milord, mən 
düşündüm ki, bu əhval-ruhiyyəylə aktyorları necə  qəbul 
edəcəksiniz? Biz onları yolda gördük. Buraya gəlirdilər, 
sizə tamaşa göstərmək istəyirdilər. 
H a m 1 e t. Kral rolunu oynayan xoş gəlir. O əlahəzrətə 
xərac verməyə hazıram. Səyahətə çıxmış cəngavər burada 
öz qılınc və qalxanına bir iş tapa bilər. Aşiq boş yerə ah-
nalə  çəkməz. Qaraqabaq - narazı adamlar dincəlib 
rahatlanar, taxtası yüngüllər təlxəyin məzhəkələrinə qarmları 
yırtılınca gülərlər. Məşuqə öz qəlbini sərbəstcə boşaldar, 
yaxud uzun-uzadı  şeirləri hıqqana-hıqqana söyləyər. 


Yaxşı, gələnlər hansı aktyorlardı? 
R o z e n k r a n s .  Bir vaxtlar sizin xoşunuza gələn 
həmin aktyorlardı, paytaxtımızın faciə ustaları. 
H a m 1 e t. Bəs necə olub ki, belə gəzirlər. Öz yerlərində 
qalsaydılar, daha yaxşı şöhrət tapar, daha yaxşı mənfəət əldə 
edərdilər. 
R o z e n k r a n s .   Məncə, onları  səyyahlığa məcbur 
edən son zamanlar yaranmış yenilikdir. 
H a m 1 e t. Mən  şəhərdə olanda onlar böyük hörmət 
qazanmışdılar. O hörməti yenə saxlayırlarmı? 
R o z e n k r a n s .  Yox, həqiqətən, işləri pisdir. 
H a m 1 e t. Nəyə görə? Məgər onlar pas atıblar? 
R o z e n k r a n s .  Xeyr, yenə  də  əvvəlki kimi öz 
sənətlərində parlayırlar. Fəqət öz yuvalarından təzəcə uçmuş 
qartal balalarına bənzəyən uşaqlar elə ucadan qışqırırlar ki, 
başqalarmı ağız açmağa belə qoymur, ağlagəlməz dərəcədə 
təmtəraqlı alqışlar qazanırlar.  İndi bu dəbdir. Beləliklə  də, 
xalq teatrlarını hörmətdən salırlar. Hətta qılınc qurşamış 
hərbçilər də xalq teatrlarına getməyə  cəsarət etmir, uşaq 
teatrları üçün yazanlar qaz lələyindən qorxur, rüsvay 
olunmaqdan ehtiyat edirlər. 
H a m 1 e t. Doğrudan, onlar uşaqdır? Onları kim 
saxlayır? Onlar nə  qədər  əmək haqqı alırlar? O balacalar 
səsləri tutulmaymca bu sənəti davam etdirə biləcəklərmi? 
Bəs onlar böyüyəndə nə olacaq? Əgər ayrı peşə seçməyə bir 
imkan tapılmasa, xalq teatrlarının aktyoru olanda de-
məyəcəklərmi ki, onları öz gələcəklərinə qarşı 
qaldırmaqla böyüklər səhv ediblər? 
R o z e n k r a n s .  Düzünü desək, hər iki tərəfdə çoxlu 
səs-küy olur. Camaat onları bir-biri ilə salışdırmağı günah 
saymır. Bir müddət bu teatr münaqişələri yumruq davasına 
gəlib çıxmasaydı, heç kəs pyeslərin tamaşasına pul 
vermirdi. 
 
H a m 1 e t. Məgər belə şey mümkündür? 
Q i l d e n s t e r n .  Oh, bu cür mübahisələrdə  nə  qədər 
baş sındırıblar. 
H a m 1 e t. Uşaqlar üstün gəlir, eləmi? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə