H a m 1 e t. Demək istəyirəm ki, başımı sizin dizlərinizə
söykəyə bilərəmmi?
O f e 1 i y a. Bəli, milord.
H a m 1 e t. Allah bilir, siz nələr düşündünüz?
O f e 1 i y a. Mən heç nə düşünmədim, milord.
H a m 1 e t. Gözəl bir qızın ağuşunda uzanmaq gözəl bir
arzudur.
O f e 1 i y a. Nə dediniz, milord?
H a m 1 e t. Heç nə.
O f e 1 i y a. Bu gün çox şənsiniz, milord.
H a m 1 e t.
Kim, mən?
O f e l i y
a.
Bəli, milord.
H a m 1 e t. Aman Allah, deməli, mən sizin yeganə, misilsiz
təlxəyinizəm. Nə etməli? Bizim şənlənməkdən başqa ayrı
çarəmiz varmı?
Bir mənim anama baxın, o necə də şaddır! Halbuki atam iki
saat bundan əvvəl ölmüşdür. '
O f e 1 i y a. Xeyr, milord, düz iki ay bundan əvvəl.
H a m l e t . Necə, necə! Belə çox? Elə isə qoy yas paltarı
cəhənnəm olsun. Mən xəzli bayram libası geyəcəyəm. Ey ulu
göylər! O iki aydır ölüb, hələ də unudulmayıb? Deməli, ümid
etmək olar ki, böyük I bir adamın xatirəsi dünyada özündən
yarım il artıq yaşaya bilər, ancaq
o, məbədlər tikdirməlidir,
yoxsa heç kim onu yada salmayacaq. O zavallı qəbrinin üstünə
bu sözlər yazılmış oyuncaq, çubuq at kimi tamamilə yaddan
çıxacaqdır.
"Bir tərəfə atdılar,
Atdılar, unutdular".
Qaboylar çalınır.
Lal-səhnə başlanır. Kral və kraliça rolunu oynayan
aktyorlar daxil olub bir-birinə nəvaziş göstərirlər. Əvvəlcə
kraliça kralı, sonra isə kral kraliçanı qucaqlayır. Kraliça
kralın qarşısında dizi üstə çöküb öz məhəbbətini izhar edir.
Kral onu ayağa qaldırır və başmı onun çiyninə qoyur. Sonra
çiçəklərin arasında uzanır. Kraliça onun yatdığını görüb gedir.
Bu vaxt bir nəfər gəlir, kralın tacını başından çıxarıb öpür və
onun qulağına zəhər töküb gedir. Kraliça geri qayıdır, kralı
ölmüş görüb kədərli və çılğın hərəkətlər edir. Qatil bir neçə
dəfn mərasimi xidmətçiləri ilə yenidən gəlir, kraliçanın
qəminə şerik olduğumu bildirir. Cənazəni aparırlar. Qatil
hədiyyələrlə kraliçanın rəğbətini qazanır. Kraliça əvvəlcə
onunla könülsüz və həvəssiz davranır, axırda onun
məhəbbətini qəbul edir.
Gedirlər.
O f e 1 i y a. Bu nə deməkdir, milord?
H a m 1 e t. Bir çirkin cinayətin, alçaq rəzalətin təsviridir.
O f e l i y a . Yəqin, bu lal-səhnə oynanılacaq əsərin
məzmununu göstərir?
Bir aktyor daxil olur.
H a m 1 e t. Bu qoçaq bizə hamısını danışacaq. Aktyorlar
sirr saxla-ya bilmirlər, hər şeyi töküb üyüdürlər.
O f e 1 i y a. İndi bu göstərilənlərin mənasını o bizə deyəcəkmi?
H a m 1 e t. Bəli, ona nə göstərsəniz, mənasını sizə deyəcək. Siz
göstərməyə utanmayın, o mənasını deməyə utanmayacaq.
O f e 1 i y a. Siz xarab olmusunuz, siz xarab olmusunuz. Mən
pyesə baxacağam.
Aktyor.
Gəlmişik xoş niyyətlə,
Bir xeyirxah sənətlə.
Baxın tamaşamıza
Siz səbirlə, diqqətlə.
Gedir.
H a m 1 e t. Bu müqəddimədir, yoxsa üzüyə həkk olunmuş
şer?
O f e 1 i y a. Bu lap qısa oldu, milord.
H a m 1 e t. Qadınların məhəbbəti kimi.
Kral və kraliça rollarımda çıxış edən iki aktyor daxil
olur.
Aktyor-kral.
Saf məhəbbət könlümüzü, ülvi nikah əlimizi
Bir-birinə bağlayaraq daim xoşbəxt etmiş bizi.
Odlu günəş Allahı Feb furqonunda həmin
gündən
Otuz dəfə dənizləri, torpaqları gəzib şən-şən.
Günəşdən nur alan ay da eşq oduna qalanıbdı,
Bu dünyanın ətrafına düz otuz il dolanıbdı.
Aktrisa-kraliça.
Qoy beləcə pak eşqimiz qızılgültək çiçək açsın,
Qoy yenə də günəşlə ay seyrə çıxıb şəfəq saçsın.
Fəqət sənsiz mən məhv olum, sənsiz ömrüm nə
bədbəxtdir,
Üzün gülmür, kefin yoxdur, sən xəstəsən neçə
vaxtdır.
Sənin üçün qorxuram bərk, gedib əldən ixtiyarım.
Buna görə kədərlənmə, heç nə yoxdur, hökmdarım.
Qadınların məhəbbəti qorxusuyla əkiz olur,
Ya onlar heç yaranmayır, ya da onlar hədsiz olur.
Sarsılmazdır məhəbbətim, sınamışam həyatda çox,
Sevgim- dərya, qorxum- dərya, sahili yox, hüdudu
yox.
Ürəkdə eşq odu varsa, şübhə ağır bir yük olur,
Eşqi böyük olanların qorxusu da böyük olur.
A k t y o r - k r a l .
Gəl ayrılaq, vidalaşaq, ay sevgilim, mənim baxtım,
Gücüm-qüvvəm tükənibdir, artıq çatıb köçmək
vaxtım.
Məndən sonra sən bu gözəl dünyamızda xoşbəxt
yaşa,
Şan-şöhrətlə, məhəbbətlə ömrü-günü yetir başa.
Bəlkə, birdən ərə getdin...
A k t r s a - k r a 1 i ç a.
Ah, danışma, bu dəhşətdir!
Belə sevgi qeyrətə də, vicdana da
xəyanətdir.
İkinci yol ərə getsəm, gəlim min bir
lənətlərə!
Öz ərini öldürənlər ikinci yol gedər ərə.
Ham1e t (kənara). Bu sözlər onlara zəhərdir, zəhər!
A k t r i s a - k r a l i ç a .
İkinci yol ərə gedən nə eşq bilir, nə də ürək,
Alçaq, çirkin tamahına namusunu satır, demək.
İkinci ər yatağında üzüm gülsə öpüşlərdən,
İkinci yol öldürürəm ilk ərimi, deməli, mən.
Aktyor-kral.
İnanıram, bu sözlərin səmimidir, həqiqətdir,
Fəqət bizdə əhdimizi tez-tez qırmaq bir adətdir.
Hər bir arzu hər insanda yaddaşının köləsidir,
O, vüsətdən doğulsa da, zəiflikdən öləsidir.
Kal meyvetək tufan onu budağından sala bilməz,
Yetişdimi tufansız da budağında qala bilməz.
Söz veririk, vəd edirik, düşünmürük suçumuzu,
Unuduruq özümüzün özümüzə borcumuzu.
Ehtirasla can atırıq bir məqsədə zaman-zaman,
O ehtiras soyudumu o məqsəddən qalmır nişan.
Kədərimiz, sevincimiz dalğalanır ümman kimi,
Biz qururuq, biz tikirik, məhv edirik tufan kimi.
Harda sevinc qanad açır, orda coşur kədər-möhnət,
Qəm sevinir, qəm şadlanır, sevinc tapır dərd-əziyyət.
Biri gəlir, biri gedir, bu qəribə deyil bizdə,
Taleyimiz dəyişdikcə hey deyişir sevgimiz də.
Hələ də bu bir sualdır, dərk etmirik bunu niyə:
Sevgi bəxtə hökm eləyir, yoxsa, yoxsa bəxt sevgiyə?
Şöhrətlilər kasıblasa, dönük çıxar sevənləri,
Zavallılar dövlətlənsə, həmdəm olar düşmənləri.
Sevgi bəxtdən asılıdır, ta qədimdən bilir hər kəs,
Ehtiyacı olmayanın dost-tanışı saya gəlməz.
Dostları ilə paylaş: |