Hasil fəTƏLİyev şƏrabin mikrobiologiyasi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə94/95
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#20988
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   95

314 
butulkaya 50 sm
3
 steril adi su tökülür. Pambıq tıxacla bağlanır və 
möhkəm çalxalanır. Sonra yuyuntu suyu steril sentrafuqalı stəkana 
keçirilir,  sentrafuqa  edildikdən  sonra  dibdə  yığılan  kütlə  mikros-
kopda baxılır. Membran filtrdən yuyuntu suyunun (250 sm
3
) keçi-
rilərək  bərk  qida  mühitinə  köçürülməsi  və  3-5  gün  25
0
C  tempe-
raturda termostatda saxlanması daha dəqiq nəticə verir.  
Membran filtr olmadıqda yuyuntu suyundan 1 sm
3
 qida mühiti 
ilə  doldurulmuş  Petri  kasasına  keçirilir  və  yuxarıdakı  qaydada 
termostatda  saxlanılır.  Cücərdikdən  sonra  koloniyaların  ümumi 
miqdarı hesablanır.  
Tıxaclar.  Təbii  mantar  tıxacların  səthində  müxtəlif  mikroor-
qanizmlər,  o  cümlədən  mayalar,  kif  göbələkləri  və  sporlar  olur. 
Şərabla  təmasda  olduqda  həmin  orqanizmlər  onu  yoluxdura  bilir 
və şəraba səciyyəvi xoşagəlməyən ton verir. Steril vakuum qablan-
manın  tətbiqinə  baxmayaraq  natural  tıxacların  keyfiyyəti  heç  də 
həmişə sanitar-gigiyenik tələblərə cavab vermir. Polietilen tıxaclar 
da həmçinin yoluxmuş ola bilir.  
Mikrobioloji analiz üçün hər doldurmadan əvvəl steril pinsetlə 
hər bir qablanmadan azı 3 tıxac götrülür və 50 sm
3
 adi steril su ilə 
steril  kolbaya  yerləşdirilir.  Kolba  tıxacla  bağlanır  və  5  dəq 
müddətində  çalxalanır.  Tıxacdan  axan  su  kənar  iyə,  mexaniki 
qarışıqlara malik olmamalı və orada mikroorqanizmlər olmamalı-
dır.  Mikroskoplaşdırma  və  səpin  üçün  yuyuntu  suyu  butulkaya 
nəzarətdə olduğu qaydada hazırlanır.  
Səpələnən  maddələr.  Müəssisəyə  daxil  olan  yapışqan  mad-
dələri, tanin, və limon turşusunun hər partiyası mexaniki qarışıqlar 
və mikroorqanizmlər olma mümkünlüyünə görə yoxlanır. 
Saxarozanın hər partiyası kif göbələklərinin, selik əmələ gəti-
rən  maddələrin  və  şərabda  inkişaf  edə  bilən  mikroorqanizmlərin, 
sporların  olmasına,  həmçinin  mexaniki  qarışıqlara  görə  yoxlanır. 
Analiz üçün ən azı 100 q orta nümunə götrülür. Nümunələr steril 
mala ilə  yaxud qaşıqla götrülərək steril qaba keçirilir və möhkəm 
qarışdırılır. Həmin materialdan 1 q götürülərək 10 sm
3
 steril adi su 
ilə  kolbada  çalınır.  5  dəq  silkələndikdən  sonra  nümunə  sentrafu-
qadan keçirilir və mikroskoplaşdırılır.  


315 
Bina  və  avadanlıqların  sanitar  vəziyyətinə  nəzarət.  Müəs-
sisədə  yaxşı  sanitar-gigiyenik  vəziyyət  tənzimləmək  üçün  bütün 
binaların,  həmçinin  avadanlıqların,  rezervuarların,  filtirlərin, 
ötrücü  boruların,  nasosların  cihaz  və  avtomat  doldurma  xəttinin 
yüksək dərəcədə təmizliyinə nail olunmalıdır.  
Yoluxucu  mikroflora  havalanmayan  qaranlıq  binalarda  mötə-
dil temperaturda və havanın yüksək nəmliyində yaxşı inkişaf edir. 
Bunu nəzərə alaraq divar və çardaq açıq tonda rənglənməli, döşə-
mə  hamar,  işıqlı  olmalıdır  ki,  çirklənmə  dərhal  nəzərə  çarpsın. 
Kiflərin qarşısını almaq üçün ildə bir dəfə, yaxud daha tez binanın 
göydaş əlavə olunmaqla əhənglə ağardılması aparılır. İstehsalat və 
anbar  binalarında  kifayət  qədər  hava  mübadiləsi  olmalıdır.  İsteh-
salat binalarına baxış və nəzarət həftədə 1-2 dəfə yerinə yetrilir.  
Texnoloji avadanlıqlar. Rezervuarların, boru ötürücülərinin və 
məhsulla  təmasda  olan  cihazların  səthi  hamar,  zədəsiz,  sanitar 
işlənmələr  və  baxışlar    üçün  uyğun  olmalıdır.  Onların  quruluşu 
şərab  və  digər  maye  qalıqlarının  tam  kənar  olunmasını  təmin  et-
məlidir.  Boru  ötürücülərinə,  onların  birləşmə  yerlərinə,  qaynaq 
nöqtələrinin  sıxılma  yerlərinə  və  s.  vəziyyətinə  xüsusi  diqqət  ye-
tirilməlidir. Epoksid,  yaxud polimer  əsaslarla örtülmüş  rezervuar-
lar zədə  olunma baxımından tədqiq  olunmalıdır. Belə təbəqələrdə 
çatların  hava  qabarcıqlarının  olması  burada  mikroorqanizmlərin 
olmasını göstərir. Belə rezervuarlara doldurulan şərab orada iştirak 
edən  mikroorqanizmlərin  mübadilə  məhsulları  ilə  zənginləşir. 
Həmin məhsullar şərabın orqanoleptik göstəricilərini pisləşdirir və 
son  nəticədə  xəstəliklərə  gətirir.  Belə  rezervuarlardan  yalnız 
dəyişiklik  aparıldıqdan,  yaxud  örtüyü  dəyişdikdən  sonra  istifadə 
etmək olar. 
Avadanlıqların işlənməsinə nəzarətə daxildir:  
-  mexaniki  çirklənmənin  çöküntülərində  kənar  iyləri  aşkar 
etmək məqsədi ilə xarici baxış; 
-  şəffaflıq  və  rəng  su  kəmərindən  sonuncu  yuyuntu  suyuna 
görə; 
-  avadanlıqların  səthindən  yuyuntu  sularının  yaxud  qalıqların 
mikroskoplaşdırılması.  Canlı  mikroorqanizmlər  aşkar  olunduqda 


316 
avadanlıqların yuyulma və işlənməsi təkrar olunmalıdır.  
Avadanlıqların səthindən qalıqlar adi steril su ilə nəmləndiril-
miş    steril  pambıq  tampunla  götürülür.  Tampun  pinsetin  köməyi 
ilə kolbada 50 sm
3
 su ilə nəmləndirilir, onların səthi 100 sm
2
 qədər 
silinərək  həmin  kolbaya  keçirilir.  Möhkəm  qarışdırıldıqdan  sonra 
su sentrafuqa olunur və mikroskopda baxılır.  
Digər  yoluxma  mənbəyi  rezin  borular  ola  bilir.  Paslanmayan 
polad yaxud şüşə boru ötürücülərindən fərqli olaraq rezin borular, 
xüsusilə də uzun müddətli istifadədən sonra daxili hissəsində çox-
saylı çatlara malik olur. Daimi  yüksək nəmlik sterilizə imkanının 
mümkünsüzlüyü  burada  yoluxucu  mikroorqanizmlərin  toplanma 
təhlükəsi yaradır. 
Dezinfeksiya vasitələri. Tətbiq olan agentdən asılı olaraq fiziki 
və kimyəvi dezenfeksiya metodları fərqləndirilir. Fiziki metodlara 
qızdırma  (isti  buğla  işləmə,  qaynatma),  canlıları  tutan  filtrasiya, 
ultrasəsin  təsiri,  şüalandırma  və  s.  aiddir.  Spor  əmələ  gətirməyən 
mikroorqanizmlərin çoxu 60-70
0
C qədər 10-20 dəqiqə qızdırıldıq-
da  məhv  olur.  Bəzi  bakteriyalar  və  mikroorqanizmlərin  sporları 
yüksək temperaturun təsirinə daha dözümlü olub, 80-90
0
C tempe-
ratura qədər qızdırıldıqda məhv olmurlar.  
Termiki  dezinfeksiya  səmərəli  vasitədir.  Yüksək  temperatur-
dan avadanlıqların sterilizəsi üçün istifadə etmək olar. Avadanlıq-
ların 10-15 dəqiqə buğla işlənməsi bütün mikroorqanizmləri məhv 
edir.  
Mikroorqanizmləri  tədricən  məhv  etmək  üçün  isti  sudan 
istifadə  olunur.  Avadanlıqla  inventarların  80-85
0
C  temperaturda 
20-30  dəqiqə  müddətində  isti  su  ilə  işlənməsi  səmərəli  təsir 
göstərir. İsti suyu qələviləşdirdikdə onun bakterisid təsiri güclənir.  
Kimyəvi metodlardan fərqli olaraq fiziki metodlarla dezinfek-
siya ətraf mühitə mənfi təsir etmir və avadanlıqların korroziyasını 
törətmir.  
Kimyəvi  dezinfeksiya  metodlarına  müxtəlif  antiseptiklərin 
tətbiqi aiddir. Onların istifadəsindən əvvəl aparaturaların mexaniki 
təmizlənməsi  aparılmalıdır.  Dezinfeksiyadan  sonra  bütün  avadan-
lıq  və  komunukasiyalar  agent  tam  kənar  edilənə  qədər  su  ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə