Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə30/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   27   28   29   30   31   32   33   34   35

120 
 
ləri  korlaya  bilərdi.  Əllərini  yumaq  bəhanəsiylə  ye-
rindən  qalxıb  mətbəxin  yanındakı  əlüzyuyana  daxil 
oldu. Özünə gəlmək üçün üzünü, alnını soyuq su ilə 
yudu.  Sonra  da  tələsə-tələsə  qoltuğundakı  partlayı-
cını əsas kürəbənd borusunun arxa tərəfinə bənd elə-
di.  Onu  heç  kimin  görmədiyinə  əmin  olduqda  çay-
xananın dəhlizinə qayıtdı, çayının ardını içmədən çö-
lə çıxdı. 
          Çöldəki  sərin  hava  üzünə  dəydikcə  yavaş-ya-
vaş  özünə  gəlir,  sakitləşirdi.  Havanın  qaralmasına 
baxmayaraq,  dükanlardan  işıqların  al-əlvanlığından 
bazarın həyəti aydınlıq idi. Dükanlar bir-bir bağlanır, 
adamlar getdikcə seyrəlirdi. 
          Ağarəhim  bazardan  çıxdı.  Bir  neçə  yüz  metr 
gedib  dayandı.  Daldalanmağa  yer  tapıb,  cibindəki 
partlayıcı  maddənin  idarəedici  qurğusunu  çıxardı. 
Daha  sinəsində  bayaqkı  həyəcanından  əsər-əlamət 
qalmamışdı.  Topalın  başından  basırmış  kimi  soyuq-
qanlıqla  tapşırılan  düyməni  basdı.  Uzaqdan,  bazar 
tərəfdən boğuq partlayış səsi eşidildi. 
          O, səhəri günü  işə çıxmadı. Gülbəniz  bazarlıq-
dan  qayıdanda  xəbər  gətirdi  ki,  Bəyəhmədin  çayxa-
nasını partladıblar. Ölən yoxdur, üç nəfəri ağır yaralı 
halında xəstəxanaya aparıblar. Ölüm olmaması Ağa-
rəhimi sevindirdi. Istəmirdi Allah qarşısında günah-
kar qalsın, kiminsə həyatına bais olsun. Bazara – ha-
disə  yerinə  getməyə  çəkindi.  Gedərsə,ehtiyatsızlıq 


121 
 
edəcəyindən,  ondan  duyuq  düşəcəklərindən  əndişə-
lənirdi.  Bütün  günü  həyətdə  özünə  iş  tapıb  qurda-
landı, ürəyindəsə “görəsən Topala əməlli başlı ziyan 
dəyə bilibmi?” düşündü. Sabahısı dözməyib hər şeyi 
öz  gözləriylə  görmək  üçün  bazara  gəldi.  Kənardan 
yanıb  qaralan,  uçulan  divarları  gözaltı  seyr  elədi: 
əsasən bufetin mətbəxi dağılmışdı. Yanğının qarşısı-
nı  tez  almışdılar.  Dükanın  içəri  divarı  uçmuş,  daxili 
demək  olar  ki,  salamat  qalmışdı.  Dükanın  salamat 
qalması  onu  açmadı.  Əmirxan  partlayıcının  gücünü 
şişirdərək,  onu  dükanın  da  dağıdacağına  əmin  et-
mişdi. Görünür, partlayıcı elə də güclü olmayıb. 
          Topalın alveri dayanmışdı. Yanına heç kimi bu-
raxmırdılar.  Deyilənə  görə,  iki  gün  idi  içəridə  polis 
tədqiqat aparırdı.  Partlayışın kənardan  idarə olunan 
qurğu ilə partladılması aşkar edilmişdi. Bazar Topa-
lın  adamları  ilə  dolu  idi,  bütün  köşklərin  qarşısında 
iki-bir  dayanıb,  gəlib  gedənlərə  göz  qoyur,  danışı-
lanlara  qulaq  asırdılar.  Diqqəti  cəlb  etməmək  üçün 
Əmirxanla,  Xəlillə  görüşmədən,  bazarda  çox  dayan-
mayıb, öz köşkünə qayıtdı. 
          Partlayışın şəxsi ədavət nəticəsində baş vermə-
si  gün  kimi  hamıya  aydın  idi.  Üzə  vurmasa  da  To-
palın  ürəyinə  təlaş  düşmüşdü.  Dükanın  bufetin  və 
çayxananın  bərpa  olunub,  əvvəlki  görkəminə  qayta-
rılmasına azı yarım illik gəlirini sərf eləməliydi. 
          Hadisədən  dörd gün  keçmişdi.  Polislər  Ağarə-


122 
 
himi köşkündən gəlib apardılar. Tədqiqat zamanı əl-
üzyuyanın  sağ  qalmış  hissələrindən  birində  onun  əl 
izi  tapılmışdı.  Bundan  əlavə,  partlayış  zamanı  mət-
bəxdə  zədə  almış  qadınlardan  biri  Ağarəhimi  əlüz-
yuyana keçərkən gördüyünü, oradan çıxandan sonra 
əlüzyuyana  tərəf  heç kimin  getmədiyini,  iyirmi-iyir-
mi  beş  dəqiqə  sonra  da  partlayışın  baş  verdiyini  is-
tintaqa xəbər veribmiş. 
          Həmin  gün  Ağarəhimi  həbs  edib,  istintaq  təc-
ridxanasına  göndərdilər.  Əmirxanla  Xəlil  bərk  qor-
xuya düşmüşdülər. Lakin, Ağarəhim istintaq zamanı 
onların adını çəkmədi. 
          Həyat  yoldaşının  tutulması  ilə  Gülbəniz  ürə-
yində heç cür barışa bilmirdi. Təzə-təzə ürəyi istədiyi 
xoş günlər görürdü, o da belə qurtardı. Yanılmadığı, 
əri  həbsdən  buraxılarsa  da  birlikdə  yaşadıqları  bəx-
təvər  günlərinin  qurtarması  ürəyinə  dammışdı.  Ona 
qarşı təzəcə yaranmış, bərkiməmiş məhəbbətində ar-
tıq  çat  yaranmışdı.  Onun  fikrincə,  düşüncəli  adam 
bu cür ucuz, gərəksiz cinayət etməməli idi. Hər şey-
dən əvvəl qoca anasını, cavan ailəsini xatırlamalı idi. 
          Anası  təcradxanada  görüş  zamanı  ayrılarkən, 
özünü saxlaya bilməyib, hıçqıra-hıçqıra söymüşdü: 
          –Ay  oğraş,  nöş  tələsirdin,  məni  basdıraydın, 
sonra  gələrdin  də  bura,  gərək  elə  məni  zülmə  qo-
yaydın?.. 
          Istintaq bir aya qədər çəkdi. Məhkəmənin hök-


123 
 
mü ilə Ağarəhim səkkiz il azadlıqdan məhrum olun-
du. Bir il üç aydan sonra yenidən məhkum həyatına 
qayıtdı. 
          Bu dəfə onu ciddi rejimli islah-əmək müəssisə-
sinə göndərdilər. Başının qırxılması, yoxlanış zamanı 
darbalağını soyunub beş dəfə çömbəlib-durması, za-
bitlərin  və  nəzarətçilərin  söyüş  dolu  qışqırıqları,  qə-
fildən dəyən şillə-təpiklər – artıq hamısı adiləşmişdi, 
ona tanış gəlirdi. 
          Ümumən  götürdükdə  o  vaxtlar  günü  pis  keç-
mirdi.  Tez-tez  yanına  gəlirdilər,  cibindən  pul  əskik 
olmurdu.  Məhkumlar  içində  xeyli  dostları  var  idi. 
Yerliləri də yığışmışdılar başına, darıxmağa qoymur-
dular,  illah  da  yanına  pay  gələndə.  Işləmirdi.  Briqa-
dirə  aylıq  verib,  yeyib-içir,  yatırdı,  sanki,  istirahətə 
gəlmişdi.  Istintaq  zamanı  adlarını  gizlətdiyi  çöldəki 
dostları – Əmirxanla Xəlil dörd-beş dəfə pay-para ilə 
yanına gəldilər. Sonralar nədənsə görünmədilər. 
          Məhkumluğunun yarım ilində oğlu oldu. Ağa-
rəhimin sevincindən uçmağa qanadı çatmırdı. Şadlı-
ğından dəlilik edirdi. “Qurban olum Allaha, bir yan-
dan kəsəndə o biri yandan verirmiş” deyirdi. “Evi ki-
şisiz  qoymadı.  Özüm  bir  kişi  olmadımsa  da  heç  ol-
masa  əvəzimə  oğlum  olar”  düşünürdü.  Bu  hadisəni 
məhkumlar arasında zonaya məxsus təntənə ilə qeyd 
etdilər. Hamı onu təbrik edirdi. 
          Bir  ilin  tamamında  Gülbəniz  altıaylıq  oğlunu 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə