Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə33/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   27   28   29   30   31   32   33   34   35

132 
 
hit,  alışdığı  kefləndirici  dərmanlar  şeytan  kimi  hər 
tərəfdən qarşısını kəsib yol vermirdilər. 
          Xoşbəxtlikdən  üçüncü  dəfə  əvvəlkilərdən  az 
məbləğdə uduzmuşdu. Bu cəzasının altıncı ilində baş 
vermişdi. Anası rəhmətə gedəndən Gülbəniz yanına 
gəlmirdi.  İl-ildən  yanına  gedib-gələnlərin  sayı  aza-
lırdı.  Köhnəlmişdi,  daha  heç  kim  ona  pul,  pay-para 
gətirmirdi,  keçmiş  hörmətinin  hesabına  yaşayırdı. 
Gülbəniz  yazdığı  məktublarında  gəlməməyini  belə 
izah  edirdi  ki,  “uşaqlar  böyüyürlər,  dolanışığı  öhd 
eləyib, imkan tapmıram”. Ancaq, yerlilərinə gəlib də-
yən  tanış-bilişdən  qulağına  xəbərlər  gəlirdi  ki,  qay-
nanası  Narınc  çoxdan-dır  məsələ  qaldırıb  ki,  boşan 
bu avaradan, o gedəcək türmədə yatacaq, sən də ca-
van  canını  çürüdəcəksən?..  “Kim  bilir,  bəlkə  anası 
Gülbənizi  yoldan  çıxarıb,  o  da  başqasını  sevir,  ya 
da... kiminləsə gəzir...” 
          Hər dəfə bu haqda düşünəndə elə bil  onu ilan 
çalırdı. Əzəl gündən qaynanası onunla düz gəlmirdi. 
Qızını  boşanmağa  təhrik  etdiyindən  onda  Narınca 
qarşı nifrət yaranmışdı. Məhkum yoldaşları arasında 
ailəsi dağılanlar az deyildi. Bəzən fikirləşirdi ki, əgər 
əmin  olsa  ki,  Gülbəniz  kiminləsə  gəzir,  azadlığa  çı-
xan günü Gülbənizi də, onunla gəzən əclafı da öldü-
rəcək,  təzədən  türməyə  qayıdacaq.  Bəzən  də  fikrini 
dəyişirdi,  özünü  qınayır,  günahkar  sayırdı:  “Neynə-
sin bədbəxt Gülbəniz, axı o da insandı, mənə görə o 


133 
 
da  cəza  çəkməlidirmi,  arvad  istəyən  it  oğlu  cinayət 
eləyər?” 
          Dərdinə  çarə  tapmamasına  görə,  gündüzlər  o 
qədər  fikir  edirdi  ki,  gecələr  yuxusunda  da  sayıqla-
yırdı.  Xeyli  götür-qoy  edəndən  sonra  heç  yerdən 
ümidi  olmadığından  tavanı  ödəmək  üçün  bacısına 
bir  qədər  pul  yollaması  üçün  xahiş  dolu  xəbər  gön-
dərdi.  Bilirdi  ki,  bacısı  onu  uşaqlıqdan  çox  istəyir, 
hardan  olsa  pul  tapıb  göndərəcək.  Iki  gün  keçmədi, 
onu  görüş  otağına  çağırdılar.  Boylu-buxunlu  cavan 
oğlanı  görüncə  yeznə  olduğunu  başa  düşdü.  Bacısı 
xəstəhal  olduğundan  özü  gələ  bilməmiş,  ona  pul  ilə 
yanaşı  məktub  da  göndərmişdi.  Ayrılandan  sonra 
zonanın  xəlvət  guşəsinə  çəkilib,  məktubu  oxumağa 
başladı.  Oxuduqca  anası  gəldi  gözlərinin  önünə. 
Kövrəldi, görməsinlər deyə, göz yaşlarını boğub ürə-
yinə axıtdı. Bu yaşınadək evə, ailəyə, bacısına bir də-
yərli  xeyri  olmadığını  xatırladıqca  özündən  zəhləsi 
getdi.  Tavanı  ödədi,  iki-üç  gün  üzü  tutqun  gəzdi, 
yoldaşlarına  qaynayıb-qarışmadı.  Axşamların  birin-
də daim ona dərman satan məhkum yoldaşının məs-
ləhətiylə  “hal  dərmanı”nı  qəbul  edib  həmişəki  və-
ziyyətinə qayıtdı, olanları unutdu. 
           Həmin il xoşbəxtlikdən aministiya verildi. Iki-
üç ay irəlicədən aminist olacağı barədə  şayiəyə bən-
zər söhbət gəzirdi. Axşamların birində xəbər yayıldı 
ki,  televiziyada  aministiyaya  dair  fərman  oxunub. 


134 
 
Sevincdən  hamı  bir-birini  təbrik  edir,  gözaydınlığı 
verirdi. Qumarbaşı Iltifat isə sevinənlərə gülürdü: 
          –Ay  bədbəxtlər,  hələ  bilirsüz  hamıvızı  buraxa-
caqlar?  Orda  şərtlər  var,  kim  o  şərtlərə  düşsə,  bura-
xacaqlar.  Hamıvızı  buraxsalar,  bəs  türmələrdə  işlə-
yənlər neyniyəcəklər? 
          Ağərəhim  bilmirdi  aministiyaya  düşür,  yoxsa 
düşmür?..  “Nə  olar  getmərəm,  gedənlərin  sevincinə 
qoşulmaq da günah deyil”, fikirləşirdi. 
          Dörd-beş  gün  keçmişdi,  onu  rəisin  siyasi  işlər 
üzrə  müavinin  otağına  çağırdılar.  Mayor  gülümsə-
yərək dedi: 
          –Ağarəhim, aministə düşürsən. Canın  qurtardı 
qalan iki ildən. Beş-on günə evdəsən, gör neynərsən, 
hazırlaş. 
          Səhəri  buraxılacaq  gecəni  Ağarəhim  dirigözlü 
yola  saldı.  Şadlığından  yata  bilmədi.  Neçə  illər  idi 
evi  üçün,  balaları  üçün  burnunun  ucu  göynəyirdi. 
Yaman  darıxmışdı  azad  insan  kimi  yaşamaq  üçün. 
Həmişə  görüşə  gələndə  həsrətlə  baxdığı  üç  zəhmli, 
qalın  dəmir  qapıdan  keçib  axırıncı  dəfə  yoxlanıldı. 
Işə  gələn  müəssisənin  rəisi  polkovnik  qapıda  rastla-
şarkən barmağı ilə onu hədələyib dedi: 
          –Bax  ha,  bir  də  qayıtsan,  səni...  Yadından  çıx-
masın. 
          –Allah  eləməsin  qayıdım,  –  Ağarəhim  mızıl-
dandı. 


135 
 
          Nəhayət, bu da çöl. Son qapıdan çıxdı. Üç-dörd 
addım  atmışdı,  az  qaldı  müvazinətini  itirib  yerə  yı-
xılsın. Inana bilmirdi ki, çöldədi. Ona elə gəlirdi ki, o, 
kosmosdadır, çəkisizlik şəraitindədir, havası da baş-
qadır. Hava təmiz hava idi, azadlıq havası, qoxusuz-
iysiz.  Ayaq  saxlayıb  bir  xeyli  sinədolusu  nəfəs  aldı. 
Ciyərləri  çoxdan  qəribsəmişdi  belə  havadan  ötrü. 
Özünü  quşdan  yüngül  hiss  edirdi.  Daim  onu  əzən 
daşdan ağır cəza yükündən azad olmuşdu. 
          Şəhərdə  yaşayan  bacı-qardaşıgilə  getməyə  üzü 
gəlmədi.  “Qalsın,  imkanlaşanda  gəlib  xəcalətlərin-
dən  çıxaram”,  deyə  rayona  yola  düşdü.  Evinə  tələ-
sirdi – balalarını, Gülbənizi görməyə... 
          Onun gəlişi gözlənilməz idi. Uzaqdan evin gör-
kəmi,  darvazaları  necə  qoyub  getmişdi,  elə  də  qal-
mışdılar. Heç dəyişilməmişdilər, əksinə elə bil bir az 
da  köhnəlib  “qocalmışdılar”.  Yadına  ötən  günləri 
gəldi,  anasını  xatırladı.  Həyətə  girəndə  həyətdə  oy-
nayan uşaqları onu tanımadılar. Bağça tərəfdə ağacın 
altında  nə  isə  əkən  Gülbəniz  başını  qaldırıb  salam-
kəlamsız həyətə girən “qonağa” baxdı, təəccübləndi, 
əlindəki beli atıb ona tərəf gəldi: 
          –Xoş gəlmisən. Heç inana bilmirəm. Necə oldu 
ki, səni vaxtından əvvəl buraxdılar?               
          –Amnistə düşdüm... 
Yaşlaşmışdı  Gülbəniz.  Dörd  ilə  yaxın  idi  onu 
görmürdü, nəfəsinə həsrət idi. Amma, daha gəlinlik-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə