Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə27/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

108 
 
          Ağarəhim insaflı alverçi idi. Başqalarına nisbə-
tən  ucuz  satırdı,  çəkidə  çox  aldatmırdı.  Bu  da  onun 
ətrafında  olan  o  biri  alverçiləri  özündən  çıxardıb 
qeyzləndirirdi. Xüsusilə, aralarında ən yaşlısı, özünü 
hamıdan ağıllı, bazarın qeyri-rəsmi şefi sayan, sol qı-
çını çəkdiyinə görə “Topal” çağırılan Bəyəhmədin ilk 
gündən  Ağarəhimin  alıcıları  özünə  cəlb  etməyi  xo-
şuna gəlməmişdi. Bir-iki dəfə xəbərdarlıq məqsədiy-
lə ona söz də atmışdı: 
          –Bacıoğlu,  belə  yaramaz  a...  Göz  görə-görə  al-
verimizi  öldürürsən.  Yoxsa  özünü  ağıllı,  bizi  soğan-
başı sayırsan? 
          –Yox ay kişi, elə deyil. Mənimki düzlükdü. Baş-
qa heç kimlə işim yoxdur. Neynim, sizin kimi bacar-
mıram, əlimdən gəlmir. 
          –Bacarmalısan,  bacıoğlu,  bacarmalısan,  yoxsa 
sənin düzgünlüyün bizi əyəcək... 
          Ağarəhim Topala, onun adamlarına əhəmiyyət 
vermir, öz bildiyi qaydada alverini edirdi. Topalın si-
fəti  isə hər dəfə onu görəndə günü-gündən daha da 
“əyilirdi”. 
          Bir axşam hava qaranlıqlaşanda alverini qurta-
rıb, bazardan çıxan yerdə hərəsi bir tərəfdən iki polis 
nəfəri onu qoltuqladılar: 
          –Əl-qol atma, bizimlə şöbəyə gedəcəksən. 
          –Nəyə görə, nə məsələdir, deyin bilim də güna-
hımı. Bəlkə elə buradaca söhbətimizi eləyək? 


109 
 
          –Yox,  söhbətimizi  şöbədə  eləyəcəyik.  Vəssa-
lam,  uzatma,  elə  etmə  ki,  səninlə  başqa  cür  rəftar 
edək. 
          Onu  polis  maşınına  oturdub  şöbəyə  apardılar. 
Şöbədə bər-bəzəkli kabinetə saldılar. Həmin cabinet-
də başda oturmuş mayordan savayı iki leytenant da 
var idi. Mayor sifətini bozardıb acıqla dilləndi: 
          –Hamının gözü qabağında ciblərində nə var, çı-
xar tök stolun üstünə. Tez ol! 
          Ağarəhimin  ürəyi  döyünməyə  başladı:  axı 
onun ciblərində qorxulu nə ola bilərdi? Bugünkü al-
verindən qalan pulları çıxardıb stolun üstünə tökdü: 
          –Götürün, hamısı qurbandı sizə, – dedi. 
          Mayor istehza ilə gülümsədi: 
          –Xeyr, bizə pul gərək deyil, bizə lazım olan sə-
nin cibində qalıb, çıxar onu da. 
          –Allah haqqı, daha başqa şey yoxdur. 
          –Yaxşı bax, bəlkə qoltuq cibinə qoymusan?!  
          Əllərini cibinə salıb bir də ələk-vələk elədi. Yan 
cibindən ona tanış olmayan bükülü yumru kağız çıx-
dı.  Bükülünü  bayaq  onu  qoltuqlayan  serjant  görən 
kimi Ağarəhimin əlindən aldı, tələm-tələsik açıb ma-
yorun qarşısına qoydu: 
          –Özüdür ki, var. Anaşadır. Axır ki, ələ keçdin... 
          Ağarəhimin canına üşütmə düşdü: 
          –Nəçənnik,  vallah-billah,  mənim  o  kağızdan 
xəbərim yoxdur. O bükülü mənim deyil, hardan dü-


110 
 
şüb cibimə, kim atıb, bilmirəm. 
          Yanında duran serjant ona möhkəm bir şapalaq 
çəkdi, az qaldı yıxılsın: 
          –Əclaf,  bəlkə  demək  istəyirsən  biz  atmışıq  sə-
nin cibinə, həri? 
          –Yox,  elə  demədim.  Amma,  mənim  xəbərim 
yoxdur, mənim deyil... 
          –Xeyri  yoxdur,  atdanıb  düşməyinin,  –  mayor 
dilləndi,  –  biz  çoxdan  məlumat  almışdıq  sənin  nar-
kotika alveri ilə gizli  məşğul olmağını. Nəhayət, izi-
nə düşüb səni yaxalaya bildik. Bu da sübut, – kağıza 
bükülünü göstərdi. 
          Sonra yanındakı leytenanta göstəriş verdi: 
          –Təcili protokol tərtib edin, qərar çıxardıb, özü-
nü də həbs edin. 
          Ağarəhim  çox  yalvar-yaxar,  and-aman  elədi, 
xeyri  olmadı.  Səhəri  günü  onu  istintaq  təcridxanası-
na göndərdilər. Istintaq bir aya yaxın çəkdi və məh-
kəmə ona üç il iş kəsdi. Hökm oxunandan sonra isə 
konvoy maşınında islah-əmək düşərgəsinə gətirdilər. 
          Düşərgəyə gətirən kimi başını qırxdırıb əməliy-
yatçıların otağına apardılar. Əməliyyatçı zabitlər onu 
sorğu-sual etdikdən sonra üst-başını axtardılar. Ana-
sının  təcridxanada  yanına  gətirdiyi  paltarlarını  so-
yundurub, məhkum paltarını qarşısına atdılar: 
          –Geyin, cəld ol! 
          Anasının əllərinin istisini, ətrini duyduğu yun-


111 
 
dan  toxunma  köynəyini,  paltarlarının  əynindən  çı-
xardıb,  ona  yad  bir  paltarın  geydirilməsi  Ağarəhimi 
haldan  çıxarmışdı.  Kövrəlib  hönkürtü  çəkmək  istə-
yirdi.  Elə  bil  ona  ölü  paltarı  geydirirdilər.  Bu  andan 
dönüb olurdu “canlı meyit”. 
          Ləng  tərpənməsinə  dözməyən  zabitlər  ilk 
“dərs” kimi Ağarəhimin bədənini “yumşaltmağa” gi-
rişdilər. Ona dəyən şillə-təpikdən elə fəallaşdı ki, bir 
anın içində geyinib canını qurtararaq özünü otaqdan 
çölə atdı. 
          Bir  ay  karantində  saxlayıb,  istehsalat  zonasın-
dakı  sexlərdə  ağır  işlərə  göndərdilər.  Bütün  günü 
Günəşin yandırıcı istisi altında işlədiyindən zənci sa-
yağı qapqara qaralıb, arıqlayıb çöpə dönmüşdü. Ka-
rantindən  sonra  yaşayış  zonasında  yaşayacağı  ba-
rakda da onu çətin günlər gözləyirdi. Ancaq, qulağı-
na  çatmışdı  ki,  “obşak”ın  yaxın  adamlarından  biri 
həmyerlisidir, xeyli sevinmişdi. 
          Bir  ayın  tamamında  Ağarəhimi  karantindən 
azad  edib  briqadaya  təyin  etdilər,  dəstə  rəisinə  isə 
onun  tərbiyə  edilməsiylə  məşğul  olmağı  tapşırdılar. 
Dəstə rəisi onu qabağına qatıb qalacağı baraka apar-
dı.  Barakda  yerliləri  hay-küylə  qarşıladılar.  Bir  neçə 
saat keçmiş xəbər gəldi ki, anası görüşə gəlib. Sevin-
cindən az qaldı ağlasın. Çətin günlərinin birində ana-
sı özünü ona yetirmişdi. 
          Ürəyi çırpına-çırpına görüş otağına gəldi. Ana-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə