Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə24/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

96 
 
sun  sanitarların  damdan  düşürülməsi  üçün  tədbir 
görmələrini əmr etdi: 
          –Bilmirəm, fikirləşin bir vasitə tapın onları ora-
dan aşağı salın. 
          –Niyaz müəllim, necə edək? – Bəkir çiyinlərini 
çəkib, sual etdi. – Siz deyin, biz də eləyək. Səhərdən 
söz ilə hər üsuldan istifadə etmişik. Xəbərdarlıq elə-
dik, hədələdik, olmadı şirin dilə keçib vədlər verdik. 
Faydası yoxdur. Kor tutduğundan buraxmadığı kimi 
yapışıblar ki, yuxarıdan adam gəlsin, sonra düşərik... 
          –Bəs zorla necə? Nəzarətçilər ora çıxa bilməz? 
          –Birincisi,  təhlükəlidir.  Damın  dəmir  örtüyü 
hamardı,  hər  an  adam  sürüşüb  yıxıla  bilər.  İkincisi 
də, dəli Mahirin çənin üstünə çıxması yadınızdadır? 
Onu düşürənlərə töhmət veriləndən sonra kim yeni-
dən töhmətə görə həyatını riskə qoyar?  
          –Onda bəs nə edək? Bəlkə, başqa müəssisədən 
işçilər çağıraq, deyək ki, guya idarədəndilər, başları-
nı aldadaq? 
          –Yaxşı fikirdir. Gəl ki, alınmayacaq. Biz kimisə 
tapıb  gətirənədək,  uzağı  yarım  saata  onsuz  da  “yu-
xarıdakılar” tökülüb gələcəklər. 
         –Artıq xəbər vermisən? – “Ola bilər, özünü “bö-
yüklər”  qarşısında  sığortalamaq  üçün  gizlin  məlu-
mat  verib,  –  Niyaz  düşündü,  –  ölür  vəzifəsinin  artı-
rılmasından ötrü...”  


97 
 
         –Mən? – Bəkir qızardı, – Mən niyə, əvvəllər xə-
bəri kim verirdi? Yəqin ki, həmişəki kimi onlar edib, 
–  o,  pəncərədən  görünən  qüllədəki  əsgərə  eyham 
vurdu. 
          Niyaz nəsə xatırlayaraq tez telefonunu götürüb 
məruzə  etmək  üçün  mərkəzə  zəng  vurdu.  Səhərdən 
bəri  boş  yerə  itirdiyi  vaxta  heyfsiləndi.  Yenə  qabaq-
lasalar, daha onu bu dəfə bağışlamayacaqdılar. Qorx-
duğu  başına  gəldi:  sanitarların  qiyamından  məlu-
matlı idilər. Artıq xəbər yaxınlıqdakı müəssisələrə də 
yayılmışdı... 
          Bəkirlə  Şamilin,  müəssisənin  baş  tərbiyəçisi 
(Niyaz  xahiş  etdi  ki,  heç  olmasa  indi  söyüş  söymə-
sin) Səfərin sanitarları ələ almaq üçün etdiyi cəhdlər 
xeyir vermədi. Daş qayaya, bıçaq  sümüyə dirənmiş-
di. .. 
          Bəkirin  dediyi  düz  çıxdı.  Yarım  saat  keçmişdi, 
“yuxarıdan  gələnlər”  müəssisəyə  daxil  oldular.  On-
lar  hadisə  yerinin  yaxınına  gələndən  sonra  Ayaz  o 
birilərə  hələ  damda  gözləməyi  tapşırıb  özü  aşağı 
düşdü.  Gələn  üç  nəfərin  böyüyü  Ayazı  ayrı  otaqda 
tək  qəbul  etdi.  Ayaz  öz  həyatından  başlamış  dama 
çıxmaqlarının  səbəblərinədək  hər  şeyi,  Niyaz  başda 
olmaqla əməkdaşlar haqqında bütün bildiklərini ona 
danışdı. Söhbət bir saatdan çox çəkdi. Rütbəsi ədliy-
yə  kapitanı,  İdarədə  təmiz  karyeraya,  nüfuza  malik 


98 
 
şəxslərdən  biri  olan  həmin  şəxs  söhbətin  sonunda 
Niyazı otağa dəvət edib dedi: 
          –Sanitarlar  indi  damdan  enib  hərə  öz  işləri  ilə 
məşğul  olacaqlar.  Birinə  də  toxunmayasınız.  Eşidir-
siz,  işçilərinizə  də  deyin,  bunu  mən  sizə  İdarənin 
adından  deyirəm.  Gedib  rəhbərliyə  hadisə  ilə  bağlı 
məruzə  edəcəyəm,  nə  qərara  gəlsələr  sizə  də  elan 
ediləcək. 
          –Oldu. Siz bilən məsləhətdir, – Niyaz yazıq-ya-
zıq cavab verdi. 
          Müfəttişlərin  böyüyünün  sərt  danışması,  heç 
kimlə  sağollaşmadan  müəssisədən  getməsi  Niyazın 
qanını  lap  qaraltdı.  Bəkir  isə  narahatlıqdan,  fikirdən 
başını itirmişdi. Niyazdan xoşu gəlməsə də işdən çı-
xarılarsa, onun da başını sığallamayacaqlarını bilirdi. 
Hirsindən kabinetinə aparmağa səbri çatmayıb Aya-
zı həyətdəcə sillələyib söydü: 
          –Oğraş!  Bəs  sən  deyirdin  oğru  aləminə  nifrət 
edirsən?  Axırı  onların  buyruğunu  yerinə  yetirdin. 
Petuxlarda etibar olmur, düz deyiblər... 
          –Günahkar özünüzsünüz. Bizə insan kimi bax-
saydınız,  biz  də  belə  etməzdik,  –  Ayaz  burnundan 
açılan qanını silə-silə cavab verdi. 
         –Sənin  var-yoxunu...  şərəfsiz  alçaq,  –  Bəkir  ye-
nidən  ona  əl  qaldırmaq  istəyəndə  onları  kənardan, 
pəncərədən  görən  Niyaz  otağından  qışqırıb  qoyma-
dı: 


99 
 
          –Bəkir,  dəymə!  Tapşırdılar  axı,  dəyməyin.  Bir 
də ki, mənası nədir...  
          Sanitarların  qiyamına  avtoritetlər  başda  ol-
maqla  qalan məhkumların da rəğbəti açıq-aşkar hiss 
olunurdu.  Nahar  vaxtı  avtoritetlərdən  onlara  qrev 
olaraq  larekdən  alınmış  xeyli  siqaret  qutusu  göndə-
rildi.  
          Axşamüstü  isə  Niyazın  rəislikdən  azad  olun-
ması, onun yerinə təzə rəis təyin edilməsi xəbəri gəl-
di. Əksər məhkumlar sevinclərini gizlədə bilmədilər: 
“Tez ya gec bütün rüşvətsevərlərin sonu belə qurta-
racaq.  Halal  olsun,  sanitarlara!  Onlar  çoxlarının  ba-
carmadığı  işi  gördülər,  müəssisənin  ən  böyük  “zibi-
lini” süpürüb atdılar...” 
                                             *  *  *  
Təzə  rəis  özü  ilə  əməliyyat-rejim  üzrə  müavin 
də gətirmişdi. İki həftənin ərzində Səfərin, Bəkirin də 
başqa  müəssisələrə  dəyişdirilməsinə  nail  olub  kabi-
netlərinə  öz  adamlarını  yerləşdirmişdi.  Səfər  əyalət-
dəki məntəqə tipli cəzaçəkmə müəssisələrindən biri-
nə  müavin  göndərilmişdi.  Bəkirin  vəzifədə  ucalmaq 
arzusu  isə  gözündə  qalmışdı.  Əksinə  olaraq  göndə-
rildiyi  müəssisədə  aşağı  vəzifəyə  –  baş  əməliyyatçı 
təyin olunmuşdu. Həmin ərəfədə özündən kiçik qar-
daşı yol qəzasında həlak olduğundan öz uşaqları (iki 
boşandığı  arvaddan  –  dörd  uşaq)  ilə  birgə  onun  da 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə