Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə22/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

88 
 
         –Nə  danışırsız,  Niyaz  müəllim,  siz  fikirləşirsiz 
ki,  mən  də  onlarla  həmrəyəm?  Siz  olmasanız  onlar 
mənə əhəmiyyət verməzlər. Sizdən çəkindikləri üçün 
mənimlə hesablaşırlar. Ancaq, siz də gərək narazılığı 
dərinləşdirib  bu yerədək gətirməyəydiniz... 
         –Mən  də  Məhyəddinə  güvəndim.  Daha  keçib, 
geriyə yol yoxdur. Məcburam ki, onların dərsini ve-
rim.  Bu  dəqiqə  İdarəyə  zəng  vurub  kömək  istəyəcə-
yəm. Qoy xüsusi təyinatlıları göndərsinlər. 
          Niyaz  dediyi  qaydada  etdi,  mərkəzə  məruzə 
edib  kömək  istədi.  Sonra  avtoritetlərdən  üçünü  ota-
ğına çağırdı. Məhkumlar içəri girərkən ayaq saxlayıb 
Niyazın  reaksiyasını  gözlədilər:  onlara  da  ayaqqabı-
sını  çıxartmaq  əmri  veriləcəkdimi?  Belə  olarsa  gö-
rüşməkdən  imtina  edəcəkdilər.  “Keçin  içəri”,  –  eşi-
dəndə  etirazdan  daşındılar.  Niyaz  onlara  hətta  əy-
ləşməyə yer də göstərdi: 
          –Buyurun, əyləşin... 
          Müəssisədə  qəbuluna  gələnlərin  bəzilərindən 
ayaqqabısını  çıxarmağı  ilk  dəfə  tərbiyə  işləri  üzrə 
müavin Səfər tələb etmişdi. Həmin məhkum otaqdan 
çıxarkən isə təzim edirmiş kimi arxasını çevirmədən 
qapının  o  üzündəki  ayaqqabısınadək  geri  addım  at-
malı  idi.  Səfərin  tərbiyə  “metodu”  Niyazın  da  xoşu-
na  gəlmiş,  daxilən  iyrəndiyi  məhkumlara  ayaqqabı-
sını qapısının ağzında çıxartdırar, dönmədən arxaya 
addımladar,  oturmağa  da  icazə  verməzdi.  Tanın-


89 
 
mışlara  və  hörmət  etdiklərinə  isə  bu  qaydanı  şamil 
etməzdi. 
          Rəis əvəzi xeyli mülayimləşmişdi:   
          – Məhkum yoldaşlarınızı başa salın ki, düzgün 
yol  seçməyiblər.  Narazılıqlarını  qanuni  yolla  mənə 
və  məndən  yuxarı  rəhbərliyə  yazılı  və  şifahi  şəkildə 
bildirə bilərlər. Aksiya keçirməklə, tabesizlik göstər-
məklə  isə  heç  nə  əldə  edə  bilməyəcəklər.  Məni  bura 
hökumət  təyin  edib,  bu  kreslonu  heç  də  özbaşına 
tutmamışam.  Onlar  məni  işdən  çıxara  bilməz,  lazım 
biləndə də hökumət məni  işdən azad edəcək. Gəmi-
yə  minib  gəmiçi  ilə  dalaşmasınlar.  Deyin,  sakitcə  öz 
yerlərinə dağılışsınlar. Əgər dağılışmasalar, bu halda 
qanunun  aliliyini  qorumağa  kömək  üçün  əsgərlər, 
xüsusi  təyinatlılar  müəssisəyə  girərlərsə  ziyan  çəkə-
cəklər.  Döyüləcəklər,  söyüləcəklər,  cəzalandırala-
caqlar. Özləri günahkar olacaqlar, daha baş verənlər 
mənlik  olmayacaq.  İçərilərində  cəza  müddəti  artırı-
lan, uzaq müəssisələrə göndərilənlər də olacaq. Bax-
sınlar, düşünsünlər hansı xoşdur, dağılışıb sivil yolla  
etirazını çatdırmaq, yoxsa qanuna zidd hərəkətlər?.. 
          Avtoritetlər  heç  nə  vəd  etmədən  meydandakı 
məhkumların  yanına  qayıdıb  Niyazın  sözlərini  çat-
dırdılar. Meydandakılar etirazlarından əl çəkmək is-
təmirdilər: 
         –Xeyr, heç dağılışdı yoxdu. Bizi ən başlıcası rüş-
vətə  görə  sıxırlar,  məhkum  hüquqlarımızı  tapdala-


90 
 
yırlar.  Gecə-gündüz  təkcə  pul  üçün  çalışırlar.  Qoy 
haqq  səsimiz,  etirazımız  yuxarılaradək  getsin...  İşi 
çətinləşəndə  qanunun  aliliyindən  danışır.  Onun 
məqsədi bizi qorxutmaqdır... 
Yataqxanalardakı  məhkumlar  da  nəzarətçilər 
vasitəsi ilə etirazlarını bildirmişdilər: zabitlərdən yal-
nız  dəstə  rəislərinə  güzəşt  edə  bilərlər,  qalanları  ba-
raklarda görmək belə istəmirlər. 
          Yarım  saat  da  keçdi,  başı  dəbilqəli  əsgərlərlə 
dolu  maşınlar  müəssisənin  qarşısında  dayandı.  On-
lar həyətə daxil olmamış, Niyazın sözünün ciddiliyi-
ni  anlayan  bir  çox  məhkumlar  kirimişcə  meydanı 
tərk  etdilər.  Meydandakılar  yarıbayarı  azaldı,  təqri-
bən əlli nəfərədək adam qaldı. 
          Əllərində iri, qalın şüşə qalxanlı və qara, yoğun 
dubinkalı  əsgərlər  həyətə  girib  bir  anın  içində  mey-
danı dövrəyə aldılar. Onların içərisində əzələli, hün-
dürboyluları,  şübhəsiz  təlim  görmüş  xüsusi  təyinat-
lılar idi. 
          Meydandakı  məhkumlar  üzə  vurmasalar  da 
gördükləri mənzərədən daxilən sarsılmışdılar. Onlar 
sonuncu xəbərdarlığı gözləyirdilər ki, tələblərini bil-
dirib dağılışsınlar. Lakin, bu dəfə sonuncu xəbərdar-
lıq  olmadı.  Əsgərlərə  başlamaq  komandası  verildi. 
Dubinkalı  əsgərlər hərə bir tərəfdən çaşqınlıq içində 
olan məhkumları qolları açılan qədər çırpıb döyməyə 
başladılar. Sonra da çoxusunu qandallayıb, bir qədə-


91 
 
rini  cərimə  təcridxanasına,  bir  qədərini  də  çöldəki 
komvoy maşınına doldurdular. 
          Sonda mərkəzə məruzə edildi: əməliyyat uğur-
la başa çatdı, müəssisədə sabitlikdir. Hər şey Niyazın 
əvvəlcədən  dediyi  kimi  oldu:  meydanda  döyülən 
məhkumlardan  bəzilərinin  cəzası  artırılıb  qapalı 
həbsxanaya göndərildi. Qalanları da təcridxanaya sa-
lınıb oradan da əyalətlərdəki cəzaçəkmə müəssisələ-
rinə yatab olundular. O cümlədən, avtoritetlərdən də 
bir neçəsi müəssisədən kənarlaşdırıldı. 
                                           *   *   * 
          Haqq söz imiş: kin özü  ilə kin gətirər. Müəssi-
sədə aparılan “təmizləmə” əməliyyatından sonra sa-
kitlik  bərpa  olunsa  da,  məhkumların  əhval-ruhiyyə-
sində  gərginlik  qalmaqda  davam  edirdi.  Onlarda 
əməkdaşlara,  xüsusilə  Niyaza  qarşı  gizli,  dərin  bir 
nifrət hissi yaranmışdı. Niyaz gözlərdəki nifrəti duy-
sa  da,  işinin  xatirinə  özünü  təmkinli,  mehriban  apa-
rır, yeri gələndə güzəştə getdiyini də göstərirdi. Am-
ma onun sifətinin dəyişməsinin, yumşalmasının xey-
ri yox idi. Artıq sözünin çəkisi olan bütün məhkum-
lar  Niyaz  və  Bəkirlə  əvvəlki  münasibətlərini  hər  tə-
rəfli kəsmişdilər. Sözləri olanda Səfərə, Şamilə, digər 
zabitlərə müraciət edirdilər. Ərzaqdan savayı hər şe-
yin  alveri  dayanmışdı.  İşçilərdən  heç  kəsə  pul  ver-
mir və heç nə də istəmirdilər. Niyazın gəlir “toçkala-
rı”  olan  telefon  otağının,  çayxananın,  bərbərin,  dər-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə