Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə19/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

76 
 
yüngülləşdilər.  Dəli  Mahiri  əvvəlcə  Bəkirin  otağına 
aparıb izahat aldılar, dalısıyca da on sutka müddəti-
nə cərimə təcridxanasına saldılar.  
          Niyazı  narahat  edən  məsələ  baş  verən  olayın 
arxasında kiminsə olub, olmaması idi. Dəli Mahir su 
çəninin üstünə öz ağlı iləmi qalxmışdı, yoxsa bu ha-
disəni təşkil etmişdilər?.. 
          Yaranmış  narahatlıq  barəsində  yenə  əsgərlər, 
mühafizə  bölüyü  mərkəzə  yubanmadan  xəbər  et-
mişdi.  Günorta  üstü  qoltuğu  papkalı  inspektorlar 
müəssisəyə  daraşdılar,  hamıdan  izahat  alındı.  Hə-
yatlarını təhlükə altında qoyaraq səkkiz metrlik hün-
dürlükdə  çənin  üsünə  çıxıb  hadisənin  qarşısını  al-
dıqlarına görə təşəkkür gözləyənlərin də başqaları ilə 
yanaşı  cəzalandırılacağı  bildirildi:  “Vəziyyətin  belə 
alınması  səhlənkarlıqdan başqa  bir şey deyil. Təşək-
kür  yox,  sizə  töhmət  düşür”.  Niyaza  isə  nəticə  çıxa-
rılası irad tutuldu: məlumatlar ləng, mərkəz özü xə-
bər tutandan sonra məruzə olunmamalıdır !  
          Dəli  Mahiri  cərimə  təcridxanasında  tək  adam-
lıq kameraya saldılar. Birinci gün  əl dəymədilər. Sə-
hərisi  iki  zabit  və  iki  nəzarətçi  kameraya  daxil  olub 
onu “ağıllandırmaq”, bir daha gələcəkdə yenə harasa 
çıxmaq  fikrinə  düşməməsi  üçün  dövrəyə  alıb  huşu-
nu  itirənədək  döydülər.  “Pres”  deyilən  bu  tərbiyəvi 
cəza  üsulu  təcridxanaya  salınan  məhkumların  əksə-
riyyətinə tətbiq edilirdi. Sürəkli “pres”dən sonra ya-


77 
 
rım qaranlıq, soyuq, nəm, beton divarlar arasında tək 
özü-özü ilə qalan insan, həyat həqiqətlərini başa dü-
şüb müdrükləşməyə bilmirdi...  
          On  sutkalıq  cəzası  qurtarıb  yaşayış  zonasına 
qayıdan Mahirin ilk axtardığı adam Şahin oldu: 
          –Bu idi kişi kimi söz verməyin?.. 
          –Mən  söz  verdim  ki,  əlimdən  gələni  əsirgə-
məyəcəyəm.  –  Şahin  vədini  izah  etdi.  –  Sənə  əlavə 
buşlat,  isti  paltar  verəcəyəm,  yeməkxanaya da  xahiş 
etmişəm  hər  gün  sənə  əlavə  çörək  versinlər.  Qalanı 
mənlik  deyil,  Niyaz  müəllimlikdir,  problemlərini 
ona de.   
          Niyaz  avtoritetlərlə  münasibətinin  soyuqlaş-
masına,  dilinə  gətirməsə  də  ürəyində  peşman  ol-
muşdu. O, Məhyəddinin iş yerinin belə tez dəyişilə-
cəyini  gözləmirdi.  Müvəqqəti  adı  ilə  rəis  olmasına 
sevinsə də, məsuliyyətinin birə-beş artmasına, həmi-
şə arxayın olduğu qüvvənin – Məhyəddinin daha ya-
nında  olmamasına  heyifsilənirdi.  Rəis  təsdiq  oluna-
cağı  halda  müavin  yerinə  həvəsiyən  Bəkirə  nədənsə 
ürək  qızdıra  bilmirdi.  Ona  ar  gəldiyindən  avtoritet-
lərlə əvvəlki münasibətlərə heç nə əldə  etmədən qa-
yıtmağı da özünə sığışdırmırdı.  
          “Sürprüzlər”  isə  davam  edirdi.  Növbəti  həftə-
nin  ortalarında  müəssisənin  həyətindəki  meydanda  
onlarla  məhkumun  gözü  qarşısında  məhkumlardan 
biri  onu  təhqir  edən  əməliyyatçı  zabitə  əl  qaldırmış, 


78 
 
az  qala  əlbəyaxa  olmuşdular.  Yaxınlıqdakı  nəzarət-
çilər  dərhal  araya  girib  onları  ayırmış,  tutaşmanın 
davaya çevrilməsinin qarşısını almışlar. Zərbənin tə-
sirindən  zabitin  burnu  qanamış,  sifətində  kiçik  şiş 
əmələ gəlmişdi.  
          Niyaz  əgər  sorağı  yayılarsa  böyük  biabırçılıq 
sayılacaq bu hadisəni necə var ört-basdır etməyə ça-
lışdı.  Məhkuma  on  beş  günlük  cərimə  təcridxanası 
cəzası  verdi.  Zabitə  hava  qaralanadək  öz  otağında 
oturub  kimsənin  gözünə  görünməməyi,  sonra  da 
üzünün şişinin çəkilənədək işə gəlməməyi, evdə otu-
rub  heç  yana  çıxmamağı  tapşırdı.  O,  günahı  öz  işçi-
sində görürdü:  
          –Axı,  mən  dəfələrlə  demişəm  adam  arasında 
danışığınıza  fikir  verin.  Söyüşlə,  təhqirlə  danışma-
yın.  Nə  vaxtsa  məni  görmüsüz  məhkum  işərisində 
kimisə təhqir edəm? Kabinetin var, çağır otağına tək-
likdə təhqir elə. Qəti olmaz. Kütlə olan yerdə təhqirə 
biri dözər, ikisi dözər, günün birində bir başqası döz-
məz qayıdar səni təhqir edər. Gərəkdirmi bu?.. 
          Lakin,  Niyazın  səylərinin  nəticəsi  olmadı.  Za-
bitlə məhkum arasında baş vermiş  əlbəyaxa haqqın-
dakı xəbər  üç gün keçməmiş İslah İdarəsinə yetişdi. 
Yəqin ki, məlumat bu dəfə mühafizə bölüyündəki əs-
gərlər tərəfindən ötürülməmişdi, çünki hadisə ani ol-
duğundan  ətraflı  xəbərləri  yox  idi.  “Bəs  görən  kim 
çatdırmışdı?”  –  Niyaz  İdarə  ilə  münasibəti  olan 


79 
 
əməkdaşları bir-bir ürəyində çıxdaş etmişdi. Kimi isə 
günahkar  çıxarmaq  üçün  tam  qərara  gələ  bilməmiş-
di. 
          Birdən nəyisə xatırlayıb Bəkiri yanına çağırdı:  
          –Sən  avtoritetlərə  bir  mobil  telefon  vermişdin. 
Həmin telefon onlardadır, yoxsa almısan? 
          Bəkir Niyazın əsəbiləşəcəyini bilib özünü itirdi: 
          –Yox, almamışam, onlardadı... 
          –Sənin ağlın var? Bəlkə elə İdarəyə xəbəri ötür-
ötür onlar  çatdırıblar? Zibilə dönsün verdikləri pul. 
Təcili telefonu geri al. Eşitdin? 
          –Baş üstə, – deyib Bəkir susdu.  
          Axır  günlərdə  Niyazın  qulağına  məxfi  məlu-
mat  deyilmişdi  ki,  avtoritetlər  zonda  qiyam  hazırla-
maq istəyirlər. Kim bilir, ola bilsin baş verənlər oğru 
aləmi tərəfindən həmin o telefonla idarə edilir? Mü-
nasibətlərin gərginləşdiyi vaxtda onlara mobil rabitə 
əlaqəsi şəraiti yaratmaq tam ağılsızlıq idi. “Görünür, 
həmişəki  kimi  Bəkirin  nəfsi  ağlını  başından  alıb”,  – 
Niyaz düşünürdü.    
          Son  hadisəyə  görə  İdarəyə  çağırılıb  danlanılan 
Niyaza  axırıncı  xəbərdarlıq  edildi:  “Bir  də  belə  hal-
lar  baş  verərsə  və  müəssisədəki  hadisələri  yenə  giz-
lətməyə  cəhd  edərsənsə  təkcə  işindən  yox,  xidmət-
dən azad olunacaqsan!” 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə