Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə21/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

84 
 
zəştə get, səbrli ol, əhəmiyyət vermə söyməyinə. Gə-
rək  səni  vurmayaydı.  İndi  vurub,  nə  olsun,  dünya 
dağılmalıdı?  Bundan  ötrü  İdarəyə  getməzlər.  Hesab 
elə ki, böyük qardaşın vurub.  
         –Rəis,  mənim  böyük qardaşım elə  qabiliyyətsiz 
deyil, özü günahkar ola-ola məni vura... 
          Niyaz onu sakitləşdirməyə çalışsa da, nəzarətçi 
Elxan  inadından  dönmədi.O,  Şamilə  qarşı  heç  bir 
tənbeh görülmədiyindən işdən sonra İslah İdarəsinə 
şikayətə gedir. İdarədən isə Niyaza rejim rəisinə xə-
bərdarlıq edilməsi göstərişi verilir.  
          Buna  bənzər  hadisə  yaxınlıqdakı  cəzaçəkmə 
müəssisəsində  baş  vermişdi.  Müəssisənin  rəisi  giriş 
qapısının  çöl  tərəfində,  görüşə  gələn  vətəndaşların 
gözü  qarşısında  məsul  növbədən  çıxıb  evinə  gedən 
dəstə rəisini təhqir edir. Dəstə rəisi də onun təhqirinə 
təhqirlə  cavab  verir.  Üz-üzə  gəlib  əlbəyaxa  olurlar. 
Vəziyyətin gərginləşdiyini görən rəisin ətrafdakı qul-
beçələri davaya qarışıb dəstə rəisini yerə yıxaraq dö-
yürlər.  Dəstə  rəisi  qulbeçələrin  zərbələrindən  “qır-
mayın bir-birinizi”, – deyən vətəndaşların köməyi ilə 
canını birtəhər qurtarır.  
Qəzəblənmiş rəis dəstə rəisinə cinayət işi açıl-
ması üçün təcili sənədlər hazırladır. Ağlına gəlmir ki, 
dəstə  rəisini  təpikləyib  döymələri  çöl  qapısının  üs-
tündəki  videokameranın  yaddaşına  köçüb.  Hadisə 
yerindən birbaşa mərkəzə şikayətə gedən dəstə rəisi 


85 
 
daha  fəhmli  olduğundan  həqiqəti  görmək  üçün  ka-
meranın  çəkdiyi  təsvirlərə  baxılmasını  rəhbərlikdən 
xahiş edir. Video görüntülər mərkəzə aparılıb baxılır, 
hadisənin  bütün  iştirakçılarına  töhmət  verilir,  əsas 
günahkarların:  müəssisə  və  dəstə  rəislərinin  isə  iş 
yerləri dəyişdirilir...  
          Elxanın şikayət etdiyi günün səhəri Niyaz dəs-
tə rəisi Zəfəri otağına çağırdı: 
         –Mənə  çatan  məlumata  görə  dünən  axşam  nə-
zarətçi Elxanı İdarəyə sən aparmısan. 
         –Bəli.  Daha  doğrusu  mənim  maşınımda  gedib. 
Nə olsun ki... 
         –Sənin nə marağın vardı ki, onu aparasan? 
         –Mən  evimə  gedirdim.  Soruşdu,  olar  mən  də 
oturum maşına? Nə deyim? Deyim olmaz, sən nəza-
rətçisən...  İş  yoldaşıdır,  axı.  Dedim,  otur.  Sabah  tə-
qaüdə  çıxanda  hamımız  eyni  olacayıq:  zabit,  qeyri-
zabit  fərqimiz  olmayacaq,  insanlığımız  qalacaq.  De-
di, İdarənin qarşısından sürərsən? Etiraz etmədim... 
         –Sən  onu  ən  azından  fikrindən  daşındıra  bilər-
din. 
         –Rəis,  nə  üçün  onun  iradəsinə  əks  çıxmalıy-
dım, qoymamalıydım? O, düz edib şikayətə gedirdi. 
Məgər  bizə  qarşı  elə  hərəkət  etsələr,  biz  bağışlaya-
rıqmı? Mən bağışlamaram... 
          Niyaz  deyilən  suala  dinmədi.  Zəfər  onun  sus-
masından yararlanıb davam etdi: 


86 
 
         –Rəis, bir misal çəkim. Biz hər gün həyətdə gə-
zərkən natəmizliyə görə sanitarları qınayırıq. Amma 
zibilin olmamasının tək bir asan yolu var: zibili yerə 
tökməmək... 
          Niyaz  Zəfərin  kifayət  qədər  savadlı  olduğunu 
və  nəyə  işarə  etdiyini  bilirdi.  Telefonuna  gələn  qəfil 
zəng  onu  dəstə  rəisinin  məntiqi  qarşısında  aciz  qal-
mağa  imkan  vermədi.  Zəng  edənin  nömrəsini  görə-
cək  Niyaz  təlaşlandı.  Zəfərin  otaqdan  tez  çıxması 
üçün:  “Yaxşı,  sən  get”,  –  dedi.  Deyəsən  zəng  edən 
“yuxarıdan”  idi. Rəis  əvəzi sayılandan Niyaz  telefo-
nuna zəng gələndə otağında heç kəsi saxlamırdı. 
                                               *  *  * 
          Niyazın  tənəli  göstərişindən  sonra  Bəkirin  av-
toritetlərdən  cib  telefonunu  geri  alması  onların  rəh-
bərliyə münasibətini bir qədər də acılaşdırdı: 
         –Bəlkə telefonun pulunu artıraq? – Bəkirdən so-
ruşdular. 
         –Artıran  idiz,  vaxtında  sizdən  istənilən  əlavəni 
artırardınız da... 
         –  Olduqca  çox  istədiniz,  həm  də  bizə  icazə  ve-
rilmədi paqonlularla hansısa razılığa gələk. 
         –İndi mənə də icazə vermirlər telefon sizdə qal-
sın. 
         –Bəkir  müəllim,  düz  eləmirsiz,  sıxırsız  bizi.  Bir 
gün bu sıxılmaya dözməyəcəyik, başınız ağrıyacaq, – 
gileylənən  avtoritetlər  səbrlərinin  daraldığını  bildir-


87 
 
dilər,  –  onu  da  başa  düşürük  ki,  bunu  sizə  Niyaz 
məcbur  edir.  Yəqin  özünü  dövlət  içində  kiçik  “döv-
lətin” padşahı hesab edir. Eybi yox, qulluğunda qal-
sın... 
          Çox  keçmədi,  günlərin  birində  nahara  yaxın 
Bəkir özünü Niyazın kabinetinə saldı: 
         –Niyaz  müəllim,  bayaqdan  yüzədək  məhkum 
yığışıb  meydana,  xoşluqla  da  dağıda  bilmirik.  Otu-
rublar  yerə  durmurlar,  guya  etirazlarını  bildirmək 
üçün aksiya keçirirlər. 
         –Məqsədləri nədir? Nə istəyirlər? 
         –Sizin işdən çıxmanızı, istefanızı... 
         –Mənim  istefamı?  –  Niyaz  heyrətləndi?  Bir  ne-
çə saniyə donub düşündü. – Elə təkcə mənimmi iste-
famı istəyirlər? 
         –Bəli, – Bəkir səsini qısıb susdu. 
          Niyaz əsəbindən balaca otağında (rəis əvəzi ol-
sa da hələ otağını dəyişməmişdi) o baş-bu başa var-
gəl  etdi.  Sonra  nə  düşündüsə  dayanıb  diqqətlə  Bə-
kirə baxdı: 
         –Düzünü  de,  işdən  çıxmamı  səndəmi  istəyir-
sən?  
          Gözlənilməz sualdan Bəkirin üzünə qızartı ya-
yıldı.  Döğrudur  Niyazın  acgözlüyü  heç  ürəyindən 
deyildi, amma, işdən çıxarılsa görən onun yerinə gə-
lən necə olacaqdı, müavin işləməsinə imkan verəcək-
dimi, Allah bilirdi?.. 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə