Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə20/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

80 
 
          ...Sonradan  olayın  iştirakçıları:  “naruşitel” 
məhkumu  cəzasının  ardını  çəkmək  üçün  ayrı  müəs-
sisəyə, zabiti də işləməyə başqa yerə göndərdilər.  
                                   *   *   * 
          Bir  həftə  keçmişdi,  yenə  aləm  bir-birinə  dəydi: 
tanınmış müxalifət qəzetlərindən birində məhkumlar 
adından  dərc  edilmiş  şikayət  məktubu  səhər  tezdən 
İslah  İdarəsini  qəzəbləndirmişdi.  Təcili  olaraq  mək-
tubda  adları  çəkilən  məhkumlardan  izahat  alınması 
və onun qəzetə hansı  yolla, kimin vasitəsilə  çatdırıl-
masının araşdırılması tapşırılmışdı.  
          Məktubda  müəssisədə  rəhbərlik  tərəfindən 
narkotikanın  satılmasından  şikayət  olunur, görüşdə, 
tibb  hissəsində,  telefon  xidməti,  saç  qırxımı,  azadlıq 
üçün məhkəməyə təqdim olunma və sair işlərdə alı-
nan  rüşvətlərin  dəqiq  siyahısı  və  qiymətləri  sadala-
nırdı.  Dəftər-kitabda  qeydə  alınmayan  məlum  həqi-
qətlər təsadüfən qəzet səhifəsində işıqlandırılmışdı. 
          Niyaz  kabinetinə  girən  kimi  məktubda  adları 
çəkilən üç məhkumu çağırıb sorğu-sual etmişdi: 
          –Qəzetə məktubu nə vaxt yazmısız? 
          –Nə  məktub,  nə  qəzet?  –  Məhkumlar  təəccüb-
ləndilər. 
          –Özünüzü  tülkülüyə  qoymayın.  Baxın  bu  qə-
zetə, – Niyaz əlində tutduğu qəzeti üstlərinə tulladı, 
–  baxın  qəhrəmanlığınıza...  Qəzetə  şikayət  etməklə 


81 
 
nəyi dəyişəcəyinizə ümid edirsiniz? Gününüzü qara 
edərəm bundan sonra, bilərsiz şikayət etmək nədir... 
        –Rəis, – aralarındakı yaşlısı dilləndi, – vallah bu 
məktubdan xəbərimiz yoxdu. Düzdür, bu işlərə dair 
narazılığımız  var  və  öz  aramızda  söhbətlərdə  şika-
yətlənmişik.  Amma  durub  əlimizə  qələm  alıb  yaz-
maq, qəzetə göndərmək bizlik deyil. 
        –Bu  qədər  zabitin,  nəzarətçinin  gözündən  yayı-
nıb  belə  gizlin  iş  görməkmi  olar,  –  digər  məhkum 
əlavə etdi, – bəlkə elə bu zabitlərdən birinin işidir? 
         –Hərgah  uzağı  iki-üç  günə  biz  biləcəyik,  kim 
yazıb, kim qəzetə çatdırıb. Heç nə gizlin qalan deyil. 
Əli  olan  hər  kəs  də  öz  cəzasını  alacaq,  bunu  bilin. 
Əgər həqiqətən sizlik deyilsə, dediyinizi təsdiq edin. 
Yubanmadan  tez  gedin  Bəkirin  otağına.  Üçünüzün 
adından  məktub  yazırsız  ki,  qəzetdə  yazılanlar  ha-
mısı yalandır və heç bir şikayətimiz yoxdur... 
          Çox  keçmədi,  əməliyyatçıların  hazırladığı  tək-
zib  məktubu  məhkumlara  qol  çəkdirilib  faksla  İslah 
İdarəsinə  göndərildi.  İdarənin  mətbuat  katibi  təkzib 
məktubuna əlavə şərh verərək dərc olunan yazını cə-
fəngiyyat  adlandırıb  qəzeti  məsuliyyətsiz  məlumat-
ların dərcinə görə qınadı.  
          Nəticə gözlənilən idi. Başqa cür ola da bilməz-
di. Çünki, haqqında danışılan pullardan idarənin xə-
bəri  vardı.  Çoxdan  buna  göz  yumduqlarına  görə 


82 
 
faktların  ictimailəşməsi  onlara  sərf  etmirdi.  Bu  nöq-
teyi nəzərdən inkar etməkdən savayı yolları yox idi. 
          Qəzetdəki yazıdan xəbər tutandan bəri xidmət 
əməkdaşlarını  narahat  edən  məsələ  müəssisədəki 
pulyığma yox, məktubun hansı yolla, kim tərəfindən 
qəzetə ötürülməsi idi. Şikayət məqaləsindəki pul yığ-
mada adları hallanan  işçilər, imza edən  məhkumlar, 
verilən  pulyığma  siyahısı  –  hər  şey,  əslində  həqiqət 
idi. 
          Edilən  cəhdlərə  baxmayaraq  qəzet  məktubun 
surətindən  qeyri,  əlavə  məlumat  verməkdən  imtina 
etdi. Məktubun sonunda çəkilən qollar eynən olmasa 
da,  məhkumların  imzalarına  oxşayırdı.  Məhkumlar 
isə  bu  işin  onların  yox,  paqonlular  tərəfindən  təşkil 
edildiyinin iddiasındaydılar.  
          “Məhkumların sözündə həqiqət var, – Niyaz fi-
kirləşirdi, – hər kimdisə işin içində olan adamdır”. O, 
şübhələndiyi bütün işçiləri gözünün qabağına gətirib 
çıxdaş  elədi.  İndi  kimin  boynuna  qoymaq  olardı  ki, 
bunu sən etmisən, – düşündü... 
          Niyaz Bəkirlə qəzetdəki yazı barədə ölçüb-biç-
diklərini  müzakirə  elədikdən  sonra  belə  güman  et-
dilər ki, bu olsa-olsa bir ay əvvəl işdən azad olunub 
əmək  pensiyasına  çıxan  gizir  Familin  işi  ola  bilərdi. 
Ona  illərdir  can  atdığı  baş  gizir  rütbəsini  ala  bilmə-
sinə  imkan  verilmədiyindən  işdən  narazı  çıxmışdı. 


83 
 
Onun yaxın qohumu isə jurnalist idi, digər müxalifət 
qəzetində işləyirdi. 
          Yazıda adları keçən məhkumlar heç vəchlə ya-
xalarını  ələ  vermək  istəməsələr  də,  cəzasız  qalmadı-
lar. Şəxsi işlərinə töhmət yazılmaqla bir müddət son-
ra hər üçü ayrı-ayrı cəza evlərinə yatab edildilər. 
                                                * *  * 
          Rəis  əvəzi  olandan  sonra  Niyaz  özünü  necə 
aparırdısa,  rejim  rəisi  ədliyyə  mayoru  Şamil  də  ona 
tabe  nəzarətçilərlə  münasibətini  həmin  qaydada  qu-
rurdu.  Üstəlik  əsəbiləşəndə  onlara  ağzına  gələni  de-
yir, söyür, bəzən də sillələyirdi. Nəzarətçilərin çoxu-
su  işinin  xatirinə  onun  söyüşlərinə  fikir  verməsələr 
də,  aralarında  dözməyənlər  də tapılırdı.  Dözməyən-
lərdən biri – Elxan adlı nəzarətçi Şamilin növbəti sö-
yüşünə  cavab  qaytarmışdı.  Hikkəsindən  partlayan 
Şamil  vurduğu  sillə  ilə  nəzarətçinin  qulağını  qanat-
mışdı. 
          Nəzarətçi o gün  işləməkdən  imtina edərək Ni-
yazın qəbuluna gedib Şamildən şikayətlənmişdi: 
         –Rəis (əvəz işləyəndən hamı Niyaza belə müra-
ciət  edirdi),  özünüz  baxın,  qiymət  verin.  Siz  özbaşı-
nalığın  qarşısının  alınması  üçün  tədbir  görməsəniz 
şəhərdəki İdarəyə gedəcəyəm. 
         –Mən onu tənbeh edəcəyəm. Ancaq sən də düz 
etmirsən, lazımdır ki, onu başa düşəsən. Bütün günü 
narahatlıq, əsəb ağlını xarab edib. Sənin rəisindi, gü-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə