Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə17/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

68 
 
maqdan çəkindi, telefonuna gələn mesajlara, zənglə-
rə  cavab  vermədi.  Lakin,  Elman  əl  çəkmək  bilmirdi, 
inad edirdi. 
          O  anlarda  Vüsalə  özünə  də,  Allahına  da  nifrət 
etmişdi.  Allah  onu  niyə  belə  yaratmışdı?  Nə  qadın 
kimi  qadın  idi,  nə  də  kişi  kimi  kişi.  Əgər  Allah  onu 
əsl  qadın  yaratsaydı  dünya  dağılardımı?  Çıxış  yolu 
tapmaq  üçün  dərdini  özü  sayaq  rəfiqələrinə,  “bacı-
larına” danışdı. “Bacıları” Elmanın onsuz da gec-tez 
həqiqəti  biləcəyini,  qorxmamağa,  görüşə  getməyə 
ürəkləndirirdilər:  “Bəlkə  ona  elə  sənin  kimisi  gərək-
dir,  xoşuna  gələcəksən...”  Nəhayət,  bir  axşam  barla-
rın birində Elmanla görüşməyə razılıq verdi. 
          Elman qələbəsinə, onu ram etməsinə sevinirdi. 
Odur  ki,  barda  çox  oturmayıb,  “ovunu”  evə  apar-
mağa tələsirdi. Vüsalə ehtiyatlandı: 
           –Bura bax, məni hansı evinə aparırsan? 
           – Evdən çox ev var, istəyirsən bağa aparım?  – 
Elman soruşdu. 
           –Hara rahatdı, ora apar. 
           –Onda getdik bağa. 
          Şəhərin  yaxınlığında  olan  bağ  evi  çox  da  uzaq 
deyildi.  Yaraşıqlı  otaqları,  gözəl  şəraiti  olan  bu  bağ 
evində  Elmanın bardakı qədər hər cür içkiləri vardı. 
Yemək-içməkdən  sonra  tanışlığın  yataq  mərhələsi 
yaxınlaşanda həqiqət anı çatdı... 


69 
 
          Elman  onun  qadın  olmadığını  biləndə  elə  bil 
başına qaynar qazandan su töküldü: 
          –Başa  düşmədim,  necə  yəni  sən  qadın  deyil-
sən? Bəs nəsən?.. Deməli, petuxsan. Bəs, ay biqeyrət, 
neçə  aydı  bunu  məndən  niyə  gizlədirdin?  Dolamış-
dın məni?.. 
           –Yox,  qorxurdum  deməyə...  Çünki,  aramızda-
kı sevgini itirmək istəmirdim. 
           –Tüpürüm o sevgiyə də, sənə də... 
        Elman  onu  döyməyə  başladı.  Əlindən  çıxıb  qa-
pıya tərəf qaçmaq istədi. Elmanın qəzəbinin daşması 
bir qədər də içkili olmasından idi: 
           –Yox,  qaça  bilməzsən,  öldürəcəyəm  səni,  pe-
tux... 
          Stolun  üstündəki  mətbəx  bıçağını  qapıb  onun 
üstünə  şığıdı.  “Ay  Allah,  bu  nə  bəladı  başıma  gəti-
rirsən,” – Vüsalə keçirdiyi ölüm qorxusundan ağladı. 
Bacardıqca  əl-qol    atıb  özünü  müdafiə  etdi,  ağlına 
gələcək  çarəsi  yox  idi,  ölmək  istəmirdi.  Tutaşdılar, 
birdən əvvəlcə Elman, o da üstündə döşəməyə uzan-
dılar...  
          Əlinə isti maye dəydi: Qan idi... Əlinin kəsildi-
yini zənn etdi. Amma bıçağın yerdə uzanan Elmanın 
qarnına  saplandığını  görəndə  əlinin  onun  qanına 
batdığını  anladı.  Dərhal  əlinin  qanını  təmizləyib  ca-
nını  qurtarmaq  üçün  yerdə  inildəyən  Elmana  əhə-


70 
 
miyyət vermədən evdən çıxaraq özünü qaranlıq kü-
çəyə atdı... 
          Elman  ordaca  qan  itkisindən  keçinmişdi.  Ölü-
mündən bir həftə sonra mərhumun kompyuterində-
ki  və  telefonundakı  mesajları  və  zəngləri  araşdırıb 
onu da həbs etdilər. Məhkəmə zamanı nə qədər israr 
etsə də ki, Elmanı qəsdən öldürməyib, özünü müda-
fiə edib, xeyri olmadı. Doqquz il ona cəza kəsdilər. 
          Vüsalənin  həbsə  düşəndən  bəri  sevgilisi  olan 
İqrarın “həyat hekayəti” tamam fərqli idi. Passivliklə 
yanaşı  aktivliyi  də  olan  İqrar  dələduzluqda  təqsir-
ləndirilib  altı  il  müddətinə  cəza  almışdı.  Azadlıqda 
özəl şirkətlərin birində işləyirdi. Şirkətdə işlədiyi Na-
zimlə hamı onu yaxın dost bilirdi. Həmişə bir yerdə 
oturub-dururdular,  aralarındakı  ilginc  münasibəti 
kimsə bilmirdi. Nazim evli idi. Hədsiz qısqanc xanı-
mı ərinin sədaqətindən, gününü yalnız dostu, iş yol-
daşı ilə keçirməsindən məmnun idi. Bilmirdi ki, Na-
zim  əlinə  fürsət  düşən  anda  onun  vasitəsilə  arvadı-
na xəyanət edirdi. İqrarsa Nazimin xanımı ilə hər də-
fə  qarşılaşarkən  xəyanətdəki  iştirakına  görə  ürəyin-
də vicdan əzabı çəkərdi. Bu səbəbdən neçə vaxtdı on-
dan  aralanmağa,  ayrılmağa  bəhanə  axtarırdı.  Bəha-
nəyə  ehtiyac  qalmadı:  çox  keçmədi  bank  əməliyyat-
larında birgə törətdikləri cinayətlərin üstü açıldı.  İq-
rar  təhqiqat  zamanı  əməliyyatları  təkbaşına  gördü-
yünü  ifadə  verdi.  O,  Nazimə  görə  yox,  yoldaşının 


71 
 
gözü  yaşlı  qalmaması  üçün  bütün  məsuliyyəti  öz 
boynuna  götürmüş,  bununla  ürəyini  ağrıdan  güna-
hına  təskinlik tapmışdı... 
          Hələ  ilk  aylarda  Nazim  görüşünə  gəlsə  də,  o, 
görüşmək istəməmiş, bir daha gəlməməsini xahiş et-
mişdi.  Buna  baxmayaraq  özü  gəlməsə  də,  “dostu” 
hər bayramda onun üçün bağlama göndərirdi.   
                                              *  *  * 
          Çayxanada dava edənlər cərimə təcridxanasın-
dan  azad  olunan  günün  axşamı  avtoritetlər  tərəfin-
dən  sorğu-suala  tutuldular.  Hərə  özünü  haqlı  hesab 
edən bu ixtilafı araşdırdıqca ortaya xeyli müəmmalar 
çıxdı. Elə bil kimsə bilərəkdən aranı qarışdırmışdı.  
          Avtoritetlər Bəkirlə münasibətləri normal oldu-
ğundan  vəziyyətin  gərginləşməsində  daha  çox  Ni-
yazdan  şübhələnib  əsas  günahkar  onu  saydılar.  Öz 
aralarından  birini  Niyazın  qəbuluna  göndərib  sabit-
liyi  özləri  qoruyacaqlarını,  əvəzində  qayda-qanun 
adı  altında  göstərilən  təzyiqin  yumşaldılmasını,  əv-
vəlki vəziyyətə qayıdılmasını xahiş etdilər. Niyaz on-
ların xahişinə əhəmiyyət vermədi: 
          –Biz  sizsiz  də  keçinərik.  Rejimi  boş  buraxsaq, 
yumşaltsaq  özbaşınalıq  artar,  mümkün  deyil  siz  de-
yənlə razılaşmaq. 
          Ürəyində isə düşündü ki, “bunlar mənim nə is-
tədiyimi ya başa düşmürlər, ya da başa düşmək istə-
mirlər”.  


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə