Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə13/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

51 
 
          Səfər başqa vaxt olsaydı Niyazın onun sahəsinə 
aid işçiləri pisləməsinə imkan verməzdi. Ancaq, indi 
çox  əsəbiləşdiyindən  Niyaza  qoşulub  dəstə  rəisləri-
nin qarasına deyindi: 
           –Düz  buyurursunuz,  Niyaz  müəllim,  yeddi 
dəstə rəisidir, bu insanların heç birində bir təşəbbüs-
karlıq,  işə  can  yandırma  yoxdur.  Təzə  ay  on  gündü 
başlayıb, hələ aylıq planların hamısı yazılmayıb. Pro-
tokollar, şəxsi dəftərlər, mühazirələr, divar qəzetləri, 
hansını  deyim,  heç  biri  sonadək  hazır  deyil.  Gərək 
mən  bircə-bircə  deyəm,  məcbur  edəm  bunlar  da  ye-
rinə yetirə. Görmədim kimsə gələ deyə ki,  filan mə-
dəni-kütləvi  tədbiri  keçirirəm.  Hələ  gözləyirlər  ki, 
mən bunların əvəzinə edəm... 
           –Edəndə    də  gərək  neçə  adamdan  icazə  ala-
san, – Orxan ayaqüstə dayananların içindən söz atdı.   
           –Əlbəttə,  bəs  necə,  –  Səfər  onun  danışmasına 
imkan vermədi, – icazə alınmasa, hərə istədiyini etsə 
özbaşınalıq olar ki... 
           –Niyaz  müəllim,  icazə  verirsinizsə,  yeri  gəl-
mişkən dəstə rəisləri ilə bağlı mən də bir iradımı bil-
dirmək istəyirəm, – Bəkir də dilləndi. 
            –Buyurun, deyin. 
            –Dəfələrlə  deyilib  ki,  müəssisənin  içinə  mobil 
telefon  gətirmək  olmaz.  Qanunla  qadağandır.  Belə 
hal  cinayət  məsuliyyəti  yaradır.  Cib  telefonlarınızı 
qapıda,  nəzarət  buraxılış  məntəqəsindəki  kiçik  qu-


52 
 
tulara  qoymalısız.  İstəsəniz  bir  balaca  qıfıl  da  alın, 
qoyun qutuya bağlayın ağzını, sonra keçin içəri. Da-
ha üstünüzdə içəri daşımayın. Ötən ay iki dəfə dəstə 
rəislərindən  yaşayış  sahəsinə  telefon  gətirən görmü-
şəm.  Guya  qapıdan  keçəndə  qutuya  qoymağı  unu-
dublar.  Qapıdakı  əsgərlərə  də  tapşırmışam  nəzarəti 
artırsınlar.  Xəbərdarlıq  edirəm,  üçüncü  dəfə  bu  hal 
baş verərsə bağışlamayacağam. Kimliyindən asılı ol-
mayaraq həmin işçi sərt cəzalanacaq...  
          –Haqlısınız,  – Səfər Bəkirin dediklərini dəstək-
lədi, – o iki dəfəni Bəkir müəllim mənə görə bağışla-
dı, – aşağılayıcı nəzərlərlə dəstə rəislərini süzdü. 
          “İnsan  var,  görürsən  əlli  yaşı  var,  amma  tərbi-
yəsində  çatışmamazlıqlar  var”,  –  Niyaz  bu  sözləri 
deyərkən  ürəyində  başqasını  yox,  Səfəri  nəzərdə tu-
turdu. Çünki onun nəzərində Səfər tərbiyə işinin təş-
kilinə rəhbərlik vəzifəsində işləsə də ən böyük tərbi-
yəsizin  biri  idi.  Bu  adama  istər  öz  işçiləri,  istərsə  də 
məhkumlar tərəfindən qətiyyən rəğbət duyulmurdu. 
Gün ərzində dəfələrlə məhkumların üstünə qışqırar, 
işçilərə səsini ucaldar, saysız-hesabsız yalanlar danı-
şar,  söyüş  söyməkdən  yorulmazdı.  Onun  tərbiyə  iş-
çisi  kimi  digər  sahə  əməkdaşlarından  fərqləndirici 
müsbət bir xüsusiyyəti yox idi. O, daha çox rejim iş-
çisi olmağa layiq idi.  
          Niyaz səlahiyyət və gəlir baxımından üstün ol-
duğu üçün Səfərin ona paxıllıq etdiyini bilirdi. Dəfə-


53 
 
lərlə  Səfərin  kabinetinin  qarşısından  xəbərsiz  keçər-
kən  aralı  qalmış  qapıdan  arxasınca  danışdığını,  sö-
yüşünü eşitmişdi. Lakin Səfərin onu görən kimi sifə-
tinə  gülüş  yayılması,  mehribanlaşması  eşitdiklərini 
əhəmiyyətsizləşdirmişdi. Bununla belə, ürəyində Sə-
fərdən zəhləsi gedirdi...  
          Son  vaxtlar  müəssisəyə  gəlib-gedən  yoxlama-
ların,  qonaqların,  mərkəzdən  əsassız  bəhanələrlə  si-
fariş  edilən  ödəmələrin  çoxalması,  həm  də  iqtisadi 
infilyasiya  nəticəsində  bütün  əmtəə  qiymətlərinin 
yüksəlməsi Məhyəddinin nəfəsini daraltmışdı: “Niyə 
biz  öz  haqlarımızın  qiymətini  artırmayaq,  –  Niyaza 
sual etmişdi, – biz də qiymətlərə əl gəzdirməliyik...” 
          Niyaz  bu  tapşırıqdan  sonra  Səfəri,  Bəkiri,  Şa-
mili çağırıb söhbət etmiş, məhkumlardan alınan haq-
ların  –  görüşdən  başlamış  dərzi,  çəkməçi,  bərbər, 
cayxana, telefon otağı, camaşırxana, hamamadək bü-
tün  “toçkaların”  yeni  qiymətlərini  Məhyəddinin 
adından  nəzərlərinə  çatdırmışdı.  Ən  çox  söhbəti  isə 
Bəkirlə oldu: 
          –Avtoritetlərin  böyüyünü,  o  saqqallısı  var  ha, 
onu  çağır  yanına,  vəziyyəti  izah  elə.  Deynə  yuxarı-
dan  “taksı”  artırıblar.  Mən  istəmirəm  onlarla  aranı 
açam, pərdəni götürəm. Amma mənim adımdan eşit-
dir  ki,  onlar  üçün  istədikləri  şəraiti  yaratmışıq,  bəzi 
işlərinə  də  göz  yummuşuq.  Necə  olur  ki,  ayda  filan 
qədər  pulu  “qara  pul”  adı  ilə  cinayətkar  dostlarına 


54 
 
göndərə  bilirlər,  bizə  çatanda  pulları  qalmır.  Çağır 
danış, əgər belə yaşamaqda davam etmək  istəyirlər-
sə,  hər  ay  o  puldan  üç  dəfə  çox  bizə  də  versinlər. 
Yox, əgər razılaşmasalar, onda biz də nə edəcəyimizi 
göstərərik... 
          “Qara pul” avtoritetlərin ayda bir dəfə “vor za-
kon”lara göndərdikləri toplanmış pullar  idi. Bu pul-
lar qapıdan çölə birbaşa Bəkirin köməkliyi ilə çıxarı-
lırdı.  
          Söhbətin səhəri günü Bəkir məruzə etdi ki, baş 
avtoritetlə  görüşdüm,  dediklərinizi  ona  çatdırdım. 
Dəqiq  cavab  vermədi.  Dedi,  özbaşına  qərar  çıxara 
bilmərəm,  gərək  “məşvərətə”  gedəm,  orada  məslə-
hətləşəm, sonra sizə cavab verərəm.  
          Oğru  aləminin  “məşvərət”,  həm  də  “sxodka” 
deyilən  kiçik  toplantıları  bir  qayda  olaraq  daha  çox 
məhkumların  mərkəzi  xəstəxanasında  olurdu.  Müx-
təlif  müəssisələrdən  müalicə  adı  ilə  gələn  məhkum-
ların  yalnız  burada  bir-biriləri  ilə  görüşmək,  dərd-
ləşmək imkanları yaranırdı. 
            –Onda,  gör  nə  vaxt  istəyir,  sənədlərini  hazır-
layıb  göndərin  xəstəxanaya.  Getsin-qayıtsın,  biz  də 
nə edəcəyimizi müəyyənləşdirək, – Niyaz Bəkirə tap-
şırdı.  
          Növbəti həftə Bəkirin gizli göstərişi ilə xəstəlik 
sənədləri hazırlanan baş avtoritet məhkumların mər-
kəzi xəstəxanasına yatab olundu. Daha bir həftə keç-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə