Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə10/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

39 
 
          –Sizin  tərəfdə  evi  olan  İmran  adlı  bir  dustaq 
yoldaşımız var. Yəqin tanıyarsan. Hə, deyirlər anası, 
bacısı  son  illər  yollarını  azıblar,  özləri  azmış  başqa 
qadınları da pis yola çəkirlər. Həqiqətdir deyilənlər, 
ya yalan, böhtandır?..    
          –Atam balası, neynirsüz bunu?.. 
          –Lazımdı  ki,  soruşuruq  da,  lazım  olmasa  so-
ruşmazıq ki... 
          –Nə  deyim,  vallah,  od  olmayan  yerdən  tüstü 
çıxmaz.  Gözümlə  görməsəm  də,  mən  də  eştmişəm, 
var elə bir şey... 
          İkinci  zəng  olunan  da  birinci  deyənləri  təkrar-
ladı.  İqbalın  iradı  telefon  danışıqları  ilə  təsdiq  olu-
nanda  İmranın  rəngi  ağarıb  meyidə  döndü.  Başını 
yerə dikib susdu. Doğrudur onu sanitarların barakı-
na göndərməsələr də yataq yerini qapıya yaxın yerə 
dəyişdilər. Onunla salam-kəlamı kəsib, bir daha din-
dirmədilər.  Bax,  cinayət  aləminin  belə  üzüdönüklü-
yünə görə Ayazın onlara nifrəti hədsiz idi... 
                                             * * * 
          Rəis  Məhyəddinin  işində  maaşdankənar  qa-
zandığı  pullar  nə  qədər  çox  olsa  da  axır  vaxtlar  bə-
rəkəti  olmurdu.  Yoxlamalar,  iki  gündən  bir  “hüquq 
müdafiəçisi” adı ilə müəssisəyə gələn qonaqlar, mər-
kəzin tələb etdiyi müxtəlif  ödəmələr, oğlunun, qızı-
nın xərcləri,  üstəlik aylardır yataq xəstəsi olan arva-
dının müalicəsi...        


40 
 
           Əvvəllər  hərdənbir  kefinin  yaxşı  vaxtlarında 
kabinetində  hamıdan  gizlin  narkotikadan  istifadə 
edirdisə,  arvadı  xəstələnəndən  sonra  dərdini  unut-
maq  üçün  azqala  hər  gün  yararlanmağa  başlamışdı. 
Arvadının  sağalmaz  xəstəliyə  düçar  olması  dünyanı 
gözündən  salmış,  bütün  rahatlığını  əlindən  almışdı, 
bilmirdi nə etsin... Hər dəfə bu barədə düşünəndə is-
tehza ilə Bəkirə həsəd aparırdı: “Vallah, səndən ağıl-
lısı  yoxdu.  İkisini  alıb  boşamısan,  hərəsinin  də  iki 
uşağı. Yəqin ki, çaşıb qalmısan nə edəsən – qazancını 
bazdığa  xərcləyəsən,  yoxsa  arvadlarının  tələblərini 
ödəyəsən...” 
          Həyat  yoldaşı  xəstələnən  gündən  fövqəladə 
hal, gücləndirilmiş rejim olmazsa axşama yaxın mü-
əssisəni  müavini  Niyazın  öhdəsinə  buraxıb  evə  get-
məyə  məcbur  olmuşdu.  Hər  dəfə  məhkumlar  qarşı-
sında  özünəməxsus  çıxışlar  edən  Məhyəddin  yoxla-
madan  sonra  getməyini  onlara  belə  izah  etmişdi: 
“Yoldaşım həmişə məni qınayırdı ki, dustaqları mən-
dən  çox  istəyirsən,  evdə  tapılmırsan.  Qısqanclıqdan 
indi  özün  vurub  xəstəliyə,  göstəriş  verib  ki,  evə  tez 
gəl.  Getsəm  də,  narahat  qalıram,  ürəyimi  burda  qo-
yub gedirəm...” 
          Unudulmayan  hərarətli  niqtlərdən  birini  isə 
ötən  bayramların  birində  etmişdi.  Rəis  çıxışına  təb-
riklə  başlamışdı.  Üzünü  məhkum  kütləsinə  tutaraq 
ucadan: “Sizin ananızı, bacınızı”, – deyərək ani fasilə 


41 
 
vermişdi.  Bu  an  ərzində  hamının  əsəbləri  gərilmiş, 
ətrafdakı zabit və nəzarətçilərin ürəkləri döyünmüş-
dü: “nə danışır, ə, bu?”  
          Məhyəddin  ani  fasilədən  sonra  davam  etmiş: 
”...Qadınlar  bayramı  münasibəti  ilə  təbrik  edirəm!” 
Bütün  meydandakılar  dərindən  nəfəslərini  dərmiş, 
rəisin təbrikini alqışlarla qarşılamışdılar.   
          Niyaz gündə cəmisi on saat evində olurdu: ge-
cə  saat  onbirdən  səhər  doqquzadək.  Qalan  on  dörd 
saata  yaxın  zamanı  müəssisədə  keçirərdi.  Öz  təbi-
rincə  desək  qəlbən  xidmətlə  yaşayardı.  İstirahət  və 
bayram  günləri  də  işləyərdi.  Özünü  nümunə  göstə-
rib    ixtiyarındakı  zabitlərdən  də  “xidmətlə  yaşama-
ğı” tələb edərdi.  
          –Zalım  oğlu,  –  Zəfər  Şəriflə  fasilə  vaxtlarında 
dərdləşəndə deyinərdi, – sənin qədər mən də qazan-
saydım gecələr də burda yatardım. Hər şeyin haqqı-
nı  özü  alır,  qalan  işçilərə  dolanmağa  imkan  vermir, 
hələ bir xidmətlə də yaşamağımızı istəyir... 
          –Bir  adam  ki  Allahın  suyunu  dədəsinin  malı 
kimi  sata,  ondan  nə  gözləyəsən,  –  Şərif  onun  deyin-
məyinə  qoşularaq  Niyazın  hər  il  yayın  bürküsündə 
su  qablarını  baraklardan  yığdırmaqla  yanaşı  gün-
düzlər  gələn  suyu  kəsdirib  məhkumların  çayxana-
sında stəkanı on qəpiyə sərin su satdırdığını xatırlat-
dı. Çayxananın gəliri Niyaza aid olduğundan suyun 
pulu da, ona çatırdı. – Yeziddən betərdi. Bu insan ra-


42 
 
hatlığını  evində  yox,  burada  tapır.  Özü  bədbəxtdir 
deyə, istəyir ki, biz də onun tayı olaq... 
          Şərifin sözlərində həqiqət vardı. Niyaz neçə  il-
lər idi evində özünü yad, tənha sayırdı. Onu uşaqla-
rı,  heç  xanımı  da  əvvəlki  tək  sevmirdi.  Müavin  işlə-
yəndən  bəri  evə  yalnız  yatmağa  gəlirdi.  Tamamilə 
özgələşmişdi,  evdəkilər  üçün  gecə  qonağına  dön-
müşdü.  Onların  necə  günlərini  keçirməsindən,  ad 
günlərindən də xəbəri olmazdı. Diqqətsizlikdən, say-
ğısızlıqdan  uşaqları  da,  yoldaşı  da  incimişdilər  on-
dan.  Qarşılıqlı  olaraq  onlar  da  çox  vaxt  Niyaza  əhə-
miyyət verməyib öz bildikləri kimi yaşayırdılar. Heç 
kimə  gediş-gəliş  etmədiyindən  dost-tanış,  qohumlar 
da  soyumuşdu  Niyazdan.  Müəssisədə  özünü  güclü, 
sözü ötən, vacib bir adam saysa da, evə gələndə zə-
ifləşir,  kiçilirdi,  söz  yiyəsi  olmamasını,  evdə  sadəcə 
pul  götürülən  bankomat  olduğunu  anlayırdı.  “Qəri-
bə  insanlardı,  –  ürəyində  ailəsini  qınayırdı,  –  çoxlu 
pul  da  istəyirlər,  üstəlik  diqqət  də...  Sizin  gündəlik 
qayğılarınızla  məşğul  olsam,  bəs  pulu  kim  qazana-
caq? Səkkiz saat işləməklə qazanacağım pul sizi qane 
etməyəcək, axı...” 
          Son günlər  arvadının oğlu haqqında etdiyi xə-
bərdarlıq  qanını  lap  qaraltmışdı.  Özəl  ali  məktəbin 
üçüncü kursunda oxuyan oğlunun marixuanaya alış-
ması bir yana, internetdən tanış olduğu yaşlı bir qa-
dınla  görüşəndən  sonra  bəzən  gecələr  də  “dostum-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə