Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə6/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   2   3   4   5   6   7   8   9   ...   35

23 
 
satan Məhyəddin” olandan sonra işçilərinə nə deyə-
sən?  Dustaqların  ərzağını  satan  adam  başqa  cür  ola 
da bilməz...  
          –“Menyu”  genişlənib,  kartofun  yanına  toyuq 
əti də əlavə olunub, – Şərif yaxınlarda olmuş hadisə-
yə işarə vurdu. 
          Rəis  Məhyəddin  məhkumlar  üçün  nəzərdə  tu-
tulan    bir  çox  ərzaqları  müəssisəyə  gətirmədən  sat-
dırmağı  az  imiş,  bəzən  müəssisədən  də  gizlicə  satış 
üçün  ərzağı  çölə  çıxardırmış.  Bunu  bilən  qapıya  və 
müəssisənin  mühafizəsinə  nəzarət  edən  əsgər  bölü-
yünün  komandiri  də  rəisdən  etdiyi  qanunsuzluğa 
göz  yummaq  üçün  haqq  istəyir.  Məhyəddin  rəis  iş-
lədiyi  illər  ərzində  belə  komandirlərdən  çox  gordü-
yünə  görə  onun  sözünü  saya  salmır.  Gözünə  dön-
düyüm  komandir  də  bir  gün  yenə  Məhyəddin  mü-
əssisədən ərzaq çıxardanda yüz metr getdikdən son-
ra  maşını  əli  silahlı  əsgərləri  vasitəsilə  saxlatdırır. 
Yük  yerinin  xaricdən  gətirilən  toyuq  əti  ilə  dolu  ol-
duğunu  görən  komandir  dərhal  mərkəzi  İdarəyə 
zəng  vurub  yüklə  bağlı  məruzə  edir.  İdarədən  qol-
tuğu papkalılar tökülüşüb gəlirlər  saxlanılan maşına 
baxmağa.  Götürəcəyi  xeyirdən  çox  ziyana  düşən 
Məhyəddin  BÖYÜKLƏRƏ  söz  verir  ki,  bir  də  belə 
qələt etməyəcək. 
– Fikir vermisən, hər  gün yeməkxanaya məh-
kumların  ən azı dörddə biri, bəlkə də biraz da çoxu 


24 
 
gəlmir,  çöldən  gətirilən  ərzaqla  dolanır.  Amma  sə-
nəddə isə istehlakı yüz faiz qeyd edib özləri yeyirlər.  
         –  Müdiriyyətdənmi  danışırsan?  Məsələ  ərzaqla 
bitmir.  Məhkumun  istifadə  etməli  paltarı,  sabunu, 
dərmanı, daha nələri...   
–Üstəlik  görüş  otağı,  “toçkalar”,  şərti  azadlıq 
pulu... Gözləri doyan deyil.  
–Deyirsən rəisə bu qazandıqları bəs etmir, ac-
gözlükdən  sanitarların  da  pulunu  yeyir?..  Ola  bil-
məz... 
           –Hə,  elədir,  özü  də  Niyaz  və  mühasiblə  bir 
yerdə. O günü idarənin ayaqyolusunu təmizləyən sa-
nitar  Ayaz  var  ha,  ondan  eşitdim.  Bilirsən  də,  o,  bir 
az diribaş, ağlı olan sanitardı. Deyir  yuxarılara  şika-
yət  edəcəyəm,  mənə  yazılan  maaşın  yarısını  vermə-
sələr, mən bilirəm nə edəcəyimi... 
           –Sanitar  olanda  nə  olar,  adam  haqqını  tələb 
edir  də.  Elədirsə  çox  pis,  mən  söz  tapmıram.  Məh-
kumun  çörəyini  hələ  axıradək  yeyən  olmayıb...  Ye-
sələr  belə  tam  həzm  edə  bilməyəcəklər,  ən  azından 
ilahinin qanunları ilə olsa da, günlərin birində şəkk-
şübhəsiz gözlərindən gələcək... 
                                              *  *  *   
          Gülbaxt cəzaçəkmə müəssisəsi digərləri ilə mü-
qayisədə  elə  də  böyük  cəza  evlərindən  hesab  edil-
mirdi. Burada təqribən altı yüzdən artıq məhkum cə-
za çəkirdi. Aralarında iyirmi yaşdan yetmiş  yaşadək 


25 
 
hər  yaşdan  olan  məhkumların  əksəriyyəti  narkotik 
maddələrin daşınması, satılması,  istifadəçisi  kimi ci-
nayətlərə görə cəza alanlar idi. Şəhərdən xeyli uzaq-
da, ucqarda olması səbəbindən buraya əsasən ən ka-
sıb  məhkumlar  və  həmçinin  bölüşdürülmə  zamanı 
öz  adamları  vasitəsilə  mərkəzdəki  məsul  əməkdaşa 
“hörmət” çatdırmayan orta imkanlılar yerləşdirilirdi. 
          Müəssisədəki  vəziyyətə  paqonlular  nəzarət  et-
dikləri üçün qanunda oğrular arasında “Gülbaxt tür-
məsini”  qırmızı  zon  adlandırırdılar.  Uzun  illər  ər-
zində  buranın  qırmızı  zon  qalması  Məhyəddinin 
özünəməxsus  idarəetmə  metodlarının  və  yorulmaz 
əməyinin  nəticəsi  idi.  Belə  ki,  məhkum  müəssisəyə 
daxil olandan gərgin anlar yaşayırdı. Ciddi sorğu-su-
ala tutulur, gərək olarsa döyülür, psixoloji təsir gös-
tərilməklə  gözünün  odu  alınır,  daxilən  sındırılmağa 
çalışılırdı. Karantin dövründə onlara lazımi müəssisə 
daxili qaydaları anlatmaqla, mütləq əllərinə bel, dır-
mıx,  şana  verib  zonun  sərhədi  sayılan  şumlanmış 
ərazini  –  nəzarət  iz  zolağını  və  ona  yaxın  əraziləri 
belləmək, hamarlamaq adı ilə işlədirdilər. Yəni əlinə 
bel alıb torpağı yumşaldan məhkumun artıq nə vaxt-
sa  oğru  dünyasına  qoşulmağa,  lovğalanmağa  üzü 
qalmırdı. Sınmaq istəməyənlərə həftələrlə, sınanadək 
karsda  əziyyətlər  verir,  məqsədinə  çatmayanda  isə 
Məhyəddin belələrini başqa yerə – digər müəssisəyə 
özü  demişkən  “rədd  eləyirdi”.  Beləliklə  kiminsə  li-


26 
 
derliyinə  imkan  verməyib  daim  özü  lider  olmaqla, 
xüsusi  ciddi-cəhdlə  müəssisədəki  sabitliyi  qoruyub 
saxlayırdı. 
Müəssisədə  rejim  işlərini  həyata  keçirməkdə 
bəzən  paqonlulardan  çox  məhkumlara  üstünlük  ve-
rirdi. Buna görə məhkumlardan ibarət guya öz-özlə-
rini  idarə  edən  müəssisə  kollektiv  şurası  (MKŞ)  de-
yilən qurum təşkil edib, oraya əsasən oğru aləmində 
işverən, “qreşnik” (günahlı) adlandırılanları toplayır-
dı.  Sonra  da  “mekeşe”  üzvü  kimi  onlardan  öz  məq-
sədləri üçün istifadə edirdi.    
          O,  zalımlıq  etməklə  yanaşı  özünü  sevdirməyi 
də  bacarırdı.  Hər  gün  yeməkxanaya  baş  çəkib  məh-
kumların  yeməkləri,  onların  keyfiyyəti    ilə  maraqla-
nırdı. Tibb məntəqəsinə gedib həkimdən həqiqi xəs-
tələrə  diqqət  tələb  edirdi.  Tərbiyə  işləri  üzrə  müavi-
ninə,  dəstə  rəislərinə  məhkumların  başını  qatmaq 
üçün  klubda,  idman  meydançasında  mütəmadi  təd-
birlərin  keçirilməsinə  tapşırıqlar  verir  və  bilavasitə 
özü də yaxından iştirak edirdi. Həqiqətdə yox, məh-
kumların  gözündə  özünü  ədalətli,  haqqısevər  insan 
kimi  göstərməyə  çalışırdı.  İmkanı  olduqca  zona  ay-
rılan  ərzağı,  büdcənin  pulunu  yeməsinə  baxmaya-
raq,  dəfələrlə  həyətdəki  meydanda  yoxlamalar  za-
manı  kütlə  qarşısında  and-aman  etmişdi  ki,  o,  məh-
kumları çox sevir. Hətta bir dəfə, o, işə gətirdiyi kiçik 
oğlunu  məhkumların  qarşısına  çıxarıb  oğlunun  ca-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə