Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə5/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   2   3   4   5   6   7   8   9   ...   35

19 
 
gün  istirahət  günü  verilir.  Çalışın  həmin  gün  bütün 
işlərinizi  görün.  O  biri  günlər  ev,  ailə  işlərinizi  qar-
daşlarınıza,  bacınıza,  əmioğluna,  xalaoğluna  həvalə 
edin.  Rəisin  sözünə  mən  də  şərikəm,  xidmətlə  yaşa-
maq  lazımdır.  Yaddan  çıxarmayın  ki,  siz  paqon  da-
şıyırsınız. Paqonu isə çiyninizə fors üçün yox, qulluq 
etməyə taxıblar...   
                                            *   *   * 
          Gülbaxt  cəzaçəkmə  müəssisəsi  ətrafdakı  yaşa-
yış məntəqələrindən xeyli uzaqda, böyük daş karxa-
nalarının  əhatəsində  yerləşirdi.  Kənar  aləmlə  buranı 
səmadan savayı müəssisənin arxa tərəfindən hərdən 
mişar  daşı  daşıyan  yük  maşınları  keçən  dar  bir  yol 
birləşdirirdi.  Bu  yarımsəhralıqda  boyu  iki  qarışdan 
çox olan kol tapa bilməzdin. Onlar da yayın əvvəlin-
dəcə  susuzluqdan  yanıb  quruyurdular.  Nəzarət  bu-
raxılış  məntəqəsinin  və  onun  yaxınlığında  yerləşən 
müəssisə  idarəsinin  ətrafında  bitən  barmaqla  sayıla-
caq qədər ağaclar kənardan daşınan suyun hesabına 
mövcudluqlarını  qorumuşdular.  Ağaclar  səhra  tor-
pağının  qüvvəsizliyindən  cılız  qamətləri  ilə  uzun  il-
lər əkilsə də, cavan ağaclara bənzəyirdilər. Zərif me-
hin ətrafdakı karxanalardan oğurlayıb gətirdiyi narın 
toz bu ağacların günboyu qonağı olurdu. 
          Müəssisədə təmiz havanı əsasən yağmurlu ha-
vada  udurdular.  Yer  azacıq  quruyan  kimi  gözə  gö-


20 
 
rünməyən toz, xırda qum dənələri yenidən əsən meh 
ilə öz varlığını hamının yadına salırdı.   
          –Mən  bilmirəm  burada  qazamatı  hansı  ağıllı 
tikdirib? – Uzun illər başqa müəssisədə işləyib keçən 
qış işinin ixtisara düşməsi səbəbindən bura göndəri-
lən dəstə rəisi ədliyyə mayoru Zəfər hər dəfə xidməti 
geyim şapkası  – furajkasının tozunu çırpanda  əsəbi-
ləşib deyinirdi. – Karxanaların arasında, səhranın or-
tasında  türmə tikərlər? Elə bil məhkumlar üçün yox, 
qullar üçün tikiblər. Məhkumu qul hesab ediblər, iş-
lədib xeyir qazanıblar. İndi karxanalar olub şəxsi, bu-
rada  yaşayan  və  işləyənlərə  isə  gecə-gündüz  qumla 
nəfəs almaq qalıb... 
           Zəfər haqlı idi. Keçmişdə dövlətin karxanasın-
da  işləyən  məhkumlar  indi  işsiz  qalmışdılar.  Çünki, 
sahibkarlara  məhkuma  pul  ayırmaqdansa,  qeydiy-
yata  salınmayan,  əyalətlərdən  gələn  ucuz  işçi  qüv-
vəsi sərfəli idi. Nəticədə isə cəzaçəkmə müəssisəsinin 
karxanalar  arasında  yerləşməsinin  heç  bir  əhəmiy-
yəti qalmamışdı. 
          –Ada  baxginən,  sən,  –  Zəfər  davam  edirdi,  – 
Gülbaxt!..  Gül  baxt  yox,  baxtı  kül  olanların  yeridir 
bura. Mənim kimi çarəsizlərin... 
          Neçə  aylar  ötməsinə  baxmayaraq  Zəfərin  bu 
müəssisəyə işləməyə göndərilməsinə peşmanlığı bit-
məmişdi.  Şəhərin  o  biri  qurtaracağının  ən  uc  nöqtə-
sində  yaşayan  Zəfərin  həftədə  altı  gün  səhərlər  və 


21 
 
axşamlar  yüz  kilometrdən  çox  yol  gəlib  getməsi  hər 
dəfə yadına düşəndə  necə əsəbiləşirdisə, bəzən özü-
nü  saxlaya  bilməyib  işçilər  arasında  İslah  İdarəsinin 
kadrlar şöbəsinin rəis əvəzi işləyən yerlisini söyürdü: 
          –Ay kişi, adamı bir işə göndərəndə çağırıb özü-
nə deyərlər, insan hesab edib yaşadığı yeri də nəzərə 
alarlar. Yoxsa ki, gözünü yumub,  sərfəsizlik  edib  iş-
çini hara gəldi göndərərlər?.. 
          –Günah onda deyil, – həmkarı, onun sayaq baş-
qa  müəssisədən  bura  “sürgün  edilmiş”  digər  dəstə 
rəisi  Şərif  də  Zəfərin  sözünə  laqeyd  qalmırdı,  –  gü-
nah əmrinə  qol  çəkəndədir. Qol çəkən maraqlanma-
lıdır ki, nəyə qol çəkir, niyə qol çəkir? Kadra nə var, 
o, göstəriş yerinə yetirəndir. 
          –Bəs vicdan? Şöbənin rəis əvəzi məni  yaxşı ta-
nıyır, harada yaşadığımı bilir. Heyf ki, yerlimdir, tor-
pağın adını batırandır...  
          –Olmayan  şeydən  danışmazlar.  İstəyəndə  qa-
nuna da türürürlər. Orada  əsasən özlərinə sərf edən 
sənədə baxırlar, – sağ əlinin baş barmağını digər qat-
lanmış  barmağına  sürtdü,  –  başa  düşdün?  Yerliliyin 
məsələyə dəxli yoxdu. O misra yadındadı: keçmə na-
mərd  körpüsündən,  qoy  aparsın  sel  səni...  Görəsən 
Gülbaxta heç öz istəyi ilə işləməyə gələn olub? Bura-
ya ya təzə işləməyə başlayan gələr, ya da digər mü-
əssisədə  işindən  çıxarılanlar  –  Gülbaxtın  yay  ayları-
nın qum tufanlarından xəbəri olmayanlar... 


22 
 
          –Eh, yay nədi, – Zəfər əlavə etdi, – mən heç qış-
da  da  burda  təmiz  ağ  qar  görmədim,  həmişə  sarım-
tıl gördüm... Bu tozun ancaq Məhyəddinə xeyri var, 
çox  olduqca  camaşırxana  ilə  hamamın  da  müştərisi 
artır.  
          Şərifin  bəhs  etdiyi  qum  dumanları  burada  ilin 
hər fəslində, ən çox isə yay aylarında baş verirdi. On 
gün  yağıntı  olmaması  kifayət  edirdi  ki,  qum  duma-
nının əmələ gəlməsinə şərait yaransın.  
          –Təbiəti bir yana, işçi kollektivinə nə deyəsən? 
Elə bil xidmətdə nə qədər pula həris adam var, yığıb 
bura  toplayıblar.  Bütün  günü  çalışdıqları  ancaq  nə 
yollasa  pul  əldə  etməkdir.  Gördün  özünü  asmaq  is-
təyən sanitarı?  Guya,  o, özünü üzdəniraqlığına görə 
öldürmək istəyib? Yox, məsələ onda deyil. İllərdir bu 
insan  çöldən  heç  nə  almadığına  görə  içəridə  də  di-
lənməkdən  canı  boğazına  yığılıb,  əzab  çəkməkdən 
beztb.  Səhər  tezdən  gecəyədək  zonun  hər  işini  gö-
rürlər.  Adlarına  təsərrüfat  işçisi  kimi  maaş  yazılır. 
Ancaq,  maaşlarının  əvəzinə  üç-beş  manatlıq  çay-
qənd, siqaret verib başlarını aldadırlar. Səsini çıxara-
nın isə başından basırlar... 
          –Onlar üçün əsas puldu. O pulun üzdənirağın, 
ya  kimin  olmasının  nə  fərqi?  Sabitliyin  olmasını  ən 
çox  bilirsənmi,  niyə  istəyirlər?  Gərginlik  olanda  gə-
lirləri  dayanır,  əksinə  ziyana  düşürlər.  Bir  məşhur 
məsəl var, balıq başdan iylənər. Rəisinin adı “kartof-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə