Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə4/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   2   3   4   5   6   7   8   9   ...   35

15 
 
        –Xeyr, rəis, – növbətçi məruzə etdi. 
        –  Növbədənkənar  iclası  ona  görə  etdim  ki,  hər 
biriniz  biləsiniz  ki,  işinizdə  məsuliyyətinizi  artırma-
lısınız,  –  rəis  nitqinə  başladı.  –  Məsələ  məhkumun 
ölüb-ölməməyində  deyil,  sizin  xidmətə  münasibəti-
nizdədir. Bu cür hadisələrin qarşısı  əvvəlcədən alın-
malıdır.  Niyə  alınmır,  əməliyyat  hara  baxır?  Nəza-
rətçilər yoxlamadan  əvvəl niyə hər tərəfi dəqiq yox-
lamırlar? Belə məsuliyyətsizlikmi olar? Kalonun qar-
şısındakı çöldəki itləri görmüsüz, oradakı ərazini ne-
cə  diqqətdə  saxlayırlar,  yad  adam  görəndə  necə  re-
aksiya  verirlər.  Onlar  qədər  sayıqlığınız  da  yoxdur. 
İşə elə bil biyara gəlirsiz. Xidmətlə yaşamırsız. Əsl iş-
çi  xidmətlə  nəfəs  almalıdır.  Niyaz,  köhnə  növbədə 
olanların hamısından  hadisə  ilə bağlı  izahat  alarsan, 
sonra evə buraxarsan. Nəzarətçilərə tapşırırsan, bun-
dan  sonra  səhər  və  axşam  yoxlamaları  zamanı  hər 
yer ciddi yoxlanılsın, yataqxanalar qıfılla bağlanılsın. 
Qapılar hamı yoxlanıldıqdan, yoxlama bitəndən son-
ra açılsın. Aydındırmı? Dustağı qanunsuz yox, yalnız 
qanuni  yollarla  sıxmaq  lazımdır  ki,  qudurub  məh-
kumluğunu  unutmasın.  Sizin  bir  nömrəli  vəzifəniz 
məhkumları  həmişə  nəzarətdə  saxlamaq  və  nə  iləsə 
başlarını qatmaqdır. Onlar boş, baxımsız qaldılarmı, 
mütləq  beyinlərinə  axmaq  fikirlər  gələcək,  pis  hadi-
sələr  törədəcəklər,  rejim  şəraitinin  stabilliyini  poza-
caqlar. Bizə isə müəssisədə ən vacib olanı daimi gər-


16 
 
ginliksiz sabitliyi qorumaqdır. İslah İdarəsindən tap-
şırılan  bəzi  mühüm  işlər  var,  mən  məcburam  yu-
banmadan  onlarla  məşğul  olam.  Niyaz,  sənə  gərək 
olacaq  işçiləri  yığ  otağına,  iclasın  ardını  orada  da-
vam  elə.  Fikrimcə  əlavə  müzakirəyə  gərək  yoxdur. 
Gedə bilərsiniz. 
          Rəisin  itləri  nümunə  göstərməyindən  narazı 
qalan  əməkdaşlar  dinmədən  yerlərindən  durub  bir-
bir Niyazın qarşıdakı otağına sarı yollandılar. Niyaz 
kabinetinin qapısını açıb elan etdi: 
         –Əməliyyat-rejim işçiləri, bir də köhnə növbə ilə 
təzə növbə gəlsinlər. Qalanlar öz işlərinə getsinlər. 
          Niyazın  otağı  rəisin  kabinetinin  dörddə  biri 
boyda idi. İş stolunun sağında və solundakı iki stul-
dan əlavə otağa altı ədəd stul sığışırdı. Çox vaxt ota-
ğa  daxil  olan  əməkdaşların  əksəriyyəti  ayaqüstə  da-
yanmalı olurdu. Rəisdən fərqli olaraq müavin uzun-
uzadı danışar, əməkdaşların ayaqüstə dinmədən qu-
laq  asmalarından,  onlara  fiziki  və  mənəvi  əzab  ver-
məyindən  həzz  alardı.  Arabir  cümləsinin  ortasında 
gözlənilmədən bir anlığa  susar, qulaq asanların diq-
qətini  yoxlayaraq  hamıya  nəzər  yetirər,  hamını  hip-
nozda  saxlamasıından  aldığı  məmnunluqla  cümləsi-
ni davam etdirərdi. 
          Bir  yerdə  çalışmalarına  baxmayaraq  hamı  bi-
lirdi  ki,  Məhyəddinlə  Niyazın  bəzi  xüsusiyyətləri 
tərs  mütənasibdi.  Rəis  kabinetdə  çox  oturmağı  sev-


17 
 
məzdi,  bütün  günü  zonu  başdan-ayağa  gəzər,  işçi-
lərdən  də  durmadan  “obxod”  etməyi  tələb  edirdi. 
Yaşı  əllini  ötsə  də  uzun  boyu  və  qıvraq  görkəmi  ilə 
idmançı təsiri bağışlayırdı.  
          Həmyaşıd  olmasına  baxmayaraq  kök,  bəstə-
boylu  müavin  rəisindən  daha  yaşlı  görsənirdi.  Gün-
boyu  ota-ğında  oturub    məhkumları  qəbul  edər,  öz 
məlumat gətirənləri vasitəsilə yerindən tərpənmədən 
zonda  yaşanan  hər  şeydən  xəbərdar  olardı.  Hansısa 
əməkdaşın  məhkumla  anlaşılmazlığı  yarananda  da 
belə  deyərdi:  “hökumət  sizə  otağı  niyə  ayırıb?  Apar 
otağına, başa sal”. 
          Rəis  məhkumu  karserdə,  müavinsə  o  balaca 
otağında  dubinka  ilə  döyərdi.  Məhyəddin  kefinin 
xoş vaxtlarında zarafat edərdi, Niyaz isə, həmişə qa-
radinməz  idi.  Biri  daz,  digəri  gur  saçlıydı.  Əksliklə 
dolu  belə  misalları  çox  çəkmək  olardı.  Bənzərlikləri 
də  var  idi:  hər  ikisi  pulu  nəhayətsiz  sevirdilər.  Rəis 
büdcədən  ayrılan  pulu  çəkinmədən  yeyirdi,  amma 
müavin ehtiyatla, bilinmədən yeməyin tərəfdarı idi. 
          Məhyəddin  üzdə  özünü  müavinləri  ilə  mehri-
ban  aparsa  da,  ürəyində  onların  heç  birinə  əhəmiy-
yət  vermirdi.  Müəssisədə  onun  icazəsi  və  ya  xəbəri 
olmadan müavinləri tərəfindən heç bir  iş görülə bil-
məzdi. Əslində, o, özünü kiçik dövlətin avtoritar baş-
çısı kimi aparırdı.  


18 
 
          Niyaz  rəisin  çıxışından  çox  da  fərqlənməyən 
uzun  nitqindən  sonra  köhnə  növbədə  olmuş  bütün 
əməkdaşlardan  səhər  yoxlaması  zamanı  baş  verən 
özünəqəsd  hadisəsi  barədə  geniş  izahat  yazmalarını 
tələb etdi. 
          İzahatların yazılması və müavin tərəfindən qə-
bul  edilməsi  günorta  saat  birin  yarısınadək  çəkdi. 
Növbədən çıxan yorğun əməkdaşları həmişə bəhanə 
tapıb  evə  getməklərini  saatlarla  ləngitmək  Niyazın 
sevimli  vərdişlərindən  idi.  Bu  gün  isə  bəhanəyə  eh-
tiyac qalmamışdı. İclas və izahatla işçiləri üç saat ar-
tıq işdə saxlamışdı. Köhnə işçilər onun dözülməz xa-
siyyətinə  bələd  olduqları  üçün  dinmirdilər.  Bu  mü-
əssisənin  xüsusiyyətlərinə  alışmayan  başqa  müəssi-
sədən bura işləməyə təzə göndərilən dəstə rəisi Şərif 
yenə dözə bilməyib müavinə şikayətləndi: 
         –Cənab  polkovnik-leytenant,  biz  ötən  gecəni 
burda  növbədə  qalmışıq,  sabah  tezdən  yenə  işə  gə-
ləcəyik. Saat bir tamama az qalıb. Evə çatanadək ax-
şam  düşəcək.  Bizi  burax  bir  az  tez  çıxıb  dincələk, 
evin-ailənin qayğıları ilə də məşğul olaq... 
           –Cənab  kapitan,  nəzərə  alın  ki,  siz  xidmətdə-
siniz,  –  müavinin  əsəbiləşməsi  boynunun  qızarma-
sından hiss olunurdu, – zəruri hallarda sizə istirahət 
verilməyə  də  bilər.  Müəssisə  kimin  evinin  yanında-
dır  ki?  Yolun  uzaqlığı  hamımız  üçündür.  Qaldı  ki, 
evinizdəki  qayğılara,  bunun  üçün  sizə  həftədə  bir 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə