Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə15/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

60 
 
fəsini  kəsirdi”.  O,  bu  bıçağı  götürmüşdüsə,  mütləq 
işlətməli idi. Ən azından özünə vuracaqdı. 
          “Xanım” ayağa durub getmək üçün hazırlaşdı: 
          –Hə, bir də onu deyim ki,  bax, Məmmədə heç 
bir kəlmə də pis söz deməyəsən. Onun heç nədə gü-
nahı yoxdur. Hər şey mənlikdir. 
          İkram  onun  bu  “himayədarlığına”  daha  dözə 
bilmədi. Ona tərəf addım atıb, əsəbindən əsərək göz-
lənilmədən əlindəki bıçağı arvadının sinəsinə çəkdi: 
          –Məmmədin  də,  sənin  də  nəslini,  var-yoxunu, 
qancıq... 
          Bıçağın ağrısından arvadı qışqırdı: 
          –Qoymayın, öldürdü məni, kömək edin... 
          Yaxınlıqdakı  zabit  və  nəzarətçilər  tez  İkramı 
ondan araladılar. Son anda əli titrədiyindən cib bıça-
ğı arvadının sinəsini deyil, döşünü yaralamışdı.  
          Qadın üçün təcili tibbi yardım çağırdılar. İkra-
mı isə qandallayıb karsa atdılar.  
          Hadisədən  xəbər  tutan  Məhyəddin  dərhal 
Məmmədə  xəbər  yolladı  ki,  bir  daha  bu  müəssisəyə 
gəlməyi  ağlına  gətirməsin,  ərizəsini  yazıb  şəhərdəki 
İdarəyə getsin.  
          İkram az keçmədi, yeni cinayət törətməkdə təq-
sirləndirildiyinə  görə  istintaq  təcridxanasına  göndə-
rildi.  Sanitarlara  briqadirlik  etmə  “səlahiyyəti”  hələ-
lik Ayaza verildi.  
                                             *  *  * 


61 
 
          Niyaz  nəzərdə  tutduğu  “sıxma”  tədbirlərinə 
başlamaq  üçün  ilk  növbədə  münasib  səbəb  tapmalı 
idi.  Buna  görə  avtoritetlər  arasındakı  ixtilaflardan, 
nüfuz  mübarizəsindən  istifadə  etməyi  qərarlaşdır-
mışdı.  Yaşayış  məskənləri  üzrə  yerliçilik  prinsipləri 
ilə  qruplaşmış  ayrı-ayrı  “əhl”lər,  xüsusilə  şəhərlilər-
lə əyalətlilər arasında gedən çəkişmələr isə daim var 
idi.  İçərilərindəki  vəzifələrin  və  toplanmış  gəlirlərin 
bölüşdürülməsində  hər  bir  qrup  öz  üstünlüyünü  əl-
də etmək rəqabəti aparırdı. 
          Niyazın bu qrupların hər birində əməliyyat işi-
nə cəlb olunmuş gizli  adamları vardı. Həmin adam-
lardan  bir  neçəsi  ilə  həftəyə  yaxın  apardığı  məxfi 
söhbətlərlə nəhayət ki, istəyinə nail oldu. Axşamların 
birində  məhkumların  yeməkxanası  ilə  yanaşı  yerlə-
şən  çayxanada  gözlənilməyən  hadisə  –  insident  baş 
verdi.  Bir  “əhl”dən  olan  məhkum,  digər  “əhl”dən 
olan  məhkumun  ədalı,  kobud  danışığına  dözməyib 
stəkanındakı isti çayı  onun üzünə atdı. Qarşısındakı 
da cavab olaraq stolun üstündəki dəm çaynikini üzü-
nə  çay  tullayanın  başına  çırpmışdı.  Dalaşmaq  üçün 
həyətə  çıxan  iki  məhkumun  ixtilafına  ətrafındakı 
yerliləri  də  qoşulmuşdu.  Bir  anın  içində  məsələ  bö-
yümüş, bütün zon “silkələnmişdi”. 
          Yaranmış münaqişəni həmin axşam məsul növ-
bədə  olan  zabit  və  nəzarətçilər  çətinliklə  sakitləşdir-
miş,  davanın  kütləviləşməsinin  qarşısını  almışdılar. 


62 
 
Təcili hər iki qrupun hərəsindən üç nəfər cərimə təc-
ridxanasına  salındı.  Hadisənin  şahidləri  dindirilib 
izahatlar alındı. Məhyəddinlə Niyaz olanları rəhbər-
liyə  bildirib-bildirməməsini  götür-qoy  edincə,  İslah 
İdarəsindən  zəng  vurub  hadisə  ilə  maraqlandılar. 
Məlum  oldu  ki,  müəssisənin  dörd  bir  tərəfində  gö-
zətçi qüllələrində keşik çəkən əsgərlər məhkumların 
həyətdə qaynaşmasından narahat olub müəssisə rəh-
bərliyinin  başı  üzərindən  vəziyyət  barədə  mərkəzə 
məlumat veriblərmiş. Bu hal ondan xəbər verirdi ki, 
Məhyəddinlə  əsgərlərin  komandiri  arasındakı  so-
yuqluq hələ də davam edirdi. 
          Baş vermiş hadisədən yararlanmaq zamanı gəl-
mişdi. Məhyəddinin göstərişi ilə Niyaz rejimi sərtləş-
dirmiş,  yaşayış  sahəsində  əlavə  nəzarət  postları  ya-
ratmışdı. Bütün zabitlərə “obxod”un sayını artırmaq 
tapşırılmışdı.  Çayxananın  fəaliyyəti  qeyri-müəyyən 
müddətə dayandırıldı. Yenə həyətdə, nəzarətdən kə-
nar yerlərdə üç nəfərdən artıq sərbəst toplaşmaq qa-
dağan edildi. Məscid deyilən ibadət otağı xüsusi nə-
zarətə götürüldü: ibadətlə məşğul olmaq istəyən şəxs 
çöldən azadlıqda məscidə getməsini təsdiqləyən ara-
yış gətirtməli idi. Arayış olmayanadək heç kəsi o ota-
ğa namaz qılmağa buraxmadılar. Klubdakı televizor-
da verilişlərin, teleserialların baxışına da nəzarət qo-
yuldu.  Məhkumların  bütün  yerlərdə  düzülüşü,  o 
cümlədən  yataqxanalarda  çarpayıların  yerləşdiril-


63 
 
məsi  yalnız  dəstə  bölümü  ilə  tənzimləndi.  Əvvəllər 
göz yumulan bəzi “əhl”lərin toparlanması ləğv edil-
di.  Qruplardan  çoxluq  təşkil  edilənlər  dəstələrə  bö-
lüşdürülüb paylandılar.  
          Rejimin stabilliyinin qorunması adı altında gö-
rülən tədbirlər kəskin bildirməsələr də məhkumların 
qəlbini  incidirdi.  İki  ağılsızın  davasını  bəhanə  edib 
qalanlarını  da  bu  qədər  narahat  etmək  düzgün  idi-
mi?  Məgər  belə  davalardan  azmı  olmuşdu?  İndi  nə 
oldu  ki,  müəssisənin  rəhbərliyi  həyəcanlanıb  əl-aya-
ğa düşdü? Yoxsa Niyaz davanın onun “obyektində” 
baş verməsindən hirslənib? 
          Avtoritetlər  hadisə  zamanı  münaqişədə  iştirak 
edən  “əhl”lər  arasında  düşmənçilik  yaranmaması 
üçün həmin axşamın səhəri günü onları barışdıra bil-
mişdilər. Məsələnin tam məğzini bilmək üçün cərimə 
təcridxanasına  salınanların  cəzalarının  qurtaracağı 
günü gözləyirdilər. 
          Niyazın  rejim  tədbirləri  isə  bitmək  bilmirdi. 
Çoxdan  keçirilməyən  yataqxana  “şmon”ları  –  axta-
rışlar  başlanmışdı.  Axtarışlarda  hər  çarpayının  ya-
nında  qoyulan  dolablardan,  balışların,  döşəklərin 
içərisindən  istifadəsinə  icazə  verilməyən  dərmanlar, 
jurnal və qəzetlər, kəsici və deşıci alətlər sırasına qa-
tılan  kiçik  cib  bıçağı,  dırnaq  tutan,  ölçüsündən  asılı 
olmayaraq  şüşə  qablar,  alabəzək  paltarlar  və  sairlər 
tapıldıqda  aktlaşdırılıb  sahiblərindən  alınırdı.  Hadi-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə