Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə25/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

100 
 
uşaqlarının  ehtiyaclarını  ödəmək  məcburiyyətində 
qalmışdı. 
Gülbaxtdan  getməsindən  yarım  il  keçməmiş 
Məhyəddinin  işindən  azad  olunması  xəbəri  eşidən 
hər kəsi heyrətləndirirdi. Heç demə müəssisənin mü-
avini  rəisinin  narkotika  istifadəçisi  olduğunu  bilən 
kimi  məxfi  qaydada  mərkəzə  məruzə  eləyib.  Məlu-
matın  düzgünlüyünü  yoxlamaq  məqsədi  ilə  Məh-
yəddini  qəfildən  mərkəzə  çağırıb,  maşına  əyləşdirib 
həkim yoxlamasına aparıblar. Alınan qan analazi ve-
rilən məlumatı – onun narkotika aludəçiliyini təsdiq-
ləyib.  Ailə  vəziyyətinə  görə  rəhm  edib,  faktı  açıb 
ağartmadan  ərizəsini  alaraq  xidmətdən  azad  edib-
lər... Sərəncama çıxarılan Niyaz isə aşağı vəzifədə iş-
ləmək istəmədiyindən yaşı əlli beşə çatmasa da pen-
siyaya göndərilməsi üçün raport yazmışdı. 
Təzə  rəis  köhnə  şöbə  rəislərindən  təkcə  Şamili 
saxlamışdı. Sanitarlardan da yarısını saxlayıb, başda 
Ayaz olmaqla qalanlarını ətraf müəssisələrə yatab et-
mişdi.  Saylarının  bir  qaydada  saxlamaq  üçün  digər 
yerlərdən  də  göndərdiyi  qədər  təzə  sanitarları  mü-
əssisəyə qəbul etmişdi.  
Bu  rəisin  əvvəlkilərdən  fərqi  cavan  və  enerjili 
olması idi. Bənzəyişi daha çox idi. Marionet padşaha 
oxşayırdı. Gəlirlərlə bağlı bütün işləri yalnız özü həll 
edirdi.  Şərik,  tərəfdaş,  başqasına  həvalə  etməyi  sev-
mirdi. Onun Bəkir kimisinə də ehtiyacı yox idi. Avto-


101 
 
ritetlərlə  də  özü  ünsiyyət  qururdu.  Görüşə  nəzarət 
edənlərə  çöldən  gətirilən  pula  məhdudiyyət  qoyul-
mamasına,  larekin  böyüdülməsinə,  hamamda  bir 
adamlıqların  sayının  artırılmasına,  çayxanada  çayla 
yanaşı  pulla  xörək  yeyilməsinə,  illərlə  bağlı  qalan 
kompyuter  otağında  asudə  vaxtın  səmərəli  keçməsi 
məqsədi ilə pulla istifadəsinə də icazə verdi. Əlbəttə 
ki,  yeni  qiymətlərlə!..  Bütün  işçilərinə  də  çəkinmə-
dən  bildirdi  ki,  qeyri-müəyyən  müddətə  gəlirlərlə 
bağlı ondan umub heç nə istəməsinlər. 
          –Yadındadı,  sən  deyirdin  Niyaz  rəis  olsa  kol-
lektiv  barmağını  soracaq,  –  Zəfər  Şərifə  xatırlatdı,  – 
təzə rəis deyəsən, Niyazın atasına rəhmət oxudacaq. 
–Neynəsin, – Şərif gülümsədi, – verdiyi xərcini 
çıxarmalıdır  da.  Bilirsən  ki,  vəzifəyə  təyin  olunanda 
birinci “qabiliyyət” nəzərə alınır. Belə olmasaydı gö-
rülən  işlərə  heç  göz  yumulardımı?  Mayasını  tutma-
yınca  kiminsə  maddi  yardım,  mükafat  almasına  im-
kan verməyəcək. Böyüklərin yolu ilə gedir... 
          –Aydın  məsələdir  ki,  BÖYÜKLƏRİN  hər  şey-
dən  xəbərləri  var,  baxır  nə  və  nə  zaman  onlara  sərf 
etmir. Hə.., heç bir rəhbərlik, idarəetmə daimi, əbədi 
deyil,  hərənin  öz  vaxtı,  öz  dövranı  var...  Amma  ki, 
necə deyərlər nə qədər tas dəyişsə də, hamam köhnə 
hamamdır, yenisi də yox. Görərsən, bu təzə rəisin də 
acgözlüyünün  sonu  yaxşı  qurtarmayacaq,  pul  gözü-
nü tutacaq, günün birində tamahı başına bəla gətirə-


102 
 
cək. Əvvəllər olanlara dair həmişə sən sual verirdin, 
bu dəfə mən sənin rəyini soruşum: sanitarların dama 
çıxmalarının xeyri nə oldu? Son olaylardan sonra ge-
dənlərlə gələnlərin arasında səncə fərq varmı? 
          Şərif  mənalı-mənalı  gülümsəməyində  davam 
etdi: 
          –Diqqət etsən bura da, güclü dövlətlərdən asılı 
olan  padşahlıq  kimidir.  Adətən  üçüncü  dünya  ölkə-
lərində baş verən etirazları, üsyanları, heç xatırlayır-
sanmı?  O  üsyanlarda  yoxsul,  qara  camaat  nə  qaza-
nırdısa,  burada  da  sanitarların  nəsibi  elə  oldu.  Xey-
rini daha çox kabinetlərdə əyləşənlər – hər yerdəyiş-
mədən  “xeyir”  əldə  edənlər  gördü.  Bir  də  ki,  topla-
nanlar dəyişsə də cəm dəyişmir. Düzünə qalsa, məh-
kum  ya  əməkdaş  fərqi  yoxdur.  Bir  neçə  faizi  istisna 
olaraq,  demək  olar  ki,  qalanı  qazamat  “sanitar”ları-
dır. Fərq yalnız kimisinin adında, kimisinin də əmə-
lindədir.  Yəni,  birinin  adı  üzdəniraqdır,  birinin  isə 
əməli...  Əməli  üzdəniraqlarınsa  son  ucu,  –  əlini  boş 
havaya  qaldırdı,  –  lap  başa  gedib  çatır..,  ta  şeytana-
dək... 
                                             *  *  * 
          Gülbaxt  cəzaçəkmə  müəssisəsində  həyat  da-
vam  edirdi.  Günlər,  fəsillər,  insanlar  dəyişir,  dəyiş-
məyən  isə,  yalnız  “yuxarıdan”  gələn  göstərişlər  və 
daim əsən narın tozlu küləklər idi... 
                                                                      Noyabr, 2013 


103 
 
 
 
                                   RESİDİVİST  
Naharın  başlanmasına  xeyli  qalmış  Ağarəhim 
birinci  olmaq  üçün  hamıdan  əvvəl  yeməkxananın 
bağlı  qapılarına  kürəyini  söykəyərək,  daş  pilləkənin 
üstündə  çöməlib  oturmuşdu.  Qoltuğundakı  alümi-
nium boşqab və qaşıq əynindəki paltarını qabartmış, 
skeletəbənzər  bədənini  gizlətmişdi.  Vaxt  var  idi  bu 
paltarı ona geydirəndə əyninə dar gəlirdi. Son vaxt-
lar bədəninin əti də, sümükləri də, hətta boyu da get-
dikcə  kiçilirdi.  Təkcə  sinəsində  qövr  edən,  içərisini 
qurd kimi gəmirən vərəmdən savayı. Ağarəhim başa 
düşürdü  kiçildiyini.  Tək  özü  yox,  islah-əmək  düşər-
gəsində onu tanıyan bütün məhkumlar duyur və gö-
rürdülər.  Ağrılısı  o  idi  ki,  bu  adamların  nəzərində 
yalnız  cismən  deyil,  şəxsiyyətcə  də  kiçildiyini  hiss 
edirdi. 
          –Indidən  nə  kəsdiribsən  yeməkxananın  ağzını, 
hələ xeyli var, – yeməkxanada işləyən Gülbala yanın-
dan keçərkən ona tərəf çımxırdı. 
          Gülbalanın çımxırığı xətrinə dəysə də dinmədi. 
Gülbala  əvvəllər  belə  deyildi,  dəyişmişdi.  Ötən  ba-
harda  evdən  yanına  gəlmişdilər,  rəisi  görmüşdülər. 
Az  keçmədi  Gülbala  yeməkxanada  işə  düzəldi.  Ba-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə