Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə26/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

104 
 
batlaşdı.  “Prima”  papirosun  atdı,  filtrli  siqaretə  keç-
di.  Deyilənə  görə,  altdan-altdan  mətbəxdən  məh-
kumlar üçün bişirilməli məhsulları burjuylara – pul-
lu  dustaqlara  satırdı,  rəhbərliyi  də  razı  salırdı.  Əv-
vəlki məhkumluq dövrlərində müəyyən vaxtlar olub 
Ağarəhim  də  təssərüfat  işlərində  işləyib,  ancaq  heç 
vaxt özündən çıxmayıb, dus-taqlığını unutmayıb, öz 
hörmətini, “çəkisini” saxlayıb. Amma, indi elə bil çə-
kisini  günü-gündən  itirir,  cılızlaşırdı.  Bəzən  ona  elə 
gəlirdi ki, özü ilə yanaşı bütün ətraf, dünya da nəzə-
rində cılızlaşıb gözdən düşürdü. 
          Son  vaxtlar  Ağarəhimdə  tez-tez  halsızlıq  yara-
nırdı.  Oturduğu  yerdən  heç  qımıldanmağa  da  heyi 
qalmırdı.  Əvvəllər  fikir  etməyi  sevməzdi.  Allahına 
şükr  edib  olandan  yeyər-içər,  yatar,  gününü  keçir-
dərdi.  Xəstəliyi  şiddətlənəndən  fikir  ondan  əl  çək-
mirdi.  Keçmişdə  qalan  evi,  uşaqları,  doğmaları,  ya-
xınları fırlanıb-hərlənib xatirindən ayrılmırdılar. Bəl-
kə  də  bu,  hələ  inidiyədək  çox  hiss  etmədiyi  tənhalı-
ğından  idi.  Barakda  neçə  vaxt  idi  uzun-uzadı  öskü-
rəyi  ilə  hamını  bezikdirmişdi.  Ən  çox  gecələr  öskü-
rək ona aman vermirdi. Ağzını balışa dayayıb birtə-
hər səsini boğurdu. 
          Nahar vaxtı yaxınlaşdıqca məhkumlar topa-to-
pa  yeməkxananın  qarşısına  yığışıb,  qapıların  açıl-
masını  gözləyirdilər.  Düz  saat  bir  tamam,  ikiyə  bir 
dəqiqə işləmiş Gülbala qapıları açdı. Məhkumlar içə-


105 
 
ri doluşdular. 
          –Bir-bir,  itələşməyin,  yavaş-yavaş,  –  Gülbala 
səsini ucaltdı, – acından ölürsüz? Sıra ilə! 
          Yemək  verilən  arakəsmənin  qarşısında  uzun 
bir növbə yarandı. 
          Məhkumların  ardınca  növbətçi  zabitlər  və  nə-
zarətçilər  də  yeməkxanaya  daxil  oldular.  Onlar  xö-
rəkpaylayandan  başlamış  qapıya  qədər  iki-iki  daya-
nıb, məhkumların hərəkətlərinə göz qoyurdular. 
          Ağarəhim  balandanı  boşqabın  ağzınacan  tök-
dürdü.  Uzağa  getməyib,  yaxınlıqdakı  sıra  ilə  düzül-
müş  uzun  oturacaqların  birinə  əyləşdi.  Içərisində 
beş-altı kələm qırığı olan, azacıq yağlı, tomatlı sudan 
ibarət balandanı iki-üç dəqiqəyə hortuldadıb qurtar-
dı.  Çörək  payını  da  yedi.  Təzədən  növbəyə  durdu. 
Ikincisini  də,  üçüncüsünü  də  alıb  içdi.  Yenə  yemək 
istəyirdi. Elə bil bayaqdan bəri yediyi, içdiyi balanda 
mədəsinə yox, dibsiz bir quyuya tökülürdü. Burnuna 
iy  dəyən  mədəsi  şikayətlənib  quruldayır,  onu  bərk 
dilxor  edirdi.  Altıncı  dəfə  o,  xörəkpaylayana  yaxın-
laşıb  boşqabını  uzadanda  aşpazın  yanında  dayanan 
Gülbala dilləndi: 
          –A kişi, sən neçəncisini yeyirsən, bəs döyül? 
          –Doymuram, doysam istəmərəm ki... Bir də nə 
var ki, yeyim?.. Sudu da, içirəm çıxıb gedir, – Ağarə-
him çəkinə-çəkinə cavab verdi. 
          –Çətin doyarsan, yediyin az döyül, utanmırsan 


106 
 
demoqoqluq da edirsən. Nə verilir, Allahına şükr elə, 
– Gülbala xoruzlandı. 
          Ağarəhim yenə dinmədi. Dinməyin xeyri olma-
yacaqdı.  Kənardan  söhbəti  dinləyən,  işləməyə  təzə 
başlayan cavan zabit Gülbalaya: 
          –Işin  olmasın,  tökün,  qoy  yesin  nə  qədər  istə-
yir, – söylədi. 
          Yeddinci boşqabdan sonra o, qarnında nəsə ol-
duğunu  hiss  etdisə  də  mədəsi  həmişəki  kimi  narazı 
idi. 
         O, yeməkxanadan çıxıb həyətin ortasındakı ho-
vuzun  kənarına  düzülmüş  beton  daşlardan  birinin 
üstünə  oturdu.  Könlündən  keçirdi  ki,  bir  papiros 
çəksin. Daim papiros kötüyü ilə dolu olan həyət tər-
təmiz  idi.  Bütöv  gilizi  də  heç  kəs  ona  verən  deyildi. 
Üzünü  göyə  çevirdi.  Illər  boyu  gördüyü  ətrafdakı 
lövhələri, gündə yüz dəfə rastlaşdığı, iyrəndiyi sifət-
ləri  görüb  bezəndə  o,  belə  edərdi.  Göylərin  dərinli-
yinə,  maviliyinə  tamaşa  edərdi,  bacarsaydı  bir  neçə 
anlığa dustaqlığını unutmağa çalışardı. Burada onun 
üzünə səmadan başqa hər tərəf keçilməz, hündür, ti-
kanlı  məftillərlə  bürünmüş  hasarlarla  bağlı  idi.  Və 
həmişə  belə  anlarda  Allaha  yalvarardı  ki,  onu  quşa 
döndərsin,  o,  da  uçub  səmanın  dərinliklərində  göz-
dən  itsin,  insan  olmaqdan,  beton  divarlar  arasında 
yaşamaqdan  canı  qurtarsın.  Hələ  ötən  il  bu  arzusu-
nu  hörməti  olduğu  bir  zabitə  danışmışdı.  Zabit  gü-


107 
 
lüb demişdi: 
          –Kim,  sən  ha...  Xeyri  yoxdur,  hara  uçsan  yenə 
bura qayıdacaqsan,öyrəncəli cansan... 
          Yox, daha nə olur-olsun o, bir də bura qayıtma-
yacaq.  Azadlıqda  onu  necə  döysələr  də,  söysələr  də 
hər  əzaba  dözəcək,  türməyə  dönməyəcəkdi.  Çünki 
axır beş ildə gördüyünü görmüşdü. Beş ildən çox idi 
onun  yanına  çöldən  heç  kəs  gəlmirdi.  O,  atılmışdı, 
unudulmuşdu gərəksiz əşya kimi. Sadəcə, öz sözü ilə 
desək “insan zibilxanasında” gün keçirdirdi... 
                                             * * * 
          ...Ağarəhim  üçüncü  dəfəydi  islah-əmək  düşər-
gəsinə  düşmüşdü.  Üst-üstə  on  dörd  il  idi  yatırdı... 
On  dörd  il!..  Bu  illəri  o,  çöldə  olsaydı  nələr  etməz-
di?... Bəlkə də  indi  milyoner idi, beş kişidən biriydi. 
Lap  milyoner  olmasın,  adi  adamlardan  ki,  əskik  ol-
mayacaqdı... 
          Orta məktəbdə oxuyarkən təzə-təzə xırım-xırda 
alverə  qurşanmışdı.  Körpəlikdən  atasını  itirmişdi, 
anası  konserv  kombinatında  fəhlə  işləyirdi.  Böyük 
qardaşı  şəhərdə  oxuyurdu,  bacısı  da  böyümüşdü, 
məktəbi  qurtarmağa  bir  ili  qalmışdı.  Ailənin  dolanı-
şığı ağır keçirdi. Fəhləçiliklə baş girələmək çətin  idi. 
Ona görə də orta məktəbi qurtarıb, yolunu saldı ba-
zara.  Bazarda  yer  aldı,  başladı  əlinə  keçəndən  sat-
mağa. 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə