Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə29/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

116 
 
dakı  əmmamədən,  saqqalından,  əlindəki  təsbehin-
dən  Hacı  olması  duyulurdu.  Birdən  Topalın  gözü 
Ağarəhimə sataşdı. 
          –Ba.., Ağarəhim, xoş gördük, – təsbehini yan ci-
binə, stəkanı isə nəlbəkiyə qoyub piştaxtaya tərəf gə-
lərək  əlini  uzatdı,  –  ayə,  haradasan,  necəsən,  görük-
mürsən, eşitdim tutulmusan?.. Çoxdan çıxmısan? 
          –Bir  il  olar,  –  Ağarəhim  könülsüz  əlini  uzadıb 
görüşdü. 
          –Bəs bir ildə nöş gəlib mənə dəymirsən, görüş-
mürsən?  Bəlkə  bir  çətinliyin  var,  kömək  eləyək,  ya 
da olar mənim bir dərdim var, sənə ehtiyacım var?.. 
Deyəsən,  heç  dəyişməmisən,  soyuq  adamsan.  Hə, 
eşidəndə səni tutublar, inanmağım gəlmədi. Mən bi-
lirəm  axı,  sən  o  yolun  yolçusu  deyilsən.  Sən  hara, 
narkotika hara?.. Getdim naçalnikdən də xahiş etdim 
ki, o elə oğlan deyil, keç günahından, hörmətiniz mə-
nim  boynuma.  Dedi  gecdi,  xeyri  yoxdu,  iş-işdən 
keçib. Allah mərdimazara lənət eləsin. 
          Yadındadı,  müstəntiq  bir  dəfə  Topalın  adını 
çəkmiş, xahişə gəldiyini söyləmişdi. O andan ürəyinə 
şübhələr dolmuşdu. 
          –Hə  elədir,  Bəyəhməd,  hansısa  əclafın  sifarişi 
ilə  qurulmuşdu  o  iş,  –  Topalın  düz  gözlərinin  içinə 
baxdı, – Allah ona lənət eləsin, canından çəksin, gün 
görməsin. Düz demirəmmi?  
          Topalın sifətindəki bayaqkı gülüş çəkildi, rəngi 


117 
 
qaralantəhər oldu. Çarəsiz: 
          –Düz deyirsən, haqlısan, – təsdiqlədi. 
          –Elə  isə  “Amin!”,  –  söhbətin  ətrafdakı  satıcı 
qızların, alıcıların diqqətini cəlb etdiyini, həm də aza-
cıq  qızışdığını  hiss  etdi.  –  Bəyəhməd,  söhbət  yaralı 
yerimə dəydi, ardı qalsın başqa vaxta. Görüləsi işim 
var, mən getdim, – dilucu Topalla sağollaşdı. 
          Topal Ağarəhimin qəzəbinin, kinini soyumadı-
ğını  bilsəydi,  söhbətini  başqa  cür  qurardı.  Üzə  vur-
masa da Ağarəhimin sözləri onu tutmuşdu: 
          –Hə, get. Nə qulluğun olsa, mən burdayam. 
          Topal əvvəlki Topal deyildi. Xeyli güclənmişdi. 
Ona tək batmaq müşkül məsələ idi, mütləq kiminləsə 
birləşmək, köməkləşmək lazım idi. 
          O  gün  bazarda  keçmiş  alver  dostları  Əmirxan 
və  Xəlillə  rastlaşdı.  Onlar  bazarın  aşağı  küncündə 
yerləşən  köşklərinin  rənglərini  dəyişmişdilərsə  də, 
ölçülərini  dəyişməmişdilər,  elə  əvvəlki  boyda  qal-
mışdı. Dostlar onu şadyanalıqla qarşıladıqdan sonra 
əl  çəkmədilər,  köşklərini  bağlayıb  Ağarəhimi  yaxın-
lıqdakı  yeməkxanada  oturub  çörək  kəsməyə  dəvət 
etdilər. Son dörd ili necə keçirdiyini sorğu-sual etdi-
lər. Evləndiyini bilincə onları toya dəvət etmədikləri 
üçün gileyləndilər. Bir az zəmanədən şikayətləndilər, 
sonra  da  bir-birlərinin  sağlığına  içib,  Allahın  Verdi-
yinə şükür etdilər. 
          Ağarəhim  söhbətarası  hiss  etdi  ki,  onlar  keç-


118 
 
mişdə  olduğu  kimi  yenə  də  Topaldan  narazıdılar. 
Topal  onlara  istədikləri  qaydada  dolanmağa  imkan 
vermir, ancaq, onun güclülüyündən qorxub, səslərini 
çıxartmadan  başlarını  saxlayırlar.  Həmin  söhbətdən 
sonra,  Ağarəhim  tez-tez  onlarla  görüşməyə  başladı. 
Görüşlərin  birində  o,  Topalla  bağlı  ürəyindəki  niy-
yətini  açdı  və  bu  işi  tək  bacarmayacagını  bildirib 
dostlardan kömək umduğunu gizlətmədi. Əmirxanla 
Xəlil  bu  niyyətə  qəlbən  şərik  olsalar  da  icrasında  iş-
tirakçı  olmağa  ilk  anda  çəkindilər,  razılıq  verməyə 
tələsməyərək  bir  müddət  düşünmək,  götür-qoy  et-
mək istədilər. 
          –Bu,  elə-belə  xırda  məsələ  deyil,  –  Əmirxan 
qeyd elədi. – Bunun üçün xeyli fikirləşmək lazımdır. 
Hər şey ölçülüb biçilməlidir. 
          Topalın özü, maşını, mağazası, evi polis və xü-
susi  cangüdənlərin  ciddi  nəzarəti  altında  idi.  Ailə 
üzvlərini  bu  məsələyə  qatmağı  Ağarəhim  özünə  sı-
ğışdırmırdı.  Işi  yalnız  Topal  və  onun  əmlakı  ilə  ol-
malı idi. 
          Əmirxanla  Xəlil  uzun  götür-qoydan  sonra, 
onun  niyyətinin  düşər-düşməzliyindən  qorxaraq  öz 
köməkliklərini  yalnız  belə  bir  plan  qurmaqla  kifa-
yətləndilər: Partlayıcı maddə əldə edib öz köşklərin-
də  gizlətsinlər,  Ağarəhim  isə  axşamtərəfi,  adamsız, 
sakit  vaxtda  partlayıcı  maddəni  köşkdən  götürüb 
çayxananın mağaza ilə yanaşı otaqlarının birində qu-


119 
 
rur,  qurğu  gecə  partlayır,  Topala  külli  miqdarda  zi-
yan  dəyir,  günahkarlar  da  naməlum  qalır.  Bu  ağla-
batan fikir  hamının xoşuna gəldiyi üçün, işi deyilən 
tərzdə qurmağa razılığa gəldilər. 
          On gün sonra Əmirxanla Xəlil haradansa part-
layıcı maddə əldə etdilər. Təqribi gün, vaxt müəyyən 
olundu,  necə  istifadə  etməyi  Ağarəhimə  başa  salan-
dan  sonra,  partlayıcı  maddə  Əmirxanın  köşkündə 
gizlədildi. 
          Nəhayət,  təyin  olunan  gün  gəlib  çatdı.  Ağarə-
him  axşam  alatoranında  Əmirxanın  köşkünə  gəldi. 
Partlayıcı maddəni alıb əynindəki paltarının içərisin-
də  gizlətdi.  Topalın  çayxanasına  daxil  oldu  Çayxa-
nada sakitlik idi, küncdə qoyulmuş stolda iki müştə-
ri  çay  içirdi.  Çaypaylayana  bir  balaca  çaynik  sifariş 
edib, qabaqcadan pulunu ödədi. Müştərilər az oldu-
ğundan  o  biri  satıcılar  da  harasa  bazarın  içərilərinə 
getmişdilər. Çaypaylayandan və mətbəxdəki bir neçə 
nəfərdən  savayı  kimsə  gözə  dəymirdi.  Çaypaylayan 
oğlan da çayniki gətirib, Ağarəhimin stolunun üstü-
nə qoydu, işini bitmiş hesab edərək, harasa yox oldu. 
O, çaydan süzüb bir stəkan içdi. Çox keçmədi künc-
dəki  iki müştəri də çaylarını içib, çaypulunu piştax-
tanın üzərinə atıb çayxanadan çıxdılar. 
          Siqaretin tüstüsünü sinəsinə çəkib, özünü sakit-
ləşdirməyə çalışsa da həyəcandan ürəyi döyünürdü. 
Vaxt  idi,  əgər  gecikərsə,  satıcılar  gəlib  çıxarlarsa,  iş-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə