“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   32   33   34   35   36   37   38   39   40

təsiri, dənizin və su balansı ünsürlərinin nisbətinin və  dəniz suyunun sıxlığının 
dəyişməsi ilə bağlıdır.   
Baxılan məntəqədə  dəniz səviyyəsinin hündürlüklər fərqinin həmin 
məntəqənin uzunluğuna nisbəti səviyyə səthinin meyilliyi adlanır. 
Okean və dənizlərdə dalğalar. Müxtəlif sıxlığa malik iki qtın-hava və suyun 
sərhəddində  təsir göstərən qüvvələr dalğa yaradır. Təsir edən qüvvələrdən asılı 
olaraq dalğalar fərqlənir: 
1)Külək (sürtünmə dalğaları) dalğalar, yəni küləyin yaratdığı  və öz təsiri 
altında saxladığı dalğalar. Küləyin təsirindən yaranıb, külək zəiflədikdən və ya 
istiqamətini dəyişdikdən sonra dalğalanma zonasında yaranan ağırlıq qüvvəsinin 
əsas rol oynadığı dalğalar qravitasion külək dalğalarıdır. Yaranmasında ağırlıq 
qüvvəsi ilə səthi gərilmə qüvvəsinin əsas rol oynadığı dalğalar kapilyar-qravitasion 
külək dalğaları adlanır; 
2) Qabarma dalğaları, Ay və Günəşin qabarma əmələgətirən qüvvələri ilə 
yaranırlar; 
3) Anemobarik dalğalar, uzun dalğalar olub barik sistemlərin keçməsi ilə 
bağlıdır; 
4) Seysmik (sunami) dalğalar, yer qabığında gedən dinamiki proseslər 
(zəlzələ, vulkan) nəticəsində yaranır; 
5) Gəmi dalğaları gəminin hərəkətindən yaranır; 
6) Sərbəst dalğalar, dalğa yaradan qüvvələrin təsiri kəsildikdən sonra qalan 
dalğalardır. 
Dalğalar əmələ gəlmə yerinə görə səth və daxili dalğalara ayrılır. Formasına 
görə dalğalar iki ölçülü (düz) və üçölçülü olur. Dalğa ünsürlərinin zamana görə 
dəyişməsini nəzərə alaraq v qərarlaşmış  və  qərarlaşmamış olur. Yayılma 
xüsusiyyətinə görə onlar irəliləmə  və durğun dalğalara ayrılır. Görünən forması 
fəzada hərəkət edən (yerini dəyişən) dalğa irəliləmə dalğası, görünən forması 
fəzada yerini dəyişməyən dalğa isə durğun dalğa adlanır. 
Dənizin həyəcanlanmış  səthinin verilən istiqamətdə  şaquli müstəvi ilə 
kəsişməsindən alınan  əyriyə dalğa profili deyilir. Dalğanın aşağıdakı ünsürləri 
vardır: dalğanın orta səviyyəsindən yuxarıda yerləşən hissəsi dalğanın yalı, dalğa 
yalının  ən yüksək nöqtəsi dalğanın təpəsi (zirvəsi) adlanır. Dalğanın orta dalğa 
səviyyəsindən aşağıda yerləşən hissəsi dalğanın çökəyi və çökəyinin  ən aşağı 
nöqtəsi isə dalğanın dini (dabanı) adlanır. Dalğanın təpəsinin qonşu dalğa dibindən 
olan şaquli məsafəsi dalğanın hündürlüyüdür. Dalğanın iki qonşu təpəsi arasındakı 
məsafə dalğanın uzunluğudur. Qeyd olunmuş  şaquli xəttdən iki qonşu dalğa 
zirvəsinin (təpəsinin)  keçməsi arasındakı zaman intervalı dalğanın periodudur. 
Dalğanın yayılma istiqamətində yalın qısa zaman intervalında (dalğanın periodu 
müddətində) yerdəyişməsi dalğanın sürətidir. Dalğanın  orta hündürlüyünün onun 
orta uzunluğuna nisbəti dalğanın dikliyidir. Dalğanın dabanından zirvəsinə  qədər 
küləyə yönəlmiş hissə küləkdöyən yamac adlanır. Dalğanın zirvəsindən dabanına 
kimi külək tutmayan hissəsi kükəltutmayan dalğa yamacı adlanır. Üfüqi düz xətlə 
verilmiş nöqtədə dalğa profilinə çəkilən toxunan arasındakı bucaq həyəcanlanmış 
səthin meyyiliyidir. 
 
3
Behruz Melikov
Behruz Melikov


Qabarma və axınlar. Qabarma hadisəsi okean və  dəniz sularında qabarma 
əmələgətirən qüvvələrin yaratdığı dinamiki və fiziki-kimyəvi proseslərdir. 
Qabarma hadisəsi özünü bütün su qatının qatının mürəkkəb dalğa rəqsi formasında 
göstərir. Ayın və Günəşin cazibə qüvvələrinin təsiri ilə su səviyyəsinin dövri 
qalxması və enməsi qabarmalar adlanır. 
Qabarma dalğaları zamanı okean (dəniz) səviyyəsinin qalxması qabarma, 
enməsi isə  çəkilmə adlanır. Baxılan qabarmada ən yüksək səviyyə dolğun su, 
qabarma tərəddünün bir dövrü ərzində minimal səviyyə kiçik su adlanır. Dolğun və 
kiçik su səviyyələrinin fərqi qabarma kəmiyyətidir. Dolğun və kiçik suyun 
qabarma səviyyəsindən götürülən hündürlüyü qabarmanın amplitududur. Iki ardıcıl 
dolğun və ya kiçik su arasındakı zaman müddəti qabarmanın dövrü adlanır. 
Qabarmanın dövrünə görə onların təsnifatı verilir. Yarımsutkalıq qabarma 
dövrü təqribən yarın sutka təşkil edir, başqa sözlə sutka ərzində iki maksimum 
müşahidə olunur.  
Sutkalıq qabarma 24 saatlıq dövrə malikdir və sutkada bir minimumu və bir 
maksimumu olur. Düzgün olmayan sutkalıq qabarma,  Ayın kiçik meyllərində 
yarımsutkalıq qabarmaya çevrilən sutkalıq qabarmadır. 
Düzgün olmayan yarımsutkalıq və sutkalıq qabarmalar, qarışıq vdır. Ayın 
hilal və  bədirlənmiş dövründə müşahidə edilən qabarmalar Sizigey qabarma 
adlanır və belə qabarmada qabarma kəmiyyəti böyük olur. Kvadratur qabarma A 
və Günəşin yerə  nəzərən düzbucaq altında olduğu dövrdə müşahidə edilir. 
Qabarma kəmiyyətinin  ən böyük qiyməti (18m) Yeni Şotlandiya yarımadasının 
Fandi körfəzində müşahidə olunmuşdur. 
Axınlar su kütləsinin irəliləmə  hərəkətidir. Axınlar istiqamətləri və sürətləri 
ilə  səciyyələnirlər. Onların bir neçə  əlamətə görə  təsnifatı nar. Axını yaradan 
qüvvələri nəzərə alaraq onları aşağıdakı tiplərə ayırırlar: 

 
Külək və ya dreyf axınları; 

 
Qabarma axınları; 

 
Qradient axınları. 
Qradient axınlar hidrostatik təzyiqin üfüqi qradienti nəticəsində yaranır. 
Onlar, səthin meyyiliyini yaradan amillərə görə baroqradient, sıxlıq, kompensasion 
və ya axım axınlarına bölünür. 
Baroqradient axın atmosfer təzyiqinin qeyri-bərabər paylanması  nəticəsində 
yaranır. Sıxlıq axınları suyun sıxlığının üfüqi qradientinin  təsirindən yaranır. 
Kompensasion axında su səthinin vəziyyətinin dəyişməsi sahildən və ya digər 
hövzədən gələn axım (bu axınlar axım axınları adlanır), ya da düşən yağıntının, 
buxarlanmanın, digər hövzəyə axımın hesabına kompensasiya olunur. 
Kompensasion axın suyun qovulma-gətirilməsi nəticəsində də yarana bilər ki, 
belə axın qovma–gətirmə axını adlanır.  
Suyu hərəkət gətirən qüvvə  kəsildikdən sonra davam edən axınlar  ətalət 
axınlarıdır. 
Fəaliyyəti  və  dəyişkənliyinə görə axınlar daimi, dövri və qeyri-dövri olur. 
Dayanıqlığa görə isə axınlar qərarlaşmış və qərarlaşmamış olur.  
Fiziki-kimyəvi xassəsinə görə axınlar iki tipə bölünür: isti və soyuq.  
Seyş axınları səviyyənin seyş tərəddüdündə əmələ gəlir. 
 
4
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə