“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   32   33   34   35   36   37   38   39   40

kimi təxminən 30%-ə yaxın azalmışdır. Müasir buzlaqlar, keçmişlərdənki böyük 
sahəli və kütləli buzlaqların qalıqlarıdır. Müasir buzlaqlar Qusarçayın və qisməndə 
Qudyalçayın qidalanmasında iştirak edir. Qusarçay hövzəsindəki buzlaqların 
sahəsi 5.64 km
2
  və ya su toplatıcı hövzənin 0.81%-ni, Qudyalçay hövzəsindəki 
buzlaqların sahəsi daha azolub,cəmi 1.01 km
2
  vəya su toplayıcı hövzə sahəsinin 
0.13%-ni təşkil edir. Buzlaqlar zonasında yağıntıların miqdarı 1000 mm-ə kimidir 
ki, bununda əksəri sülb halında düşür. Havanın temperaturunu (orta illik) -4 -5
0
C, 
qışda isə -10
0
C-dən yüksək olur. Ümumiyyətlə, 4000 m-dən yüksəkdə havanın orta 
sutkalıq müsbət temperaturu müşahidə edilir. 
Ayrı-ayrı buzlaqların xarakter xüsusiyyətini nəzərdənkeçirərək. 
1.  Bazardüzü buzlağı.  Ayrılıqda konusu xatırladan Bazardüzü dağının (4466 m) 
qar xəttindən yüksəyə qalxması  və ondan ayrılan qolların  şimal istiqamətində 
uzanaraq qıfabənzər iri çökəklik əmələ gətirməsi Cənubi-şərqi Qafqazda ən böyük 
buzlağın yaranmasına səbəb olmuşdu. Bazardüzü buzlağı baş olaraq  iki buzlaqdan 
Tixitsar və Murkar buzlaqlarından ibarətdir. Tixitsar buzlağı  əlçatmaz 
buzlaqlarından biri olub, uzunluğu-0.9 km, eni isə 150-200 m-dir. Səthin meyilliyi 
25-45
0
 arasındadır. Buzlağın dili şimala uzanır. Buzlaq, karvari çökəkdən dağ 
şəlaləsi vəziyyətində  çıxır. Sutkada 4-9 sm sürətlə  hərəkət edir. Buzlaq dilinin 
qurtaracağında buzlağın qalınlığı 35 m, meyilliyi 50
0
, mütləq yüksəkliyi isə 3160 
m-dir. Buzlaq dilinin son yüksəkliyi 1.2 m-ə eni isə 4.5 m-ə çatan klif (qrot) vardır. 
Bazardüzü dağının genişlənmiş    yamacında yerləşən Murkar buzlağı  şimal-şərq 
istiqamətində 1440 m məsafədə uzanır. Onun eni 300-450 m-dir. Səthinin meyilliyi 
10-15
0
. Səthində, dərinliyi 10-15 m-ə çatan çatlar var. Buzlaq səthinin çox hissəsi 
morenlərlə örtülmüşdür. Buzlağın dil hissəsində qalınlığı 70 m, eni 130 m, 
meyilliyi 50-60
0
-dir. Bazardüzü buzlaqlarının ümumi sahəsi 3.62 km
2
-dir. 
2.  Bazaryurd buzlağı. Bazaryurd dağında (4126 m) Baş Qafqazın suayrıcısında 
yerləşir. Dağın cənub hissəsi Dəmiraparançay hövzəsinə baxır. Zirvənin şimal və 
cənub yamaclarında buzlaq vardır. Cənub yamacdakı buzlaq 3950 m yüksəklikdən 
başlayıb, 3420 m yüsəklikdə qurtarır. Buzlaq dairəvi formadadır. Hər iki buzlağın 
ümumi sahəsi 0.6 km
2
-dir. 
3.  Tufan buzlağı. Tufan dağının  (4191m) şimal yamacında Baş Qafqazın 
suayırıcısındadır. Buzlağın uzunluğu 1900 m, ən enli yeri 680 m-dir. Buzlaq 3660 
m yüksəklikdən başlayıb dili 3040 m-ə kimidir. Tufan buzlağının sahəsi 0.51 km
2
-
dır. 
4.  Şahdağ buzlağı. Şahdağ (4250 m) zirvəsi yastı olduğundan, buzlaqda yastıdır, 
qabarıq linzanı xatırladır. Buzlağın eni qərbdən şərqə 2 km, ətrafa xarlanmış qar və 
kiçik buzlaqlarla birlikdə ümumi sahəsi isə 1.23 km
2
-dır.  Şahdağ zirvəsindən 
cənub-qərbdə, Qovdanvas buzlağı yerləşir,sahəsi 0.44 km
2
-dır. Buzlağın aşağı 
hissəsində qlyasiya mənşəli kiçik göl vardır. Qovdanvas buzlağı 3820 m ilə 3740 
m yüksəklik arasında yerləşir. 
Yüksək dağlıq sahələrdə sülb halında düşən yağıntılar il ərzində  əriyib və 
buxarlanıb qurtara bilmir və müəyyən yüksəkliklərdə daimi qar quşağını  əmələ 
gətirir. Qarın əriməyərək ilbəil toplandığı sahə xionosfer adlanır. Xionosferin aşağı 
sərhədi qar xəttini təşkil edir. Yəni, qar qurşağının aşağı sərhəddində il müddətində 
yağan qar əriyən və buxarlanan qara bərabər olur. Böyük Qafqazın   Azərbaycan 
 
4
Behruz Melikov
Behruz Melikov


ərazisində müasir buzlaqların dillərinin və buzlaqların vəziyyəti belə bi nəticəyə 
gəlməyə imkan verir ki,  Suayırıcı və yan silsilənin çimal yamaclarında qar xətti 
3730 m, cənub  yamacların xətti isə 3820 m, yüksəklikdən keçir. Bütün Böyük 
Qafqazda qar xətti qərbdə şərqdə nisbətən 1020 m aşağıdadır, yəni qar xətti şərqə 
doğru yüksəlir. 
Qar xəttinin yüksəkliyinə  ərazinin coğrafi mövqeyi, yağıntıların miqdarı, 
termik şərait və yamacların ekspozisiyası müəyyən təsir edir. 
Bir çox çayların qidalanmasında çoxillik qarların (qar talalarının) müəyyən 
əhəmiyyəti vardır. Çoxillik qarlar qar xəttindən yuxarıda yerləşirlər, Suayırıcıya 
yaxın   olan qarlar buzlaqların qidalanmasında işrirak edir.  
Buzlaqların rejimi və xüsusən buzlaq dilinin tərəddüdü, hərəkət srəti, ərimiş 
buz sularının axımı qidalanma şəraitindən asılıdır. Buzlaqların qidalanmasında dağ 
yamaclarından sürüşən qar firn kütlələrinin və çovğun nəticəsində qarın sovrularaq 
aparılması əsas rol oynayır.  
Buzlaqların qidalanmasında rol oynayan qar uçqunları Baş Qafqazın və Yan 
silsilənin yüksək zonasında (2500 m-dən yuxarı) geniş yayılmışdır. 
Qar uçqunları ən çox buzlaq rayonlarında yayılmışdır ki, bu da həmin sahədə 
qar örtüyünün nisbətən çox yayılma prosesi ilə  əlaqədardır. Qar uçqunları  çəki 
etibarilə çox ağır olur. Hətta qar örtüyünün az sıxlığa (0.04-0.05) malik olduğu 
zaman onun 1 m
3
-nin çəkisi 40-50 kq olur. Bir qədər nəm qar uçqunun sıxlığı 0.8-ə 
bərabər olur. Orta böyüklüyə malik olan qar uçqunun ümumi həcmi 100-200 min 
m
3
, buzlaqların  əlavə qidalanmasında böyük rol oynayır. Qar uçqunlarının sürəti 
başlıca olaraq onların  əmələ  gəldiyi sahənin meyilliyindən və ümumi çəkisindən 
asılıdır. Adətən qar uçqunlarının orta sürəti 20-30 m/san-yə  bərabərdir. Nadir 
hallarda 70-80 m/san sürətə malik olan qar uçqunları da müşahidə edilir. 
Uçqunların gətirmə konusunda və xüsusən də külək tutmayan kölgəli sahələrdə 
qarın hündürlüyü 10-15m-ə çatır. Qışın axırı, baharın  əvvəllərində temperaturun 
artması qar uçqunlarının yaranmasına şərait yaradır. Qar uçqununun yaranmasında 
küləyin də rolu vardır. Buzlağın səthinin ayrı-ayrı sahələrində qarın qalınlığı 
müxtəlifdir. 
Son yüz ildə daimi qar xəttinin 150-200 m yüksəkliyə qalxması ilə əlaqədar 
olaraq, buzlaqların qidalanma fəaliyyəti  əhəmiyyətli dərəcədə  zəifləmişdir. 
Buzlaqların qidalanma sahəsinin azalması isə buzlağın hərəkət sürətinin  
azalmasına  və buzlaq dilinin intensiv əriyərək çəkilməsinə səbəb olmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
5
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə