“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

gedişatına müvafiqdir. Belə ki, yazda qar əriməyə başladıqda səviyyə qalxır (yaz 
maksimumu), yayda isə havanın temperaturunun və buxarlanmanın artması, 
bitkilərin inkişaf etməsi ilə əlaqədar olaraq qrunt sularının səviyyəsi tədricən düşür 
və minimuma çatır (yay maksimumu). Payızda yağıntıların miqdarı artır, 
buxarlanma azalır və səviyyə yenidən artmağa başlayır (payız maksimumu). Payız 
maksimumu əksər hallarda yaz maksimumundan kiçik olur. Qışda bataqlıqlar səth 
suları ilə qidalanır və səviyyə yenidən düşür (qış minimumu).  
Qrunt sularının fəsillik gedişatına yağışlar və  qışda havanın birdən isinməsi 
təsir göstərə bilər. A.D.Dübaxın apardığı tədqiqatlar göstərmişdir ki, 1 mm yağış 
qrunt sularının qısa müddətdə 5 mm-ə yaxın qalxmasına səbəb olur. Yağışdan 
əvvəl qrunt suları bataqlığın səthindən 50-60 sm aşağıda olduqda, onların səviyyəsi 
daha kəskin qalxır. Bu, torfun üst layının məsaməliyinin böyük olması ilə izah 
olunur. torfun istilikkeçirmə qabiliyyəti az olduğu üçün o, mineral qruntlara 
nisbətən az dərinlikdə donur. Şərqi Avropanın orta qurşağında bataqlıq 40-45 sm 
dərinlikdə donur. Yazda isə bataqlıqların donuşluğunun açılması qruntlara nisbətən 
gec baş verir daha uzun müddət davam edir. (10-12 gün). 
K.Y.İvanovun tədqiqatlarına görə bataqlıqlarda buxarlanma müxtəlifdir və 
yerli şəraitdən, bataqlığın vəziyyətindən asılıdır. Buxarlanmaya təsir göstərən əsas 
amillər aşağıdakılardır: 

 
qrunt sularının bataqlığın səthinə yaxın olması; 

 
bataqlığın üst qatının quruluşu; 

 
bataqlıq bitkilərinin tərkibi və fizioloji xüsusiyyətləri. 
Bataqlığın səthi daima və ya dövrü olaraq su ilə örtülürsə, o zaman 
buxarlanma açıq su səthindən olan buxarlanma şəraitinə oxşar olacaqdır. 
Əgər bataqlıqda olan bitkilər 1 m və daha artıq hündürlükdə onun səthindən 
qalxırsa, buxarlanma bitki basmış sututarlardakı kimi baş verir. Bataqlığın səthi 
sudan azad olan hallarda, buxarlanma ot bitkiləri ilə örtülmüş torpaqdan gedən 
buxarlanma kimi olur. Mamır batqlıqlarda orta illik buxarlanma may-sentyabr 
aylarında 400 mm,, keçid bataqlıqlarında isə 421 mm-dir. 
Çayların qidalanmasında bataqlıqların rolu müxtəlifdir. Üst bataqlıqlarda 
qrunt sularının səviyyəsi fəal laydan aşağı düşdükdə çaya axım kəsilir. Belə ki, qış 
və yay aylarında üst bataqlıqlar çayların qidalanmasında demək olar ki, iştirak 
etmir. Alt bataqlıqlarda axım yeraltı və səth sularının hesabına əmələ gəlir və belə 
bataqlıqlar üst bataqlıqlardan fərqli olaraq yayda çayların qidalanmasında daima 
iştirak edir.  
Yaz gursululuğunun maksimal axımına bataqlığın təsiri onun tipindən və 
hövzənin bataqlaşma dərəcəsindən asılıdır. 
N.N.Zaxarovskayanın apardığı təcrübələr göstərir ki, hövzənin 35%-ə qədəri 
bataqlaşmış olduqda gursululuğun axım modulu azalır. Sutoplayıcının 
bataqlaşması 35%-dən artıq olduqda maksimal axım modulu artmağa başlayır və 
80-100% olduqda maksimal axım modulu mataqlıqlaşmış sutoplayıcıdakından 
böyük olur. 
Yağışdan sonra bataqlıqlar axım, yağış layından və qrunt sularının 
səviyyəsindən asılı olaraq əmələ gəlir. 
 
4
Behruz Melikov
Behruz Melikov


Bataqlıqların çay axımına təsiri birmənalı deyildir və onların tipindən
yerləşdikləri  ərazinin iqlim və hidroloji şəraitindən, bataqlığın səthinin 
xarakterindən və s. asılıdır. 
Bataqlıqlar da göllər kimi hövzəyə düşən yağıntıların bir hissəsini 
akkumlyasiya edərək çayın axımını  tənzimləyir. Lakin onların tənzimləyici rolu 
göllərə nisbətən zəifdir.  Bataqlıqdan axım, onun fəal layının su ehtiyatı tükənənə 
qədər davam edir. Bataqlıq sularının səviyyəsi  ətalətli laydan aşağı düşdükdə 
bataqlıqdan axım kəsilir. Belə hallarda hövzəyə düşən yağıntılar  əvvəlcə  ətalərli, 
sonra isə fəal layın su ehtiyatlarının bərpasına sərf olunur və axımın bir hissəsi çay 
şəbəkəsinə gəlib çatmır. Bataqlıqların səthindən buxarlanma çay axımına, xüsusilə 
arid zonada böyük təsir göstərir.  
Bataqlıqların illik axıma təsiri onlar yerləşən ərazidə qurudan və su səthindən 
buxarlanmanın nisbətindən çox asılıdır.  İfrat rütubətli zonada bataqlığın səthində 
suyun kondensasiyası müşahidə olunur və bu, illik axımı bəzən 30%-ə qədər artırır. 
Rütubət kifayət qədər olan zonada bataqlıqlı çay hövzələrindən illik axım elə zonal 
axıma bərabərdir, yəni dəyişmir. Rütubət kifayət qədər olmayan sahədə isə 
bataqlıqlardan intensiv buxarlanma axımı azaldır. 
Ərinti və yağış sularının bataqlıqların səthindəki mənfi relyef formalarında 
yığılması  nəticəsində gursululuq və daşqın dövrləri uzanır, maksimal su sərfləri 
azalır. Bataqlıqlar yay daşqınlarını bütünlüklə akkumlyasiya edə bilər. Azsulu 
illərdə hövzəsində bataqlıqlar olan çayların yay aralıq faza axımı zonal axıma 
nisbətən az olur.  
Bataqlıqların minimal axıma təsiri həm müsbət, həm də  mənfi ola bilər. 
Əslində bu təsiri aşkar etmək çox çətindir. Rusiyanın Avropa hissəsinin  şimal-
qərbində və Kareliyada bataqlıqlar minimal axımı azaldır.  
Tundra və meşə zonalarında bataqlıqlaşma daha böyükdür. 
Meşə-çöl zonasında bataqlıqlaşma  əsasən çay dərələrində müşahidə olunur. 
Çöl, yarımsəhra və  səhra zonalarında isə bataqlıqlaşmaya çox az rast gəlinir. 
Burada onlar əsasən iri çayların subasarlarında yaranır. Dağlıq  ərazilərdə böyük 
bataqlıqlar olmur və onlar ancaq yetaltı suların yer səthinə çıxdığı yerlərdə əmələ 
gəlir. 
Şərqi Avropada Pripyat, Ob, Peçora, Svir, Qərbi Dvina, Dnepr və s. çaylarının 
hövzələri daha çox bataqlaşmışdır. Şərqi Avropa düzənliyində ən böyük bataqlıqlar 
Polesyedə, Koreliyada və Baltikyanı ölkələrdədir. 
Bataqlıqların su balansının gəlir hissəsini müxtəlif mənbələrdən daxil olan 
sular və yağıntılar, çıxar hissəsini isə bataqlıqdan axım və buxarlanma təşkil edir. 
Üst bataqlıqların su balansında  əsas rolu yağıntılar, buxarlanma və bataqlıqdan 
axım oynayır. Alt bataqlıqların su balansında çayların daşması zamanı bataqlığa 
gələn suların rolu böyükdür.  
Alt və keçid bataqlıqlarda xeyli miqdarda qidalı maddələrin olması, onları 
qurutduqdan sonra kənd təsərrüfatında istifadə etməyə imkan verir və bu az xərc 
tələb edir. Üst bataqlıqları qurutduqdan sonra istifadə etmək nisbətən çox xərc 
tələb edir. 
 
5
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə