“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

Sulfatlı çay sularının minerallaşma dərəcəsi bəzən 3000-5200 mq/l olur. 
Məsələn, Kuma çayında suyun minerallaşma dərəcəsi 5000 mq/l-dir. Xloridli çay 
sularının minerallaşma dərəcəsi yüksək olur. Belə ki, Turçayın (Qazaxıstan) 
minerallaşma dərəcəsi 19000 mq/l-ə çatır. 
Qeyd etmək lazımdır ki, çaylar dəniz və okeanlara ildə orta hesabla 472.3 
mln. ton asılı  gətirmələr, 384.1 mln. ton həll olmuş maddələr gətirir. Asılı 
gətirmələrə ölçüsü 10
-5
 mm-dən böyük olan hissəciklər aid edilir. Müəyyən zaman 
ərzində (il, ay, gün) baxılan ərazidən çay vasitəsilə aparılan ion-molekul və kalloid 
vəziyyətində olan üzvi və qeyri-üzvi maddələrin miqdarına həll olmuş maddələr 
axımı deyilir. Çay sularında həll olmuş maddələrin əsas hissəsini ion axımı təşkil 
edir.  İon axımının miqdarını hesablamaq üçün su axımı  həcmini ionların cəminə 
(q/m
3
) və ya minerallaşma dərəcəsinə vurmaq lazımdır: 
i
su
i
m
W
W

=
 
burada, W
su
-orta illik su axımının həcmi, m
3
-la; m
i
-minerallaşma dərəcəsinin 
(və ya ionlar cəminin) orta illik qiyməti (q/m
3
-la). 
İon  axımı orta ion axımı modulu (t/km
2
) ilə də səciyyələndirilir: 
F
W
P
i
i
=
 
Burada, W
i
-ion axımının miqdarı, tonla4 F-hövzənin sahəsi, km
2
.  İon axım 
modulu ilə axım modulu arasında əlaqə aşağıdakı kimidir: 
P
i
=A·M·m
i

Burada, A-mütənasiblik əmsalı və ya A=0.0315; M-axım modulu, l/san·km
2
;  
m
i
-minerallaşma dədərəcəsi, mq/l. 
İon axımı çay axımı ilə  sıx  əlaqədardır və odur ki, il ərzində çayın 
sululuğunun dəyişməsi ilə yanaşı, ion axımı da dəyişir. Yaz gursululuğu və daşqın 
zamanı çay suyunun minerallaşma dərəcəsi azalır. Ancaq su axımının həcmi böyük 
olduğu üçün ion axımı da böyük olur. Yay və qış axımı dövründə isə çay suyunun 
minerallaşma dərəcəsi artır. Su axımının həcmi çox və minerallaşma  dərəcəsi 
böyük olan çaylarda ion axımı ən çox olur.  
 
7
Behruz Melikov
Behruz Melikov


19. Göllərin təsnifatı və morfometrik ünsürləri. 
 
Qurunun səthində qapalı çökək forması çala adlanır.  Əgər belə çalalar çox 
sukeçirməyən süxurlardan ibarətdirsə, onda atmosfer yağıntıları onlarda yığılaraq 
bilavasitə dənizlərlə əlaqəsi olmayan, zəif su mübadiləsi gedən, zəif axımı olan və 
ya axımı olmayan sututarlar yaradır və onlar göl adlanır. 
Göllərin təsnifatı müxtəlif  əlamətlərə görə aparılır. Inkişaf mərhələlərinə 
göllər aşağıdakı kimi təsnif olunurlar: 
1.Təzə göllər-bu dövrdə göllər  əvvəlki relyef formasını saxlayır. Yerüstü 
axarlarla gölə axıdılan müxtəlif fraksiyalı  gətirmələr onun yatağının dəyişməsinə 
təsir göstərir.  
2.Nisbətən təzə göllər-bu dövrdə göl sahilə doğru dayazlaşır. Çayların göllərə 
töküldüyü yerlərdə delta əmələ gəlir.  
3.Köhnə göllər-bu dövrə sahillərin və delta yamacının uçması hesabına 
dayazlaşır, genişlənir, göl yatağında çuxurlar gətirmələr hesabına dolur, dərinlik 
azalır və su səthi bitki örtüyü ilə örtülür. Göl getdikcə susevən bitkilərin inkişaf 
etdiyi kiçik gölməçələrə və nəhayət bataqlığa çevrilir. 
Təsnifatlardan biri göl çalasının əmələgəlmə genezisinə görədir. Bu təsnifata 
görə göllər aşağıdakı tiplərə bölünürlər: 
1. Tektonik göllər-yer səthində sınmalar və çökmələr nəticəsində yaranır; 
2. Vulkanik göllər-vulkanların kraterində və ya vulkan fəaliyyəti nəticəsində 
əmələ gəlmiş çökəklərdə yaranır; 
3. Buzlaq gölləri-qədim və müasir buzlaqların fəaliyyəti nəticəsində yaranır. 
Belə göllərin əksəriyyəti buzlağın hərəkəti istiqamətində uzanır. 
4. Su-erozion və su-akumlyativ göllər-çay dərələrində, deltalarda və  dəniz 
sahillərində yaranırlar. Bulara subarasındakı axmazlar da aiddir. Azərbaycanədim 
dayaz körfəzlərdə və su basmış çay mənsəblərində yaranan göllər laqun və liman 
göllər adlanır.Dənizlərdən ayrılmış fiord göllər də mövcuddur; 
5. Meteorit mənşəli göllər-meteoritlər düşdükdə yaratdıqları çalalarda əmələ 
gəlir; 
6. Eol(külək) göllər-küləyin fəaliyyəti nəticəsində barxan və dyunların 
arasında əmələ gəlir, kiçik və dayaz olur; 
7. Karst (termokarst, suffozion) göllər-əsasən yeraltı və bəzən səth suları ilə 
asan həll olunan dağ süxurlarının yayıldığı  ərazilərdə  və ya daimi donuşluq 
zonasında ərimə getdikdə səth qatın çökməsindən yaranır; 
8. Uçqun (bənd) göllər-çay dərələri dağ uçqunları, sürüşmələr, lava axını, 
buzlaq morenləri ilə tutulduqda əmələ gəlir; 
9. Orqanogen göllər-bataqlıq massivləri arasında yaranır; 
10-Antropogen göllər-insanın təsərrüfat fəaliyyəti ilə bağlı daş karxanalarının 
yerində və s. əmələ gəlir. 
Hidroloji baxımdan göllər axarlı, axarsız və axınlı olurlar. Axınlı göllər kiçik 
göllərdir və onlara tökülən çayın axım həcmi ondan çıxan çayın həcminə yaxın 
olur.  
Göl çalasının su səviyyəsinin  ən yüksək qiymətindən aşağı hissəsi gölün 
yatağı adlanır. Göl yatağına sahil və  dərin zonalar daxildir. Sahil zona bilavasitə 
 
1
Behruz Melikov
Behruz Melikov


gölün sahilindən başlayır və onun yamacının ətəyində qurtarır. Bu zona litoral zona 
da adlanır. Göl yatağının ən dərin hissəsinə profundal və litorala keçid hissəyə isə 
sublitoral deyilir. 
Sututarlarda suyun kimyəvi tərkibi. Suların kimyəvi tərkibi və ümumiyyətlə, 
hidrokimyəvi rejimi, başlıca olaraq sututarların ölçülərindən (dərinliyi, sahəsi və su 
həcmi)asılıdır. Sahəsi böyük və orta az olan göllərdə buxarlanma, eyni həcmli, 
lakin sahəsi kiçik olan göllərə nisbətən böyük olur. Əgər gölün duzluluğu 1 q/l-ə 
(1‰) Azərbaycanədər olarsa, onun suyu şirin, 1-24.7 q/l (≤ 24.7‰) olarsa,  
şorakətli və24.7 q/l-dən çox olarsa duzlu hesab edilir. Axarlı göllərdə duzluluq 
200-300 mq/l-dən böyük olmur. Dağ göllərinin duzluluğu daha azdır. Yarımsəhra 
və quraq ərazilərin göllərində duzların miqdarı çox olur. 
Göl suyunda olan əsas ionlar hidrokarbonat HCO
3
, karbonat CO
3
, sulfat SO
4

xlor Cl, kalsium Ca, maqnezium Mg və natriumdur Na. Göllərdə xlor və sulfat 
duzları daha geniş yayılmışdır.  
Göllərin hidrokimyəvi rejiminin formalaşmasında və bioloji proseslərin 
inkişafında göl göl sularında həll olmuş qazların rolu böyükdür. Oksigen O
2

karbon CO
2
  və kükürd qazlarının H
2
S miqdarı daha çoxdur. Oksigen göl suyuna 
havadan daxil olur, həm də bioloji proseslər nəticəsində ayrılır. Karbon qazı suda 
və torpaqda gedən bioloji proseslər zamanı  və üzv maddələr çürüdükdə  əmələ 
gəlir. Kükürd qazı isə ancaq gölün dibində  və suda zülal maddələri çökdükdə 
yaranır. 
Göl suyunun şəffaflığı böyük intervalda dəyişir. Dərin dağ göllərinin suyu 
daha şəffafdır. Dayaz, lakin sahəsi böyük olan göllərin suyunun şəffaflığı az olur.      
Suyun rəngi mövsümi tərəddüdə malikdir və gölün müxtəlif hissələrində 
fərqlənir. Bu, suda həll olmuş maddələrin, asılı hissəciklərin, mikroorqanizmlərin 
işıq şüasını udması, səpələməsi və əks etdirməsindən asılıdır.  
Göllərdə daim kənardan daxil olan və gölün özündə formalaşan maddələr 
akkumlyasiya olunur. Gölün dibindəki lil mineral və üzvi mənşəli hissəciklərin 
toplusudur. Lilin üst qatı yumşaqdır və dərinlik artdıqca sıxılır. Göllərin səciyyəvi 
dib çöküntülərindən biri də sapropeldir. 
Göllərin çay axımına təsiri. Göllər çayın axımına və rejiminə bəzən o qədər 
güclü təsir göstərir ki, qalan amillərin təsiri heç hiss olunmur. Göllər  onlara  daxil 
olan suyu toplayır və sonra tədricən çaya verir, yəni konkret fiziki-coğrafi 
şəraitdən, gölün tipindən, hidrometrik müşahidə məntəqəsinə yaxınlıqdan, hövzədə 
göllərin sayından və onların axarlı-axarsız olmalarından, göllərin yeraltı sularla 
əlaqəsindən asılıdır. 
İfrat və kifayət qədər rütubətli zonalarda su səthindən və torpaqdan 
buxarlanma çox az fərqlənir. Buna görə də göllərdən buxarlanma ilə itki o qədər də 
böyük  əhəmiyyət kəsb etmir və göllər yalnız çay axımını  tənzimləyir. Gölün 
tənzimləyici prizmasının həcmindən asılı olaraq bu tənzimləmə aylıq, mövsümi və 
çoxillik ola bilər. Mövsümi tənzimləmə  şəraitində minimal və maksimal axım 
əhəmiyyətli dərəcədə dəyişə bilər, illik axım isə ola bilər dəyişməz qalsın. 
Arid zonada su səthindən buxarlanma hövzə səthində buxarlanmaya nisbətən 
5-6 dəfə çoxdur. Buna görə də gölün sahəsi nə qədər böyük olarsa, buxarlanma ilə 
əlaqədar itki də bir o qədər çox olar. Bəzən bu itkilər göldə akummlyasiya olunmuş 
 
2
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə