“Hidrologiya”


Su anbarları, növləri və kanalların lillənməsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   23   24   25   26   27   28   29   30   ...   40

18. Su anbarları, növləri və kanalların lillənməsi. 
 
Su anbarları çalasının formalaşması hidrodinamik və geodinamik proseslərin 
mübadiləsi təsirilə inkişaf edir. Bu təsir sualtı və suüstü yamacların relyefinin və 
sahil xəttinin dəyişməsində özünü göstərir. Su anbarlarının çalasının formalaşması, 
sahillərinin dinamikası, su dolduqdan sonrakı ilk 10 ildə intensiv olur. Çala ilə su 
kütləsi arasında təbii müvazinət yarandıqdan sonra proses nisbətən zəifləyir. 
Mənşəyinə görə su anbarları 4 tipə ayrılır: 
1. Çay dərəsində yaradılmış  bəndli su anbarları; bu su anbarlarının qidasını 
çay suları  təşkil edir. Onların eni az, dərinliyi çox, forması isə uzunsov olur. 
Sərsəng su anbarı buna misaldır; 
2. Səth suları ilə  təbii  əlaqəsi olmayan, məcradan xaric, göl yataqlı, 
doldurulma su anbarları; səth suları ilə  təbii  əlaqəsiolmayan məcradan xaric, 
müyyən çökəkdə yaradılan su anbarlarının qidasını kanalla daxil olan çay suları 
təşkil edir. Məsələn, Ceyranbatan və Cavanşir su anbarları.  
3. Dənizin körfəz hissəsində yaradılmış su anbarı; Körfəzin bəndlə dənizdən 
ayrılmış hissəsində yaradılan su anbarlarının əsas qidasını çaylar təşkil edir. Məs: 
Ukrayinada Sasık su anbarı. 
4. Təbii gölün alçaq sahillərində  bənd qurmaqla ↑  həcmi artırılmış su 
anbarları; Məs: Naxçıvan çayın mənbə hissəsində Batabat bataqlıqları  əsasında 
yaradılmış bir neçə su anbarı buna misaldır. Bəndli su anbarları – çay məcrasının 
eninə bağlayıcı  bəndin köməyilə yaradılır və  yığılan su ehtiyatı – suvarma, 
energetika, su nəqliyyatı, su təchizatı  və s. məqsədlidir.  Ərazinin topoqrafik, 
geoloji və hidrogeoloji xüsusiyyətdən, rayonun iqlim və təsərrüfat şəraitindən asılı 
olaraq bəndin yeri seçilir və tikiləcək su anbarının həcmi müəyyən edilir.  
Bəndli su anbarları qovşağına daxil olan əsas hidrotexniki qurğular aşağıdakılardır: 
1. Bəndlər - anbara su toplayan əsas tikilidir. Bəndlər materiallarına görə torpaq, 
daş-torpaq, daş, tökmə-daş, beton, dəmir-beton növlərinə ayrılır.  
a).  Qravitasiyalı  bəndlər - böyük kütləyə malik olduğundan bünövrəsində 
sürüşməyə qarşı sürtünmə qüvvəsi dayanıqlıq yaranır. 
 
b).  Tağ  şəkilli bəndlər  – bu bəndlərdə  dəyanətlik yükün qayalı sahillərə  və 
bünövrəyə ötürülməsi heasbına yaranır. 
v). Kontros bəndlər – şaquli beton, dəmir-beton və metal divarlardan olub, araları 
müstəvi və ya əyri səthli formalı konstruksiyalarla örtülür. 
2. Su tullayanlar – çayla gələn daşqın sularını aşağı byefə ötürən qurğudur.  
3.  Su qəbuledicilər – bəndin gövdəsində yaradılır və  yığılan suyu tələbatçılara 
buraxır. Bəndin konstruksiyasından asılı olaraq, qülləli, borulu və s. olur.  
      Yerləşdiyi iqlim zonasına və yüksəkliklərə görə su anbarları  aşağıdakı tip 
qruplara bölünür: 
İqlim zonaları və yüksəklər, m. 
Tipləri 
Subarktik z. 
Mülayim z. 
Subtropik z.  Subekvatorial z. 
Düzənlik 
0-200 m 
0-500 m 
0-1000 m 
0-1200 m 
Dağətəyi 
200-500 m 
500-1000 m 
1000-1500 m 
1200-2000 m 
 
1
Behruz Melikov
Behruz Melikov


Dağlıq 
>500 m 
1000-1500 m  1500-2500 m 
2000-3000 m 
Yüksək 
dağlıq 
 
>1500 m 
>2500 m 
>3000 m 
(şək. 113. səh. 234.) 
   Su anbarlarının növləri dedikdə bura: 
1. Qapalı su çənləri – metal, beton, daş, dəmir-beton və s. yerin altında və ya 
üstündə (səthində) müəyyən hündürlükdə xüsusi dayaqlar üzərində qurulur. 
2. Yerdə qazılan açıq hovuzlar. Çox halda 
hidroenergetika məqsədilə axımın nizamlanmasında istifadə 
olunur.  
3. Üfüqi və az mailli yer səthində bənd çəkmə  yolu ilə  
qurulan su anbarı. Bunlardan torpaqların meliorasiyasında və s. istifadə olunur. 
4. Bəndli su anbarları. 
Azərbaycan ərazisində bir neçə yüz nohur və su anbarları vardır ki, bunlar da 
əsasən dağətəyi və düzən zonalardadır. Su anbarlarının ümumi sahəsi 1000 km
2
-ə 
yaxındır və meliorasiya, su təchizatı, energetika, balıqçılıq və s. sahələrin 
inkişafına  şərait yaradıb. Respublikanın böyük su anbarları: Mingəçevir,  Şəmkir, 
Araz su qovşağı,  Sərsəng, Ceyranbatan, Arpaçay və  Ağstafaçaydır. Bu böyük 
yeddi su anbarında, Respublikanın bütün su anbarlarında toplanmış suyun 95%-i, 
sahələrinin isə 90%-dən artığı  cəmlənmişdir. Azərbaycanın və eləcədə bütün 
qafqazın  ən böyük su anbarı Mingəçevirdir(F=605km
2
, h
maks
=75 m, W=16 km
2
). 
Çay dərələrində yerləşən su anbarlarına  Şəmkir, Mingəcevir, Sərsəng və s., 
məcradan xaricdə yerləşən su anbarlarına isə Ceyranbatan, Cavanşir və s.aid edilir. 
Su anbarlarının  əsas hidroloji xüsusiyyətləri  əvvəldən lahiyyələşdirmə  zamanı 
müəyyən edilsədə, sahillərinin dinamikası  və lillənmə prosesi həmişə problemlər 
yaradır. 
Su anbarlarının miqdarı artdıqca Respublikanın göllük kəmiyyəti artır.  
Azərbaycanda suvarma əkinçiliyi inkişaf etdiyindən burada su axıtma 
qabiliyyəti müxtəlif olan çoxlu kanallar və  şoran torpaqların yuyulması üçün 
kollektorlar vardır. Kanalların ümumi uzunluğu 40 min km-dən artıq, 
kollektorlarınkı isə on minlərlədir.  
 
Su anbarları  və kanalların lillənməsi.  Gətirmələr suvarma sistemlərindəki 
kanallara daxil olur və onların hidravliki göstəricilərindən asılı olaraq dibə çökə 
bilir. Bu, kanalların suburaxma qabiliyyətini azaldır və  hər il suvarma dövrü 
qurtardıqdan sonra onları gətirmələrdən təmizləyirlər. Çaylar üzərində tikilmiş su 
anbarları da çay gətirmələri ilə lillənir.  
      Düzənlik ərazilərdəki su anbarlarında gətirmələrlə lillənmə prosesi 100 illərlə 
davam edir və uzun müddətə başa çatır. Dağ çaylarındakı su anbarları bir neçə ilə 
lillənir.  İstismarının 13-cü ilində tamamilə lilə dolub sıradan çıxır; Murqab çay 
üzərindəki Taş-Keprinski su anb. və s. Göl və  məcra tipli su anbarlarında 
gətirmələrin hərəkəti və çökməsi fərqlidir. Göl tipli anbarlarda suyun səviyyəsi az 
müddətdə üfüqi vəziyyətə düşür və anbara daxil olan axının sürəti azalır. Anbara 
daxil olan iri həcmli fraksiyalar çökərək deltaya bənzər çöküntü əmələ  gətirir. 
Kiçik fraksiyalar isə anbar boyu hərəkət edərək, bəndin yuxarı byefində toplanır və 
müəyyən hissəsi isə suburaxıcı qurğu ilə axıdılaraq aşağı biyefdə çökür. 
 
2
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə