“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

λ
 2
 və λ
3
 statisrikalarına görə C

 və C
s
/C
v
 nisbəti xüsusi nomoqrammalardan 
tapılır.  
Empirik təminat  əyrisi mürəkkəb formaya malik olduqda hamarlanmış 
əyridən 5%, 50% və 95% təminatlı su sərfləri aşağıdakı düsturlarla hesablanır: 
95
5
50
95
5
2
Q
Q
Q
Q
Q
S


+
=
;     
95
5
95
5
Φ

Φ

=
Q
Q
Q
σ
;     
50
50
Φ

=
Q
Q
Q
σ
;    
Q
C
Q
v
σ
=
 
S  əmsalının qiymətinə görə xüsusi cədvəllərdən C
s
  və binomial təminat 
əyrisinin orta qiymətdən normallaşdırılmış sapmalarının F
5
, F
50
  və  F
95
 qiymətləri 
götürülür və orta kvadratik meyletmə tapılır (σ
Q
).  
Hesablanmış parametrlərə müvafiq seçilmiş analitik əyri ehtimal damasında 
qurulur. Bu əyrinin köməyi ilə empirik əyri ekstrapolsasiya edilərək müxtəlif 
təminatlı maksimal su sərflərinin qiymətləri tapılır. 
Düzənlik çaylarında yaz gursululuğu qutardıqdan sonra qırsulu rejim fazası 
başlayır. Bu fazada çaylar əsasən yeraltı sularla qidalanır. Müşahidə olunduğu 
mövsümdən asılı olaraq hidroqraflarda yay (yay-payız) və qış aralıq fazaları seçilir. 
Arid zona çaylarında yay fəslində uzun müddət yağışsız dövr davam etdikdə 
yeraltı suların ehtiyatı tükəndiyindən çaylar quruyur. Azərbaycanda Viravulçay
Boladıçay, Mətalaçay, Sumqayıtçay, Ceyrankeçməz və b. Çaylar quruyan 
çaylardır.  
Çayların qış rejimində üç dövr ayrılır: donma, buz örtüyünün əmələ gəlməsi 
və onun açılması dövrləri. Donma, şimal çaylarında havanın temperaturu mənfi 
olduqda oktyabr ayının axırındab və ya noyabrın əvvəllərində başlayır. Bu zaman 
axın sürəti az oaln sahələrdə sahil buzu əmələ gəlir və suyun üzərində buz örtüyü 
yaranır. Cənuba dekabrın  əvvəlinə  təsadüf edir. Çaylarda su turbulent hərəkəti 
nəticəsində  həmişə qarışır. Bu aşağı qatların soyumasına səbəb olur və sudaxili 
buzlar əmələ gəlir.  
Getdikcə suyun səthi tamamilə buzla örtülür və sudaxlili buzun əmələ gəlməsi 
dayanır. Ucqar şimal rayonlarında çaylar 7-8 ay. Cənubda isə 2-3 ay buzla örtülü 
olur. Qeyd etmək lazımdır ki, Cənubi Qafqaz çaylarının çoxu buzla  tam örtülmür. 
Bu çayların bəzilərində sahil buzları əmələ gəlir. 
Buz örtüyünün qalınlığı S.V.Bıdin  və P.P.Belokoninin empirik düsturu ilə 
təyin edilə bilər: 

+

=
3
.
2
11
t
h
s
 
Burada, ∑−t-mənfi orta aylıq temperaturların cəmi (dərəcə ilə). 
Su rejminə görə çayların təsnifatı.  Çayların çox geniş yayılmışvə öz 
əhəmiyyəti bu günə kimi itirməmiş ilk təsnifatlarından birini A.İ.Voyeykov 
vermişdir.O, iqlim amillərinin çayların qidalanma xarakterinə və axmın il ərzində 
paylanmasına təsirini ön plana  çəkmişdir: 
B.D.Zaykov çayların su rejminin xarakterini təhlil edərək, keçmiş SSRİ    
çaylarının təsnifatını vermişdir. O, bütün çayları üç qrupa bölür: 

 
Gursululuq  yazda  müşahidə olunan çaylar; 

 
Gursululuq  ilin isti dövründə müşahidə olunan çaylar: 

 
Daşqın rejimli çaylar. 
 
5
Behruz Melikov
Behruz Melikov


İlin gursululuqdan başqa qalan dövr ərzində çayların rejim xüsusiyyətlərini 
nəzərə alaraq B.D.Zaykov hər qrupun çaylarını bir neçə tipə bölür. 
Fransalı alim M.Parde bütün dünya çaylarının təsnifatını vermişdir. O, axımın 
və yağıntıların il ərzində paylanmasını, çayların qidalanma xüsusiyyətlərini nəzərə 
almışdır. Bu təsnifata görə çaylar üç əsas qrupa bölünür: 

 
Sadə rejimli çaylar; 

 
Birinci dərəcə kompleks rejimli çaylar

 
İkinci  dərəcə kompleks çaylar. 
İki rejim fazası (gursulu və qıtsulu fazalar) və yalnız bir tip qida mənbəyi olan 
çaylar sadə rejimli çaylar qrupuna aid edilir. Bu qrup çaylar öz növbəsində üç tipə 
bölünür: buzlaq, qar və yağış rejimli çaylar. 
Birinci dərəcə kompleks rejimli çaylar bir neçə qida mənbəyinə malikdir. 
Onların su rejimində il ərzində bir neçə maksimum və minimum müşahidə olunur. 
Bu qrupa qar-yağış, yağış-qar rejimli və başqa tip çaylar daxildir.  
İkinci dərəcə kompleks rejimli çaylar qrupuna qollarının axımı müxtəlif qida 
mənbələri ilə formalaşan çaylar aiddir. Belə çaylara misal olaraq, Amazon, Nil, 
Niger və s. çayları göstərmək olar. 
 
 
 
 
 
 
6
Behruz Melikov
Behruz Melikov


17. Gətirmələr əmələ gəlməsi və xarakteristkaları. 
 
Çay axını ilə aparılan və ya çökərək məcra və subasarların dib çöküntülərini 
əmələ gətirən bərk mineral hissəciklər gətirmələr adlanır. Çay gətirmələrinin əmələ 
gəlməsinə  səbəb olan təbii proseslər aşağıdakılardır: aşınma, denudasiya və 
eroziya.  
Aşınma, fiziki-kimyəvi proseslərin təsiri altında bərk dağ süxurlarının ayrı-
ayrı hissələrə  və  xırda hissəciklərə bölünməsidir. Aşınmanın iki əsas növü var: 
fiziki və kimyəvi aşınma. Aşınma məhsullarının yamac boyu ağırlıq qüvvəsinin 
təsiri ilə  hərəkəti denudasiya prosesi adlanır. Eroziya prosesi isə su və küləyin 
torpağa və süxurlara dağıdıcı təsiridir. Bu üç prosesin təsiri nəticəsində çay axınları 
bərk hissəciklərlə  zənginləşir. Çay axınları vasitəsilə  nəql edilən gətirmələrin 
miqdarı eroziya prosesinin şiddətliyindən asılıdır. Çay gətirmələrinin  əmələ 
gəlməsində su eroziyası daha fəal rol oynayır. Eroziya yaqmac və yataq 
eroziyalarına bölünür. Yamac eroziyası öz növbəsində  səthi yuyulma və  dərinlik 
yuyulmasına bölünür. Hövzə səthinə yağan yağışın mexaniki təsiri ilə parçalanan 
torpaq qrunt hissəcikləri  ətrafa sıçrayıç və  əmələ  gəlmiş  səth axınına qarışaraq, 
onunla birlikdə axıdılır. Yamacın meyilliyindən, axımın miqdarından asılı olaraq 
bərk hissəciklərin bir hissəsi hidroqrafiki şəbəkəyə gətirilir. 
Yamac eroziyası  ərazinin fiziki-coğrafi  şəraitindən çox asılıdır. Yağışın 
şiddətliyi və yamacın meyilliyi artdıqca, eroziya və bitki örtüyü də böyük təsir 
göstərir. Bitki örtüyü olan ərazidə yamac eroziyasının  şiddətliyi az olur. Həmin 
prosesin gedişatına təsərrüfat fəaliyyətinin də  təsiri böyükdür. Odur ki, bir çox 
rayonlarda eroziyanı  zəiflətmək və onun qarşısını almaq üçün aqrotexniki 
tədbirlərdən istifadə edilir. 
Məcra eroziyasının da iki növü var. Onların biri dərinlik (dib), o biri isə yan 
eroziyasıdır. Düzənlik çaylarının çoxu tarazlaşmış  vəziyyət almışlar, yəni axın 
boyu quytullar və növbəli dayazlıqlar bir-birini əvəz edir. Onlarının vəziyyətinin 
dəyişməsi əsasən yaz gursululuğu və ya daşqınlar vaxtı baş verir.  
Yan eroziya nəticəsində çayların sahilləri yuyulur və genişlənir.  
Çay gətirmələri hərəkət xüsusiyyətlərinə görə asılı  və dib gətirmələrinə 
bölünür. Çay axınının orta sürətindən, canlı en kəsikdə yerli sürətlərin 
paylanmasından və  gətirmələrin iriliyindən asılı olaraq, bərk hissəciklərin 
(gətirmələrin) bir qismi çayın dibindən qaldırılaraq uzun bir məsafəyə asılı halda 
nəql edilir. Bir qrup gətirmələr isə çayın dibindən qaldırılaraq qısa bir məsafəyə 
aparılır və sonra yenidən çayın dibinə çökür. Bu proses bir müddət təkrar olunur və 
salrsiya adlanır.  
Gətirmələrin asılı  və dib gətirmələrinə ayrılması  şərtdir. Belə ki, axının 
sürətindən asılı olaraq dib gətirmələri asılı  gətirmələrə çevrilir və  əks proses 
müşahidə olunur.  
Gətirmələrin  əsas xarakteristkaları  aşağıdakılardır: həndəsi ölçüsü, 
hissəciklərin forması, qranulometrik (mexaniki) tərkibi, fiziki-kimyəvi xassələri və 
məsaməliyi. 
 
1
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə