“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

 
Kiçik çayların və yağışla qidalanan çayların hidroqrafları çoxzirvəli olur. Hər 
bir rejim fazasına məxsus səciyyəvi su sərfləri  ən böyük (maksimal) və  ən kiçik 
(minimal) su sə2rfləridir. Həmin sərflər aşağıdakı xarakter dövrlərə görə müəyyən 
edilir: 

 
İllik maksimal və minimal su sərfləri; 

 
Yaz gursululuğu dövrünün maksimal su sərfi; 

 
Daşqın dövrünün maksimal su sərfi; 

 
Yay aralıq fazanın minimal su sərfi

 
Qış aralıq fazanın minimal su sərfi; 
Müşahidə müddəti çox olarsa onda səciyyəvi hidroqraf su qurmaq olar. Belə 
hidroqraf su rejiminin səciyyəvi xüsusiyyətlərini özündə  əks etdirir və  hər ildəki 
meteoroloji şəraitlə bağlı təsadüfü tərəddüdlərdən azad olur. Bu hidroqrafı qurmaq 
üçün onun səciyyəvi nöqtəsindəki maksimal və minimal sərflərin çoxillik orta 
qiymətləri və tarixləri müəyyən edilməlidir. 
Çayların müxtəlif qida mənbələrindən aldığı suyun miqdarını müəyyən etmək 
üçün hidroqrafı parçalamaq olur. Hidroqrafı bir neçə üsulla parçalamaq olur.  
B.V.Polyakovun sxeminə görə gursululuğun qalxma dövründə yeraltı sularla 
qidalanma azalmağa başlayır və gursululuğun maksimumu keçdikdə tamamilə 
 
3
Behruz Melikov
Behruz Melikov


kəsilir. Gursululuğun axımı azalmağa başladıqda çaya axan yeraltı suların miqdarı 
artmağa başlayır. 
B.İ.Kudelin hidrogeoloji şəraiti nəzərə almaqla hidroqrafın parçalanma 
sxemlərini vermişdir (3.13). 
Çayların yeraltı sularla qidalanma xüsusiyyətləri həm də çayın sulu 
horizontlarla hidravliki əlaqəsinin dərəcəsi ilə müəyyən edilir. Burada aşağıdakı 
hallar ola bilər. 

 
Yeraltı sular çayla hidravliki əlaqədə deyil; 

 
Tam hidravliki olan hal;  

 
Dövri (vaxtaşırı) hidravliki əlaqə olan hal; 
Həm basqısız və həm də artezian suları ilə qidalanma olan hal. 
Yeraltı sular çayla hidravliki əlaqədə olmadıqda, çayın rejimi yağıntıların 
rejiminə uyğun olur və yeraltı axımın hidroqrafı çayı hidroqrafına oxşayır. 
Hidravliki əlaqə olduqda isə yeraltı  axım şişmə xarakteri daşıyır. Belə ki, çayda 
səviyyə qalxdıqda sahil tənzimlənməsi baş verir. Səviyyə yüksək olduqda qrunt 
sularında  şişmə gedir və çay suları yeraltı suların ehtiyatını artırmağa başlayır. 
Səviyyə  aşağı düşdükdə isə  həmin sular əksinə, çaya axmağa başlayır. Çayda 
səviyyə maksimum olduqda sahil tənzimlənməsi yeraltı axımın tam kəsilməsinə 
gətirib çıxarır. Yeraltı axım böyük daşqınlar zamanı da çox azalır.  
Tam hidravliki əlaqə düzənlik çayları üçün, dövri əlaqə və əlaqəsiz hal isə dağ 
çayları üçün səciyyəvidir.  
Gursululuq və daşqın dövrlərində hidroqrafı parçalamaqla yeraltı qidalanmanı 
müəyyən etmək üçün iki qrup metodlardan istifadə edilir. 
Birinci qrup metodlarda yeraltı axımın gursululuq dövründə artması  nəzərə 
alınır. (V.Q.Qluşkov, M.İ.Lvoviç, K.P.Voskresenski). Bu üsullarla əsasən yeraltı 
axımı  hidroqrafda ayırmaqüçün gursululuğun başlanğıcındakı  və sonundakı 
sərflərə müvafiq nöqtələr düz və əyri xətlə birləşdirilir. 
İkinci qrup metodlar isə gursululuq dövründə yeraltı axımın azalmasını, hətta 
tam kəsilməsini nəzərə alır (B.V.Polyakov, B.İ.Kudelin). 
Yeraltı qiidalanmanı ayırmaq üçün hidrokimyəvi məlumatlardan istifadəyə 
əsaslanan  üsul da mövcuddur (P.P. Voronok, V.V.Drozd və b.). Yeraltı axım  
aşağıdakı düsturla hesablanır:  
,
sath
y
sath
G
p
y
C
C
C
C
Q
Q


=
 
burada, Q
y
, Q
G
- müvafiq uyğun olraq yeraltı  və çay sularınınsərfi; C
G
, C
səth
, C
y

çayın səth və yeraltı suların minerallaşmasının müəyyən bir komponenti. 
Hövzədəki bulaqların  rejiminin yeraltı qidalanmanın xarakterinə  təsirini 
göstərən hidroqrafı parçalama üsulunu F.A.Makarenko təklif etmişdir. 
 Dağ çaylarında qar, yağış, buzlaq və yeraltı suların qidalanmasında payını 
müəyyən etmək mürəkkəb məsələdir. Bu məsələni həll etmək üçün hövzənin 
fiziki-coğrafi  şəraiti təfsilatla təhlil edilməli, mövcud qida mənbələri və onların 
hansı müddətlərdə çayı qidalandırması müəyyənləşdirilməlidir. Bunun üçün 
axımın, yağıntının və temperaturun illik gedişi təhlil edilməlidir (şəkil 3.14).  
 
4
Behruz Melikov
Behruz Melikov


Dağ çaylarının hidroqrafını parçalandıqda nəzərə almaq lazımdır ki, çay 
buzlaq suları ilə qidalanırsa, qış dövründə onun qidasını qrunt suları  təşkil 
etməlidir. Yay dövründəki yeraltı qidalanma təqribən qışın başlanğıcındakı  sərfə 
müvafiq ayrılmalıdır. Qar suyu ilə qidalanma isə hövzənin alçaq hissələrində qar 
əriməyə başladıqdan qurtardığı dövrə qədər olur. Yağış suları ilə qidalanma yay-
payız daşqınları arasındakı dövrlərdə baş verir. 
 
M.İ.Lvoviç Yer kürəsi çaylarının qida mənbələrinə görə təsnifatını vermiş və 
çayları 40 tipə bölmüşdür. Dörd əsas qida mənbəyinin hər birini kəmiyyətcə 
qiymətləndirmək üçün o, aşağıdakı qradasiyaları qəbul etmişdir: 80%-dən çox, 50-
80% və 50%-dən dən az. Əgər çay axımının 80%-dən çox hissəsi yalnız bir qida 
mənbəyinin payına düşürsə, müəllif belə çayı təmiz yağış, qar və ya yeraltı qidalı 
çay tipinə aid edir. Konkret bir qida mənbəyi, məsələn yağış suları ümumü axımın 
50-80%-ni təşkil edirsə, belə çay əsasən yağış suları ilə qidalanan çay tipinə aid 
olunur.  Əgər hər bir qida mənbəyinin payı 50%-dən az olarsa, belə çay əsasən 
qarışıq qidalı çay tipinə aid edilir. Buzlaq suyu ilə qidalanan çaylar üçün 
qradasiyalar 50%-dən çox, 25-50% və 25%-dən az qəbul edilir. 
 
Kanadada, Alyaskada, Skandinaviya yarımadasında və Rusiyanın  şimalında 
çayların qidalanmasında qar suları təşkil edir. Mülayim qurşaqda qar əsasən yazda, 
subartik qurşaqda isə (Yukon, Makkenzi çaylarının hövzələri) yayda əriyir. Cənub 
yarımkürəsində qar suları ilə qidalanan çaylar azdır.Bunlara misal olaraq 
Pataqoniya yastanından və Avstraliyada Qarlı dağlardan axançayları göstərmək 
olar. Ümumiyyətlə, cəmi 9 çay tipi üçün qar suları ilə qidalanma üstünlük təşkil 
edir və bu çayların hövzəsi bütün qurunun 25-30%-ni tutur. 
Əsas qida mənbəyi yağış suları olan çaylar Yər kürəsində daha geniş 
yayılmışdır (21 tip vəqurunun 60%-i). Cənub yarımkürəsində Andın yüksək dağlıq 
zonası  və Pataqoniya yastanı istisna olmaqla qalan ərazidə  şimal yarımkürəsinin 
isə 50%-də çay axımının əsas hissəsini yağış suları təşkil edir. 
Örtük buzlaqların yayılmış  ərazilərdə: Antartidada,Qrenlandiyada, Kanada 
Arktik arxipelaqında və s. çayların qidasının 80%-dən çoxu buzlaq sularının payına 
düşür.Burada axım prosesi iki aya yaxın bir müddətdə müşahidə olunur və bütün 
illik axım yay dövründə formalaşır. 
 
5
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə