“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

hidrotexniki qurğular tikilərsə, onda su səviyyəsinin təbii rejimi pozulur. Bundan 
başqa çay yatağında yuyulma gedərsə, səviyyə enir, gətirmələr çökdükdə isə qalxır. 
Su səviyyəsinin rejimi su ölçən məntəqələrdə aparılan müşahidələrə görə müəyyən 
edilir. Onun dəyişmə xüsusiyyətlərini əyani şəkildə göstərmək üçün gündəlik orta 
su səviyyələrinə görəsəviyyənin tərəddüd qrafiki tərtib edilir. 
Hidroloji təhlil zamanı aşağıdakı səciyyəvi səviyyələr və onların əmələgəlmə 
tarixi müəyyən edilir: 

 
il ərzində ən yüksək su səviyəsi; 

 
yay və payız daşqınlarının  ən yüksək səviyyəsi, yaz buz axımının  ən 
yüksək səviyyəsi; 

 
ən alçaq yay səviyyəsi; 

 
ən alçaq qış səviyyəsi; 
Ən yüksək və alçaq səviyyələrin fərqi səviyyənin tərəddüd amplitudası 
adlanır. Su səviyyəsinin rejimini öyrənməkdə  məqsəd hidrotexniki qurğuları 
düzgün layihələndirmək və istismar etmək, çayətrafı sahənin su altında qalma 
müddətini təyin etmək və  gəmiçilik üçün istifadə olunan çayların yararlılığını 
müəyyən etməkdir. 
Çayda suyun sürətinin ölçülməsi. Axının sürətini ölçmək üçün üzgəclərdən və 
hidrometriya fırlanğıcından istifadə edilir. Üzgəclərlə axının səthi sürətləri ölçülür. 
Sürəti ölçmək üçün bir-birindən eyni məsafədə yerləşmiş üç mövqe təyin olunur.  
Mövqelər arasındakı məsafə elə seçilir ki, ən böyük sürətdə belə üzgəcin hərəkət 
vaxtı 30 san-dən az olmasın. Yuxarı  işçi mövqeden 5-20 sm məsafədə üzgəcləri 
suya buraxmaq üçün əlavə mövqe seçilir. Bu mövqe elə seçilməlidir ki, üzgəc 
yuxarı işçi mövqeyə çatanadək axının sürətini alsın.Üzgəclər ensiz çayda sahildən, 
enli çaylarda isə qayıqlardan atılır.  
Üzgəclərin yuxarı  və  aşağı  işçi mövqelərindən keçməsi saniyəölçənlə qeydə 
alınır və gedişat vaxtı müəyyən edilir. Bununla yanaşı mövqedə üzgəclərin yerləri 
də qeyd olunur. Mövqedə götürülmüş hər hansı bir nöqtədəki orta səthi sürət belə 
hesablanır: 
t
L
v
seth
=
 
Burada, l-yuxarı və aşağı mövqelər arasında məsafə, m-lə; t-üzgəcin hərəkət 
vaxtı, san.  
Axının sürətini hidrometriya fırlanğıcı ilə daha dəqiq ölçmək olar. Cihaz ölçü 
aparılan dərinliyə salınır və axının tərəsindən fırlanmağa başlayır. Fırlanğıcın 
hesablama-qapanma quğusuelə düzəldilmişdir ki, hər 20 dövrdən sonra siqnal 
verilir. Hər nöqtədə ölçü vahidi 100 san-dən az aparılmamalıdır. Fırlanğıcın bir 
nöqtədə saxlandığı vaxt və  həmin vaxt ərzindəki sianalların sayı qeyd edilir. 
Siqnalların sayını 20-yə vurmaqla tam dövrlərin sayı tapılır, sonra isə bir san-də 
olan dövrlərin  sayı hesablanır: 
t
N
n
=

burada, N-tam dövrlərin sayı; t-ölçü müddəti,san. 
 
2
Behruz Melikov
Behruz Melikov


Axının sürəti ölçülən nöqtədəki ortalaşdırılmış yerli sürət arvalaşma cədvəli 
vəya qrafik üzrə bir san-dəki dövrlərin sayına müvafiq təyin edilir. 
Sərf modeli. Sərf  əyriləri.  Sərf modelini çayın eni boyunca sərbəst səthə 
(axına) paralel müstəvilərlə kəsdikdə, götürülmüş dərinliklər üçün sürət epyurları 
alınır.  
Sərf modelini sərbəst səthə perpendikulyar müstəvilərlə  kəsdikdə, kəsişmə 
xətləri izoxatları verir. Sərf modeli,sahəsi en kəsik sahəsinə  bərabər,  şaquli 
müstəvilərlə  məhdudlaşan həcmi isə  sərf modelinin həcminə  bərabər olan sadə 
cisim kimi qəbul edilərsə, onda su sərfi belə təyin oluna bilər: 

=
ω
Q
v
or

burada, 
ω-canlı en kəsiyin sahəsi; v
or
- orta sürət. 
       Orta sürət, yatağın həndəsi və hidravlik xüsusiyyətlərindən asılıdır: 
v
or =
ω
Q

Suyun səviyyəsi (H) artıb-azaldıqca 
ω dəyişir və beləliklə, v
or
 də dəyişir. 
Su sərfləri ilə səviyyələr arasındakı əlaqələr sərf əyriləri adlanır. Bu əyridən 
istifadə etdikdə sərfi tez-tez ölçmək lazım gəlmir. Məlumdur ku, sərfi ölçmək 
çətindir və həm də çox vaxt tələb edir. Ona görə də müxtəlif səviyyələrdə sərf 
ölçülür və sonra isə Q=f(H) qrafiki tərtib edilir. Sərflər əyrisindən istifadə edərək 
istənilən səviyyə üçün sərfin qiymətini müəyyən etmək mümkündür. Sərf əyriləri 
vasitəsilə gündəlik ölçülən səviyyələrə görə orta gündəlik sərflər təyin edilir və 
axım həcmi hesablanır. En kəsik sahəsi və orta sürət səviyyədən asılı olaraq 
dəyişdikləri üçün 
ω=f(H) və v=f(H) əyriləri qurulur. 
Su sərfinin təyini üsulları.  Axının en kəsiyindən vahid zamanda keçən suyun 
həcmi  su sərfi adlanır. Böyük kanalların, çayların və s. su sərfi m
3
/san ilə, kiçik 
bulaqların, quyuların, laboratoriya novlarının su sərfi isə l/san ilə ifadə olunur. 
Çaylar üçün su sərfi  ən  əsas hidravliki ünsürdür. Su sərfinin təyini üsullarını iki 
qrupa bölmək olar: 
1. Sərfin bilavasitə ölçülməsi; 
2. Sərfin dolayı yolla təyini; 
Birinci qrupa həcm və  çəki üsulları aiddir. Həcm üsulunda su ölçü qabına 
yığılır və onun dolma müddəti ölçülür. Su sərfini tapmaq üçün suyun həcmi 
zamana bölünür. Bu üsul bulaqların, kiçik quyuların debitini, laboratoriya 
modellərində su sərfini ölçmək üçün istifadə edilir. Həcm üsulu çox dəqiqdir. 
 
3
Behruz Melikov
Behruz Melikov


 
Sərfin dolayı yolla təyini müxtəlif üsullarla yerinə yetirilir. Bu halda 
bilavasitə sərf deyil, axının başqa ünsürləri ölçülür. Su sərfi isə hesablama yolu ilə 
təyin edilir. Belə üsullara aşğıdakılar aiddir: 
1. Axının en kəsik səhasini hesablamaq və sürəti ölçməklə su sərfinin təyini. 
Bu üsul “sürət-sahə” üsulu adladırılır. 
2. Ölçü qurğularının (suaşırıcılar, hidrometriki novlar) köməyilə sərfin təyini. 
Bu halda bu halda suaşırıcıların üzərində və novun girəcəyində basqı ölçülür, sərf 
isə hidravliki əlaqələr vasitəsilə tapılır. 
3. Qarışma üsulu (elektrolit, istilik, kalorimetriya). Bu halda sərf, suya 
buraxılan məhlul su ilə qarışdıqdan sonra elektrik keçirmə qabiliyyətinin 
dəyişməsinə görə təyin edilir.  
Hidrometriyada “sürət-sahə” üsulu daha geniş  tətbiq olunur. Çayın en kəsik 
sahəsi dərinlik ölçü işlərinin nəticəsinə görə hesablanır, sürətlər isə canlı en 
kəsiyinin ayrı-ayrı nöqtələrində hidrometriki fırlanğıclarla, az hallarda isə səth və 
dərinlik üzgəcləri ilə ölçülür. 
Canlı en kəsik sahəsi və orta sürətə görə  sərfin hesablanması da bu üsula 
aiddir. Canlı en kəsik sahəsi yenə də dərinlik ölçü işlərinə görə təyin edilir. Orta 
sürəti tapmaq üçün isə su səthinin meylliyi ölçülür və yataqla subasarın xarakteri  
müəyyənləşdirilərək kələ-kötürlük  əmsalı  təyin edilir.sonra  orta sürət  Şezi 
düsturunun köməyi ilə hesablanır və alınan nəticə en kəsik sahəsinə vurularaq su 
sərfi tapılır. “Sürət- sahə” üsulundan sərf 15-30 l/san-dən çox olduqda istifadə 
edilməlidir. Su sərfi 0.005-10 m
3
/san olduqdaq onu ölçü qurğuları vasitəsi ilə təyin 
etmək mümkündür. Qarışma üsulu isə  sərf 0.05-dən 50 m
3
/san-yə  qədər 
dəyişdikdə,dağ çaylarında istifadə edilir. 
Su sərfinin hesablanması. Sürət şaqullarının müxtəlif nöqtələrində fırlanğıcla 
yerli sürətləri ölçüldükdən sonra, hər sürət  şaqulu üçün orta sürət tapılır (v
ş.i
). 
Sonra qonşu şaqullar arasında keçən su sərfləri hesablanır: 
 
4
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə