“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

Dağ buzlaqlarının yayıldığı ərazilərdə:Alp, Skandinaviya, Qafqaz, Tyan-Şan, 
Pamir,Altay, Himalay dağlarıda çayların qidalanmasında buzlaqlar mühüm rol 
oynayır. Belə çaylar 7 tipdə birləşdirilir. 
əsasən yeraltı sularla qidalanan çaylar cəmi 3 tip əmələ  gətirir.belə çaylara 
çatlı vulkanik süxurların geniş yayıldığı Kiçik Qafqazda, Mərkəzi Asiyanın qalın 
denudasiya materialları ilə örtülmüş dağliq massivlərində rast gəlinir. 
 
 
 
 
 
6
Behruz Melikov
Behruz Melikov


16. Su rejiminin fazaları və rejiminə görə çayların təsnifatı. 
 
Su obyektlərinin vəziyyətlərinin il ərzində qanunauyğun dəyişməsi  hidroloji 
rejim adlanır. Bu dəyişkənlik fiziki-coğrafi şəraitdən, ilk növbədə isə yağıntıların, 
havanın temperaturunun və rütubətliyin dəyişməsindən asılıdır. Müxtəlif su 
obyektlərinin-çayların, göllərin, bataqlıqların, yeraltı suların rejimləri ayrılıqda 
öyrənilir. Su obyektlərinin səviyyəsinin və su sərfinin il ərzində  dəyişməsi  su 
rejimi  adlanır. Səviyyənin sutka, fəsil və çoxillik bir müddət  ərzində  dəyişməsi 
səviyyə rejimi, sərfin dəyişməsi isə sərf rejimi adlanır.  
Buz hadisələrinin göstərilən müddətdə  dəyişməsinə  buz rejimi, suyun 
temperaturunun dəyişməsinə isə  termik  rejim deyilir. Bunlarla yanaşı çayların 
gətirmələr, hidrokimyəvi rejimləri, məcra prosesləri və s. kimi rejimləri 
mövcuddur. Onların hər biri ayrılıqda öyrənilir. Rejimin səciyyəvi dövrləri  rejim 
fazaları adlanır. Rajim fazalarının başlanğıc tarixi və sonu fiziki-coğrafi 
amillərdən, başlıca olaraq iqlim şəraitindən asılıdır. Çayların  əsas rejim fazaları 
aşağıdakılardır: 

 
Gursululuq; 

 
Daşqın; 

 
Qıtsulu (aralıq); 
Təbii su obyektlərinin su rejimlərindən fərqli olaraq, kanalların, su 
anbarlarının rejimləri onların iş xüsusiyyətlərindən asılıdır. Qurutma meliorasiya 
üçün tikilmiş  bəzi kollektor-drenaj şəbəkələrinin su rejimi, həmin  ərazidən axan 
çayların su rejimi ilə oxşardır. 
Qarın, buzların əriməsindən və uzun sürən yağışlardan sonra çaylarda suyun 
səviyyəsi qalxır, su sərfi artır və bu hər il eyni vaxtda təkrarlanır. Bu rejim fazası 
gursululuq adlanır. 
 Düzənlik çayalarında gursululuq əsasən yaz fəslinə  təsadüf edir. Bu zaman 
temperatur müsbət olur, havalar qızır, qar tədricən əriyir və müəyyən bir müddətdə 
çayın su sərfi artır ki, bununlada yaz gursululuğu başlayır. Dağlıq  ərazilərdə 
yüksəklikdən asılı olaraq qarların buzlaqların əriməsi eyni vaxtda baş vermir. Buna 
görə də gursululuğun davamiyyəti artır və yaz-yay gursululuğu əmələ gəlir. 
Şərqi Avropanın şimal hissəsindəki şaylarda yay gursululuğu əsasən yaz qar 
əriməsi hesabına yaranır.Şimal rayonlarında qar ehtiyatı  cənub rayonlarına 
nisbətən çox olduğu üçün onlarda gursulu dövrlərdə çayların axım miqdarı da çox 
olur. Bu çaylarda gursululuq dövrü 180-200 gün və daha çox davam edir. Cənuba 
getdikcə gursulu dövrün davamiyyəti azalır. Çayların əsas axımı yaz gursululuğu 
dövründə olur.  
Yüksək dağlıq  ərazi çaylarında və  mənbəyini buzlaqlatdan götürən çaylarda 
gursululuq yayda olur. Yaz –yay gursululuğu olan ıaylara Terek, Amurdərya, 
Sırdərya və başqalarını misal göstərmək olar. Uzun sürən musson yağışları 
nəticəsində  Amur çayı hövzəsində yay gursululuğu müşahidə olunur. 
Ümumiyyətlə, illik axım miqdarının  əsas hissəsi gursulu dövrə  təsadüf edir. 
Gursululuğun artma dövrü azalma dövrünə nisbətən qısa olur. Gursululuğun 
 
1
Behruz Melikov
Behruz Melikov


davamiyyəti qar ehtiyatından,qarərimə prosesinin şiddətləndiyindən və başqa 
fiziki-coğrafi amillərdən asılıdır. 
Qarın  əriməsi böyük çay hövzələrinin hər yerində eyni vaxtda başlamır. Bu 
gursululuğun formalaşmasına təsir göstərir. 
Qar əriməyə başlayan kimi axıməmələ gəlmir. ərinti suyunun bir hissəsi qar 
örtüyündə yığılır və o maksimal rütubət tutumuna çatdıqdan sonra suvermə prosesi 
baçlayır.Əgər qar əriyəndə yağış yağarsa, bu zaman qar örtüyünün suvermə 
qabilliyyəti artır. 
Qardaxili akkumulyasiya ilə yanaşı,  ərimə suyunun bir hissəsi hövzənin 
səthində olan xırda çökəkliklərə  yığılır, bir hissəsi isə torpaq-qurunt qatina 
süzülür.Gursululuğun formalaşmasına yuxarıda göstərilən amillərdən başqa
hövzədə olan göl və bataqlıqlar, bitki örtüyü təsir göstərir. 
Yamacların ekspozisiyası da ərinti sularının maksimal axım modulunun 
azalmasına səbəb ola bilər. Qeyd etmək lazımdır ki, ərinti sularının infiltrasiyasına 
hövzənin torpaq-qurunt layının fiziki-mexaniki tərkibi böyük təsir göstərir. 
İnfiltrasiya olmuş qar suyunun bir hissəsi quruntu nəmləndirir, qalan hissəsi isə 
yeraltı suların ehtiyatını artırır. 
Beləliklə,  ərinti suları axımının formalaşmasında aşağıdakı  mərhələlərin 
olduğunu göstərmək olar: 
• qarda ərinti sularının əmələ gəlməsi; 
• ərinti sularının hövzənin qar örtüyündə akkymlyasiyası; 
• ərinti sularının hövzənin səthindəki çökəklikdə akkumulyasiyası; 
• ərinti sularının torpaq-qurntda infiltrasiyası və akkumulyasiyası; 
• ərinti sularının  yamaclarda  və hidroqrafiki şəbəkə ilə axması. 
Ərinti sularının yamaclarda və hidroqrafik şəbəkədə axın sürətindən asılı 
olaraq yaz gursululuğunun müddəti dəyişir. Maksimal su sərfinin qiyməti də həmin 
sürətdən asılıdır.  Əgər yamaclarda  və hidroqrafik şəbəkədə axının sürəti  kiçik 
olarsa, yaz gursululuğun davamiyyəti artar, sürət böyük olduqda isə, əksinə azalar. 
Gursululuğu öyrəndikdə əsas məsələlərdən biri onun axım həcminin və maksimal 
su sərfinin təyin edilməsidir. Müxtəlif coğrafi rayonlar üçün gursululuğun 
başlanma və qurtarma tarixini, onun davamiyyətini müəyyən etməyin böyük 
praktiki əhəmiyyəti vardır. Yaz gursululuğunu ayrı-ayrı illər üzrə təyin etmək üçün 
çayların hidroqrafını parçalamaq lazımdır. Hidrometrik müşahidə  məlumatları 
olmayan çaylar üçün isə yaz gursululuğunun axımı ərazi üçün tərtib edilmiş axım 
xəritəsinə  əsasən təyin edilə bilər. Yaz gursululuğunun maksimal sərfini təyin 
etmək üçün aşağıdakı düsturdan istifadə edilə bilər. 
F
F
h
K
Q
n
p
p
2
1
0
)
1
(
δ
δ
μ
+
=
 
Burada, Q
p
-p% təminatla hesablanan maksimal su sərfi, m
3
/san; K
0
-
gursululuğun yığcamlıq əmsalı; h
p
-hesablama təminatlı gursululuğun axım layı; F-
sutoplayıcı hövzənin sahəsi;  δ
1
-göl və su anbarlarının tənzimləsməsi ilə çayın 
maksimall su sərfinin azalmasını  nəzərə alan əmsal;  δ
2
-meşə  və bataqlıqların 
təsirindən maksimal su sərfinin azalmasını nəzərə alan əmsal; μ-maksimal sərflərin 
və axım laylarının statistik kəmiyyətlərinin eyni olmadığını nəzərə alan əmsal. 
 
2
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə