“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

Su anbarları çay gətirmələri ilə  bərabər, onların sahillərinin yuyulub-
uçulmasında  əmələ  gələn materiallarla da lillənir. Sahillərin yuyulması  və 
uçulmasından əmələ gələn materiallar hesabına lillənmə, su anbarının gətirmələrlə 
lillənməsinin 40%-nə qədərini təşkil edə bilər. 
     Su  anbarları morfometrik ünsürləri – həcm, sahə  və  dərinliyinə görə bir sıra 
qruplara bölünür. Su su anbarlarının ölçüləri normativ həcm və  səviyyələrlə 
müəyyənləşir. Su anbarlarında ölü həcm (V
ölü
) faydalı (V
f
) və daşqın  əleyhinə 
həcmlər (V
d
) nəzərdə tutulur. Bu həcmlərə uyğun su səviyyələri (ÖHS) ölü həcm 
səviyyəsi, normal səviyyə (NS) və daşqın həcmi səviyyəsi (DHS) adlanır.  
      Ölü həcm – nizamlamada bilavasitə  iştirak etməyib, su anbarının normal 
istimarı üçün nəzərdə tutulur və anbara daxil olan lilləri çökdürüb saxlamaq 
məqsədini daşıyır. Ölü həcmin dolma müddəti (lillə) anbarın istirmar müddətini 
müəyyən edir. Ölü həcm və ÖHS-i suyu istifadə olunma məqsədlərindən asılı 
olaraq müxtəlif şəkildə dəyişə  bilər. HES-lərə xidmət edən su anbarlarında (ÖH) 
və (ÖHS)-si normal gücdə işlənməsini təmin etmək məqsədilə suqəbuledici qurğu 
qarşısında tələb olunan basqını saxlamaq, trubinlərlə havanı buraxmamaq şərtlərinə 
əsasən təyin olunur.  
       Su  anbarı  naviqasiya  məqsədli istifadə edilərsə ÖHS-i gəmilərin normal 
hərəkəti üçün minimal səviyyə kimi qəbul edilməlidir. Bu səviyyədə güclü 
küləklərdən yaranan dalğalarda belə gəmilər körpüyə, limana yan ala bilməlidirlər.  
     Su  anbarlarından  balıqlıçılıq, quşçuluq, vəhşi heyvanlar inkişaf etdirmək 
nəzərdə tutularsa, (ÖHS)-i və dərinliyi 2-2,5m aşağı olmamalıdır. 
Yayda su anbarında səviyyə  kəskin azalır. Su anbarından yay aylarında belə 
normadan artıqsu götürüldükdə  də  dərinlik 2m-dən az olmamalıdır. Çünki 
sanitariya nöqteyi nəzərdən də minimal dərinlik saxlanmalıdır. Yoxsa istilik 
xəstəliyi yaradan ağcaqanadlar və s. yaranır.  
       Faydalı  həcm – axımın nizamlanma prosesini tənzim etməklə yanaşı, 
hesablama dövründə su anbarından zəmanətli suverməni təmin edir. (V
f
) faydalı 
həcm nizamlama müddətindən asılı olaraq müxtəlif hüdudda dəyişə bilər. 
Mövsümi – illik nizamlama məqsədli su anbarlarında faydalı  həcmdəki su il 
ərzində işlədilir, yəni gursulu dövrdə anbar suyu özündə  toplayır, zasulu dövrdə 
isə nizamlayıcı vəzifəni görür. 
      Su  anbarının normal səviyyəsi (HS) əsas layihə  səviyyəsidir. Onun əsasında 
anbarın normal işini təmin edən hidrotexniki qurğuların hesabatı aparılır, texniki – 
iqtisadi göstəricilər müəyyən edilir.  
      Daşqın əleyhinə həcm – daşqın suyunun bir hissəsini özündə saxlamaq və aşağı 
biyefə atılan suyun miqdarını azaltmaq üçündür. Daşqın əleyhinə həcm 2 hissəyə: 
tənzimlənən və  tənzimlənməyən hissələrə bölünür. Birinci həcm səviyyəsi ilə 
bənddə suaşıranın astanasına qədər yığılan su, 2-ci suaşıranın astanasından 
yuxarıda qalan su həcmidir. Su anbarlarında bəndin yuxarı biyefində ancaq 
fövqəladə hallarda DHS-in yaradılmasına icazə verilir. Suyun bu səviyyədən 
yuxarı qalxması, anbardan aşağıdakı sahələrin su altında qalmasına səbəb ola bilər. 
Həll olmuş maddələr axımı.  Səth və yeraltı sular torpaqda və qruntda olan 
duzları həll edərək ionlarla zənginləşir. Su əhəng, gips və dolomit süxurlarını daha 
 
5
Behruz Melikov
Behruz Melikov


asan həll edir. Çay sularının tərkibində müxtəlif duzlar vardır. Həmin duzlar kation 
və anionlardan ibarətdir. Tərkibinə görə çay suları aşağıdakı qruplara bölünürlər: 

 
Hidrokarbonatlı; 

 
Xlorlu; 

 
Sulfatlı. 
Çay sularının tərkibində müxtəlif həll olmuş qazlar da olur: oksigen, azot, 
karbon, hidrogen-sulfid. 
Çay suyundakı  əsas kationlar bunlardır: natrium, kalsium, maqnezium, 
kalium. Bundan başqa suyun tərkibində müxtəlif mikroelementlər, biogen 
elementlərvə üzvi maddələr olur. 
Suda həll olmuş maddələr çay, göl və dənizlərdə canlı aləmin yaşamasına və 
inkişafına imkan verir. Suların kimyəvi tərkibindən asılı olaraq onların bəzi fiziki 
xassələri dəyişir.  
Suların kimyəvi tərkibini öyrənməkdə  əsas məqsəd su təchizatında, 
suvarmada və başqa sahələrdə onlardan istifadənin nə  dərəcədə mümnük olu-
olmamasını müəyyən etməkdir. Hal-hazırda sənaye və  nəqliyyatın, kənd 
təsərrüfatının ikişafı, şəhərlərin artması ilə əlaqədar olaraq su obyektləri çirklənir. 
Odur ki, hidrokimyəvi tədqiqatlar  ən vacib məsələlərdən birinə çevrilmişdir. 
Hidrokimya təbii suların kimyəvi tərkibini, onların  ətraf mühitdə gedən 
proseslərdən asılı olaraq zaman və  məkana dəyişməsini öyrənən elmdir. Çay 
sularının kimyəvi tərkibini kəmiyyətcə  səciyyələndirmək üçün minerallaşma 
dərəcəsi anlayışından geniş istifadə edilir. Vahid su həcmindəki həll olmuş 
maddələrin miqdarına suyun minerallaşma dərəcəsi deyilir. Okeanologiyada isə 
duzluluq məfhumundan istifadə olunur. bunlarla yanaşı, suda olan əsas ionların 
cəmi də suyun kimyəvi tərkibinin kəmiyyət göstəricisidir. 
S.A.Alyokin suyun minerallaşma dərəcəsinə görə çayları  aşağıdakı qruplara 
bölür: 

 
az  minerallaşmış (<200mq/l); 

 
orta minerallaşmış (200-500mq/l); 

 
artıq minerallaşmış (500-1000 mq\l); 

 
yüksək minerallaşmış (>1000mq/l). 
Çay sularının minerallaşma dərəcəsi  şimaldan cənuba getdikcə artır. 
Məlumdur ki, şimaldan cənuba iqlim dəyişdiyi üçün yağıntıların miqdarı getdikcə 
azalır, buxarlanma isə artır. Odur ki, çay sularının kimyəvi tərkibi dəyişir, 
minerallıq artır. Çayların çoxunun hidrojarbonat sinfinə aid olub, az (200mq/l) və 
orta minerallaşma dərəcəsinə (200-500 mq/l) malikdirlər. Tərkibində olan 
kationlara görə bu çay suları kalsium qrupuna aid edilir. Bu çaylarda maqneziumlu 
və natriumlu sulara  çox təsadüfi halda rast gəlinir. Cənubi Qafqazın əsas çayları 
göstərilən sinif və qrupa aiddir. 
Yüksək minerallaşma dərəcəsinə (<1000 mq/l) malik olan çay suları xloridli 
və sulfatlı sular sinfinə aid edilir. Bu siniflərə daxil olan az minerallaşma dərəcəli 
çaylara çox az təsadüf edilir. Sulfatlı sular sinfinə aid olan çaylara çöl və 
yarımsəhra zonalarında rast gəlmək olar.   
 
6
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə