“Hidrologiya”


Dünya okeanın hissələri, tərkibi və səviyyə tərəddüdü



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   32   33   34   35   36   37   38   39   40

23. Dünya okeanın hissələri, tərkibi və səviyyə tərəddüdü. 
 
Okean və  dənizlərdə gedən proseslər qurunun su obyektlərində gedən 
proseslərdən ciddi fərqləndiyindən, ümumi hidrologiya, okeanologiya və qurunun 
hidrologiyasına bölünür. Yer kürəsinin bütün materiklərini və adalarını əhatə edən, 
duz tərkibi ümumi xassəyə malik olan kəsilməz su örtüyü dünya okeanıdır. Dünya 
okeanı, göllər, çaylar, buzlaqlarda, qruntda və yer qabığındıkı sular hidrosferi 
təşkil edir. Hidrosferin ümumi həcmi 1.8 mlrd. Kub km, dünya okeanında isə 
suyun həcmi 1.338 mlrd. Kub km-dir. Dünya okeanı 4 okeandan ibarətdir: Sakit, 
Atlantik, Hind və Şimal Buzlu okeanı. Dünya okeanı hissəsi okean adlanır.  
Özünə məxsus su sirkulyasiya sisteminə malik, materiklər arasında yerləşmiş, 
hidroloji rejimi spesifik xüsusiyyətli Dünya okenı hissəsi oken adlanır.  
Xüsusi  hidroloji  rejim  xüsusiyyətləri  olan,  quruya  soxulmuş    və    ya  
adalarla okeanın başqa hissələrindən ayrılmış okeanın hissəsi  dəniz  adlanır. 
Dənizlər yerləşməsindən asılı olaraq daxili, aralıq, kənar və adalarası  dənizlərə 
bölünürlər. Okean və  dənizlərin sahil zonalarında körfəzlər, buxtalar, burunlar, 
fiordlar yaranır.  
Körfəz okeanın(dənizin) quruya girən bir hissəsidir. Buxta dəniz və okeandan 
burunlarla və ya adalarla ayrılan və özünəməxsus rejimi olan  kiçik körfəzdir. 
Fiord hündür qayalı sahilləri olan dar və dərin körfəzdir. Quba, uzunsov formalı, 
yuxarısında çay mənsəbi olan körfəzdir. Dərinliyinə görə okean və dənizlər ayrı-
ayrı zonalara bölünür. Bütün materik boyu az dərinliyə malik zonalar materik 
dayazlığı  və ya şelf zonası adlanır.  Şelf zonasının dərinliyi 200 m-ə  qədər olur. 
Materiklərdən okean yatağına keçən zona materik yamacıdır və burada dərinliklər 
20-2440 m arasında dəyişir. Materik yamacının orta meyilliyi 4-7
0
, bəzi yerlərdə 
isə 13-14
0
-yə qədərdir.  Materik yamacından sonra dibin 78%-ni təşkil  edən okean  
və    dənizin  yatağı yerləşir. Okeanlarda orta okeanik silsilə vardır və dibdən 2-3 
min m yüksəkliyə qalxır. Silsilənin yalı eni 10 km-lərlə olan rift dərələri ilə 
kəsilmişdir. 
Tərkibi.  Dəniz suyu universal məhluldur və  tərkibində mineral maddələr
qazlar, mikroelementlər, kalloidlər, üzvi və qeyri-üzvi mənşəli asılı hissəciklər 
vardır. Okean və  dəniz suları acı  və duzludur. Onun minerallığı duzluluqla ifadə 
edilir. 1 kq dəniz suyundakı mineral duzların qramla çəkisi okean suyunun 
duzluluğudur(S). duzluluq promillə (S, ‰) göstərilir. 1 kq dəniz suyunda əsas 
ionların çəkisi: xlor(Cl)-19.35q,  sulfat (SO
4
)-2.7, hidrokarbonat (HCO3)-0.07, 
natrium (Na)-10.76, maqnezium (Mg)-1.30, kalsium (Ca)-0.41 və kalium(K)-
0.39q-dır. Dünya okeanında orta duzluluq 35 ‰-dir.  Okeanın duzluluq balansının 
gəlir hissəsini materikdən gələn axım, atmosfer yağıntıları, mantiyanın 
deqazasiyası (sualtı vulaknlar və s.) təşkil edir. Materik suları ilə  həll olmuş 
maddələr axımı bir ildə 3200 mln. tondur.  
Dünya okeanının sahilində duzluluğu sxematik göstərmək üçün eyni 
duzluluğa malik nöqtələri birləşdirən izoxətlər, yəni izoqalinlər çəkilir. Duzluluğun 
paylanması coğrafi enliyə müvafiq olsa da, iri çaylar tökülən yerlərdə axınların 
təsiri nəticəsində bu qanunauyğunluq pozulur. 
 
1
Behruz Melikov
Behruz Melikov


Atlatik okeanının səthində orta duzluluq 35.8‰, Hind okeanında 35.0‰, 
Sakit okeanda 34.6‰, Şimal Buzlu okeanda 32-29‰ və okeanın iri çaylar tökülən 
sahil zolağında isə 10-0‰-dir. 
Duzluluq dərinlik üzrə  dəyişir. Qütbyanı zonada duzluluq 200 m dərinliyə 
qədər dəyişir və 34.8‰-ə çatdıqdan sonra dibə qədər dəyişmir. Mülayim qurşaqda 
minimal duzluluq  600-800 m dərinlikdə müşahidə olunur. ekvatorial zonada 100 
m dərinliyə  qədər duzluluq  azdır. O, 1000-1500 m dərinlikdə maksimum 
qiymətinə çatır və dibə  qədər sabit qalır. Tropik qurşaqda səthdə qiyməti 36-
35.5‰-dir. 1000m dərinliyə  qədər duzluluq azalır və daha dərin qatlarda sabit 
qalır. Ən böyük duzluluq Qırmızı dənizdədir: onun şimalında duzluluq 41-42 ‰-
dir.  
Dünya  okeanının səth  sularının  temperaturu  enliklər  üzrə  dəyişir. Səthdə 
su  şimal  yarımkürəsində, cənub  yarımkürəsinə    nisbətən  istidir  və   
temperaturun  paylanması    əyani  olaraq izoterm xəritələrində göstərilir. Bu 
xəritələr fevral və mart ayları, çoxillik dövr və  fəsillər üçün tərtib edilir.  Ən 
yüksək illik (26
0
C yuxarı) izoterm ekvatordan şimalda enli zolağı  əhatə edir və 
termik ekvator bu zolaqda yerləşir.  
Ekvatorda orta illik temperatur 27.1
0
C,  şimal yarımkürəsində 10
0
-enlikdə 
27.2
0
C, 30
0
-enlikdə 21.3
0
C, 40
0
-enlikdə 14.1
0
C, 50
0
-enlikdə 7.9
0
C, 70
0
-enlikdə 
0.7
0
C, 80
0
-enlikdə isə -1.7
0
C-dir. 
Dünya okeanının səthinin orta illik temperaturu 17.4
0
C-dir.  Ən isti okean 
Hind okeanıdır. Şimal Buzlu okeanın səth sularının temperaturu -0.75
0
C-dir. 
300-400d m dərinliyə qədər bir qyda olaraq temperatur tez aşağı düşür, sonra 
isə azalma zəifləyir və 1500-2000 m dərinlikdən sonra dəyişmir. 400-500 m 
dərinlikdə temperatur 10-12
0
C (qütb sahələri istisna olmaqla), 1000 m-də 4-7
0
C, 
2000 m- 2.5-4.0
0
C, 3000 m-1-2
0
C, dibdə is 0
0
C (mülayim enlikdə) və ya 2
0

(tropik və ekvatorial enliklərdə).  ən yüksək temperatur (35.6
0
C)  İran körfəzində 
müşahidə edilib. Qütb enliklərində temperatur 200-800m dərinliyə kimi 0.5-2.0
0
C, 
bəzi yerlərdə isə dibdə -2-0-C olur. Okeanda ən alçaq  Hudzon körfəzinin dibində 
qeydə alınmışdır. (-2.2
0
C). 
Səviyyə  tərəddüdü.  Ağırlıq qüvəsinin istiqamətində normal yönəlmiş okean 
və dəniz səthi səviyyə səthi adlanır. Dünya okeanın səthi müxtəlif qüvvələrin təsiri 
nəticəsində dövri, qeyri-dövri tərəddüd edir, yəni orta çoxillik vəziyyətinə nisbətən 
ya qalxır, ya da enir. Təsir edən qüvvələr aşağıdakı qruplara bölünürlər: 

 
qabarma əmələgətirən; 

 
fiziki-mexaniki; 

 
geodinamiki; 
Müəyyən zaman intervalında dəniz səviyyəsinin  ən böyük və  ən kiçik 
qiymətlərinin fərqi dəniz səviyyəsinin tərəddüd kəmiyyətidir.  
Müəyyən zaman intervalında dəniz səviyyəsinin dayişməsi dəniz səviyyəsinin 
gedişi adlanır. Səviyyənin sutkalıq, illik, çoxillik və əsrlik gedişləri var.  
Baxılan dənizin və ya dənizlər qrupunun çoxsaylı məntəqələrində dərinliklər 
səviyyə  səthinin müxtəlif vəziyyətində ölçüldüyündən alınan nəticələri müqayisə 
etmək üçün onları eyni bir səviyyəyə gətirirlər. Bu səviyyə dərinliyin sıfırı adlanır. 
Səviyyənin qeyri-dövrü tərəddüdləri küləyin və qovulma gətirmə hadisələrinin 
 
2
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə