“Hidrologiya”


Su obyektlərinin çirklənməsi və onlardan istifadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   32   33   34   35   36   37   38   39   40

24. Su obyektlərinin çirklənməsi və onlardan istifadə.  
 
Əhali tərəfindən istifadə olunan su təmiz, şəffaf olmalı, onun daxilində heç bir 
zəhərli maddə və təhlükəli mikroorqanizmlər olmamalıdır.  
Yer kürəsində su ehtiyatları kifayət qədərdir. Ancaq sənayenin, kənd 
təsərrüfatının inkişafı  və  əhalinin artması ildən-ilə su təchizatı  məsələlərində bir 
sıra problemlərin qarşıya çıxmasına səbəb olur. Hal-hazırda bir çox yerlərdə su 
çatışmamazlığı hiss olunur. Bunlarla yanaşı su obyektlərinin çirklənməsi getdikcə 
artır və onlardan istifadə çətinləşir. Su obyektləri suyun kənd təsərrüfatında, sənaye 
müəssələrində, kommunal təsərrüfatda istifadə olunması  nəticəsində çirklənir. 
Kənd təsərrüfatında ziyanvericilərlə mübarizə üçün müxtəlif kimyəvi maddələrdən 
istifadə edilir. Bu maddələrin bir hissəsi tarlalardan səth axınları vasitəsilə su 
obyektlərinə  gətirilir və bu, suyun kimyəvi xassələrini dəyişdirir. Gübrələrin 
tərkibində olan fosfor və azotun da bir hissəsi suvarma suları ilə çaylara gətirilir və 
həm də yeraltı sulara keçir.  
Azotlu gübrələrdəki azot üzvi maddələrlə birləşərək sudakı heyvanat aləminə 
mənfi təsir göstərir. Sənayenin inkişafı ilə əlaqədar tullantı suların həcmi ildən-ilə 
artır və onların axıdıldığı su obyektlərində suyun keyfiyyəti pisləşir. Metallurgiya, 
sellüloz-kağız, kimya, yeyinti və neft emalı müəssisələri səth sularını daha çox 
çirkləndirir.  
Hesablamalar görə 1 mln. əhalisi olan şəhərin kanalizasiya şəbəkəsi ilə 
axıdılan çirkab sularında 100 m

lil toplanır.  Şəhər  əhalisinin hər bir nəfəri orta 
hesabla 150 l su işlədir. Ümumiyyətlə, tullantı sularının həcmi  şəhərin 
abadlaşdırılma dərəcəsindən asılıdır. Şəhərlərin kanalizasiya sistemləri ilə axıdılan 
çirkab sularının həcmi sənayedə işlənən suların həcmindən 10 dəfə azdır. Lakin su 
obyektlərinin çirklənməsi baxımından bu sular daha təhlükəlidir. 
Getdikcə həm sudan istifadə, həm də çirkab sularının həcmi artacaqdır. Bu isə 
su obyektərinin ekoloji vəziyyətini tamamilə pisləşdirəcəkdir. Kommunalın 
təsərrüfatının tullantı sularındakı çirkləndiricilər arasında sintetik yuyucu maddələr 
xüsusi yer tutur. Bəzi yuyucu maddələr suda külli miqdarda köpük əmələ gətirir və 
bu çayda balıq və başqa su heyvanlarının məhv olmasına səbəb olur. Sintetik 
yuyucu maddələrlə çirklənmiş suları təmizləmək mümkün olmur. 
Su obyektlərini mühafizə etmək üçün ən  əvvəl texnoloji proseslər 
təkmilləşdirilməli, onlara mümkün qədər az miqdarda çirkləndirici maddələr 
atılmalıdır.  
Kanalizasiya sularının təmizlənməsi genişlənməli, hidrotexniki qurğuların 
tikintisi və istismarı təkmilləşdirilməlidir. Su ehtiyatlarının mühafizəsi və onlardan 
düzgün istifadə edilməsi səth sularının və onlardan düzgün istifadə edilməsi səth 
sularının çirklənməsinin qarşısını almağın əsasını təşkil edir.  Su itkilərinin qarşısı 
alınmalı, meşələr qorunub saxlanmalı, irriqasiya obyektlərinin layihələşdirilməsi 
və düzgün istismar üçün tədbirləri müəyyən edilməlidir. 
Azərbaycanın su ehtiyatlarını səth və yeraltı sular təşkil edir. Respublikamızın 
su ehtiyatlarının  əsasını çaylar təşkil edir. Yeraltı sular, göllər, su  anbarları  və 
buzlaqlar isə ikinci dərəcəli rol oynayır.   
 
1
Behruz Melikov
Behruz Melikov


Azərbaycanda 8350-dən artıq müxtəlif ölçülü çaylar vardır. Bu aylar 
uzunluqlarına görə 5 qrupa bölünürlər: çox kiçikləri < 25 km, kiçikləri 26-50 km, 
orta 51-100 km, böyükləri 101-500 km və böyükləri >500 km-dir. Azərbaycan 
ərazisindəki çayların böyük əksəri kiçik olub orta illik su sərfləri 5 m
3
/san azdır. 
Bunların içərisində xalq təsərrüfatı üçün daha əhəmiyyəti olan orta, böyük və çox 
böyük çaylardır. 
Nisbətən  əhəmiyyətli olan 112 çayın su su sərfləri aşağıdakı kimidir:< 1 
m
3
/san-53 çay, 1-5 m
3
/san-29, 5.1-10.0 m
3
/san -20, 10.1-15 m
3
/san-5, 15.1-20 
m
3
/san-1, 20.1-25 m
3
/san-3 və >25 m
3
/san-1 çay. Bunlardan əlavə Respublika 
ərazisindən təbii su sətfi 854 m
3
/san olan Araz və 125 m
3
/san olan Qanıx çayları 
axır. Bunların içərisində daha böyük rola malik olanı əlbət ki, Kür çayı hövzəsinin 
su ehtiyatı (26.9 km
3
) olub bütün Respublika su ehtiyatının (30.9 km
3
) böyük bir 
hissəsini (87%) təşkil edir. Kür çayı hövzəsinin su ehtiyatlarının 19.6 km
3
-u 
qonşuərazilərdən gəlir,7.3 km
3
 isə Respublika ərazisində formalaşır. Azərbaycanın 
şimal-şərq və  Lənkəranərazilərininəzərə almasaq qalan bütünsahə Kür çayı 
hövzəsinə (¾) aiddir. Kür və Araz çaylarının orta (tranzit) və  aşağı (axım itkisi 
zonası) hissələri Respublika ərazisindədir. 
Kür çayı nəinki Azərbaycanın, həmdə bütün Qafqazın ən böyük çayıdır. Onun 
su toplayıcı hövzəsinin sahəsi 188 min km
2
-dir. Bu hövzənin 28.9 min km
2
-i 
Türkiyə,40.0 min km
2
-i  İran, 29.8 min km
2
-i Ermənistan, 36.4 min km
2
-i 
Gürcüstan və 52.9 min km
2
-i Azərbaycan  ərazisindədir. Hövzə sahəsinin  65% 
(122.2 min km
2
),  500 m-dən yüksəkdə yerləşib axımın formalaşdığı  və tranzit 
zonadır, 35% (65.8 min km
2
) isə axımın dəyişməsinə və itki zonasıdır. Kr çayının 
Azərbaycana daxil olduğu hissədə (Xram çayının mənsəbinə yaxın) orta çoxillik su 
sərfi 280.2 m
3
/san-dir (8837 mln m). Kür çayının  ən böyük roluolan Arazın orta 
dövr  üçün təbii axımı 290 m
3
/san və ya 9.16 km
3
 (90mm)-dir. Kür çayının 
mənsəbində orta sulu dövt üçün (çoxillik) təbii axımı 854 m
3
/sm və ya 26.9 km
3
 
(143 mm)-dir. Bilavasitə Xəzər gölünə tökülən çay sularının ehtiyyatı 99.2 m/san 
və ya 3.13 km
3
-dir. 
Azərbaycanın su ehtitatlarının 4.7 km-i Böyük Qafqaz, 3.8 km-i Kiçik Qafqaz 
və 1.3 km
3
-i isə  Lənkəran  ərazisində formalaşır. Beləliklə, Azərbaycan 
Respublikasının ümumi su ehtiyyatları 30.9 km
3
-dir (980 m
3
/san) ki,bununda 
böyük hissəsi yəni 20.6 km
3
-i (652 m
3
/san) qonşu  ərazilərindən daxil olur,10.3 
km
3
-i (328 m3/san) isə Respublika ərazisində formalaşır. Yəni qonşu  ərazilərdən 
daxil olan axım, məhəlli axımda 2dəfə artıqdır. 
Respublika ərazisində orta illik axımın dəyişməsi çox böyükolub sıfır ilə 1300 
mm (41 l/san) arasında tərəddüd edir, maksimum kəmiyyəti Böyük Qafqazın cənub 
yamacında, minimum isə çöl, yarımsəhra landşaftlı düzənliklərdir. Ümumiyyətlə 
Respublika ərazisində formalaşan məhəlli çay suları ehtiyatlarının -58% (6.0 km
3

səth səth suları, 42%(4.3km) isə yeraltı sular hesabına yaranır. 
Azərbaycanın hər 1 km
2
 ərazisinədüşən nisbi sululuq 119 min m olub,qonşu 
Gürcüstandan 6.5 dəfə, Ermənistandan isə 2 dəfə əskikdir. 
Respublikida orta illik modulu 3.8 l/san-dir və  hər bir adama düşən suyun 
miqdarı isə 1700 m
3
 yaxındır. 
 
2
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə