“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

böyüklüyündən və yerləşmə xüsusiyyətindən asılıdır. Bütün süxurlar sukeçirmə 
qabiliyyətinə görə üç qrupa ayrılır:  sukeçirən (çınqıl, çaydaşı, qum və s.), 
sukeçirməyən (gil, çatlı olmayan kristallik süxurlar) və zəif sukeçirən (gilli qumlar, 
gillicə və s.)   
Süxurların sukeçirmə qabiliyyəti kəmiyyətcə süzülmə əmsəlı ilə səciyyələnir
Süxur və ya torpaqda olan kapilyar borularda səthi gərilmə qüvvəsinin təsiri 
nəticəsində suyun müəyyən hündürlüyə qalxmasına kapilyarlıq deyilir. 
Kapilyarlıq kəmiyyətcə kapilyarın qalxma hündürlüyü ilə  səciyyələnir. Bu 
göstərici süxur və ya torpaqda olan kapilyar məsamələrin ölçüsü kiçildikcə artır 
(cədvəl 1). 
Cədvəl 1. 
Süxurların kapilyarlığı. 
Süxurlar Kapilyarın qalxma hündürlüyü 
İri dənəli qum 
Orta dənəvər qum 
Narın qum 
Qumluca 
Gil 
Gillicə 
2.0-3.5 
12-35 
35-120 
120-350 
350-650 
650-1200 
 
Təbiətdə yeraltı suların yerləşmə  şəraiti və onların keyfiyyəti müxtəlif 
olduğuna görə, ayrı-ayrı tədqiqatçılar yeraltı suların təsnifatını müxtəlif prinsiplərə 
görə yerinə yetirmişlər. Məsələn, V.İ.Vernadski yeraltı suların kimyəvi tərkibinə 
V.S.İlin isə zonal yayılmasına görə təsnifatını vermişlər. 
Əksər halda yeraltı sular yerləşmə şəraitindən asılı olaraq təsnif edilir. Yeraltı 
sular üç əsas qrupa ayrılır: torpaq, qrunt və  layarası sular
Torpaq suları yer səthinə yaxın olan aerasiya zonasında yayılmışdır. Bu sular 
torpaqdakı məsamə və boşlularda əmələ gəlir və bilavasitə torpaq örtüyündə olur. 
Onlar torpaq hissəciklərinin səthində yerləşməklə molekulyar qüvvələrin təsiri 
nəticəsində  hərəkət edir. Bu sular başlıca olaraq yer səthinə düşən yağıntıların 
torpağa hopması  və qismən su buxarının məsamələrdə kondensasiyaya uğraması 
nəticəsində  əmələ  gəlir.torpaq suları yer qabığının aerasiya zonasında yerləşdiyi 
üçün meteoroloji amillərin (yağıntı, temperatur, rütubətlik, külək və s.) təsirinə 
məruz qalır. Buna görə  də onların ehtiyatı  və  hərəkəti bilavasitə  həmin amillərin 
təsir dərəcəsi ilə müəyyən edilir. Deməli, digər yeraltı sulardan fərqli olaraq
torpaq sularının ehtiyatı fəsillərdən asılı olaraq dəyişir. Buna görə də torpaqda ən 
çox nəmlik yazda, ən az isə yayda müşahidə olunur. 
Qrunt suları yay və qış qıtsulu dövründə çayların əsas qida mənbəyini təşkil 
edir. Bunlar çay dərəsində və nisbətən çökək sahələrində yer səthinə çıxır. Bu sular 
torpaq sularından aşağıda su keçirməyən süxur layları üzərində yerləşir. Qrunt 
suları ya hərəkətsiz yeraltı su anbarı, ya da ağırlıq qüvvəsinin təsiri nəticəsində 
meyllik istiqamətində yüksək sahədən alçaq sahəyə hərəkət edən su axını şəklində 
olur. Onlar sərbəst səthə malik olan basqısız sulardır. 
Qrunt sularının temperaturu onların hansı dərinlikdə yerləşməsindən asılıdır. 
Lakin temperaturun tərəddüdü torpaq sularında olduğu kimi böyük deyildir. Əgər 
 
4
Behruz Melikov
Behruz Melikov


qrunt suları bir neçə metr dərinlikdə yerləşirsə, onda onlar (daimi donuşluq 
rayonları müstəsna olmaqla)  heç vaxt donmur, yayda isə qızmır. Qrunt sularının 
keyfiyyəti müxtəlifdir.  Əksərən bu sular şirin, yumşaq, səhralarda isə çox duzlu 
olur. Cod qrunt sularına da rast gəlinir. 
Basqısız layarası sular iki su keçirməyən süxur layı arasındakı su keçirən 
süxur təbəqəsində yerləşir. Qrunt sularından fərqli olaraq layarası suların aerasiya 
zonası ilə  əlaqəsi olmur. Buna görə  də bu sular yağıntıların və çay sularının 
süzülməsi hesabına qidalanmır. Layarası sular sulu süxur laylarının yer səthinə 
çıxdığı yerlərdən qida alır. Sulu süxur horizontunun dəniz sahili, çay dərəsi və ya 
dərin yarğan sahələrinin aşınma nəticəsində açılmış yerlərində  və çeşmələr 
şəklində yer səthinə çıxır. 
Layarası sular qrunt sularına nisbətən yer səthindən daha böyük dərinlikdə 
yerləşdiyi üçün onların temperaturu demək olar ki, sabit qalır və ya il ərzində çox 
az tərəddüd edir (1-2 C). Suların keyfiyyəti sulu laydakı asan həll olan duzların 
miqdarından asılıdır. Layarası sular yumşaq, cod və şirin ola bilər.   
0
Bəzi hallarda layarası sular bilavasitə yer səthinə  çıxa bilmir və sulu lay 
tamamilə dolur. Belə layarası sular hidravliki təzyiqə malik olur ki, buna da basqılı 
və ya artezian suları deyilir. Artezian sularının təzyiq qüvvəsi onların qidalanma 
sahəsinin suyun səthə çıxdığı yerə nisbətən nə qədər yüksəkdə olmasından asılıdır. 
Buruq quyusu vasitəsi ilə sulu horizontun sukeçirməyən üst layı açıldıqda 
hidravliki təzyiq nə qədər çox olarsa, su da bir o qədər çox yuxarı qalxır və hətta 
bəzən fəvvarə şəklində yer səthinə çıxır. 
Layarası sular dərin horizontlarda yerləşdiyinə görə üzvi çirklənməyə məruz 
qalmır və  təmiz olur. Onlardan sənaye və kommunal təsərrüfatında su təchizatı 
məqsədi üçün istifadə edilir. 
 
 
 
 
 
5
Behruz Melikov
Behruz Melikov


13. Yeraltı suların fiziki, kimyəvi tərkibi və hərəkəti. 
 
Fiziki xassələri. Torpağın və süxur təbəqəsinin daxilində su üç aqreqat halda 
və bir sıra formalarda ola bilər. Torpaq və süxur məsamələrində olan müxtəlif 
kateqoriyalı suların öyrənilməsi sahasində A.F.Lebedevin apardığı  tədqiqat işləri 
xüsusi  əhəmiyyət kəsb edir. O, torpaq və süxurların məsamələrində olan suyu 
aşağıdakı kateqoriyalara ayırır: buxar, hiqroskopik, pərdə, qravitasion, sülb və 
kristallaşmış halda olan su. 
Buxar halında olan su süxurların məsamələrində, boşluqlarında və çatlarında 
yerləşməklə sərbəst halda hərəkət edir. Onun hərəkəti, bütün qazlarda olduğu kimi, 
su buxarının elastikliyi çox olan yerdən az olan yer istiqamətində baş verir. 
Su buxarının sıxlığını yerin səthində  , hər hansı bir dərinlikdə isə  ilə işarə 
etsək, onda buxarın hərəkət istiqaməti (
1
e
2
e
2
1
e
e

) fərqindən asılı olacaqdır.  Əgər 
e
1
>e
2
 olarsa, buxar yuxarıdan aşağı doğru hərəkət edərək  kondensasiyaya uğrayır 
və torpağı nəmləndirir. Lakin e
1
2
 şəraitində hərəkət əks istiqamətdə baş verir və 
bu halda torpağın nəmliyi azalır. 
Hiqroskopik su süxur hissəciklərinin səthində ayrı-ayrı molekula şəklində 
yerləşir və hissəciklərin səthi ilə molekulyar qüvvənin təsiri ilə bağlı olur. Su 
molekulları süxur hissəcikləri üzərində yığılır və bir-birilə birləşərək bir molekula 
qalınlığında (10
-7 
sm ) nazik pərdə  əmələ  gətirir. Süxurun belə rütubətlənmə 
dərəcəsi maksimal hiqroskopiklik adlanır.  
Hidroskopik  su molekulyar ilişmə qüvvəsinin təsirinə  məruz qaldığından 
maye kimi hərəkət edə bilməyib, buxar halına keçdikdən sonra bir laydan digərinə 
hərəkət edir. Süxur qızdırıldıqda və ya qurudulduqda hidroskopik su ondan ayrılır. 
Bu  əlamət onu süxurlarda olan digər kateqoriyalı sulardan kəskin surətdə 
fərqləndirir. Süxurda olan hiqroskopik suyun miqdarı  həmin süxurun olduğu 
mühitin temperaturundan, nəmliyindən və havanın təzyiqindən asılıdır. 
Pərdəli su molekulyar ilişmə qüvvəsinin təsiri nəticəsində əmələ gəlir və çox 
nazik pərdə şəklində süxur hissəciklərini bürüyür. Su pərdəsinin qalınlığı müxtəlif 
ola bilər, lakin molekulyar hərəkətin radius sferasından (10
-4 
sm) artıq olmur. 
Pərdəli su maye kimi, qalın pərdəsi olan laydan nazik pərdəyə malik olan laya 
doğru hərəkət edir. Pərdəli suyun hərəkəti ağırlıq qüvvəsinin təsirindən asılı 
olmayaraq istənilən istiqamətdə baş verir. Süxurun nəmliyi, su pərdəsinin 
maksimal qalınlığına uyğun gəldikdə buna maksimal molekulyar nəmlik tutumu 
deyilir. 
Kapilyar su süxur boşluqlarını dodurur və səthi gərilmə qüvvəsinin təsiri ilə 
müəyyən hündürlüyə qalxır. Belə su yuxarıya, aşağıya və ətraflara doğru meyllik 
istiqamətində  hərəkət edir. Kapilyar suların qalxması üçün lazımi  şərait kapilyar 
boru divarlarının yaş olmasıdır. Kapilyar qalxmanın hündürlüyü süxurlardakı 
kapilyar boruların diametrindən və mayenin özlülüyündən asılıdır. Suyun kapilyar 
qalxmasının ən böyük hündürlüyü kiçik dənəvər süxurlarda (gil) müşahidə olunur.  
Qravitasion su maye halında olub, süxurların böyük boşluqlarını, çatlarını 
doldurur və ağırlıq qüvvəsinin təsiri ilə hərəkət edir.  
 
1
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə