“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

üçün B=f(H)  və   
ω=f(H)  əlaqələri qurulur. Bu əlaqələrin köməyilə istənilən 
səviyyə  üçün  çayın  enini  və  en  kəsik  sahəsini  hesablamaq  olar. 
Çayın uzunluğu boyu (mənbədən mənsəbə doğru) dibin və su səviyyəsinin 
yüksəkliklərinin dəyişməsini göstərən qrafikə çayın uzununa profili deyilir. Çayın 
dibinin və  səviyyəsinin yüksəkliyi  şərti müstəvidən va ya okean səviyyəsindən 
hesablanır. Qrafikdə çayın dibi dalğavari şəkildə göstərilir, çünki çayın axını boyu 
dərinlik dəyişkən olur.  
Profilin  əyani  alınması üçün şaquli miqyas üfüqi miqyasdan böyük 
götürülür.  
Çayın  uzununa  profili  dibin  və  su  səviyyəsinin  meylliyi  ilə  səciyyələnir. 
Çay boyu götürülmüş  məntəqələrdəki səviyyələrin yüksəkliklər fərqi (h
1
-h
2

düşmə adlanır. Düşmənin həmin nöqtələr arasındakı məsafəyə (l) nisbəti isə çayın 
meylliyidir. 
l
h
h
J
2
1

=
 
Ümumiyyətlə, çayların meylliyi mənsəbdən mənbəyə doğru getdikcə artır. 
Çay dərəsinin yerli xüsusiyyətlərindən asılı olaraq bəzi çaylarda bu 
qanunauyğunluq pozula bilər. Buna çox təsadüf hallarda rast gəlinir. Bütün 
şəraitləri eyni olan iki çaydan hansında meyllik çoxdursa, o çayda da suyun hərəkət 
sürəti böyük olacaqdır. Belə ki, dağ çaylarında meyllik böyük olduğu üçün suyun 
sürəti də böyük, düzənlik zonalarda isə meyllik kiçik olduğundan suyun sürəti az 
olur. Meyllik onluq kəsrlə, faizlə  (%) va ya promillə (‰) ifadə oluna bilər. 
Məsələn, Kür çayının düzənlik zonada düşməsi hər 1000 m-də 2 m  olarsa, onda 
meylliyi aşağıdakı kimi hesablanar: 
2
.
0
%
02
.
0
002
.
0
1000
2
=
=
=
‰  
Çay boyu meylliyin dayişməsinə görə uzununa profil 4 növ olur (şəkil3.6). 
1. Səlis batıq profil və ya müvazinət profili. Belə profillər daha çox 
yayılmışdır və hiperbola əyrisi  şəklindədir.  Əyrinin mənsəbə yaxın hissəsi yastı, 
mənbəyə yaxın hissəsi isə dik olur. 
2. Düz xətli profil. Bu profil əsasən kiçik düzən ərazi çayları üçün xasdır və 
bütün çay boyu sabit meylliyi ilə səciyyələnir. 
3. Qabarıq profil. Belə profilli çayların yuxarı axınında meyllik az, aşağı 
axınında isə çox olur. Bu çox az təsadüf olunan profildir. 
4. Pilləli profil. Bu profil, yatağı yuyulmağa davamlı olan qruntdan keçən və 
bir neçə aralıq eroziya bazisinə malik olan çaylar üçün səciyyəvidir. 
 
2
Behruz Melikov
Behruz Melikov


 
Eroziya bazisi çay şəbəkəsinin  ən alçaq nöqtəsindən keçən üfüqi müstəvidir 
və bu nöqtədən aşağı dərinşədirə bilmir. 
Azərbaycan çayları 0.13‰ –dən 180‰-ə  qədər çox müxtəlif uzunluğa və 
meyilliyə malikdir. Onların uzunluğu 5 km-dən 1515 km arasında dəyişir.  
Azərbaycanın  bütün çaylarının uzununa profili batıq yəni çökük və ya 
müvazinət profilidir. Belə  əyrilərin mövcud olması çayların mənbə hissəsinin 
yerləşdiyi dağ sisteminin mərkəzi hissəsinin qalxması və aşağı axın sahəsini əhatə 
edən periferik hissənin çökməsindən irəli gəlir. Azərbaycanda düzxətli profillərə 
demək olar ki, rast gəlinmir. Qabarıq profillərə xüsusi hallarda rast gəlinir və Araz
Gilançay,  Şəmkirçay, Tərtər çay dərələrinin morfologiyasının yeni tektonik 
hərəkətləri, süxurların litoloji tərkibinin və digər amillərin uzununa profili boyu 
dəyişməsilə əlaqədardır. Zaqafqaziyanın uzununa profilləri pilləvari olub bir neçə 
növlərdən ibarətdir. Profillərin pilləvariliyi, meyilliyin çox olması və hidroelektro 
stansiyaların tikilməsi üçün əlverişli  şəraitin olması çayların su ehtiyatının geniş 
dairədə enerji məqsədilə istifadə edilməsinə imkan verir. Beləliklə, çayın düşməsi 
nə qədər çox olarsa, onun uzununa meyilliyi bir o qədər mülayim və az dəyişir və 
ya əksinə çayın uzunluğu və düşməsi az olarsa uzununa meyyiliyi kəskin və böyük 
miqdarda dəyişir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
3
Behruz Melikov
Behruz Melikov


11. Çaylarda suyun hərəkət mexanizmi. 
 
Aparılmış  tədqiqatlar göstərir ki, suyun hərəkəti zamanı keyfiyyətcə bir-
birindən çox fərqli iki hərəkət rejimi mövcuddur. Hərəkət  rejimlərindən biri 
laminar, o biri isə turbulent hərəkət rejimi adlanır. Laminar hərəkət rejimində axını 
bir-birinə paralel hərəkət edən su layları  şəklində  təsəvvür etmək olar. Laminar 
hərəkət rejimində sürtünmə qüvvəsini dəf etmək üçün sərf olunan basqı (basqı 
itkisi) sürətin birinci dərəcəsi ilə mütənasibdir, yəni: 
Δh=α⋅v 
burada, 
Δh-basqı itkisi, m; v-orta sürət, m/san; α-mütənasiblik əmsalıdır. 
Nyutona görə laminar hərəkətdə sürtünmə qanunu belə ifadə olunur: 
dY
dU
μ
τ
±
=
1
 
Turbulent hrəkət rejimində isə laylı hərəkət pozulur, şiddətli qarışma prosesi 
gedir və sürət, təzyiq zamandan asılı olaraq dəyişir. Turbulent hərəkət rejimində 
basqı itkisi ilə sürət arasındakı əlaqəni belə ifadə etmək olar: 
Δh=k⋅v
n
 
burada, k-mütənasiblik əmsalıdır, n=1.75-2.00. 
İlk dəfə 1883-cü ildə ingilis fiziki Osborn Reynolds təcrübə yolu ilə hərəkət 
rejiminin varlığını müəyyən etmişdir. 
Reynolds göstərmişdir ki, hərəkət rejimi, axını  səciyyələndirən dörd 
kəmiyyətdən tərtib edilmiş ölçüsüz bir kompleksdən asılıdır. Bu kəmiyyətlər suyun 
sıxlığı ρ, dinamiki özlülük əmsalı μ, axının xətti ölçüsü l (çaylar üçün dərinlik H) 
və orta sürətdir v. 
Alınmış ölçüsüz kompleks Reynolds ədədi və ya Reynolds meyarı adlanır: 
μ
ρ
vH
=
Re
 
ν
ρ
μ
=
-kinematik özlülük əmsalı adlanır (ölçü vahidi, 
san
m
2
). 
 Bu əmsalı nəzərə almaqla, Reynolds ədədinin düsturu aşağıdakı kimi yazıla 
bilər. 
 
ν
vH
=
Re
 
burada, v-su axınının orta sürəti, H-axının orta dərinliyi. 
Reynolds  ədədi artdıqca turbulenliyin də  şiddətliyi artır. Reynolds ədədinin 
iki böhran qiyməti vardır: aşağı və yuxarı böhran Reynolds ədədi.  
Açıq su axarları üçün (çaylar, kanallar) aşağı böhran Reynolds ədədi 580-ə 
bərabərdir. Yuxarı böhran ədədi 12000-dən çox da ola bilər. 
Əgər Reynolds ədəi aşağı böhran ədədindən kiçikdirsə (Re
yb
ab
) hərəkət 
laminardır.  
Reynolds  ədədi yuxarı böhran ədədindən böyükdürsə, hərəkət turbulentdir. 
Əgər Re
ab
yb
-sə  hərəkət dayanıqlı olmayıb həm laminar, həm də turbulent 
 
1
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə