Hüquqlarımız, azadlıqlarımız
AHİM-in tədrisi
Hüquqlarımız diqqət mərkəzində
7
... ev işçilərinin müdafiəsi: dövlətlər insanları ev
köləliyindən müdafiə etmək üçün zəruri addımlar
atmalıdırlar.
2005-ci ildə Məhkəmə
Siliadin Fransaya qarşı
işində Maddə 4-ün pozulduğunu qeyd etmişdir.
Siva–Akofa Siliadin fransa cinayət hüququnun
onu ev köləsi vəziyyətinə salan “məcburi və icbari”
əməyə qarşı müdafiə etməkdə kifayət qədər səmərəli
olmadığından şikayət etmişdir. Məhkəmə Fransanın o
zaman qüvvədə olan cinayət qanununun ərizəci qadının
qurbanı olduğu fəaliyyətə qarşı mudafiəsini səmərəli və
konkret şəkildə təmin etmədiyini hesab etmişdir.
...insan alverinə qarşı fəaliyyət: 2010-cu ilin yanvarında
Məhkəmə
Ranstsev Kipr və Rusiyaya qarşı işində Maddə 4-ün
pozulduğunu və Rusya və Kipr hakimiyyət orqanlarının 20
yaşlı rusyalı kabare artisti olan gənc qızı insan alverindən qo-
ruya bilmədiklərini qeyd etmişdir. Bu, insan alveri ilə bağlı
Məhkəmənin ilk qərarı idi.
Maddə 4:
Sizi köləlikdə
saxlamaq və ya
məcburi əməyə
məcbur etmək
qadağandır.
Konvensiyanın 4-cü Maddəsi köləliyi, əsarəti və məcburi və ya icbari əməyi qadağan
edir. Bu maddə eyni zamanda insan alverinə də tətbiq edilir.
Dövlətlərdən bu cür hərəkətlərə qarşı praktiki və səmərəli müdafiəni təmin edən
qanunvericiliyin olması tələb olunur.
PRAKTİKADA,
köləliyin və məcburi əməyin qadağan
olunmasına daxildir…
və məcburi əməyin
Köləliyin
qadağan olunması
Hüquqlarımız, azadlıqlarımız
AHİM-in tədrisi
Hüquqlarımız diqqət mərkəzində
7
Maddə 5:
Həbs edilərkən,
səbəbin bilmək
hüququnuz var
Həbsə alındığınız
zaman dərhal
mühakimə edilmək
və ya məhkəməyə
qədər azad
edilmək hüququna
maliksiniz.
Konvensiyanın 5-ci Maddəsi həbsin qanuni olub-olmamasını yoxlamaq üçün vasitələr
təklif edir və beləcə əsassız həbs etmə və ilkin saxlanmaya qarşı insanları müdafiə
edir.
Dövlətlərdən saxlanılan şəxslərə bir sıra prosessual təminatlar vermək tələb olunur.
Həbs edilən hər bir şəxsə həbsinin səbəbləri açıqlanmalı və təcili mühakimə edilməli
və ya məhkəməyə qədər azad edilməlidir. Bundan əlavə, Maddə 5 ilə təmin edilən
hüquqlara zidd şəkildə ilkin saxlanılan və ya həbs edilən şəxs kompensasiya hüqu-
quna malikdir.
… qanunsuz həbs: Konvensiya hər bir kəsi özbaşına və ya
qanunsuz həbs olunmaqdan müdafiə edir.
2004-cü ildə Məhkəmə
Frommelt Lixtenşteynə qarşı işində
Maddə 5-in pozulduğun qeyd etmişdir. Piter Frommelt
mənimsəmə və saxtakarlığa görə cinayətdə şübhəli bilinib
1997-ci ildə ibtidai həbsdə saxlanılıb. O, ona qarşı verilən
həbs qəti imkan qərarında prosessual çatışmazlıqların
olduğunu iddia edir.
... qanunsuz həbs: 2004-cü ilin aprelində Məhkəmə
Assa-
nidze Gürcüstana qarşı işdə Maddə 5-in pozulduğunu qeyd
etmişdir. Tengiz Assanidze Batuminin keçmiş meri və Acariya
Muxtar Respublikasının Ali Şurasının üzvü idi. Ərizəçi Gür-
cüstan Ali Məhkəməsinin 2001-ci ildə azadlığa buraxılma
qərarından sonra üç ildən çox həbsdə saxlanıldı. Məhkəmə
ərizəçinin əsassız şəkildə həbsdə saxlanıldığını və Gürcüs-
tan dövlətinin onu ən qısa zamanda azadlığa buraxmasını
söylədi. Bu, Məhkəmənin bir dövlətə ərizəçini ən qısa
zamanda azadlığa buraxmağa əmr edən ilk qərarı idi.
PRAKTİKADA,
azadlıq və təhlükəsizlik hüququ
tətbiq edilir, məsələn…
toxunulmazlıq
hüququ
Azadlıq
və
Hüquqlarımız, azadlıqlarımız
AHİM-in tədrisi
Hüquqlarımız diqqət mərkəzində
8
Maddə 8:
Siz öz şəxsi və ailə
həyatınıza, evinizə
və yazışma sirrinizə
hörmət hüququna
maliksiniz.
... nəşrlər şəxsi həyat hüququnu pozub: tanınmış şəxsiyyətlər
və kral ailəsinin üzvləri şəxsi həyatlarının kütləvi informasiya
vasitələrinin müdaxiləsindən müdafiə etmək üçün Maddə 8-ə
istinad edirlər.
2004-cü ildə Məhkəmə
von Hannover Almaniyaya qarşı işində
Maddə 8-in pozulduğun qeyd etmişdir. Şahzadə Karolin von
Hannover 1990-cı illərdə alman jurnallarında çıxmış fotoların
bir daha nəşr edilməsini onun şəxsi həyatının və imicinin
müdafiə hüququnu pozacağını göstərərək qadağan etmək
üçün dəfələrlə alman məhkəmələrinə müraciət etməsinə
baxmayaraq müvəffəqiyyətsizliyə uğradı. Məhkəmə
hamı kimi insanlar tərəfindən tanınan şəxslərin də şəxsi
həyatının qorunması və ona hörmət edilməsi üçün “legitim
gozləntilərə” malik olmalarını qeyd etmişdir.
... boşanmadan sonra uşaq üzərində qəyyumluq: dövlətlər
valideynlər və uşaqlar arasında sıx münasibətləri təmin
etmək üçün məhkəmə qərarlarının möhkəmləndirilməsi
istiqamətində zəruri addımlar atmalıdır.
2006-cı ildə Məhkəmə
Bajrami Albaniyaya qarşı işində
Maddə 8-in pozulduğunu qeyd etmişdir. Agim Bajrami
keçmiş həyat yoldaşının boşandıqdan sonra Yunanıstana
apardığı qızının onda qalması ilə bağlı məhkəmə qərarını
yerinə yetirə bilmədiyindən şikayət etdi. Konvensiyanın
dövlətləri ölkə məhkəməsinin valideyn və övladları
birləşdirmək üçün verdiyi son qərarı yerinə yetirmək
məqsədilə bütün lazımi tədbirləri görməsinə məcbur etdiyi-
ni xatırladaraq Məhkəmə ailə həyatına hörmət hüququnun
pozulduğunu qeyd etdi.
Konvensiyanın 8-ci maddəsi şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət
etmək hüququnu müdafiə edir.
Dövlət fərdlərin şəxsi həyatına müdaxilə edə bilməz. Eyni zamanda, mənəvi və fiziki
toxunulmazlığını müdafiə etmək öhdəliyi var.
Avropa İnsan Hüquqları Məhkəməsi “şəxsi və ailə həyatı”nın müdafisəini geniş şərh
edərək əcnəbilərin deportasiyasını, özəl və qarşılıqlı homoseksual aktların qadağan
olunmasını, məhkumlara ailə üzvlərinin dəfnində iştirak etməyə dövlət tərəfindən
icazə verilməməsini, anadan ölü doğulan uşaqlara atalıq haqqının tanınmasının rədd
edilməsini 8-ci maddənin pozulması kimi qiymətləndirir.
PRAKTİKADA,
şəxsi və ailə həyatına hörmət hüququ tətbiq
edilir, məsələn....
və ailə həyatına
hörmət hüququ
Şəxsi
həyata