Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə43/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   39   40   41   42   43   44   45   46   ...   65

210 
 
nəticə verə bilsin. “Söyləyənə baqma, söylədiyinə baq” dəsturunu  əldə  sərmayə ittixaz 
edənlər bu xüsusda çoq yanlışdırlar. 
Hər söz sahibinin sözü ilk öncə ruhilə və vicdanilə uzlaşmalı, müvafiqət etməli, sonra 
müxatibə söylənməlidir. 
Bir  ərəb  ədibi diyor ki, “Qəlbdən çıqan sözlər, daima qəlbə nüfuz edə bilir. Qəlbin 
xəbəri olmayıb da ağızdan fırlayı verən sözlər, dinləyənin bu qulağından girib o birindən 
çıxıb gedər”. 
Demək ki, sözün tə’sirbəxş olması için, söz söyləyənin eyi bir qəlbə, parlaq bir 
vicdana, gözəl bir əxlaqa, həqiqi bir mə’lumata malik olması icab ediyor. 
Bir müəllim öz-özünü bir riyazəti-mə’nəviyyə ilə islah etdikdən sonra, şübhəsiz ki, 
hər sözü, hər duruşu, hər halı bütün şagirdlər nəzərində böyük bir əhəmiyyətlə  tələqqi 
olunur. Kəmali-sür’ət və mətanətlə hər kəsin ruhuna nüfuz edə bilir. 
Bir də müəllim yalnız məktəbdəki  şagirdləri tərbiyə etməklə qalmayıb, mümkün 
dərəcədə kəndi nüfuzunu – sözlərinin əhəmiyyətini tə’mim və tövsiə çalışmalıdır. Şimdi 
bizim yalnız məktəblərimiz deyil, bütün həyati-ictimaiyyəmiz belə saf, parlaq bir 
tərbiyəyə möhtacdır. 
Müəllimlərimiz azacıq muşikafanə, durbinanə  hərəkət edəcək olsalar, şübhəsiz ki, 
bütün mühitimizi islah etmiş olurlar. 
Sınıf (klas)da hər iki gündə bir, çocuqların əlbisəsinə, yüzünə, əllərinə baqıb kirli və 
ya təmiz olduqlarına diqqət edilməlidir. 
Müzürri-səhhət hallar, işləklər büsbütün mən’ olunub əsbabı yumşaq, tatlı bir dil ilə 
tələbəyə anladılmalıdır və təkrar edilməməsini şiddətlə tənbih etməlidir. 
Bir müəllimin, çocuğun anlayacağı  tərzdə eylədiyi pədəranə tövsiyələr və  tənbihlər, 
əmin olmalı ki, pək gözəl nəticələr verir. Hər fənalığın, pisliyin, pintiliyin səbəbləri 
tələbəyə anlatıldıqca,  şübhəsiz ki, ata-anaları, qövm və  əqrəbaları, hətta yaşadığı mühit 
belə mütənnəbih olub kəndilərini islah etməyə çalışırlar. 
Xalq şimdi məktəbi, ondakı tərbiyəyi azacıq hüsni-tələqqi etməyə başlamış. Müəllim 
əgər uslu, namuslu, həlim, səlim bir əfəndi olursa, təbii, dört-beş sənə zərfində yalnız bir 
ibtidai məktəbi deyil, məktəblə  əlaqədar olan böyük bir köyü (kəndi), köy xalqını 
tamamilə islaha müvəffəq olur. 
İbtidai məktəb proqramı olduqca təmiz, qullanışlı, aydın, qolay və  mənfəətli 
olmalıdır. Xurafata, mevhumata aid süprüntüləri mümkün 


211 
 
mərtəbə sınıflara bıraqmamalıdır. Əvvəldən girmiş olsa da süpürüb təmizləməyə diqqət və 
qeyrət etməlidir. 
İbtidai məktəb için türk dilində müxtəsərcə qiraət, kitabət, elmiəşya, coğrafiya, hesab, 
türk tarixi və islam tarixi kibi şeylər kifayət edər. 
İkinci ildən e’tibarən rus dili də təbii ilavə edilməlidir. Çünki onsuz da iş aşmaz. 
Fəqət müəllim, bunlar ilə iktifa etməyib bir çoq həqaiqi-fənniyəni, bir taqım hadisati-
tərbiyəni xülasə edərək ağızdan, açıq, müəssir bir üslubla tələbəyə  təlqin etməlidir. 
Həftədə bir-iki dərs yalnız bu işə münhəsir edib tələbənin gözünü açmalıdır. 
Bir çoq təbii levhələr ilə  məktəb otağı  təzyin edilməlidir, çocuqlar zəhmət 
duymayacaq dərəcədə bir taqım xoş mevzulardan bəhs edilməlidir. 
Kor-koranə “sür dərəyə” qanununu əsla tələbəyə hiss etdirməməlidir, çünki təşəbbüsi-
şəxsidən bütün-bütün məhrum qalmış olur. 
 
 
 
 
 
Qafqasyada müəllimlər 
 
Qafqasyanın ibtidai məktəblərində türkcə  dərs verən müəllimlər təqribən üç qismə 
bölünür: 
Birinci qısım; Aras aşırı qoşub gələn fanatizma dəllalları. 
İkinci qısım, seminariyada (darülmüəllimin) ikmali-təhsil etmiş əfəndilər. 
Üçüncü isə yeni üsulda tərbiyə görüb müəllimliyə həvəskar olan gənclərdir. 
Birinci qısmı təşkil edənlər müəllimdən başqa hər şeydirlər. Həzarpeşə və pək qurnaz 
hərifdirlər. Buqələmun kibi hər saətdə bin rəngə girməyə müstəiddirlər. 
Aras kənarına varır-varmaz hərif bir kərə düşünür, hər şeydən əvvəl kəndisi için bir 
sərmayə arar. Bir yerə baqar, bir göyə baqar, aradığı sərmayəyi iki arşın göy bezdə bulur. 
Marağada darğa şagirdi ikən, Aras suyu içər-içməz anadan doğma seyid olur. Sonra ağa 
mübarək qədəmləri ilə Qafqasyanın şu otlu, sulu toprağını müzəyyən buyurur. Beş-on gün 
yüz suyu tökər, yalvarır-yaqarır, amma fırıldağı işləməz, fəryadı bir yana çatmaz, çünki 
cəmaət həpsi e’tiqadsız, seyidə baqan yoq!.. 


212 
 
Bir də baqarsın ki, hərifin ağlına bir şey gəldi. Belindən göyü açıb bir yana fırlatdı. 
Özünü bir əttar dükanına verdi. Beş-altı şahılıq həbdən, tozlu-topraqlı otdan-filandan aldı, 
şələsinə cibləşdirdi. Ya Əli, ya mədəd önünə gələn qəsəbələrdə köylərə yüz qoydu. Şimdi 
köyün hər tərəfinə qulaq versən təbibbaşı (?) cənablarının seytişöhrətşüarı  təninəndaz 
olmaqdadır. Lakin iş, təbibliklə də bitməz. Bir ucdan öldürdüyü, tələf etdiyi zavallıları öz 
əlilə  kəfənlər, öz əlilə  məzara qoyar. Sonra icab edərsə  mərsiyəsini də özü oqur, hasili 
para çıqacaq yer bulundumu? Yəhudi bəzzazı kibi sağına-soluna, eninəboyuna, hər 
tərəfinə ölçər-biçər, yeri gəldikdə fala da baqar, dua da yazar, cin də tutar. Fəqət... Fəqət 
xudanəkərdə bu işlərin həpsində bir rəvacsızlıq, bir e’tinasızlıq görürsə büsbütün 
məsləkini dəyişdirir. Kitabçılarda “vətən dili” çoq, tuhafiyəçilərdə vorotnik, qalstuk bol... 
“Vorotnik”, “qalstuk” boyuna keçirildikdən sonra məzadçılardan, genə mal 
satanlardan bir dəst də gözəl kostyum alıb  əyninə taqar. Bir məktəbə  dəvam etməyə 
başlar. 
İştə sana yeni fabrikadan çıqmış qanlı-canlı “arpazovannı” bir müəllim!.. Yalnız bircə 
diplomu (attestatı) əskik... 
Lakin orası da qolay, zira çənəsi gevşək bir taqım cahil mühafizəkarlara qarşı beş-on 
gün boyun büküb yaltaqlıq edərsə, hər saçmasına bəli, bəli deyərsə şübhəsiz ki, ən zəki, 
ən təcrübəkar müəllimlər sırasına keçmiş olur. Fəqət ədəbsiz imiş, əxlaqsız imiş baş yoq, 
keçərgedər, yalnız hacı əfəndinin, yaxud kərbəlayi kişinin boş damarını buldumu? Artıq 
əsrin əflatunlarına şıllaq atmağa başlar. İşi yoluna qoyduqdan sonra həmiyyət, qeyrət qanı 
coşub-daşaraq qızğın, dəhşətnak nitqlər söyləməyə başlar, iştə küçücük bir nümunə: 
“Cəmahət, cəmahət! Vətən, məmləkət xərab oldi. Bahəme bunnan belə piş əzvəqtdən 
irəli,  əqsami-mütənəvviə  məktəbxanələr açmaq lazimdir. Qazutlərin dilsuz və 
yürəkyandıran həvadisati insanın qulağində guşzəd olanda dər həqiqətdə  vətən dər 
həqqində nə eyliyəcağını bilmiyüb, gözlərinin sirişki abi-nisanın suyu kimi axır”. 
Bu bir. (?) 
İkinci qısım də rusca təhsil edib türkcə  dərs verən  əfəndilərdir ki, dəröhdə etdikləri 
dərslər əksəriyyətlə ibtidai məktəblərə münhəsir kibidir. 
Muşikafanə bir nəzərlə baqılsa sair müəllimlərə nisbətən onlar pək eyidirlər, pək 
faydalıdırlar. Hissiyyati-milliyyəyə azacıq biganə 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə