Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə39/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   35   36   37   38   39   40   41   42   ...   65

198 
 
Rə’y məsələsinə gəldikdə təbiidir ki, qələbə avam, cahil tərəfində olacaqdır. Cühəla 
isə elmin fəzilətini və nə yolda iləriləməsini təqdir edəməz, çünki cahildir. Maarif sevən 
adam hiç bir zaman cahil qalmaz idi, şübhəsiz, təhsil edib alim olmuş olurdu. 
Fəqət şimdi nə yapmalı? Hər işimizə müdaxilə edən də yenə onlar... Yeganə bir çarə 
varsa hər kəs, daha doğrusu, gözü açıq adamlarımız insafı araya qoymalı, şəxsiyyətdən, 
qərəzkarlıqdan vaz keçməli, hər işi iş sahibinə tapşırmalı, hər seçkidə  də yuqarıdakı 
istibdadiəhraranəyi unutmamalı  və  hər işdə, hər təşəbbüsdə ixtisas və iste’dadı  nəzəri-
diqqətə almalıdır. 
Sözümüz pək uzun sürdü. Nerdən başladıq, nerdə bitirdik. Yazmış olduğum  şu 
dağınıq fikirlər xəyalımda belə yoq idi. Tə’lim və  tərbiyəyə aid bir qaç sətir yazmaq 
istərkən dağdan-daşa, dərədən-təpəyə düşdük. Fəqət hər məktəbin ilk əsası onun 
tə’sisindən və hey’ətiidarəsindən başladığı için yenə faydasız çıqmaz zənn edərim. 
İnşallah gələcək nömrələrdə bir qaç dəfə tə’lim-tərbiyə haqqında həsbi-hal edəriz. 
 
HƏSBİ-HAL 
 

 
Tə’lim və  tərbiyə haqqında veriləcək atidəki mə’lumat bir taqım mevsuq mənbələrə 
istinad edər. Onlar için mütaliəsi faydasız olmaz zənn edərim. 
Tərbiyə (pedaqogika) nədir? Və  nə yapmalıdır? Alman hükəmasından filosof Kant 
diyor: “Tərbiyə, təbiəti-bəşəriyyənin bütün qabiliyyətlərini müntəzəmən və mütənasibən 
təməniyyə etdirməli və bütün insanları qayeyi-müqəddərinə isal eyləməlidir”. 
İngilis hükəmasından Lokk da diyor ki, “Tərbiyə insanları fəzilətli, cəmiyyətə faydalı 
və kəndi məsləklərində məharətli bir hala gətirmək için ən qolay və qısa olan üsuldur”. 
Filosofi-şəhir Herbert Spenserə  gəlincə, o da: “Tərbiyənin qayəsi bizi mükəmməl 
surətdə yaşamağa hazırlamaqdır” deyir. Şimdi bu cümlələri vücudə gətirən kəlmələr bir-
birinə  pək bənzəmiyorsa da nəticə  və qayə bir olduğu dərhal nəzərə çarpıyor. Fənni-
tərbiyənin 


199 
 
insanları  bəxtiyar edəcəyi, parlaq və  məs’ud bir həyata nail eyləyəcəyi hər kəscə 
müsəlləm bir həqiqət olsa gərək. Lakin tərbiyənin eyi bir nəticəyə vasil olması 
mürəbbiyələrin, müəllim, əfəndilərin səviyyeyiirfanına, təşəbbüsati-ciddiyyəsinə bağlıdır. 
Onun için müəllim “elmihəyat”, “elmi-ruh”, “elmi-əxlaq” kibi tərbiyə xüsusunda lazım 
olan  şərtlərə vaqif olmalıdır. Kamilən olmasa belə  səthi surətdə bilməsi faydadan xali 
deyildir. 
Elmi-həyat, məktəb şagirdlərinin yeyib-içmək, gəzib-oturmaq, zəif və qüvvətli olmaq 
kibi hallarından bəhs edər. Bədənin və bədəndə olan nəşvü nümanın hanki tə’sir ilə və nə 
səbəblə dəyişə biləcəyini göstərir. 
Elmi-ruh, çocuqların fikrini, hissiyyatını,  əxlaqını öyrənib bilmək için böyük bir 
vasitədir. Onunla (elmi-ruh ilə) şu təbii halların təcəlli və təhəvvülünü, hanki tə’sirlər ilə 
dəyişdiyini və  nə surətdə  tərbiyə  və islah ediləcəyini bir dərəcəyə  qədər bilmək 
mümkündür. 
Elmi-əxlaq isə xeyir və  şərin nədən ibarət olduğunu, tərbiyədə nasıl bir qayə  tə’qib 
edildiyini və həyatın nə tərəfə sürükləndiyini öyrətir. 
Xülasə, bu üç elm fənni-tərbiyə için birər mühüm əsas təşkil eder. Bir məktəb otağına 
girilsə, orada olan şagirdlərin çöhrələrinə (fizyanomiya) diqqət edilsə bir-birinə 
bənzəmədikləri dərhal gözə ilişər, çöhrələri müxtəlif olduğu kibi, əxlaq və  təbiətləri də 
müxtəlif olacağı  şübhəsizdir. Bə’zi çocuqlar inadcı, söyüşən, bə’ziləri həlim, dalğın, 
kimisi haylaz, yaramaz, kimisi də çin fikirli və zərif olur. 
Onların təbiətlərində bu ixtilaf olduğu halda bə’zi vaqt da birdənbirə bu əxlaqlar 
dəyişməyə yüz tutar, biri inadcı ikən yumşaq, biri miskin ikən zəki və fəal olur. 
Bu səbəblərə məbni yekrəng bir tərbiyə daima mənfəət yerinə zərər verir. Bir müəllim 
elmi-ruh yardımilə bu müxtəlif təbiətlərin cərəyanını nəzəri-diqqətə almalıdır ki, çəkdiyi 
zəhmətlər hədər olmasın. Bir müəllim bir artist qadar ruhaşina və təbiətşünas olmalıdır. 
Lakin bir çoq həriflər də var ki, məzkur  şəraiti öyrənir də  tətbiq edəməz, yenə 
zəhmətləri nəticəsiz qalır, çünki hər məsləkdə olduğu kibi, tə’lim və  tərbiyə için də  hər 
müəllimdə azacıq iste’dad bulunmalıdır. Nəzəriyyat pək də fayda verməz. 
Bir çocuq anadan doğduğu gündən e’tibarən yedi-səkiz yaşına qadar ata-anası yanında 
yaşar, qoşar, ev tərbiyəsi, ailə tərbiyəsi alır, 


200 
 
sonra da məktəb otağını ziyarət edər; arzusuna, istəyinə görə beş, on, on beş il də 
məktəbdə keçirir. 
Şimdi ev tərbiyəsi ilə  məktəb tərbiyəsinin hər ikisi çocuqlarda dürlü-dürlü tə’sirlər 
bağışlar, bir çocuq evdə ata-ana tərbiyəsi sayəsində  xəluq, çalışqan, mütəşəbbis bir 
qəhrəman olduğu halda məktəbə dəvam edər-etməz əxlaqı, təbiəti büsbütün dəyişir, fəna, 
uyğunsuz bir hal kəsb etmiş olur. 
Bu halı törədən xassə isə yoldaşlarından, arqadaşlarından aldığı  əxlaqlar, 
müəllimlərdə, mürəbbilərdə gördüyü əhəmiyyətsizliklərdir və bu tə’sirlərin  ən 
əhəmiyyətlisi də yenə müəllimlərə racedir. Müəllimlər tərbiyədən anlayanlardan olsalar, 
şübhəsiz ki, nə  məktəbdə, nə  də  məktəblilərdə (məktəb  şagirdləri) müzürr əxlaq, fəna 
təbiətlər bulunmaz; bulunsa da pək səthi, pək tə’sirsiz qalır. Şimdi bu məsələnin bir də əks 
tərəfi var, nasıl ki, bir çocuq evdə pək sırtıq və əxlaqsız olduğu halda bir məktəbə girər-
girməz də haman dəyişir, inanılmayacaq dərəcədə zəki və uslu olur. 
Ailə, məktəb tərbiyəsindən başqa bir də tərbiyeyi-ümumiyyə vardır ki, məktəb təhsili 
ikmal edildikdən sonra 35, 40 yaşına qadar insanda dəvam edər. Bu tərbiyə yalnız mühiti-
ümumiyə race bir tərbiyədir. 
Çoq zaman mühiti-ümumi, insanın ailə içərisində, məktəblərdə aldığı  tərbiyəyi 
büsbütün dəyişdirib başqa bir aləmə, başqa bir cərəyana tabe edər. Bu xüsusda maddi və 
mə’nəvi bir taqım tə’sirat insanın aldığı tərbiyələri zirüzəbər edəcək dərəcədə məsləkinə 
müğayir hallara sevq edə bilir. 
Azacıq muşikafanə bir nəzərlə baqılsa deyilə bilir ki, bütün bu tərbiyələrin  ən 
əhəmiyyətlisi,  ən müqəssiri olsa-olsa yenə  tərbiyeyiümumiyyə (tə’siri-mühit) ola bilir. 
Yalnız mühiti-ümumi tə’sirindən yaqayı qurtaracaq bir müəssir var ki, ona da (nəfs) 
deyilir. Nəfs  əksəriyyən iləriki tərbiyələrə tabe olmaqdan varəstə ola bilməz, lakin 
mətanəti-fevqəladəyə malik olan insanlarda isə daima qabili-təhəvvül, daima qabili-
islahdır. 
Ailə  tərbiyəsi və vücud sağlamlığı (səhhəti-bədən) həyatibəşəriyyənin  ən mühüm 
əsasını təşkil edər. Vücudun sağlam olmasının yeganə səbəbi və müəssiri isə ata-anadır. 
Bir çoq çocuqlar anadan xəstə doğar. Xəstə yaşar və  xəstə bir vücud ilə  tərki-həyat 
edərlər. Bu xəstəliyi icad edən ata-anadan başqa kimsə deyildir. Çünki bir çoq xəstəlikləri 
irsi olaraq evlada intiqal 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə