Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə37/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   33   34   35   36   37   38   39   40   ...   65

192 
 
 
NAXÇIVANA NƏ LAZIM? 
 

 
Əvət, Naxçıvanda görülən işlər keçən nömrədə görüldü. Şimdi kökünü araşdırmaq 
lazım. Çünki hökumət əski məktəbi öz əlinə aldı. 
Ondan bir çoq adamların  şübhəyə düşmək ehtimalı var. Şübhəsiz, ana dili nə  qədər 
lazım isə, hökumət dili də o qədər vacibdir. Lakin Əli aşını, Vəli aşına qarışdırmamalı. 
“Qorodskoy” məktəblər başqa, milli məktəblər daha başqa bir şeydir. Burada yalnız iki 
sual nəzərə çarpıyor: məktəbdən məqsəd nədir? Və kimlər hanki məktəblərə 
getməlidirlər? Elm hər dildə birdir. Elmdə təəssüb yoqdur. Ancaq bir para şərtlər vardır 
ki, nəzəri-diqqətə almaq faydasız olmaz. Elmdən edilən istifadə yalnız mə’nəviyyata 
münhəsir deyil. Maddiyyat ilə də münasibətdar olmalıdır. 
Ən əvvəl məktəbdən məqsəd yazıb-oqumaqdır ki, ibtidai məktəblər bunun içindir və 
hər millətin bütün əfradına vacib bir vəzifədir. Nasıl ki, Avropa hökumətləri bunu 
məcburi bir qanun şəklinə qoymuşlardır. Üç-dörd il zərfində istər qız olsun, istər oğlan 
olsun ibtidai təhsil görməlidir. Lakin bu məktəblərə  gələn çocuqlar əksəriyyətlə  fəqir
kasıb çocuqları olur ki, məktəbi ikmal edər-etməz iş arqasınca qoşacaq, özünə bir kəsbü 
kar arayacaq, atasına yardım edəcək. 
Şimdi azacıq yazı-pozu bilməlidir ki, işlərini idarə etməkdə güclük çəkməsin, hər 
günkü həvadisi anlamaq için bir-iki sətir qəzetə oquya bilsin. Əcəba şu qısaca mə’lumata 
bu məktəblərdə nail olmaq mümkünmüdür? Ə s l a !.. 
Hər gün üç dərs rusca, bir dərs türkcə oqunsa, o yarım-yanlış türkcədən hiç bir fayda 
hasil olmaz. İki gün içində tamam unutulur gedər. O qarışıq yazılar, o pərişan imlalar, o 
qəliz kəlmələr ilə əsla bir şey anlaşılmaz. 
Ruscaya gəlincə bir-iki qiraət kitabı ilə, hesab qəvaid və sairə ilə  uğraşılır ki, həpsi 
“nəqş  bər ab”
1
  qəbilindən bir şey olur. Çocuq məktəbdən çıqdığı kibi o qeyri-mə’nus 
kəlmələr də zavallının başından çıqı veriyor. 
Lakin ata-anası da qüvvəsiz. Şimdi biçarə taleyin nəsinə məmnun olsun, çəkdiyi dört 
illik zəhmət hədər oldu getdi. Şübhə edilsə, nümu- 
                                                            
1
 
Suya naxış vurmaq 
 


193 
 
nə istənilsə hazır, həm də yüzlərcə. Lakin işi bil’əks təsəvvür edəcək olursaq daha çoq 
istifadə edilmiş olur. 
Bə’zi hər gün üç dərs türkcə, bir dərs rusca oqudulursa bir iş sahibi, ticarət və sənətcə 
lazım olan işlərin beş-üç kəlmə yazıb söyləşmək ilə yoluna qoya bilər. 
Fəqət rus dilindən küçük bir xatirə qalır ki, yavaş-yavaş zaman qulağını buraraqdan 
öyrənməyə məcbur edər. 
Üç il yalnız ana dilinə məxsus qalmış oluyor ki, bir il ancaq əlifba ilə uğraşılır, iki il 
də ərəb, fars qəvaidindən lazım olanları, sonra hesab, coğrafiya, tarix, açıq olmaq şərtilə 
sair fünundan da bir para səthi mə’lumat əldə edilmiş olur. 
Lakin tərzi-tədrisdə  həmiyyətlə elm qarışdırılmalıdır ki, çocuğun gözünü açmaqda 
güclük çəkilməsin. Bunun için də karaşina müəllimlər lazım ki, elmi-tərbiyəyə və lisana 
hiç olmazsa səthi surətdə vaqif olmuş olsun. Yoqsa papağan “tuti” kibi təqlidi və gevşək 
bir proqram tə’qib etmək eyi bir nəticə verməz. “Vətən dili” ya “Bəsirəti-ətfal” 
bilənlərdən müəllimlik iddiasına düşənlər hiç də az deyil. Bunlar kəndiliklərini 
bilmədikləri kibi, onlardan istifadə umanlar da yoq deyil, bir kitabi bu gün öyrənib yarın 
öyrətmək xəyalına düşmək çürük bir xülyadan başqa bir şey deyildir. Diqqət buyurulsun? 
Bir gündə əlifba dərsi vermək ixtiyarını haiz olmaq istəyən hər bir rusca müəllimi mütləq 
on bir il çalışıb darülmüəllimin (seminariya) ikmal etməlidir.  Şimdi bu müəllimlər 
haradan bulunsun? Deniləcək ki, doğru bir sual olduğu  şübhəsizdir. Həm də böylə 
müəllimlərə yalnız Naxçıvan deyil, Ordubad, Irəvan və onların təfərrüatı kibi yerlər həp 
bir dərəcədə möhtacdır. Lakin bu öylə bir məsələ ki, həll edilməsi pək qolaydır. 
Dağa-daşa düşmək lazım deyil. Gəncə  pək yaqındadır. Həm də  əlin içində... Gəncə 
məktəb ruhanisini bilməyən yoq kibidir. İştə oraya gedilib az bir zaman çalışılır isə hər 
arzuya nail olmaq mümkündür. 
Bakıda bir-iki məktəb müstəsna olmaq şərtilə, Gəncə məktəbi Qafqasiyanın ən birinci 
və  ən parlaq məktəbidir. Ancaq, burası  şayaniheyrət ki, ana dilində  təhsili-elm için 
məsafələr teyy edib, məsarifə qatlanmaq şimdilik bizə pək ağır gəliyor. Lakin pək yanlış 
bir xəyal... 
Oraya müraciət edənlər çoq vaqt qeyb etməzlər. Azacıq mə’lumatiibtidaiyyəsi olanlar 
bir-iki ildə naili-məqsəd olub geri dönə bilər. 
Ehtimal ki, az bir zamandan sonra məktəbin özünə məxsus pansionu da olur. O zaman 
on üç-on dört yaşında çocuqlar da göndərmək müm- 


194 
 
kündür. Hər yerdən üç nəfər göndərilsə  zənnimcə ikisi tamam və yarı  məsrəf ilə  qəbul 
edildiyi kibi, biri də büsbütün məccani qəbul edilə bilər. 
Gəncə  məktəbi böyüyəcək, artacaq, yüksələcək, geniş bir proqram tə’qib edəcək, 
səbatlı bir darülmüəllimin olacaq. Çünki sahibləri yalnız maddətən deyil, mə’nən də geniş 
bir mühakimə, təmiz bir məslək sahibləridir. 
Məktəb həm  şəriətə, həm məişətə  əlverişli bir məktəbdir. Dünya və axirət orada 
cəmdir. Sahibləri və müəllimləri şayani-təbrikdir. 
İbtidai məktəblər haqqında bu qadarcıq yetişir, həm insan için o bir başlanğıcdır, 
yeganə bir vəzifədir. Bir də  sənət ya məslək için məktəblər vardır ki, onlar dəxi 
“qorodskoy”lar, gimnaziyalar, realnilər, seminariyalar və sair bir taqım məktəblərdir. 
İqtidarı, varı, həvəsi olanlar için həm münasib, həm də istifadəlidir. O xüsusda hiç bir 
deyəcək yoq. Hər kəs kəndi hissiyyatını dinləməli, öz yorğanına görə ayaq uzatmalıdır. 
Lakin bə’zi  şəhərlərdə müsəlmanlar bu xüsusda da qafil davranmışlar. Azacıq 
e’tinasız olmuşlar. Məsələn: bir çoq bu qisim məktəblərdə gürcülərin, ermənilərin həm 
şəriət, həm lisan müəllimləri olduğu halda, müsəlmanların yalnız şəriət mollası var. Lisan 
müəllimindən məhrumdur. Onun içindir ki, bir çoq məktəb  şagirdləri az bir zamanda 
kəndilərini unutuyorlar. Özlərini, sözlərini bilmiyorlar. Tarixlərindən, köklərindən 
xəbərsiz qalırlar. Bu da bir millət için pək böyük qəflət, pək böyük tədənnidir. Dilsiz bir 
millət yaşamaz, çabuq münqəriz olur. Bir millətin lisanı, mevcudiyyətinin  ən parlaq 
bürhanıdır. 
 
(“Həqiqət” qəzeti, 5 yanvar 1910, № 4) 
 
HƏSBİ-HAL 
 

 
Bir millətin tərəqqi və tədənnisini bilmək için o millətin məktəblərini, daha doğrusu 
ibtidai məktəblərini görmək kifayət edər. Avropaya meydan oquyan Almaniyanın, qoca 
Rusiyayı  həyəcana düşürən Japoniyanın bütün bu tərəqqiyyati-ciddiyyələri həp ibtidai 
məktəblər sayəsindədir. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə