Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə36/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   32   33   34   35   36   37   38   39   ...   65

189 
 
şəriətdən müttəle olmamaq səbəbinə axırda  şürb-əlyəhud olub islamiyyət aləmindən 
bixəbər qalmağına heç məzəmmət və məlamət yeri yoxdur: 
 
Bu gün öldür düşməni, bacarığın əgər var, 
Qığılcım alov olsa bir dünya onda yanar. 
 
Pəs bu surətdə əbnayi-vətən üçün lazımdır ki, əvvəlcə vətən dili olan türk dilini bə’zi 
ruznaməcat və məktubat oxumaqdan ötrü öyrənmək və saniyən fars dilini bir para əhadis 
və  əxbarın məzmununa aşina olmaqdan ötrü oxumaq, salisən  ərəb lisanını Qur’ani-
məcidin mə’nasına müttəle olmaqdan ötrü təhsil etmək və rabeən rus dilini ki, dövləti 
əliyyeyi-imperatoru da təfhim və  təfəhhümdən ötrü bə’zi məvariddə  həqiqət cümleyi-
ləvazimatdan ədd olunur, kəsb etmək lazım və dərkardır. 
Və  əgər nəzərə alınsa cədidül-ixtira elmlər Qafqas şö’bəsində rus dilindən maəda 
məzburətül-fövq dillərin heç birində yazılıb dərc olunmayıb, fəqət fikri-bihudə və xəyali-
bimə’nidir, çünki türk dilində osmanlıca nəzərdə olan ülumi-mütənəvveə  kəmayənbəği 
mütəəddid kitablarda mündəric və  məzbutdur. Pəs bu halda layiqi-insaf və 
şayanimürvətdir ki, on il, bəlkə ziyadə təhsil etmiş əşxas görürsən türk dilində yazılmış 
“Şərqi-rus” ruznameyi-mübarəkəsindən iki sətir oxuyub məzmunundan müttəle olmaqdan 
aciz və bir neçə  kəlmə  vətən dilində  mətləb  əda etməkdə qasirdir. Və gah-gah əzruyi-
təfənnün güzarları  məsacid və  mə’nabirə düşüb üləmayi-ə’lamdan bə’zi mətalib və 
təhqiqat eşidib mə’nasını anlamayan surətdə babətindən könlündə islamiyyətə olan cüz’i 
şövq və  rəğbəti də  kəsilir. (Əl-mər’ü  ədüvvün lima cəhiləhd – kişi bilmədiyi  şeyə 
düşməndir) Və  bə’zi bisavad mollalardan sadə  ləfzlər ilə  əqlimizə  sığışmayan zəif 
rəvayətlərdən eşidib məsciddən çıxanda  əsnai-söhbətdə onun sözlərini özü üçün 
əsbabiməzə  və mayeyi istehza qərar verir və bir para müridlərə bu müsəlman oğlu 
müsəlman, müsəlman millətinin və  əbnayi-vətənin halına yanıb tərəqqi və  təməddün 
fikrində olur. Bir surətdə ki, islamiyyət nə deməkdir, əbədən ittilai olmayıb əsla məqami-
e’tinada bulunmayır. 
 
(“Şərqi-Rus” qəzeti, 27 avqust 1904) Rasizadə 
 


190 
 
NAXÇIVANDA NƏ GÖRDÜM? 
 

 
Naxçıvanlılara 
 
Rəvayət olunduğuna görə Naxçıvan  əski yarımtanrılardan məşhur “Daqyanos”un 
mərkəzi-səltənəti imiş. Demək ki, pək də küçük yer sayılamaz. Tarix səhifələrində bir 
taqım qəraib təsadüf olunur ki, əsrlər keçsə də kəndi əhəmiyyətini qeyb etməz, nasıl ki, 
Zərdüşti məzhəbində cari olan bir çoq işlər,  şimdi belə  təbdili-məzhəb etmiş  bə’zi 
müsəlmanlar arasında hökmfərmadır. 
Yuqarıdakı  rəvayət doğru olmasa belə Naxçıvanın  şimdiki  əhvaliruhiyyəsi bunu 
gözəlcə isbat etməkdədir. 
Şəhər, əksəriyyətlə ikiyə bölünür: bir qismi qul təbiətində yaşar, miskinliyi sevər. Bir 
payı da təkəbbür və xudkamlıqdan xoşlanır, daima öz nüfuzunu işlətmək istər. 
Orta yerdə hürriyyəti-vicdan, bəyani-rə’y etmək haqqı kimsəyə verilməmişdir. 
Müstəsna olaraq bir qaç zat var isə də məəttəəssüf sayları üç cüt bir təki aşmaz, hər nə 
qədər çığırıb-bağırsalar da səsləriünləri bir yerə yetişməz. 
Naxçıvan on beş il əvvəl cəhalət uyqusundan diksinmək ehtiyacını duydu, maarif 
dairəsinə girmək istədi. Milli məktəb tə’sis etdi, mərhum Sidqi sayəsində çalışıb-
çabalamağa həvəsləndi, gündəngünə arş iləri!.. Hərəkət etməyə başladı. 
Sidqi vətənpərvər idi, həmiyyətli idi, məslək sahibi idi, millətini sevərdi. Hər adım 
başında məşhur Napolyonun (dünyada olmaz olmaz) düsturi-cəsuranəsi sərməşq ittixaz 
edilmişdi. Öyrənmək, bilmək, dev adımları ilə iləriləmək,  əfkari-milliyyəyi aydınlatmaq 
ən birinci məqsəd sayılırdı. Bu hal beş-altı il qadar dəvam etdi. Sonra zavallı Sidqi getdi, 
məktəbin məktəbliyi də onunla bərabər bitdi. 
Şimdi beş-üç gözüaçıq cavan bulunsa, şübhəsiz ki, o beş-altı ilin məhsuludur. 
Sonra nə oldu... Məktəb qapandımı? Xayır, qapanmadı... Lakin nə  zərər verdi, nə 
xeyir gətirdi. Zira qapansa idi, gözəl bir təhəssür, həzin bir arzu ruhu oqşar idi, insanı 
məşğul edərdi. 


191 
 
Məktəbin bu uyğunsuz yaşaması hər kəsi iyrəndirdi. Xalqa böyük bir dərd oldu. 
Məktəbdə əvvəldən hökumət barmağı var idi. Fəqət Sidqi dövründə əsla əl vurulmadı. 
O zavallı sönər-sönməz istibdadın qara bulutları hər tərəfdən məktəbin üzərinə çökməyə 
başladı. İş büsbütün dəyişdi. 
Nihayət işin sonu bir hiçdən ibarət qaldı. İki-üç ay sonra qiraətxanə də fərağətxanəyə 
təbdil etdi, onunla bərabər bütün həvəslər də bitdi getdi. Və öylə olmaq da icab edərdi, 
zira bu ani hərəkət, bu mə’kusi-tərəqqi ciddiyyət və mühakimədən ziyadə  şaklabanlığa, 
nümayişə aid bir vəziyyət idi. Nümayiş için qabaran hissiyyat dəniz köpüyündən çoq da 
fərqli olamaz. Qabarması ilə sönüb getməsi bir olur. Hər işdə səbat və istiqamət ən birinci 
şərt sayılır. 
Mətin və paydar bir iş için kəskin bir düşüncə, dərin bir mühakimə lazımdır. Yoqsa 
halva-halva deməklə ağız şirin olmaz. 
Bu son zamanda bir qaç zat himmət buyurmuşlar, digər bir-iki məktəb daha tə’sis 
etmişlər. Doğrusu fəna bir təşəbbüs deyil. Lakin bu da əsassızdır. Kökü çürükdür. Çünki 
əvvəla hücrələrdə “Üsuli-cədid” məktəbi ayaq tutmaz, tutsa da yürüməz, saniyən əvvəlki 
məktəbi o hala qoyan hökumət barmağı oldu. 
Şimdi də bu yeni məktəb və müavinət olsun deyə yenə bir rusca müəllimi ilişdirildi, 
fəqət müsəlman imiş, bə’s yoq. 
Bir də  məktəb açan zat ən  əvvəlcə  hər məsrəfi nəzəri-diqqətə almalı, sonra işin 
kökünə əl vurmalıdır. Zira təməlsiz (əsassız) divar iki gün yaşar, üçüncü gün uçar, yıqılır, 
sahibini sevindirəcək yerdə büsbütün məhcub edər, kədərləndirər; son nədamət isə 
heyhat... faidə verməz. Qız məktəbinə gəlincə, azacıq ehtiyatlı davranmaq icab edər. 
Şimdilik müstəid bir türk xanımı ana dilini tədris etməkdədir. Ondan ediləcək istifadə 
mühəqqəqdir, həm də günəş qədər parlaqdır. 
Lakin rusca müəllimlərinin  əxlaq və iste’dadına bir az diqqət lazım. Məktəb binası 
olduqca sihhi, gözəl və havadar bir yerdə vaqe olur, hər xüsusda bu məktəb digərlərindən 
şərəflidir və onlara tərcih olunmalıdır. Çünki oğlan-qız bütün vətən yavrularının tərbiyeyi-
ibtidaiyyəsi ancaq onların ağuşi-şəfqətində hüsulpəzir ola bilər. 
 
(“Həqiqət” qəzeti, 4 yanvar, 1910, № 3) 
 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə