Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə38/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   34   35   36   37   38   39   40   41   ...   65

195 
 
Türkiyədə  əsnayi-inqilabda vüquə  gələn müvəffəqiyyətlər, qılıc parıltısından, qol 
zorundan ziyadə məktəb tərbiyəsinə və o məktəbləri idarə edən müəllimlərə mədyundur. 
Demək ki, bir millətin hər halını tədqiq etmək için ən doğru me’yar, ən kəsdirmə yol o 
millətin məktəbləridir. Dünyada hər iş, hər hərəkət bir qanuna, bir rəhbərə möhtacdır ki, o 
rəhbər də olsa-olsa yenə məktəblər ol bilir. Hər kəs yaşamağa möhtacdır. Rahat və məs’ud 
yaşamaq için də xüsusi bir məslək, bir iş tutmaq iqtiza edər. Lakin hər iş sahibi öz işini 
layiqilə becərə bilmək için bəhərhal qüsurlarını anlayıb, sənətində mahir olmalıdır, o 
məharəti bizə öyrədən  şey isə elmdir, məktəbdir. Zira elmi-iqtisad bilməyən bir tacir 
mənfəət yerinə zərər görür. Tarixi-ədyan, fəlsəfeyi-din bilməyən bir xoca hidayət, şəriət 
yerinə səfsətə, zəlalət toxumu saçar. 
Elmi-ziraətdən başı çıqmayan bir mülkədar, yaxud əkinçi buğda əkərsə çavdar biçər, 
həndəsə bilməyən bir me’mar qübbə ilə uğraşırkən divarları çatlamış bulur. 
Tə’lim və tərbiyədən anlamayan bir müəllim tənviri-əfkar edəcək yerdə fəsadi-əxlaqa 
bais olur. Fəzilət yerinə rəzalət öyrədir, elm yerinə cəhalət törətmiş olur. 
Məktəb təbiətin bir mə’kəsi-həqiqisidir. Aləmi-təbiətdə  hər nəyə  təsadüf etsək onun 
ən mükəmməl tarixini, ən gözəl nümunəsini məktəb sıralarında görə biliriz. Hasili hər 
hanki məsləkə süluk etsək məktəb otağını ziyarət etməkdən müstəğni ola bilməyiz. Lakin 
məktəb də “məktəb” nami-məcləbəsinə haqqilə layiq olmalıdır.  Şimdiyə qadar 
məktəblərimiz bir ətalətxanədən başqa bir şey deyildi. Hətta nafiz bir nəzərlə  tədqiq 
edəcək olsaq, o pərişan hal şimdi belə hökmfərma olmaqdadır. Bir çoq məktəblərdə 
müəllimlər vaqt öldürməkdən başqa bir şeyə yaramıyorlar. Daima şagirdlərdən miskinanə 
bir inqiyad, cahilanə bir itaət istərlər. Dərsləri hərfi-hərfinə tutuquşu kibi əzbərlətməyi 
kəndilərincə üsuli-cədid zənn edib öz-özlərini aldatıyorlar. 
Ciddi müəllim pək şərəfli, pək böyük bir adamdır; əgər üsulitə’limi və öz vəzifəsini 
bilirsə. Cahil müəllim pək bayağı, pək aşağı bir insandır,  əgər həddini aşıb tə’lim və 
tərbiyə meydanına atılırsa... 
Qafqasiyanın yedi, səkiz yıl bundan əvvəlki halı xatirdədir. Məktəb naminə iki-üç 
evcik ya var, ya yoq idi. Allaha şükür, bu son zamanlarda ötədəbəridə beş-üç məktəbə 
təsadüf etmək mümkündür ki, bu da şayani-təbrik bir haldır. Lakin təəssüf ediləcək bir 
nöqtə varsa, o da 


196 
 
bu məktəblərin nasıl idarə olunmasıdır. Hey’əti-idarənin kimlərdən və nə nev ə’zalardan 
mütəşəkkil bulunmasıdır. Məsələn: bir köydə, qəsəbədə, ya bir şəhərdə bir məktəb tə’sis 
etmək için ilk öncə bir seçki vüqu bulur. Təbiidir ki, seçki işi ümumə aid və əksəriyyəti-
araya tabedir. Rə’yə  iştirak edilir isə yüzdə doqsan beş payı  təcrübəsiz, elmsiz, onun-
bunun ağzına baqanlardır. Açıq tə’bir ilə fanatizm əsirləri, cəhalət qurbanlarıdır. Yerdə 
qalan beş  nəfər isə az-çoq tə’lim və  tərbiyə  işinə vaqif olsa belə, nə yapsınlar! 
Əksəriyyəti-araya malik olamayıb yoq hökmündə qalırlar. Ən nihayət seçki xitam bulur, 
bir taqım mühafizəkarlar ə’zalığa səlahiyyət qazanıb mükəmməl bir idarə vücudə gəlmiş 
olur. Şimdi hey’əti-idarə bu səlahiyyət və müvəffəqiyyətlərində həqirmi? 
–   Əsla... 
Həqiqəti-hal nəzər diqqətə alınır isə  həpsi nüfuzlu, mö’təmid, xalq arasında özünə 
məxsus bir heysiyyətə malik olan adamlardır. Yalnız işin uyğunsuzluğu məzkur hey’ətin 
dəröhdə etdikləri və mübaşir olduqları  iştə  həqqilə  dərin bir vüquf və  təməyyüzə malik 
olmamalarıdır. Onun için də  tə’sis edilmiş  məktəbə lazım olan fədakarlıqlar ifa 
ediləmiyor. Tə’lim və  tərbiyədə haizi-əhəmiyyət olan nüqtələr bütün nəzəridiqqətdən 
qaçırılıyor. Sadə “üsuli-cədid” ünvanilə iktifa edilib, əski, pozuq müəssisələrdən daha 
bərbad bir surətdə qarışıb gediyor. Yarımyamalaq bir nümayişdən başqa hiç bir sağlam 
nəticəyə müvəffəq olunamıyor. Hey’ətin  ədəmi-isabətindən istifadə edərək bir taqım 
cahil, təcrübəsiz, fənni-tərbiyəyə biganə adamlar da dürlü-dürlü yaltaqlıqlar, iltimaslar 
sayəsində  dərs işlərinə daxil olub ortalığı zirü zəbər ediyorlar. Yarınkı gün qəzetə 
sütunlarına göz gəzdirirsən; filan məktəb bağlandı, filan qiraətxanə Allahın rəhmətinə 
getdi, filan müəssisə qapadıldı. Fəqət niçin? Cəhalət! 
İran məclisi-milliyyəsinin bugünkü halı  hər kəsə  mə’lumdur. Hər işdə bir tərəddüd
hər təşəbbüsdə bir qətiyyətsizlik görünməkdədir. Biçarə millət də 
müvəffəqiyyətsizliklərini düşünərək yürək oğuşdurmaqdan başqa bir şey yapamıyor; 
Fəqət bais kim?.. Yenə millət kəndisi. 
Səbəb nə?.. Yenə cəhalət! 
İranlı arqadaşlarımdan birilə Iran intixabatı haqqında dərdləşirdik. Diyor ki, haman 
intixabat başlar-başlamaz, görürsən ki, filan şəhərdə, ya filan gündə xalq bir-birinə girib 
çıqıyorlar. Kimi seçəlim? Seçmi- 


197 
 
yəlim? Nihayət, ya qolu zorba nüfuzlu, fəqət cahil bir xanı, yainki günü keçmiş, qaimül-
meyl, saimün-nəhar ağsaqal bir xocanı  məclisimilliyyəyə doğru fırlatıyorlar.  Şimdi bu 
müstəbid, cahil xan, yaxud şu mö’min, zahid xoca ingilis, rus politikasının qarşısında nə 
yapa bilir? Təbii hiç... Yapacaqları bir iş varsa, o da biçarə millətdən ayda bir qaç yüz 
tümən məb’usluq haqqı naminə cib xərci almaqdır. Bu hal 34 sənə əvvəl Türkiyə məclisi-
məb’usanında da vüqu buldu. Lakin son inqilabda, yə’ni iki yıl əvvəl “Ittihad və tərəqqi” 
cəmiyyəti hürriyyəti istirdad edər-etməz, seçki məsələsini  əsla nəzəri-diqqətdən 
çıqarmadılar. Məmləkətin hər tərəfinə dağılıb cəmiyyət şö’bələri tə’sis etdilər. Söz ilə, dil 
ilə, qorqu ilə, xülasə bir istibdadi-əhraranə ilə xalqı, avam camaatı huşlu, başlı, qanlı, 
canlı, zəki, fəal məb’uslar intixabına vadar etdilər. 
Bu üsulun nümunəsini  İstanbulda belə görmək mümkün idi. Fəqət onların bu 
təşəbbüsatı sayəsində məb’usların üçdə iki payı ancaq məb’usluq naminə layiq zatlar ola 
bildi. Üçdə bir payı isə yenə “əski tas, əski hamam!” tə’birinə ləyaqət qazananlardır ki, 
onlar da bir taqım dişi düşmüş paşalardan, nüfuzlu mülkədarlardan, ağlı qaçmış 
xocalardan və  Ərəbistan yadigarlarından ibarətdir. Məclis işə başladığı zaman diqqət 
edəcək olsan, görürsən ki, kimi dışarıda cığara içməklə  məşğul, kimi də  məclisin 
müzakirəsinə ağıl irdirə bilməyib uyumağa amadə kibi görünür. Gənc qəhrəmanlar isə hər 
tərəfdən peydərpey od yağdırıyorlar, odlu fikirlər saçıyorlar. Mevzui-bəhs edilən 
maddələrdə hər kəs kəndi hissiyyatını dinləyib iste’dadına görə sözə iştirak ediyor.  Hər 
biri təcrübəli, mühakiməli, diplomalı olduğu halda yenə söyləyəcəyi sözlərdə ixtisas 
“ispetsializm”ə riayət etməkdən çəkinmiyor. Biri elmi-iqtisadda mütəxəssis və təcrübəkar 
isə iqtisad məsələsinə ən çoq bəyani-fikir edən o olur. Biri siyasi isə o da siyasiyyata aid 
bir çoq mütaliat sərf ediyor. Hasili, müxtəlif işlərdə, müxtəlif əfkara malik olduqları halda 
“təqsimi ə’mal” qanununa riayət edər, hər kəs öz iste’dad və ixtisasına görə söz söyləyər, 
onun için də bütün Avropanın nəzəri-diqqətini cəlb etdilər. Hürriyyət və heysiyyətə malik 
bir millət olduqlarını isbat elədilər. Lakin bu müvəffəqiyyətlərin başlıca səbəbi ittihad və 
tərəqqi cəmiyyətinin  əl altından yapdığı istibdadihürriyyətpərvəranədən başqa bir şey 
deyildir. Bir qətiyyəti-riyaziyyə ilə müsbətdir ki, Asiyada, Japoniyadan başqa hər tərəfə 
baqsan yüzdən 99 pay avam, bir pay ancaq iş bilir, maarifdən anlar adamlardır. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə