Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə35/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   31   32   33   34   35   36   37   38   ...   65

186 
 
edib və sərəfraz qılıbdır. Lakin bu tə’kidatla yenə əlacpəzir olmayır; məgər bir neçə nəfər 
xanzadə bu məktəblərdə təhsil edirlər ki, bir para dövləti işlərdən ötəri gələcəkdə lazım 
olmağını təsvir edib Parij, London və Peterburq yollarını teyy etmək zəhmətini nəzərə alıb 
burada təhsili-elmə  məşğul olublar. Bir neçə  nəfər xanzadəyi çıxandan sonra bəqiyyəsi 
tamam erməni, yəhudi və  nəsara uşaqları ki, bunlar ülum və fünunə,  əlsineyi-gunaguna 
tərvic verib və  kəmali-şövq və  rəğbətlə rövnəqəfza olublar. Hətta fars və türk dillərini 
danışıb yazmaqlarını müsəlman yoldaşlarından artıq dərəceyi-təkəllümə yetiriblər. Və illa 
tüccar və sair əsnaf  ətfalı bu xüsusda əlləddəvam kənarəculuq edib bu mətləbə  əbədən 
iqdam qılmayıb və pak-pakizə olan ağızlarını, firəng və ingilis lisanında təkəllüm etməklə 
murdarlığa tənəzzül etməyə razı olmayırlar. Və  ədəmi-tə’lim və  tərbiyə  cəhətilə  nə 
məsailişər’iyyədən bir məsələ qanıb və  nə  əhkami-Qur’andan bir mətləb anlayıb və  nə 
lazım olan fars və türk dilindən kəma hüvə həqqüh bəhrəyab olublar. Bu biçarə uşaqlara 
bu barədə yenə məzəmmət yeri yoxdur, çünki bunların ataları hənuz 70 yaşında bisavad 
olmaq səbəbinə təkalifi-şər’iyyə ittilaində bilmərrə qasir olub, ancaq məs’əleyitəharəti yüz 
məşəqqətlə öyrənib babi-nəcasətdə ğərq olub məbhut və mütəhəyyir qalıblar. 
Pəs bu hal üzrə ki, nə üsul və füru’ə dana və  nə  əhkami-məsailə  aşinadırlar, nə  də 
zamana görə lazım olan elmi-sənaət, ziraət, ticarət, tibb, hikmət, həndəsə  və hey’ətdən 
xəbərdardırlar. Heyhat, heyhat! “Çe nisbət xakra ba aləm-e pak”. Filhəqiqə mülahizə 
edəndə beş günlük dünyadır, heç bu zəhmət və məşəqqətə dəyməz ki, müsəlman qardaşlar 
firəngiməab – “yevropeyski” olub öz dininə  vəfa qılmayıb bilmərrə bidin və laməzhəb 
olsunlar?! 
 
Əgər müsəlmanlıq budur ki, bizim müsəlmanda var, 
Vay onun sabahına ki, bu günün arxasınca gələcək!
1
 
 
Filvaqe, diqqət nəzəri ilə baxanda əcnəbilər “balon” vasitəsilə neçə günlük məsafəni 
bir saat zərfində, elmi-sənaət təhsili qüvvəsilə, teyy etməyə qadir olurlar; bunlar bizim 
üçün böyük mətləblər deyil ki, şayani-təəccüb və mayei-təhəyyur olsun! Hətta elm 
sayəsində insan 
                                                            
1
 
Əsli farscadır. 
 


187 
 
nəinki kürreyi-ərzi səyahətdə aciz və qasir, bəlkə tamam əflak və səmavatı bir anda seyr 
etməyə mühit və dara ola bilirmiş, bizə nə?.. 
Pəs bu surətdə  zəhəmati-müşkiləyə mütəhəmmil olub sərfiövqəti-şərifə  qılıb kəsbi-
elm və sən’ət etmək bihudə və bimə’na bir iş olmağı bizim indimizə aşkar və hüveydadır! 
Və bundan qət’i-nəzər bəsirət gözilə baxan biz müsəlman milləti Rəsuli-Əkrəm 
həzrətlərindən yetişən o əmri-nəvahinin hansı birisinə amil və peyrəv olmuşuq ki, əlavə 
bir tə’kidati-elmiyyə  və  sənaiyyəsinə  də rövnəqəfza olub, təməddün və  tədəyyün 
xüsusunda buyurduğu fərmayişata himmət və  sədaqətlə  əməl edib, kəmali-sə’y və 
ehtimamla çalışıb, tainki miləlimütəməddinə nəzərlərində mövhun və sərnigün olmayaq! 
 
(“Şərqi-Rus” qəzeti – 21.-V.-1904) 
 
NAXÇIVANDAN TƏBSİRƏ 
 
Uzaq deyil, əzizlər, vərəqlər dönər, 
Həyatımız dəyişər, dünya çevrilər! 
 
Bəyani hal: Ərbabi-kəmal və əshabi-məqal həzrətlərində müəyyən və müsəlləmdir ki, 
qədəm qoyduğumuz əsri-haliyyə islamiyyət aləminə on dördüncü qərn məhsub olur. Və 
vüsuli-ərbəə tibqində  şühur sənaviyə kimi füsulli qürun tərtib vermək və  hər üç qərni 
maarif aləminə  fəsl məlhuz etmək  ələs-səbilül-icəmal mütabiqi-hal və müvafiqiməqal 
görünür və  cəmi  əşxas təvarixşünas nəzərində  mə’lumdur ki, sərvəri-nas Peyğəmbər 
axirüz-zəmanın bi’sət zamanından üç qərn keçmişə kimi filhəqiqə aləmi-islamiyyət və 
gülzari-mə’rifət üçün bahari-bəhcətşiarimiş. Belə ki, məzmundur məşhun kəlam, hikmət 
nizam həzrəti-xeyrül-ən’am ki, “Xeyrülqürun qərni” buyurmuşlar, icmalən bu barədə 
bürhani-qate’dir. 
Bir mərtəbədə ki, Rəsuli-mədəni dünyayi-dənidən rihlət buyurandan sonra üçüncü 
qərnin axırına kimi cəmi bilad içrə  məkatib və mədaris tə’mir edilib hər yerdə bəqədri-
ülüm və nəşri-kəmalat olub elm təhsilində sə’y ehtimam edib maarif kəsb etməkdə əsla 
təkahül və təsahül etməyib bir an ğəflətdə bulunmadılar. Lakin dördüncü və beşinci qərnə 
ayaq qoyanda arai-müxtəlifə və əqaidi-mütəfərriqə islam içində müntəşir olub, tərəqqi və 
pişrəft aləminə böyük bir mane vaqe oldu. 


188 
 
Yavaş-yavaş gülzari-maarif solub və şəm’i-mədəniyyət xamuş olub doqquz qərn dəxi 
tabistan və xəzan və zimistan təbəqində cəhalət və ğəflət ilə keçib on ikinci qərnin axırına 
kimi bu minval üzrə qaldı. On üçüncü qərn islamiyyət aləminin ikinci baharının  əvaili 
məhsub olduqda “Yevropa” tərəfindən gülşəni-təməddünə  bəhəsəb zahir ixtisarən bir 
nəsimi-həyatbəxş əsüb puç və fəna olmuş gül və giyahə tazədən hərəkət verib fəqət nəşvü 
nüma məqamına götürdü, yə’ni xabi-nazə getmiş xumar gözlərə bəsirətəfza olub ibdaati-
ədidə və ixtiraati-cədidəni görməyə mülzəm və pambuq tıqılmış qulaqları açıb nəğəmati-
mövzun və  əsvati-gunagunu eşitməyə  məcbur etdi. Həmin bu beşdən bir hissəsini teyy 
etdiyimiz 14-cü qərnə ki, maarif baharının və  təməddün gülzarının ikinci qərni məhsub 
olur, qərni-tərəqqiyat və  əsri-kəmalat deyilir ki, ənvari-maarif yer yüzünü mütləq  əhatə 
qılıbdır, belə ki, qət’əati-ərzin bə’zi  şö’bələrində  ələlxüsus Qafqazda vaqe olan 
müsəlmanlar sükunət etdiyini bəldədə rus lisanında növbənöv məktəblər tə’sis olunub 
yeddi-səkkiz yaşında balaca balalar gunagun ülum və fünun təhsil etməyə talib və rağib 
olub, pərvanəsifət şəm’imə’rifət dövrəsində kəsrəti-iştiyaqdan məqami-ehtiraqdadırlar. 
Lakin bu nəşvünüma edən gülüstani-səfadə tazə  pərvəriş tapmış növnihalları  və 
şaxeyi-elm və  ədəbdə  tərbiyə hasil etmiş qönçə gülləri və müəttər çiçəkləri gülşəni-
islamiyyətə  kənardan vaqe olan ülum və  əlsineyi-düvəli-xaricəni kəsb edib dərəceyi-
təkmilə yetirməkdən və xarü xəs misal miləli-əcnəbiyyənin əqaid və arainin tazə göyərib 
səbz olmuş gül və giyahə istilasını hər halda nəzərdə tutub müharisət və mühafizət etmək 
lazım, bəlkə vacibdir. Tainki cüz’i tərpətməklə gülşəni-islamiyyət və  mədəniyyətə  xələl 
yetişib bilmərrə ayaq altında paymal olmasın. Şeyx Sə’dinin bir neçə əbyatı münasibi-hal 
görünür: 
 
Təzə kök atan ağac bu gün çox zəif olar
Azacıq güclü bir əl onu yerdən qoparar. 
Başına buraxsan bir müddət, fikir verməsən, 
Dünya yığılsa belə kökdən çətin sarsıdar. 
Suyu başdan bel ilə kəsmək heç çətin deyil, 
Su artsa fillə keçmək olmaz, hər keçən batar. 
 
Filvaqe’ mülahizə  məqamında  əvvəl tühuliyyətdən göz açmamış vino, pivə, süd, su 
içkidir deyib təhsilə məşğul olan müəllimin əvvəlcə 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə