Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə31/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   27   28   29   30   31   32   33   34   ...   65

169 
 
A r i f. Onlar buraya sülh için deyil, çəkişmək için gəlmişlər. 
F r a n s ı z s o s y a l i s t. Bu çəkişmələrin önü alınmazsa, bütün ölkələr üzərində qara 
bulutlar oynaşacaq, milyonlarca insanlar qan və ölüm tufanında qol-qanat çalacaqdır. 
S i m a (qalqaraq). Vəhşi heyvanlar belə sevgi və  mərhəmətdən anlarkən, niçin 
insanlar bu qədər alçalır? 
İb l i s. Çünki vəhşilərdən də vəhşidirlər. Həqiqi insan hər fənalığı əfv etməlidir. 
S o v e t n ü m a y ə n d ə s i (kinayəli və qızğın). Əvət, əgər hər kəs insanlıq şərəfini 
anlasaydı! Anlaya bilsəydi!? Halbuki, faşizm cəlladları insan kəmikləri üzərində özlərinə 
heykəl yapdırmaq istəyirlər.  Əcəba, quduz bir canavar, şahə qalqmış bir ilan əfvə 
layiqmi?.. Xayır, əsla!.. Nə olursa-olsun o canavarların dişləri qırılmalı, o ilanların başları 
qoparılmalıdır. 
 
Pərdə 
 
DÖRDÜNCÜ PƏRDƏ 
 
İsveçrədə parlaq və möhtəşəm bir salon... Səhnədə üstü içki və məzələrlə dolu üç masa görünür. 
İçəridə daha geniş salon, masalar və dans yerləri var. Sol Masada A r i f l ə R ə ’ n a ... Sağda alman
italyan və yapon nümayəndələri... Ortada ingiliz lordu yalnız oturmuşdur. 
 
A r i f. Nə məraqlı bir səyahət! Gör təsadüf bizi haralara gətirib çıqardı. Bir yandan 
Ispaniya faciələrini seyr etdik, bir yandan sülh qurultayını dinlədik. Imdi Isveçrənin 
parlaq salonlarındayıq. (İçəriyi göstərir) Baqsana, onların çoqu cəmiyyəti-əqvam 
ə’zalarıdır. 
R ə’ n a. Təəssüf ki, bu adamlar sülh için az iş görmüşlər. 
A r i f. Məncə bu cəmiyyətə diplomatlar birjası demək daha 
doğrudur. (Qapıya baqaraq)  İştə Sovet və fransız nümayəndələri!.. (Gələnlərə yer 
göstərir) Buyurun, bərabər oturalım. 
S o v e t n ü m a y ə n d ə s i. Rahatsız olmayın. 
A r i f. Rica edirəm. 
F r a n s ı z n ü m a y ə n d ə s i. Çoq gözəl. (Əl verib otururlar) 
İb l i s (gəlir, ingiliz lorduna yaqlaşır). Müsaidə buyurulurmu? 
L o r d. Sizinlə görüşmək böyük səadətdir. 


170 
 
İb l i s. Düşüncəlisiniz, gözlərinizdən intizarlıya bənzəyirsiniz. 
L o r d. Gözəl Simayı bəkləyirəm. 
İb l i s. Möhtərəm lord! Siz dəmi ona vuruldunuz? 
L o r d. Təbii deyilmi a? 
İb l i s (kinayəli gülüşlə). Əvət, anlayıram. 
L o r d. Söylə baqalım, siyasət aləmində nələr var? 
İb l i s. Dünya getdikcə qarışmaq üzrədir. Hər halda ayıq davranmalısınız. 
L o r d. Məraq etmə, ingilizlər hiç bir zaman siyasi müvazinəyi gözdən qaçırmaz. 
İb l i s. İnanıram cənab lord! Sizdəki zəka bəllidir. 
L o r d (soğuq gülüşlə). Biz gərək sülh, gərək hərb zamanlarında 
fürsətdən istifadə edilməsini gözəl bilirik. (Qədəhləri konyakla doldurur
Şərəfinizə! 
İb l i s. Təşəkkür. (İçərlər) 
S i m a T u n c ə r l ə bərabər gəlir 
L o r d. İştə gözəl Sima! Onun hər duruşu, hər baqışı, hər süzülüşü, hər qıvrılışı 
gönlümdə dərin izlər bıraqır. Lakin, bu Tuncər dedikləri əsla məni açmayır. 
İb l i s. Əvət, o sanki inqilab mə’nasını təcəssüm etdirən bir heykəldir. 
L o r d (Simaya qarşı əyilərək yer göstərir). Buyursunlar. 
S i m a. Xayır, biz ayrı oturmaq istərik. 
S o v e t n ü m a y ə n d ə s i (yaqlaşır). Bizimlə oturun. 
F r a n s ı z n ü m a y ə n d ə s i. Lütfən... 
A r i f. Rica edirik. 
S i m a. Çoq gözəl. (Əl verib otururlar) 
F r a n s ı z n ü m a y ə n d ə s i. İsveçrə mühiti sizdə nə kibi tə’sirat bıraqdı? 
S i m a. Burada az-çoq gönlüm açılmağa başladı. Bu ölkənin gözəlliyi və 
sülhpərvərliyi məraqsız deyildir. 
S o v e t n ü m a y ə n d ə s i. O halda bizim Sovet mühitini daha çoq sevərsiniz, çünki 
orada sizi sevənlər çoqdur. 
S i m a. Təşəkkür edirəm. 
A r i f (xüsusi). Sən bir günəşsin ki, səmimi könüllər ancaq sənin kölgəndə ısına bilir. 


171 
 
S i m a. Çoq lütfkarsınız. 
A r i f. Daha doğrusu pərəstişkarım. 
R ə’ n a (yana). Oh, mənə qarşı nə sayğısızlıq!.. Yaralı gönlümü yenidən qanatmaq 
istəyir. (Qalqır, yanındakılara) Bağışlayın, sizdən ayrılmalıyım. 
S i m a. Nə oldu? Kefsizmisin? 
R ə’ n a. İstirahətə ehtiyacım var. 
A r i f. Yalnız gedə bilirmisin? 
R ə’ n a (soyuq). Əvət. 
T u n c ə r. Müsaidənizlə mən də bərabər gəlirim. 
R ə’ n a. Zəhmət etməyiniz. 
T u n c ə r. Hiç bir zəhməti yoq. (Gedərlər). 
 
Muzika... Salonun hər tərəfindən erkəklər, qadınlar rəqs etməyə başlar. 
 
A l m a n n ü m a y ə n d ə s i (Simayı rəqsə də’vət edər). Rica edirəm. 
S i m a. Bağışlayın! 
İt a l y a n n ü m a y ə n d ə s i (yaqlaşır). Lütfən! 
S i m a. Xayır, oynayamam. 
Y a p o n n ü m a y ə n d ə s i (əyilərək). Təbii məni rədd etməzsiniz. 
S i m a. Çoq yorğunum. 
 
Hər üçü iç salona keçib başqa xanımlarla rəqs edərlər. 
 
L o r d (İblisə). Məğrur qız, hər üçünü rədd etdi. 
İb l i s. Zənnimcə sizi rədd etməz. 
L o r d. Kim bilir!? (Doldurduğu qədəhi qaldırır) Yaşasın gözəllik və sülh pərisi! 
İb l i s. Xayır, hərb ilahının şərəfinə içəlim. 
L o r d. E’tiraz yoq. 
 
İçərlər. Getdikcə muzikanın səsi alçalır, qaranlıqlar içində rəngarəng qıvılcımlar 
uçuşmağa başlar. 
 
İb l i s (yerindən qalqaraq yüzünə düşən qızıl alav parıltısı altında, coşğun və 
sərxoşca ahəng ilə). 


172 
 
Alqış sevda gecələrini oqşayan qaranlıqlara! 
Alqış qaranlıqlar içində süzülən sevimli işıqlara! 
Alqış ipəklər içində qıvrılan qanatsız quşlara! 
Alqış oynaq və incə ayaqlardakı nazlı uçuşlara! 
Alqış vurğun gönülləri avlayan süzgün elmaslara! 
Alqış qönçə dodaqlardakı meyxoş ehtiraslara! 
Alqış sevinc dalğalarında qopan gizli tufanlara! 
Alqış tatlı busələrdə çırpınan dəli həycanlara! 
Alqış odlu küməslərə sığınan bayğın tavuslara! 
Alqış incə bellərə sarılan çılğın kabuslara! 
Alqış yer yüzünü sarsıdan qorqunc ilhamlara! 
Alqış ölüm və cəhənnəm püskürən kinli intiqamlara! 
 
Rəqs bitər, alman, italyan və yapon diplomatları son sözləri dinlər. İblisə qarşılıq 
söyləyərək ayrı-ayrı qucaqlaşıb öpüşürlər. 
 
A l m a n n ü m a y ə n d ə s i. Eşq olsun dəmir və qan şüarilə köpürən al qanlara! Eşq 
olsun zəfər və qalibiyyət için patlayan vulkanlara! 
İt a l y a n n ü m a y ə n d ə s i. Eşq olsun sana!.. Səndəki qüdrət və bəlağətə! 
Y a p o n n ü m a y ə n d ə s i. Eşq olsun bizə qarşı bəslədiyin sədaqətə! 
S o v e t n ü m a y ə n d ə s i (nifrətlə qarışıq kinayəli ahəng ilə yanındakılara). 
 
Eşq olsun intiqam və ölüm sərxoşlarına! 
Eşq olsun dəhşət və kin bayquşlarına! 
 
A r i f. Eşq olsun fəlakətlərdən səadət umanlara! 
Eşq olsun məzlum qanilə bəslənən kor vicdanlara! 
S i m a (sarsılmış bir halda qalqaraq). Ah, bu acı kinayələr gönlümdə  zəhərli izlər 
bıraqdı. Savaş meydanlarında gördüyüm vəhşətlər gözlərimdə canlandı. Bu şən və parlaq 
salon məni bir zindan kibi, bir məzar kibi sıqmağa başladı. (İblis ilə diplomatları göstərir
Hələ onlar!.. Onların dikənli sözləri, atəşli qırbaclar kibi beynimi yaqdı. 
S o v e t n ü m a y ə n d ə s i. Rica edirəm, öylə həzyanlara qulaq verməyin. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə