Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə27/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   23   24   25   26   27   28   29   30   ...   65

157 
 
İk i n c i ş e y t a n. Təcrübəmi artırmaq istəyirəm. 
İb l i s. Nə sarsaqlıq!? Niçin Mancuriya və Çin tərəflərini bıraqıb gəldin? Oralarda az 
işmi var? 
İk i n c i ş e y t a n. Məraq etmə, oradakı yapon generalları, yapon diplomatları 
fitnəkarlıqda bizdən daha açıqgözlü və mahirdirlər. Hər gün yeni bir fırıldaqla çinliləri 
bir-biri üzərinə saldırırlar. Hər gün yeni qırğınlar törədib soyğunçuluqdan, qan içməkdən 
doymayırlar. 
İb l i s. Saqın, o cəbhəyi unutmaq olmaz. Həmən oraya uçmalı! Həm də radio kibi, 
elektrik kibi, eşitdinmi? (Ayağını yerə vurur) Haydı, rədd ol! 
İk i n c i ş e y t a n. Bu saət. (Əyilib gedər) 
İb l i s (italyan tipli üçüncü şeytana). İmdi sən söylə! 
Ü ç ü n c ü ş e y t a n. Mən Italiyada girib çıqmamış bir yer bıraqmadım. Ordakı 
başçılar sizin iltifat və mükafatınıza layiq insanlardır. Onlar gecə-gündüz almanlarla 
bərabər tanklar, aeroplanlar, zəhərli qazlar, yaqıcı bombalar göndərib Ispaniya faşistlərinə 
yardım edirlər 
İb l i s. Çoq gözəl. (İspanyol tipli dördüncü şeytana) Səndə nə xəbərlər var? 
D ö r d ü n c ü ş e y t a n. Hər şey yerində. Bütün faşizm çetələri general Frankoya, o 
da mənim göstərişlərimə tabedir. Bu saət Madrid üç tərəfdən araya alınmış. Xalq ordusu, 
milis və işçi alayları qorqu altındadır. (Uzaqda iki-üç top patlar. Təyyarə uçuşları eşidilir) 
İb l i s. Bu nə? 
D ö r d ü n c ü ş e y t a n. General Franko gecə hücumuna başlayır. 
İb l i s. Daha durmaq yaramaz. Siz də onlara yardımçı olun! Hər tərəfdən bombalar, 
güllələr yağdırılsın, gözəl paytaxt yanğın yerlərinə dönsün. 
Ü ç ü n c ü ş e y t a n. Əmin ol, daş daş üstündə qalmayacaq. 
D ö r d ü n c ü ş e y t a n. Gedəlim. (Qoşaraq gedərlər, səhnə 
işıqlanır) 
R ə’ n a (gəlir). Nə oldu Arif? Gəlib çıqmadımı? 
İb l i s (qarşıda görünən əli sarılı Ariflə həmşirə qiyafətli Simayı göstərir). İştə yeni 
vurulduğu Sima ilə bərabər! 
R ə’ n a (sinirli). Uf, bütün vücudum sarsılmağa başladı. Məndə qüdrət olsaydı, hər 
ikisini əlimlə parçalardım. 
İb l i s. Səbirsiz olma, yeri gəldikdə hər ikisindən intiqam alarsın. (Bir yana çəkilib 
görünməz olur) 


158 
 
R ə’ n a (Simayı qısqanc və kinli baqışla süzərək). Ah, nə qadar nazlı və məğrur!.. O, 
Püsküllü yıldız qadar zəhərli və şairanədir. (Kəskin adımlarla ona yaqlaşaraq) Gözəl qız! 
Məni dinlə!.. Sən kimsin? Şeytanmısın? Pərimisin? Cəlladmısın?.. Söylə, məndən nə 
istəyirsən? 
A r i f (şaşqın). Rə’na! Səni buraya kim gətirdi? Hansı duyğular sürüklədi. 
R  ə’ n a (nifrətlə). Söylətmə  məni, çəkil! (Simayı yaqalar) Ah, sən məndən nə 
istəyirsən? Söylə, mənim suçum nədir ki, zəhərli dırnaqlarınla könlümü parçalayırsın? 
S i m a. Bil’əks, mən yaralı gönüllərə hörmət bəslərəm, kimsəsiz və öksüzləri 
sevindirmək istərəm. 
A r i f. Əvət, o, insan üzüntülərinə şəfqət nuru sərpən yüksək və nəcib bir simadır. 
R ə’ n a. Sən sus, yaralarımı yenidən qanatma! 
S i m a. Rə’na! Könlünü mənə açsaydın, bəlkə bir təsəlli, bir çarə bulurdum. 
R ə’ n a. İstəməm. Mən mərhəmət dilənçisi deyilim. 
A r i f. Saqın! Yersiz şübhələrə qapılma! Sima insaniyyət sevgisilə, mərhəmət 
duyğusuyla çırpınan bir xilqətdir. Yalnız deyil mən, hər vicdan sahibi, hətta hissiyyata 
qapılan Rə’na belə, bir çocuq kibi ona sarılmalıdır. Sən bugünkü İspaniyayı başdan-başa 
gəzib görsəydin, bizim nə acılar, nə üzüntülər çəkdiyimizi anlardın. (Bu sırada sədyələr 
üzərində universiteyə daşınan yaralıları göstərir)  İştə, gözlərini aç da seyr et! Bu 
ölkədə yüz minlərcə yaralı döyüşçülər, yoqsulluq içində çırpınan xəstə qadınlar, kimsəsiz 
çocuqlar qəhr olub getməkdədir. Onlara yardım  əlini uzatmaq bir günah isə, gerçəkdən 
Sima da, mən də suçluyuq. Niçin düşünməyirsən? Bütün dünya əməkçiləri hər yerdən, hər 
diyardan buraya yeyəcək, geyəcək göndərirlər. Hər yandan yığın-yığın könüllülər kömək 
için aqışırlar. Yalnız bizmi bu yüksək duyğulardan məhrum olacayıq? Yalnız bizmi 
amansız qırğınlara seyrçi qalacayıq? 
S i m a (kömləyinin qolunu yuqarı çəkərək sarılı yeri göstərir). Baqsana! Bu mənim 
qolum, o da Arifin əli!.. Iştə bizim mükafat! Qanlı faşistlərdən aldığımız mükafat!.. 
R  ə’ n a (ah çəkər).  Əvət hqlısınız, mən xain İblisə uydum. (İblisi göstərmək için 
arqaya baqaraq) O mənim yüksək duyğularımı  zəhərlədi, həm də bir anda hiçliklərə 
gömülüb yoq oldu. 
S i m a (onun əlini əlləri içinə alaraq). Hiç zərər yoq, keçən yanlışlar için üzülmə! Bir 
həqiqət gec anlaşılsa da, yenə həqiqətdir. 


159 
 
Gəl sən də, mən də bir həmşirə kibi uca diləklər uğrunda çalışalım. Baq bütün evlər 
başdan-başa yaralıdır. Gəl, o fədakar qəhrəmanlara, onların xəstəlik və aclıq pəncəsində 
qıvrılan ailələrinə yardım edəlim. (Qoltuğundakı ağ, uzun kömləyi ona geydirir) Al, bu da 
sənin. Baq, nə gözəl yaraşır. 
R ə’ n a. Təşəkkür edirəm. 
S i m a. Gəliniz, Rə’na bir az rahtlansın. (İçəri girərlər
 
Muzika. Silahlanmış z a b i t l ə r , ə s k ə r l ə r , i ş ç i q a d ı n l a r v ə e r k ə k l ə r , dürlü 
qiyafətli a v r o p a l ı g ö n ü l l ü l ə r T u n c ə r l ə bərabər gəlir. 
 
E m a (şəfqət bacılarilə bir yerdə tamaşaya çıqar, ən sonra gələnləri əlilə göstərir). 
Baqsana, o zabitlərlə gələn baş komandan general Miaxadır. (Yanındakılara) Dinləyəlim. 
Görünür, nitq söyləyəcək. 
M i a x a (kəskin və kinli ahəng ilə). Vətəndaşlar!  İsyançı faşizm ordusu getdikcə 
azmağa başlayır. Gecə-gündüz vəhşi hücumlardan vaz keçmirlər. Inkvizisyon cəlladları 
kimi önlərinə gələni yaqıb-yıqmaqdan çəkinmirlər. Universitetlər, muzeylər, xəstəxanələr 
tiyatrolar top güllələrilə dağılır. Bütün mədəniyyət ocaqları alman və italyan bombalarilə 
yanıb külləri göylərə savrulur. Vaqtilə keçmiş ərəblər Tariq ibn Ziyad ordusilə bu ölkəyi 
sardılar. Lakin mevhumatçı papaslarquyruğunda sürünən xalqımızı  tənbəllik və  cəhalət 
uyqusundan diksindirdilər. Onların göstərişilə  sən’ət və  əkin işlərimiz ilərilədi. Tibb və 
fəlsəfə fakültələrimiz yüksəldi. Halbuki, imdiki mərakeşlilər faşistlərə uyaraq qadın və 
çocuq tanımayırlar. Yaqıb-yıqmaqdan başqa bir şey bilməyirlər. 
T u n c ə r. Qəhr olsun oğrular, quldurlar! 
C a m a a t (yumruqlarını havada sallayaraq). Qəhr olsun! 
M i a x a. Almanlar, italyanlar hüququmuzu ayaqlar altında çignəyir. Biz bu 
vicdansız, bu amansız soyğunçuları ölkəmizdən qovmalıyıq. 
T u n c ə r. Rədd olsun qanlı cihangirlər! 
C a m a a t. Rədd olsun! 
M i a x a. Asi generallar ölkəyi aclıqdan qırmaq istəyirlər. 
C a m a a t. Məhv olsun! 
N a t e l l a (saçları dağınıq, başı alavlı, köksü yaralı olduğu halda gələrək dəhşət və 
həyəcanlar içində bağırır). Ah, eyvah! Onlar bizi qəhr etdilər. Yurdumuzu, yuvamızı 
dağıtdılar. Onlar!.. O yırtıcı haydutlar evimizə benzin səpib atəşlədilər. General Miaxanın 
əsir düşmüş ailəsini məhv etdilər. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə